Tamar sözü azərbaycan dilində

Tamar

Yazılış

  • Tamar • 98.8636%
  • tamar • 1.1364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Böyük Tamar
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib.Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara (gürc.
Tamar (Salmas)
Tamar (fars. تمر‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,064 nəfər yaşayır (243 ailə).
Tamar Çuqoşvili
Tamar Çuqoşvili (gürc. თამარ ჩუგოშვილი; 11 avqust 1984, Gürcaani) — Gürcüstan siyasətçisi. O, 2016-cı ilin noyabrından 2019-cu ilin noyabrına qədər Gürcüstan parlamentinin birinci vitse-spikeri vəzifəsində çalışmışdır. Çuqoşvili "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibi və partiyanın Siyasi Şurasının üzvü olmuşdur. == Fəaliyyəti == Çuqoşvili 2015-cı ildən "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibidir. O, 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin üzvü və birinci vitse-spiker seçilmiş, o vaxtdan parlamentin Gender Bərabərliyi Şurasının sədri, Parlamentdə ABŞ və İsrail kokuslarının sədri, xəzinədarlar şurasının sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Daimi Parlament Nümayəndəliyinin rəhbəri, AŞPA-da Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədr müavini və Qadın Siyasi Liderlərin Qlobal Forumunda səfir kimi xidmət etmişdir.Çuqoşvili Gürcüstanda hökumət islahatlarında iştirak etmişdir. Odur ki, o, parlamentinin reqlamentində islahatlara rəhbərlik etmişdir. Yeni reqlament 2018-ci ilin dekabrında təsdiq edilmişdir. Ona əsasən, parlamentin nəzarət funksiyası artırılmış, qanun yaradıcılığı prosesi təkmilləşdirilmiş, öarlamentin hesabatlılığı artırılmış, vətəndaşların iştirakı təşviq edilmiş və şəffaflıq səviyyəsi yüksəlmişdir. Gürcüstan parlamentinin yeni reqlamenti parlament fəaliyyətinin yeni konstitusiya dəyişikliklərinə uyğunluğunu təmin etmişdir.Çuqoşvili Gürcüstan Parlamentinin Gender Bərabərliyi Şurasına sədrlik etmişdir.
Tamar İveri
Tamar İveri (gürc. თამარ ივერი; 8 sentyabr 1971, Tbilisi) ― Gürcüstan opera sopranosu ifaçısı. Onun doğulanda adı Tamar Cavaxişvili idi, atası Avtandil Cavaxişvili bariton ifaçısı idi, həm də onun müəllimi olmuşdur. == Karyerası == Iveri opera debütünü 1998-ci ildə Verdinin "Otello" əsərində Dezdemona rolu ilə etdi..1999-cu ildə Zalsburq keçirilən Motsart Yarışmasında birinci mükafat qazandı. Bir neçə il 2000-ci illərin əvvəllərində Qrats Opera ansamblının üzvü idi, orada o, Verdinin "Don Karlos" operasında Elizabet rolunu, Françesko Çileanın "Adriana Lekuvrör" və Cakomo Puççininin "Ancelika bacı" əsərlərində baş rollarını canlandırmışdır, həmçinin Verdinin "Simon Bokkaneqra" operasında Ameliya və Dezdemona rollarında çıxış etmişdir.O, 2011-ci ilin dekabr ayında Milan şəhərindəki La Skalada debüt etdi, Daniel Barenboymun rəhbərlik etdiyi "Don Covanni" operasında Donna Anna rolunu almışdır. O vaxtdan Vyana Dövlət Operası, Metropoliten-opera, Kovent Qarden Kral Opera Teatrı, Bastiliya Operası və Zalsburq Festivalı kimi tədbir məkanlarında çıxış etdi. O, "Hamı belə edir" operasında Fiordilici, "Titanın mərhəməti"ndə Viteliya, "İdomeney"də Elettra, "Bohema"da Mimì və "Yevgeni Onegin"də Tatyana rollarını ifa etmişdir. == Münaqişələr == İveri 2013-cü ildə Tbilisidə homofobiya əleyhinə keçirilən mitinq barəsində səsləndirdiyi fikirlər mübahisələr doğrutmuşdur. Helə də böyük olmayan etiraz aksiyasının məqsədi Tbilisidə geylərin haqqlarının qorunması tələbi idi, həmin hadisə zamanı etirazçılarln üstünə minlərlə geylərə qarşı nümayişçilər hücüm etdi və 20 nəfərdən çox şəxs yaralandı. Bu insidentdən sonra iddia olunur ki, İveri Facebook səhifəsində Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə gürcü dilində məktub göndərdi: “Gürcüstan cəmiyyətinin parada necə tüpürdüyündən çox qürur duyuram ...
