Tall sözü azərbaycan dilində

Tall

Yazılış

  • Tall • 73.6842%
  • tall • 21.0526%
  • TALL • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amazon Tall Tower Observatory
Amazon Tall Tower Observatory (ing. Amazon Tall Tower Observatory - ATTO) — Cənubi Amerikanın ən yüksək qülləsi.Amazoniyanın keçilməz cəngəlliklərinin dərinliklərində yerləşir. Qülləyə ən yaxın şəhər Manausdur ki, oraya olan məsafə 170 kilometrdən artıqdır.Braziliya və Almaniyanın birgə layihəsi olan Amazoniya meşələri ilə atmosfer arasında qarşılıqlı təsiri araşdırmaq üçün tikilmişdir. Hündürlüyü 325 metrdir.
Baltik stansiyası (Tallin)
Baltik stansiyası (est. Balti jaam) — Tallin şəhərində dəmir yoluna aid sərnişin stansiyası. Vağzal Köhnə şəhərin yaxınlığında, Toompuestee küçəsi, 37 ünvanında yerləşir. Stansiyasından gedən qatarların ilk dayanacaqları: Lillekyula (qərb istiqamətdə), Kitsekyula (şərq istiqamətdə) və Tallin-Vyayke (cənub istiqamətdə). Stansiya yaxınlığında 12 dəmir yolu var. Baltik dəmiryol stansiyası şəhərətrafı və uzun məsafə qatarları üçün bir son stansiya rolunu oynayır. Stansiya yaxınlığında şəhərətrafı avtobuslar üçün avtobus, həmçinin tramvay və trolleybus dayanacaqları vardır. == Dayanacaq plarformmaları == Baltik dəmiryolu vağzalı 6 dayanacaq platformasına sahibdir: 1 Platforma 9 və 8 yollar arasında — 150 m 2 Platforma 8 və 7 yollar arasında — 85 m 3 Platforma 7 və 6 yollar arasında — 150 m 4 Platforma 6 və 1 yollar arasında — 150 m 5 Platforma 1 və 4 yollar arasında — 510 m 6 Platforma 4 və 5 yollar arasında — 380 m == Tarixi == Baltik vağzalı 1870-ci ildə Paldiski — Revel — Sankt-Peterburq xəttinini üzərində əsas vağzal olaraq inşa edilmişdir. Vağzal 24 otyabr 1870-ci ildə açılmışdır. Burada Baltik Limanı — Revel xətti bitir və Sankt-Peterburq istiqamətində yol başlayır.
Flora Tallin FK
Flora - Estoniyanın futbol klubu.
Lantana Tallin FK
Lantana - Estoniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 5 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Levadiya Tallin FK
Levadiya - Estoniyanın futbol klubu. == Tarixi == 1999-cu ildə yaradılıb. == Avropa kubok yarışlarında iştirak == 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Müqəddəs Nikolay kilsəsi (Tallin)
Müqəddəs Nikolay kilsəsi (est. Niguliste kirik) – Tallinin mərkəzində, Toompea adlanan Köhnə Şəhərdə yerləşən Orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən kilsə. Kilsə balıqçılar və dənizçilərin himayədarı sayılan müqəddəs Nikolaya həsr olunmuşdur. Orijinalı XIII əsrdə tikilmiş kilsə binası, İkinci dünya müharibəsi zamanı Sovet ordusunun Tallin şəhərini bombalaması nəticəsində qismən dağıdılmışdır. O vaxtdan bu yana kilsə bərpa edilmiş və bu gün Orta əsr ruhani incəsənətinə yönəlmiş Estoniya İncəsənət Muzeyinin filialı qismində fəaliyyətə başlamışdı. Keçmiş kilsə həmçinin konsert zalı kimi də istifadə olunur. == Tarix == Kilsə XIII əsrdə Qotland adasından Estoniya ərazisinə gələn Vestfaliya tacirləri tərəfindən 1230–1275-ci illər arasında əsası qoyulmuşdur. O zamanlar şəhər divarları hələ möhkəmləndirilməmişdir və buna görə də kilsə qapılarının möhkəm bağlanması üçün ağır barlar ucaldılmış, lazeyq və qaçqınlar üçün sığınacaq yerləri hazırlanmışdır. Tallin ətrafındakı istehkamların XIV əsrdə tamamlanması nəticəsində (1310-cu ildə şəhər divarlarıdan kilsəyə yol açılaraq, onun ətrafındakı izdihamlı hərəkət nizama salındı), müqəddəs Nikolay kilsəsi özünün müdafiə funksiyasını itirmiş və tipik orta əsr məhəllə kilsəsinə çevrilmişdir. Hazırda əvvəlki, orijinal kilsənin yalnız bir neçə hissəsi qorunub saxlanılmışdı.
