tark sözü azərbaycan dilində

tark

Yazılış

  • tark • 50.0000%
  • Tark • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır.Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur. Sağ üst tərəfdə və onun altında Orxon abidələrində də olan dağ keçisi damğası mövcuddur.
Andrey Tarkovski
Andrey Arsenyeviç Tarkovski (rus. Андре́й Арсе́ньевич Тарко́вский; 4 aprel 1932[…] – 29 dekabr 1986[…], Paris, Fransa) — sovet kinorejissoru, ssenarist, film redaktoru, film nəzəriyyəçisi, teatr və opera rejissoru. "Andrey Rublyov", "Solyaris", "Güzgü" və "Stalker", "Qurbanvermə" kimi filmlərin müəllifidir. O, özünün yeddi bədii filmindən beşini Sovet İttifaqında çəkmiş, son iki filmi isə İtaliya və İsveçdə istehsal olunmuşdur. == Həyatı == === Uşaqlığı və erkən həyatı === Tarkovski İvanovo Sənaye Oblastının Yuryevetski rayonunun Zavrajye kəndində şair və tərcüməçi Arsen Aleksandroviç Tarkovskinin və Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş Mariya İvanovna Vişnyakovanın ailəsində doğulmuşdur. Uşaqlığı Yuryevetsdə keçmişdir. Uşaqlıq dostları onu aktiv və məşhur, çox dostu olan və hərəkətin mərkəzində olan adam kimi təsvir edirlər. 1937-ci ildə onun atası ailəni tərk edir, ardınca 1941-ci ildə könüllü orduya yazılır. Tarkovski anası ilə qalır, anası və bacısı Marina ilə birlikdə Moskvaya köçürlər, anası çap evində korrektor işləməyə başlayır. 1939-cu ildə Tarkovski 554 nömrəli məktəbdə qeydiyyata alınır.
Lusi Tarkvini Prisk
Lusi Tarkvini Prisk (lat. Lucius Tarquinius Priscus; e. ə. VII əsr – e.ə. 578, Roma) - Qədim Romanın V çarı. == Haqqında == Ank Marsinin ölümündən sonra Lusi Tarkvini Prisk Roma çarı olmuşdur. O, da latın, sabin və etrusk tayfalarına qarşı vuruşmuşdu. Çox ehtimal ki, Tarkvini Prisk Roma çarları içərisində etrusklar kimi şahlıq əlamətləri gəzdirən ilk padşah olmuşdu. O, atlı dəstələrin sayını artırmışdı. Tarkvini Prisk Roma şəhərini gözəl binalarla bəzəmək planını tərtib etmişdi və Kapitoli məbədinin tikilməsinə başlamışdı.
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Tarkan
Tarkan Tevetoğlu — Türk müğənni. 1972-ci ildə Almaniyanın Frankfurt yaxınlarındakı Alzey qəsəbəsində anadan olmuşdur. Atası Ali Tevetoğlunun qərarıyla 13 yaşında Karamürseldə Klassik Türk Musiqisi üzrə təhsil almağa başladı. Karamürsel Liseyini bitirdikdən sonra Karamürsel Musiqi Cəmiyyətində ardından da Üsküdar Musiqi Cəmiyyətində musiqi savadını aldı. == Karyerası == 1991-1999-cu illər ərzində yoldaşı Alpay Aydın sayəsində İstanbul Val sahibi və prodüser Məmməd Söğütoğlu ilə tanış oldu. 1992-ci ilin sonunda İstanbul Val ilə imzaladığı razılaşma nəticəsində, ilk albomu Yenə Sənsiz Türkiyədə bazara çıxarıldı. Bu albomun ilk mahnısı olan Kıl Oldum çox qısa müddətdə dinləyənlərin marağını çəkərək məşhur məkanlarda çalındı. Yenə Sənsiz adlı albomunu 900 min tirajla satılınca, Tarkan ölkə diametrində tanındı. 1994-cü ilin Mayında Sezen Aksunun yardımı ilə Acayipsin albomunu çıxaran Tarkan müvəffəqiyyətini davam etdirdi. Bu albom ilə Türkiyə və Avropada 24 konsert verdi.
Tarki-Tau
Tarki-Tau — Dağıstan Respublikasında dağ. Dağ öz adını Dağıstanın ən qədim kəndlərindən biri olan Tarki aulundan götürüb. Tariki-Tau oronimi yaylaya və bütün dağ silsiləsinə aid edilsə də, dağın zirvəsinə başqa ad verilib — Sarıyar burnu. Sarıyar dağın şiş ucudur. Sarıyar qumuq dilində «sarı» və «yar» (yarğan) deməkdir. == Xarakteriskası == Tarki-Tau görünüşcə nəhəng masaya bənzər yüksəkliyi xatırladır. Tark-Tau dağının ətəyində Dağıstanın paytaxtı Mahaçqala şəhəri yerləşir. Dağı Xəzər dənizindən 3 km-lik məsafə ayırır. Dağın mütləq hündürlüyü 720 metr, Xəzərə görə nisbi hündürlüyü isə — 745 metrdir ( 1998-ci ilin məlumatı). Tarki-Tau aydın görsənən yayla formalı relyefə malikdir.
