tanrısı sözü azərbaycan dilində

tanrısı

Yazılış

  • tanrısı • 84.6154%
  • Tanrısı • 13.1868%
  • TANRISI • 2.1978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hapi (Nil tanrısı)
Hapi (Nil tanrısı) — Hapi qədim Misir dinində Nil çayının illik daşqınlarının tanrısı idi. Daşqın nəticəsində çayın sahillərində misirlilərə məhsul yetişdirmək imkanı verən zəngin lil (münbit torpaq) əmələ gəlib. Hapi misirlilər arasında geniş qeyd olunurdu. Hapinin bəzi titulları "Balıqların və Bataqlıq quşlarının Rəbbi" və "Bitki gətirən çayın Rəbbi" idi. Hapi adətən böyük qarnı və böyük sallanan sinəsi olan, bel paltarı geyən və təntənəli saxta saqqallı androqin fiqur kimi təsvir edilir. == Mifologiya == Nil çayının illik daşqını bəzən Hapinin gəlişi adlanırdı. Bu daşqın başqa bir səhra ərazisində münbit torpaq təmin etdiyi üçün Hapi məhsuldarlığı simvollaşdırdı. Zəngin və qidalı məhsul gətirdiyi deyildiyi üçün böyük qadın döşləri var idi. Bərəkətli təbiətinə görə o, bəzən “tanrıların atası” hesab olunurdu və kosmosun, dünyanın və ya kainatın tarazlığını qorumağa kömək edən qayğıkeş ata hesab olunurdu. Onun Asvan yaxınlığında Nil çayının ehtimal olunan mənbəyində bir mağarada yaşadığına inanılırdı.
Milçəklər tanrısı (roman)
Milçəklər tanrısı və ya bəzən Milçəklər kralı — Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan alleqorik roman. == Haqqında == Kitabda baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Vilyam Qoldinq bu kitabı İkinci Dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır. == Mövzu == Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır. Daha sonra katolik məktəbin uşaqlarından ibarət qrupda bu qrupa qoşulur və liderlik problemi böyüyür.
Milçəklər tanrısı (film, 1963)
Milçəklər tanrısı (ing. Lord Of The Flies) — nobel mükafatçısı Uilyam Qoldinqin eyni adlı romanının motivləri əsasında çəkilmiş ingilis məcara-dram filmi. == Mövzu == Okean üzərindəykən təyyarələri qəzaya uğrayan otuza qədər inglis uşaq yaxınlıqdakı kimsəsiz tropikal adaya çıxırlar. Qəzadan heç bir yetişkin sağ qurtura bilmir. Yetişkinlərin, dolayısıyla da təzyiqin və qaydaların olmadığı bir yerdə gözəl təbiət uşaqların çox xoşuna gəlir. Hər şeyi özləriə görə nizamlayıb oyunla qurub ovlanırlar. Ancaq zaman keçdikcə yaranan rəqabət, qorxu və inamsızlıqla uşaqlar bir növ demokratik quruluşdan qəbilə quruluşuna keçirlər. Bu da onların get-gedə vəhşiləşərək qorxunc bir kimliyə bürünmələrinə səbəb olur. Qaçınılmaz olaraq qütbləşmə başlayır. Bir qrup uşaq mədəni yaşayışın tərəfdarı olan Ralfin liderliyini qəbul edərkən digər bir qrup da daha fərqli xarakteri olan, şiddətə meyilli Cekin arasınca gedir.
Milçəklər tanrısı (film, 1990)