Tamar (Şirvan məleykəsi)
Tamar Baqrationi (XII əsr – 1161) — Gürcüstan çarı IV Davidin qızı, III Mənuçöhrün həyat yoldaşı. == Həyatı == İlkin həyatı barədə məlumat çox az qalmışdır. XII əsrə aid "Çarlar çarı Davidin həyatı" Tamar və bacısı Katanı müvafiq olaraq "Şərqin və Qərbin çırağı" adlandırır və bununla Tamarın III Mənuçöhrə, Katanın isə Trapezund şahzadəsi, sebastokrator İsaak Komnenosa evlənməsinə işarə edir. Bu evlilik 1112-ci ildə baş tutmuşdur. == Evliliyin siyasi önəmi == Şirvanşah I Əfridunun IV David ilə qohumluğu sayəsində Gürcülərlə ittifaq qurulmuş oldu, həmçinin Gürcüstan Səlcuqlara qarşı Şirvanşahlar kimi bir müttəfiq, Şirvanşahlar isə qıpçaqlara qarşı onlara ölkəsində yaşamağa verən Gürcüstan çarlı kimi siyasi müttəfiq tapdılar. == Oğulları ilə münasibəti == Ziya Bünyadova əsasən Mənuçöhrdən sonra taxta çıxan bütün Şirvanşahlar Tamarın oğulları olmuşlar. Mənuçöhrün ölümündən sonra Şirvanda taxt uğrunda mübarizə başlamış, Tamar da öz kiçik oğullarından birini dəstəkləmişdir. Qıpçaq muzdlularının köməyindən istifadə edən Tamar Şirvanı Gürcüstanın bir hissəsinə çevirmək fikrində idi. Lakin şahzadə Axsitan Eldənizlərin köməyi ilə qalib ayrılmış və anasını kiçik qardaşı ilə birgə Gürcüstana sürgünə göndərmişdir. 1152-ci ildə artıq Tiğva monastırında rahibə idi.
Tamar Angelina Komnini
Tamar Angelina Komnini (yun. Θαμάρ Αγγελίνα Κομνηνή; 1264, Epir çarlığı – 1311, Taranto) — Şahzadə I Filipplə evliliyi sayəsində Taranto şahzadəsi olmuş xanım. == Həyatı == Tamar Epir despotluğundan olan I Nikifor Komnin Dukanın və onun ikinci həyat yoldaşı Anna Paleoloq Kantakuzininin, Bizans imperatoru VIII Mixail Paleoloqun qardaşı qızı idi. Beş bacıdan biri idi. Onun böyük ögey bacısı Kastiliyalı İnfante Fadrikenin həyat yoldaşı Yekaterina idi. Ondan kiçik üç kiçik uşaq daha var idi: Mixail despot olmamışdan əvvəl öldü; I Foma Komnin Duka, növbəti despot oldu; və Kefaloniyalı qraf I İohann Orsini ilə evlənmiş Mariya (1304–1317). === Evliliyi === Tamarın anası Epir və Bizans İmperiyası arasındakı qırıqlığı sağaltmaq istəyirdi. Epiri İmperiyaya qovuşdurmaq üçün Anna Tamarı II Andronik Paleoloqun oğlu və həmkarı Mixail ilə evləndirmək istəyirdi. Bu fikir Andronik tərəfindən rədd edildi və ikisi əmiuşağı olduqları üçün kilsə tərəfindən qeyri-kanonik hesab edildi. Annanın planının iflasa uğraması ilə Tamarın atası Nikifor Neapolun Anqevin sülaləsi ilə müttəfiq olaraq Konstantinopoldan müstəqilliyini möhkəmləndirməyə çalışdı.