TVMK Tallin FK
TVMK — Estoniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. == Haqqında == Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Tallar (kanton)
Tallar (fr. Tallard) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0523. Tallar kantonuna cəmi 9 kommuna daxildir, onlardan ən əsası Tallar kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 5 945 nəfər təşkil edirdi.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Tallin Beynəlxalq Hava Limanı
Meri Lerrant adına Tallin Beynəlxalq Hava Limanı — Estoniyanın əsas hava limanı. airBaltic şirkətinin xidmətində olan hava limanı. == Təsviri == Hava limanı Tallin şəhər mərkəzindən 4 km aralıda yerləşir. Hava limanı Muuqa limanından 20 km, Tallin sərnişin limanından isə 5 km aralıda qərarlaşır. Hava limanının bir uçuş-eniş zolağı vardır. Uzunluğu 3 480 metr, eni isə 45 metrdir. Hava limanının 8 girişi vardır. Əsasən orta ölçülü təyyarləri qəbul edir. Bu tip təyyarələrə misal kimi Boinq 737—300/500 və Airbus A320 göstərmək olar. Hava limanı Boinq-747 tipli təyyarələri qəbul edə bilir.
Tallin FKİ
FCİ Tallin (İnfonet Tallin Futbol Klubu) — Tallin şəhərinin Lasnamae ərazisini təmsil edən və hal-hazırda Meystriliqada mübarizə aparan peşəkar Estoniya futbol klubudur.Klub 2002-ci ildə təsis edilmişdir. Klubu 2013-cü il mövsümündən etibarən Meystriliqada çıxış edir və heç vaxt Estoniyanın birinci diviziyasına enməmişdir. == Tarixi == İnfonet 29 yanvar 2002-ci ildə təsis edilmişdir. 2011-ci il Esiiliqadakı (İkinci Diviziya) çıxışından sonra Bersi və Atletik klubları ilə birləşdirilmişdir. Komandaya baş məşqçi kimi Aleksandr Puştov gətirilir. İnfonüt 2011-ci ildə Esiiliqada ikinci yeri tutur və pley-offa vəsiqə qazanır. Lakin pley-offda Kuressaare klubuna 1-5 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə qazana bilməmişdir. İnfonet 2012-ci ildə Esiiliqanın qalibi olur və Meystrilliqaya vəsiqə qazanır. İlk mövsümdə Estoniyanın Əsas Liqasında 6-cı yeri tutur. Klub 13 iyul 2015-ci ildə 2015-16 Estoniya Kuboku mövsümündə həvəskar komanda olan Virtsu klubunu 36-0 hesabı ilə məğlub edərək Abroat klubunun 130 illik rekordunu yeniləmişdir.İnfonet Avropada debütünü 2016-17 UEFA Avropa Liqasında etmişdir.
Tallin Fransız Liseyi
Tallin Fransız Məktəbi və yaxud Tallin Fransız Liseyi (est. Tallinna Prantsuse Lütseum) — Tallində yerləşən təhsil müəssisəsi. == Tarixi == 1 oktyabr 1921-ci ildə yaradılmışdır.
Tallin Fransız Məktəbi
Tallin Fransız Məktəbi və yaxud Tallin Fransız Liseyi (est. Tallinna Prantsuse Lütseum) — Tallində yerləşən təhsil müəssisəsi. == Tarixi == 1 oktyabr 1921-ci ildə yaradılmışdır.
