taqət sözü azərbaycan dilində

taqət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • taqət • 80.0000%
  • Taqət • 18.8889%
  • TAQƏT • 1.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2007 •••••• 0.21
2011 ••••• 0.17
2013 •••• 0.15
2015 ••••• 0.17
2017 ••••••••• 0.33

taqət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Güc, qüvvət. Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Çəmənzəminli. Qışın taqəti yoxdur; Döyüşməyə baharla. R.Rza. □ Taqət qalmamaq – bax taqətdən düşmək. Artıq [Qurbanın] dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. A.Şaiq. [Səriyyə:] Mənim dəxi səbir etməyə taqətim qalmadı. C.Cabbarlı. Taqətdən düşmək – gücdən düşmək, daha taqəti qalmamaq, üzülmək. Qəribin getməsindən düz altı ay yarım keçmişdi, Qəribin anası da taqətdən düşmüşdü. “Aşıq Qərib”. [Sevinc:] Az qala taqətdən düşüb yolda qalmışdı. Z.Xəlil. Taqətdən salmaq – əldən salmaq, üzmək. Saldı məni taqətdən ol afəti-dövranım. Heyran xanım. Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. S.S.Axundov. Taqəti kəsilmək – bax taqətdən düşmək. [Səriyyə:] Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! C.Cabbarlı. [Yaşlı kişi:] Taqətim tamamilə kəsildiyi üçün paltarımı soyunmadan yatağa sərildim. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / taqət

taqət sözünün sinonimləri (yaxın mənalı sözlər)

taqət sözünün rus dilinə tərcüməsi

  • 1 сила, мочь

    Azərbaycanca-rusca lüğət / taqət
  • 2 сущ. сила, мочь. Taqəti qalmayıb kimin нет больше сил у кого, taqəti yoxdur kimin нет сил, мочи нет у кого, не в силах кто, taqətdən düşmək (taqəti kəsilmək) выбиваться, выбиться из сил, валиться с ног, taqətdən salmaq выбивать, выбить из сил, изнурять, изнурить, томить, утомить; taqətə gəlmək поправляться, набираться сил

    Azərbaycanca-rusca lüğət / taqət

taqət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. strength, force; ~dən düşmək to become* / to get* exhausted, to strain oneself to the utmost; to be* dead tired; ~dən salmaq to exhaust (d.); (çox işlətmək) to overwork (d.), to overdrive* (d.); ~ə gəlmək to get* afresh, to become* stronger, to store up fresh energy

    Azərbaycanca-ingiliscə lüğət / taqət

taqət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. force f ; énergie f ; vigeur f ; ~dən düşmək être à bout de force ; ~dən salmaq fatiguer vt, éreinter vt, exténuer vt ; ~ə gəlmək reprendre des forces

    Azərbaycanca-fransızca lüğət / taqət

taqət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. такьат, тӀакьат, тӀакь, гуж, къуват; taqət qalmamaq кил. taqətdən düşmək; taqətdən düşmək такьатдай аватун, гужунай аватун, такьат амукь тавун, тӀакь атӀун, аман атӀун; taqətdən salmaq такьатдай авудун, тӀакь атӀун, аман атӀун; taqəti kəsilmək кил. taqətdən düşmək.

    Azərbaycanca-ləzgicə lüğəti / taqət

taqət sözünün türk dilinə tərcüməsi

taqət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. güc, qüvvət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

güc, qüvvət.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"taqət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#taqət nədir? #taqət sözünün mənası #taqət nə deməkdir? #taqət sözünün izahı #taqət sözünün yazılışı #taqət necə yazılır? #taqət sözünün düzgün yazılışı #taqət leksik mənası #taqət sözünün sinonimi #taqət sözünün yaxın mənalı sözlər #taqət sözünün əks mənası #taqət sözünün etimologiyası #taqət sözünün orfoqrafiyası #taqət rusca #taqət inglisça #taqət fransızca #taqət sözünün istifadəsi #sözlük