Çariça Tamar körpüsü
Çariça Tamar körpüsü (gürc. თამარ მეფის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Saburtalo, Vake rayonlarını və onun mərkəzi hissəsini birləşdirir. Sovetlər dönəmində Tiflis şəhərinddə inşa edilən ən böyük körpüdür. == Yerləşir == Körpü Çariça Tamar prospektinin girəcəyində yerləşir (keçmiş Çelyuskinsev küçəsi) Körpüdən yuxarı axar boyunca Qalaktion Tabidze, aşağı axar üzrə isə Baxuşti Baqrationi körpüləri yerləşir. == Adı == İlk əvvəllər körpünün adı yerləşdiyi rayonun adına uyğun olaraq Çelyuskinsev körpüsü adlanırdı. Çağdaş adı isə ona 1989-cu ildə verilmişdir. Körpü gürçü Çariça Böyük Tamaranın şərəfinə adlandırılmışdır. == Tarixi == Körpünün inşasına ehtiyac şəhərin bu hissəinin 1930-cu illərdə inşası ilə əlaqəli meydana gəlir. 1928-ci ildə körpünün inşası ilə əlaqəli müsabiqə elan edilir.
Böyük Tamara
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib.Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara (gürc.
Böyük Tamara adına Hava Limanı
Böyük Tamara adına Hava Limanı (gürc. თამარ მეფის აეროპორტი) və ya Mestia Hava Limanı (gürc. მესტიის აეროპორტი) (IATA: yoxdur, ICAO: UGMS) — Gürcüstanda, Sameqrelo-Yuxarı Svaneti bölgəsinin Mestia şəhərində yerləşən kiçik hava limanı. Orta əsr kraliçası Böyük Tamaranın şərəfinə adlandırılmışdır.
Gagnebina tamariscina
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose == Yarımnövləri == Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Hindistan tamarindası
Hindistan tamarindası (lat. Tamarindus indica) - tamarinda cinsinə aid bitki növü. == Sinonim == Tamarindus occidentalis Gaertn. Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb.
Məzrayı-i Tamarçin (Piranşəhr)
Məzrayı-i Tamarçin (fars. مزرعه تمرچين‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (9 ailə).
Nelumbium tamara
Fındıqcalı şanagüllə və ya Hind lotusu(lat. Nelumbo nucifera) — şanagüllə cinsinə aid bitki növü.
Paragigagnathus tamaricis
Paragigagnathus tamaricis (lat. Paragigagnathus tamaricis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paragigagnathus cinsinə aid heyvan növü.
Suzanna Tamaro
Suzanna Tamaro — italyan yazıçısı. İtaliyanın Triest şəhərində 1957-ci ilin 12 dekabrında anadan olub. Uşaqlığında bir çox çətinliklərlə üzləşib. Suzanna 1972-ci ildə zəlzələyə şahid olur, 1979-cu ildə ölümcül xəstəliyə tutulur. Yazıçılığa 1981-ci ildə başlamışdır. Suzanna Tamaro ilk əsərləri o qədər də maraq görməmişdir. Onu tanıdan ilk əsər “Tək bir səs üçün” kitabı olmuşdur. Daha sonra yazdığı "Ürəyinin götürdüyü yerə get" romanı aylarla İtaliyada ən çox satılan kitablardan biri olmuşdur. Romanları əsasən məktub və ya gündəlik şəklindədir. Hadisələri bir nəfərin ağzından danışır.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Tamara (rəqs)
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Tamara Abakeliya
Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti – 14 may 1953, Tbilisi, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri. Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır. == Həyatı == Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır. 1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub.
Tamara Beruçaşvili
Tamara Beruçaşvili (gürc. თამარ ბერუჩაშვილი; 9 aprel 1961, Tbilisi) — Gürcüstan dövlət xadimi və diplomatı. 1998-2000-ci illərdə Gürcüstanın Ticarət və Xarici İqtisadi Əlaqələr naziri, 2004-cü ildə Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Naziri, 2014-2015-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri, 2016-cı ildən isə Gürcüstanın Böyük Britaniyadakı səfiridir. == Bioqrafiya == Beruçaşvili 1985-ci ildə Moskvanın Rusiya Xalqlar Dostluğu Universitetini bitirib, fizika-riyaziyyat və təbiət elmləri, eləcə də xarici dillər fakültələrində təhsil alıb. Təhsilinə görə - kimyaçı, fransız dilindən tərcüməçidir. 1986-1990-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Farmakologiya İnstitutunda baş laborant işləyib. 1990-1992-ci illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi olur. 1992-ci ildə UNESCO Beynəlxalq İdarəetmə Mərkəzini bitirib. 1992-1994-cü illərdə Gürcüstanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsində işləmiş, TACIS proqramının koordinasiya bürosunun inzibatçısı olmuşdur. 1994-1996-cı illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində çalışır, TACIS proqramının koordinasiya bürosunda icraçı direktor müavini vəzifəsini tutur.