Tallin Texniki Universiteti
Tallin Texniki Universiteti (est. Tallinna Tehnikaülikool - TTÜ) — Estoniyanın paytaxtı Tallində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. == Tarixi == Texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texniki Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ilin 17 sentyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. Estoniya Texniki Cəmiyyəti tərəfindən yaradılan məktəb maşınqayırma, elektrotexnika, gəmi inşaatı, hidrotexnika, tikinti və memarlıq sahələri üzrə ixtisaslaşmışdı. 1919-cu ilin payızından etibarən məktəb Tallin Texnikumu adlandırılmağa başlanır. Texnikumun təhsil strukturuna aqromeliorasiya, yer ölçmə və texniki kimya bölmələri əlavə olunur. 1920-ci ildə məktəb kursu ən aşağı və ən yüksək pillələr üzrə hazırlığa bölünür. 3 il təhsil müddətini əhatə edən hazırlıq kursu gələcəkdə tələb edilən təhsil səviyyəsinin alınmasına hesablanmışdı. Texnikumun ən aşağı pilləsi texniklər, ən yüksək pillə mühəndislər və memarlar hazırlayırdı.
Tallin Universiteti
Tallin Universiteti (est. Tallinna Ülikool – TLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir. == Tarixi == Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi: Estoniya Akademik Kitabxanası (1946); Baltik Film və Media Məktəbi (1992/1997); Estoniya Humanitar İnstitutu (1988); Tarix İnstitutu (1946); Tallin Pedaqoji Universiteti (1919/1952/1992).Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir. == Strukturu == === Məktəblər === Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi Rəqəmsal Texnologiyalar Məktəbi Təhsil Elmləri Məktəbi İdarəetmə, Hüquq və Cəmiyyət Məktəbi Humanitar Məktəb Təbii Elmləri və Səhiyyə Məktəbi === Kolleclər === Haapsalu Kolleci Rakvere Kolleci == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik Kitabxanası. Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir. Ən qədim kolleksiyası XVI əsrə aiddir.
Tallin körfəzi
Tallin körfəzi (est. Tallinna laht) — Suurupi və Viimsi yarımadaları və Naissaar və Aeqna adaları arasında yerləşir. Finlandiya körfəzinin bir hissəsidir. Körfəzin cənub sahilində Estoniyanın paytaxtı Tallin şəhəridir. Körfəzin sahəsi təxminən 250 km², ən böyük dərinliyi 90 metrdir (Aeqna və Naissaar adaları arasında). Tallin körfəzi Estoniyanın ən dərin körfəzlərindən biridir. Yarımadalar öz növbəsində Tallin Körfəzini üç hissəyə bölür: Kakumäe körfəzi (Tiskre), Kopli körfəzi, Palyasaare körfəzi və Tallin reydi (körfəzin ən dar nöqtəsi, Palyassaare və Miyduranna arasında). Körfəzin sahilləri ümumiyyətlə düzənlikdir, qayalı qayalar Rannamiyza, Kakumyae, Kopli yarımadasında və Naissaar adasında mövcuddur. Ən böyük qumlu çimərliklər Kakumyae, Pelquranna və Piritada yerləşir. Qaya sahilləri Rannamiyza və Tiskre arasında, Kakumyae və Rokka al Mare, Palyasaare və Kopli arasında, Kadriorq, Merivalya və Aeqna adalarında yerləşir.
Tallin limanı
Tallin limanı – (est. Tallinna Sadam) Estoniyanın ən böyük limanıdır. Həm yük, həm də sərnişin daşınması üzrə Baltik dənizinin ən böyük limanıdır. Tallin limanı 5 limanı idarə edən şirkətdir. Tallin sərnişin limanı (est. Vanasadam – Baltik dənizinin ən işlək sərnişin limanıdır. Tallin şəhərində yerləşir. Muuqa limanı Tallindən 13 km uzaqda yerləşir. Əsas yük limanıdır. Paldiski şərq limanı – Tallinin 40 km qərbində yerləşən Paldiski şəhərinin yük limanıdır.