Milçəklər tanrısı — 1990-cı il məhsulu olan amerikan drama gərilim filmi. Film Uilyam Qoldinqin 1954-cü ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir. == Məzmun == Evə dönən 24 amerikan hərbi məktəb tələbəsini daşıyan təyyarə Sakit okeandakı uzaq, kimsəsiz orman adasının yanına düşür. Həyatda qalan tək yetişkin təyyarə pilotu kapitan Bensondur. O da çox ciddi şəkildə yaralanır və çılğına dönür. Həyatda qalanların hamısı adaya gəlir. Gecə boyunca ən müstəqil tələbə olan Simon bir çay tapır və digər uşaqlara xəbər verir. Hamısı ordan su içir və daha sonra adanı kəşf etməyə başlayırlar. Bu arada "Donuzcuq" (Piqqi) ləqəbəli kök bir tələbə (hekayə boyunca əsl adı açıqlanmır) və eynəkli başqa tələbə balıq qulağı tapır və onu qruplaşmış kursantlara aparırlar. Nüfuzlu tələbə və böyük uşaqlardan biri Kadet Koronel Ralf çətin vəziyyətdən çıxmaq üçün uşaqları bir yerə toplayır.
Tanrısız (miniserial)
Allahsız — Amerikan Vestern dram janrında mini serial. Serialın ssenari müəllifi və rejissoru Skott Frenkdir. 1884-cü ildəki hadisələrdən bəhs edən serialda qisaskar himayədarından qaçan gənc quldur demək olar ki, yalnız qadınların yaşadığı kiçik bir Nyu-Meksiko şəhərinə gəlib çıxır. Yeddi seriyalı serialın istehsalına 2016-cı ilin sentyabrında Nyu-Meksiko ştatının Santa Fe şəhərində başlanılıb və 22 noyabr 2017-ci ildən etibarən Netflix-də bütün dünyaya yayımlanıb. Serial ümumilikdə müsbət rəylər almış və The Washington Post və Vanity Fair tərəfindən ilin ən yaxşı 10 serialından biri adlandırılmışdır. == Rollarda == Cek O'Konnell – Roy Qud rolunda; Roy Qud keçmiş rəhbəri Frank Qriffindən qaçan yaralı quldurdur. O, gənc yaşlarında yetim qalıb və Qriffin tərəfindən himayəyə götürülüb. Roy Qud sonda soyğunçuluqdan uzaqlaşır və qənimətlə yola düşür. Ona atalıq edən Qriffinin davranışına daha dözə bilməyən Roy onu tərk edir.Mişel Dokeri – qayınanası və yeniyetmə oğlu ilə kiçik bir fermanı idarə edən dul bir qadın olan Alis Fletçer rolunda.Skut MakNeri – La Bel şəhərinin şerifi və Meri Aqnesin qardaşı Bill MakNye rolunda.Merritt Vever – Meri Aqnes MakNyu rolunda. Meri, demək olar ki, bütün kişilərin mədən qəzasında öldüyü La Bel şəhərinin mərhum merinin qətiyyətli, praqmatik və cəsarətli dul arvadı və şerif Bill MakNyunun bacısıdır.Tomas Brodi-Sanqster – Vayti Uinn rolunda.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.30 dəfə / 1 mln.
2004 •••••• 0.34
2007 ••••••• 0.42
2009 •••••••••••••••••••• 1.28
2010 ••• 0.18
2011 •••••• 0.34
2012 •• 0.09
2013 •••••••••• 0.58
2014 •••••• 0.34
2015 •••••• 0.34
2016 ••• 0.17
2017 •••••••• 0.49
2019 ••••• 0.28
2020 ••••• 0.27

"tanrısı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tanrısı nədir? #tanrısı sözünün mənası #tanrısı nə deməkdir? #tanrısı sözünün izahı #tanrısı sözünün yazılışı #tanrısı necə yazılır? #tanrısı sözünün düzgün yazılışı #tanrısı leksik mənası #tanrısı sözünün sinonimi #tanrısı sözünün yaxın mənalı sözlər #tanrısı sözünün əks mənası #tanrısı sözünün etimologiyası #tanrısı sözünün orfoqrafiyası #tanrısı rusca #tanrısı inglisça #tanrısı fransızca #tanrısı sözünün istifadəsi #sözlük