Tamara Gözəlova
Tamara Gözəlova 14 fevral 1940, Bakı – 8 may 2020, Bakı) — Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi. == Həyatı == Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb. Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. == Həyatı == Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur.Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. == Filmoqrafiya == Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz. Od.
Tamara Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Tamara Qəniyeva
Tamara Qəniyeva (başq. Тамара (Тимербикә) Әхмәтшәриф ҡыҙы Ғәниева 25 yanvar 1951, Kinzyabay[d], Başqırd MSSR) — Başqırd şairəsi, tərcüməçi və dramaturq. Başqırdıstanın xalq şairi (2019). Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (1993). Rusiya Yazıçılar Birliyinin, BMSSR Yazıçılar Birliyinin üzvü (1986). R.Qaripov (1998), F. Kərim (2004), B. Bikbay (2013) adına mükafatı laureatı. Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin (2014) laureatı. Başqırd dilinə ən yaxşı bədii tərcüməyə görə "Şöz bağlayan ip" Ümumrusiya ədəbi mükafatı laureatı (2016). Başqırdıstan Respublikasının 100 illiyinə həsr olunmuş "Şanlı Başqırdıstanım!" Şeir müsabiqəsinin laureatı (2018). == Bioqrafiyası == Tamara Qəniyeva 25 yanvar 1951-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialis Rerspublikasının Kumertau rayonunun Kinzyabay kəndində (indiki Başqırdıstan Respublikasının Kuyargazinski rayonu) anadan olmuşdur.
Tamara Sinyavskaya
Tamara İlyiniçna Sinyavskaya (rus. Тамара Ильинична Синявская; 6 iyul 1943, Moskva, SSRİ) — sovet və rus opera müğənnisi (mezzo-soprano) və müəllim.RSFSR xalq artisti və Azərbaycan Respublikasının xalq artisti. SSRİ xalq artisti (1982). Lenin komsomolu mükafatı (1980) qalibi. == Həyatı == Tamara Sinyavskaya 6 iyul 1943-cü ildə Moskvada anadan olub Altı yaşında o, Pionerlər Sarayındakı Mahnı və Rəqs Ansamblına rəqs qrupuna daxil oldu.Bir müddət sonra 1953-cü ildə yenidən Pionerlər Sarayında V. S. Loktevin rəhbərliyi altında Mahnı və Rəqs Ansamblında təhsili alıb. Orta məktəbi bitirdikdən sonra Moskva Konservatoriyasının nəzdindəki Musiqi Məktəbinə (L. M. Markovanın sinfi, sonra O. P. Pomerantseva) daxil olub. Məktəbdəki təhsilini Maly Teatrındakı işi ilə birləşdirdi - səhnə xorunda oxudu. 1970-ci ildə GİTİS-in musiqili komediya şöbəsini (D. B. Belyavskaya sinfi) bitirmişdir. 1964-cü ildə kolleci bitirdikdən sonra Dövlət Akademik Böyük Teatrında müsabiqədən keçərək kollektivə daxil olub. O, teatrda Q.Verdinin "Riqoletto"sunda Peyc rolunda debüt etdi.
Tamara Stanisiç
Tamara Stanisiç — 1998-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Tamara Stanisiç 1997-ci ildə anadan olmuşdur. == Karyerası == Tamara Stanisiç 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2015 və 2014-cü illərdə Dünya Çempionatında iştirak etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.56 dəfə / 1 mln.
2003 ••••• 0.39
2004 •••••••••••••••••••• 1.68
2007 ••••• 0.42
2010 •••• 0.27
2011 •• 0.17
2012 ••••• 0.34
2013 ••••••••• 0.73
2014 •••••••••••••••••••• 1.72
2015 •••••••••••••••••••• 1.70
2016 ••••••• 0.52
2017 •••• 0.33
2018 ••••••• 0.60
2019 ••••••••••••••• 1.25
2020 ••••• 0.40

"tamar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tamar nədir? #tamar sözünün mənası #tamar nə deməkdir? #tamar sözünün izahı #tamar sözünün yazılışı #tamar necə yazılır? #tamar sözünün düzgün yazılışı #tamar leksik mənası #tamar sözünün sinonimi #tamar sözünün yaxın mənalı sözlər #tamar sözünün əks mənası #tamar sözünün etimologiyası #tamar sözünün orfoqrafiyası #tamar rusca #tamar inglisça #tamar fransızca #tamar sözünün istifadəsi #sözlük