Tallin əməliyyatı (1944)
1944-cü ildəki Tallin əməliyyatı (rus. Таллинская операция 1944 года) — SSRİ-nin Qızıl Ordusunun 2-ci zərbə ordusu, 8-ci ordusu və Baltik donanması tərəfindən Estoniya ərazisindəki Üçüncü Reyxin Vermaxtına bağlı olan 3-cü SS tank korpusu, 2-ci ordu korpusu və Estoniya legionu qüvvələrini məğlub etmək və Tallin şəhərini azad etmək üçün 17 sentyabr 1944-cü ildə həyata keçirilən və həmin ilin 26 sentyabrında uğurla nəticələnən taktiki hərbi əməliyyat. Əməliyyatın alman qarşılığı olan Aster əməliyyatı (alm. Unternehmen Aster‎) Estoniya ərazisindəki bütün Vermaxt qoşunlarının regiondan çəkilməsi üçün həyata keçirilmişdir. Sovet İttifaqı tərəfindən həyata keçirilən hərbi əməliyyat ikinci zərbə ordusunun Vermaxtın ikinci ordu korpusunun Tartu şəhəri yaxınlığında yerləşən Emayıqi çayındakı müqavimətini qırması ilə başlamışdır. Müdafiəçi nasist qüvvələri «Narva» ordu dəstəsinin Estoniyadan nizamlı şəkildə təxliyə edilməsi üçün sovet qoşunlarının hücumunu ləngidə bilmişdir. 18 sentyabrda Oslo mərkəzli sürgündəki Estoniya hökuməti Tallin şəhərindəki hökumət binalarının nəzarətini alman qoşunlarından almış, 22 sentyabrda Vermaxt əsgərlərinin hamısı şəhəri tərk etmişdir. Leninqrad cəbhəsinin hərbçiləri 22 sentyabr 1944-cü ildə Tallin şəhərini ələ keçirmiş 26 sentyabrda isə Estoniyanın qalan kontinetal ərazisini Vermaxtdan azad etmişdir. == Arxaplan == === Zəmin === Leninqrad cəbhəsi tərəfindən həyata keçirilən hücumlar «Şimal» ordu qrupunu Pskovsko-Çudskoye gölünün qərbinə çəkilməyə məcbur etmişdi. Bu hadisə Narva şəhəri ətrafında bir sıra hərbi əməliyyatın keçirilməsinə gətirib çıxarmışdı.
Tallink
Tallink — Estoniyada fəaliyyət göstərən gəmiçilik şirkəti. Şirkətin baş qərargahж Tallində yerləşir. 2006-cı ildə şirkət Tallinkinin əsas rəqibi olan fin Silja Line şirkətini satın almışdır. Bundan sonra Tallink və Silja Line Tallink Silja Oy adı altında bir törəmə çirkətdə birləşir. Bu şirkət həm də Finlandiya ərazisində fəaliyyət göstərməyə başlayır. Estoniyada ana şirkət AS Tallink Grupp adı altında fəaliyyət göstərir. 2017-ci ilin fevral ayına əsasən birləşmiş şirkətin donanması 21 gəmidən ibarət idi. Daşımalarda sərnişinlərə Baltik dənizinin bütün bölgələrinə çıxış imkanı təklif olunur. Maşrutlar il boyu Latviya, Finlandiya, İsveç, Estoniya, Danimarka və Aland adalarını birləşdirir. == Rəqiblər və dövriyyə == Tallink () — Baltik dənizində iri bərə operatoru.
Tallison
Tallison Auqusto Tavareş Diaz qısaca Tallison (1 dekabr, 1991, Kampo Aleqre, Alaqoas) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun braziliyalı sol cinah müdafiəçisi.
Tallium
Tallium ('Tl) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 81-ci element. Bitki orqanizmlərində tallium aşkar olunmuşdur. O, tütündə, kaşnı kökündə, ispanaqda, fıstıq oduncağında, üzümdə, çuğundurda və digər bitkilərdə aşkar edilmişdir. Bəzi bitkilər həyat fəaliyyətlərində talliumu akkumuliyasiya edirlər. Heyvanlardan meduzalar, aktinilər, dəniz ulduzları və dənizlərin digər canlılarında daha çox olur. Məməlilərdə tallium mədə-bağırsaq traktından yaxşı sorulur, başlıca olaraq dalaqda və əzələlərdə toplanır. Tallium insan orqanizminə qida vasitəsi ilə daxil olur. İnsan orqanizminə sutka ərzində qida və su ilə talliumun daxil olan miqdarı 1,6 mkq, hava ilə 0,05 mkq-dır. Tallium qanda, sümüklərdə, saçlarda, dırnaqlarda, dişlərin minalarında, aşkar edilmişdir. O, böyrəklərdə, əzələlərdə, endokrin sistemi vəzlərində və xayalarda toplana bilir.
