tanımaq sözü azərbaycan dilində

tanımaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tanımaq • 99.1109%
  • Tanımaq • 0.8368%
  • TANIMAQ • 0.0523%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.29 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 ••••••••••••••••••• 9.45
2004 ••••••••• 4.38
2005 •••••••••• 4.72
2006 •••••••••••• 5.86
2007 ••••••••• 4.44
2008 ••••••••••••••• 7.31
2009 •••••••••••• 6.08
2010 ••••••••••• 5.45
2011 •••••••••••••••••• 8.84
2012 •••••••••••••••••••• 10.33
2013 •••••••••••••• 6.86
2014 ••••••••••••• 6.52
2015 •••••••••••••••••• 9.19
2016 •••••••••••• 5.90
2017 •••••••• 3.90
2018 •••••••• 3.75
2019 •••••••• 3.76
2020 ••••• 2.25

tanımaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. Cəbhə dostunu tanımaq. Keçmiş sinif yoldaşını tanımaq. // Tanış olmaq, tanışlığı olmaq. [Yaqut:] Onu tanıyıram. Adı Yaşardır. C.Cabbarlı. [Süleyman:] Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyarsan. Ü.Hacıbəyov. // Bilmək, başqalarından fərqləndirmək, kim olduğunu seçmək. Sizi birdən-birə tanımadım. Bu adamı tanımadın? Yerişindən tanımaq. – Aslan Səlminaz arvadı səsindən tanıyıb, cəld pəncərəyə yanaşdı. M.Hüseyn. // Ayırd edə bilmək, fərqləndirə bilmək, seçmək. Dostla düşməni tanımaq. – Namərdlə mərdi tanı; El sevər mərd atanı; Oğul fərsiz çıxanda; Öldürər dərd atanı. (Bayatı). 2. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. Mən onu tanıyıram, o belə iş görməz. Sən hələ onu yaxşı tanımırsan. – [Yusif:] Elə ki mən [Şamdan bəyi] tanımışam, heç kəs tanımaz. N.Nərimanov. 3. İtaət etmək, tabe olmaq. Kiçik böyüyü tanımayanda iş görmək çətindir. 4. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. [İbrahim xan Məmməd bəyə:] …Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Çəmənzəminli. 5. dipl. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. Afrikada yaranmış yeni dövlətləri tanımaq.

    Azərbaycan dilinin izahlı lüğəti / tanımaq

tanımaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

tanımaq sözünün antonimləri (əks mənalı sözlər)

tanımaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. узнавать, опознавать, распознавать; 2. признавать; 3. знать, быть знакомым;

    Azərbaycanca-rusca lüğət / tanımaq
  • 2 глаг. 1. знать: 1) быть знакомым с кем-л. Mən onu çoxdan tanıyıram я его давно знаю 2) иметь ясное представление о к ом-л. Mən onu yaxşı tanıyıram я его хорошо знаю 2. узнавать, узнать: 1) увидев, обнаружить в ком-, в чём-л. кого-л. знакомого или что-л. знакомое. Cəbhə yoldaşını tanımaq узнать фронтового товарища 2) отличать, отличить от других. Səni birdən-birə tanımadım (я) тебя не сразу узнал, səsindən tanımaq узнать по голосу, adamı işindən tanıyarlar человека узнают по его делам 3. опознавать, опознать, распознавать, распознать. Öz şeylərini tanımaq опознать свои вещи 4. признавать, признать: 1) по каким-л. признакам, приметам видеть, обнаружить в ком-, ч ём-л. знакомого или знакомое; узнать. Uzaqdan tanımaq признать издалека; o, yolu pis tanıyırdı он плохо признавал дорогу, mən evimizi damından tanıdım я признал наш дом по крыше, səslərindən tanımaq kimi признать по голосам кого 2) считать законным. дипл. Yeni müstəqil dövlətləri tanımaq признать новые независимые государства, seçkinin nəticələrini tanımaq признать результаты выборов, legitimliyini tanımaq nəyin признать легитимность чего 3) оценить кого-л. по достоинству. Şairin istedadını tezcə tanımamışdılar талант поэта признали несразу 4) обычно несов. в. находить что-л. достойным внимания (обычно в сочет. со словами только, лишь). Deyəsən, siz elə bircə məşğuliyyət (iş) tanıyırsız: lüğətlər tərtib etmək, vəssalam! Кажется, вы признаёте только одно занятие – составление словарей, и всё!; tanımamaq kimi, nəyi не признавать (полностью, целиком отрицать, отвергать что-л.), не признать. O, heç kimi və heç nəyi tanımır он никого и ничего не признаёт ◊ tanımıram və tanımaq da istəmirəm! не знаю и знать не хочу!

    Azərbaycanca-rusca lüğət / tanımaq

tanımaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to recognize (d.); dövləti ~ to recognize the government; 2. to know* (d.); O, məni səsimdən tanıdı He / She knew me by my voice; 3. to be* acquainted (with); Biz bir-birimizi tanıyırıq We are acquainted with each other

    Azərbaycanca-ingiliscə lüğət / tanımaq

tanımaq sözünün fransız dilinə tərcüməsi

tanımaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чир хьун, чирхьун; // ччара ийиз хьун, фаркьлу ийиз хьун, хкягъиз хьун; dostla düşməni tanımaq дуст-душман чир хьун; // чир хъхьун; sən məni tanımadın? ваз зун чир хьаначни?; 2. чиз хьун, таниш яз хьун, танишвал хьун; mən onu tanımıram заз ам чидач; 3. итӀаат авун, табий хьун, муьтӀуьгъ хьун; 4. гьисаба кьун, кваз кьун, гьуьрметун; özünü tanımayan allahını da tanımaz. Ata. sözü жув тийижирдаз жуван бубани чир жедач; 5. дипл. цӀийи са девлет кьилди девлет яз кьабулун, адахъ галаз дипломатиядин алакъаяр туькӀуьрун.

    Azərbaycanca-ləzgicə lüğəti / tanımaq

tanımaq sözünün türk dilinə tərcüməsi

"tanımaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tanımaq nədir? #tanımaq sözünün mənası #tanımaq nə deməkdir? #tanımaq sözünün izahı #tanımaq sözünün yazılışı #tanımaq necə yazılır? #tanımaq sözünün düzgün yazılışı #tanımaq leksik mənası #tanımaq sözünün sinonimi #tanımaq sözünün yaxın mənalı sözlər #tanımaq sözünün əks mənası #tanımaq sözünün etimologiyası #tanımaq sözünün orfoqrafiyası #tanımaq rusca #tanımaq inglisça #tanımaq fransızca #tanımaq sözünün istifadəsi #sözlük