Tallıkul (Şaran)
Tallıkul (başq. Таллыкүл, rus. Таллыкуль) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Erekle kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Erekle): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 35 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (67 %), başqırdlar (31 %) üstünlük təşkil edir.
Tomas Tallis
Tomas Tallis (təq. 1506, Kent qraflığı – 23 noyabr 1585, Qriniç[d], Kent qraflığı) — ingilis bəstəkarı və orqançısı. == Həyatı == Tallisin erkən həyatı haqqında çox az məlumat var. 16-cı əsrin əvvəlləri VII Henrinin hakimiyyəti illərinin sonlarına doğru doğulduğu fikri mövcuddur. Tallisin uşaqlıq dövrü və bu dövrdə musiqi ilə olan əlaqəsi haqqında da az məlumat var. Belə ki, sonradan yetişkin bir üzv kimi də Chapel Royal xoru, Müqəddəs James sarayının xorlarında iştirak etmişdir. O, ilk musiqi uğurunu 1532-ci ildə Dover Monastrının( indiki Dover Kolleci) və Benedictine Monastrının (Kent şəhərində) organçı kimi qazanmışdır. Uğurları onu ilk olaraq Londona, sonradan( 1538-ci ilin payızında) Voltam Monastrı və 1540-cı ildə dağıdılan Essex`dəki böyük Auqustinyan Monastrına qədər gətirmişdir. Tallisin növbəti iş yeri Kanterbur kafedralı oldu.1543-cü ildə Chapel Royal xoruna yetişkin kimi göndərildi.(hansı ki, sonradan protestant quruma çevrildi) Tallis VII Henri, Edward VI (1547-1553) Şahzadə Mary(1553-1558) və Şahzadə Elizabet (1558-dən Tallisin öldüyü 1585-ə qədər) üçün musiqilər bəstələdi və ifa etdi. Ardıcıl olaraq, maraq üçün bəstəkar və orqançı kimi fəaliyyət göstərməsinə baxmayaraq, Tallis ətrafında gedən dini mübahisələrdən uzaq durmağa çalışmış, hətta William Byrd kimi o da, “formalaşmamış Roma katoliki”olaraq qaldı.
Azadlıq meydanı (Tallin)
Azadlıq meydanı və ya Vabaduse meydanı (est. Vabaduse väljak) — Tallinin mərkəzində yerləşən şəhər meydanı. Meydanda Haryu, Rozikrantsi, Tatari, Estoniya bulvarı, Payarnus şosesi və Kaarli bulvarının küçələri birləşir. == Tarixi == XIX əsrin ortalarında yıxılan Harju qapılarının qarşısındakı İsveç qalasının yerində yaranmışdır. 1867-ci ildə meydanda Müqəddəs Yəhya kilsəsi ucaldıldı. XX əsrin əvvəllərində meydanın qeyd olunan adları: Sen bazarı (est. Heina turg, alm. Heumarkt‎), Petrovskaya meydanı (est. Peetri plats, alm. Peters-Platz, Peterplatz‎) adları var idi.1910-cu ildə meydanda Sen bazarı (alm.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2008 •••••••••• 0.24
2010 •••• 0.09
2013 •••••••••••••••••• 0.44
2014 ••••••••••••••• 0.34
2016 •••••••• 0.17
2017 •••••••••••••••••••• 0.49
2018 ••••••• 0.15
2020 ••••••••••• 0.27

"tall" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tall nədir? #tall sözünün mənası #tall nə deməkdir? #tall sözünün izahı #tall sözünün yazılışı #tall necə yazılır? #tall sözünün düzgün yazılışı #tall leksik mənası #tall sözünün sinonimi #tall sözünün yaxın mənalı sözlər #tall sözünün əks mənası #tall sözünün etimologiyası #tall sözünün orfoqrafiyası #tall rusca #tall inglisça #tall fransızca #tall sözünün istifadəsi #sözlük