Tarkovskilər
Tarkovskilər —
Tarku şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. == Tarixi == Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.
Tarkvini və Lukresiya (Rubens)
Trakvini və Lukresiya — Piter Paul Rubensin Qədim Roma tarixi mövzusunda Sekst Trakvini tərəfindən Lukresiyanın zorlanması səhnəsi təsvir olunmuş yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.
Tarkviniya
Tarkviniya(it. Tarquinia, lat. Tarquinii, yun. Ταρκυνία) — İtaliyada kommuna. == Tarixi == E.ə. IV əsrdə latın koloniyaları olan Sutri və Nepi Tarkviniyaya gedən belə deyilən “Etruriya darvazaları”nı qoruyurdu. Tarkviniya Çerveteridən şimalda 40 km. məsafədə yerləşən böyük sahil şəhəridir. Vaxtılə Etruriyanın ən məşhur şəhəri hesab olunurdu. Şəhərin adı Tirrenin qardaşı və ya oğlu hesab olunan, İtaliyaya gələr-gəlməz hakimiyyəti ələ alıb 12 etrusk şəhərinin əsasını qoyan Tarkonun adı ilə bağlıdır.
Təkəbbürlü Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Çorpan Tarkan
Çorpan Tarkan — VII əsrdə yaşamış Xəzər kökənli Göytürk komandanıdır. Çorpan Tarkan erməni tarixçisi Movses Kaqankatvatsi tərəfindən Xəzər generalı olaraq təqdim edilmişdir. == Həyatı == Tonq Yabqu xaqanın 627-629-cu illərdə Üçüncü Göytürk-Sasani müharibəsində sasaniləri məğlubiyyətə uğratdığı dövrdə Çorpan Tarkan Tonq Yabqu xaqanın qardaşı oğlu Börü Şadın Qafqazdakı ordusunda komandan olaraq xidmət etməkdə idi. Çorpan Tarkan bu müharibə zamanı, 629-cu ildə Sasanilər ilə döyüşərək Tiflisi fəth etdi və Cənubi Qafqazda Qəbələ şəhərinə yerləşdilər. Tiflisin fəth edilməsi ilə göytürklər sasanilərə böyük zərbə vurmuş və bu vəziyyət Sasanilərin Anadoludakı hərəkatlarını dayandırıb ordularını Qafqaza göndərmələrinə səbəb olmuşdur. Daha sonra Çorpan Tarkan Qafqazdakı irəliləmə hərəkatını davam etdirərək 630-cu ilin aprel ayında indiki Qərbi Azərbaycanı işğal edib, yerlə bir etdi. Bu vəziyyətə görə, Çorpan Tarkan yenə erməni tarixçi Movses Kaqankatvatsi tərəfindən qana susamış və iyrənc biri olaraq tanıdılmışdır. Ardıyca Çorpan Tarkan Araz çayına qədər bütün Şimali Azərbaycanı fəth etdi. Bundan sonra Sasani imperatoru Şahrbaraz tərəfindən göytürklər üzərinə göndərilən və əksəriyyəti atlılardan təşkil edilmiş 10.000 nəfərlik güclü ordu Çorpan Tarkan tərəfindən tələyə salındı və məhv edildi.
Şəmsəddin xan Tarkovski
Şəmsəddin xan Tarkovski (1818, Kafır-Kumuq[d], Dağıstan MSSR – 1874, Buynaksk, Dağıstan MSSR) — 1818-ci ildə Kafır-Qumuk kəndində anadan olmuşdur. Əbumüslüm xan Tarkovskinin oğlu, 1862-ci ildən süvari qoşunları general-mayoru, 1868-ci ildən İmperator Əlahəzrətlərinin fleqel-adyutantı. Tərki şamxallığının son Şamxalı (1860-1867). Beləliklə tarixdə son "Şamxal" (Dağıstanda krallıq titulu) statusu daşıyan şəxs kimi qalmışdır. 1863-cü ildən Rusiya imperiyasının knyazı. 1874-cü ildə vəfat etmişdir. Kafır-Qumuk kəndində dəfn olunub. == Həyatı == Şəmsəddin xan 1818-ci ildə Kafır-Qumuk kəndində gələcək Tərki şamxalı Əbumüslüm xan Tarkovskinin ailəsində anadan olmuşdur. O, da bütün nəslindəki, kişilər kimi hərbçi sənətini seçmişdir. Şəmsəddin xan hərbi karyerasına 1853-cü ildə, Leb Qvardiya kazak alayına kornet kimi qəbul etdikdə başlamışdır.
Əbumüslüm xan Tarkovski
Əbumüslüm xan Tarkovski (1797, Tərki[d] – 1860, Kafır-Kumuq[d], Dağıstan MSSR) — General-leytenant, Rusiya Şahzadəsi (1849-cu ildən), Buynaksk hökmdarı, Dağıstanın valisi, Tərki şamxalı (1836-1860). == Həyatı == 1797-ci ildə Tərki şamxallığının ilk iqamətgahında Tərki kəndində əsilzadə ailəsində anadan olub. Onun atası Tarku Şamxalı II Mehdi, anası isə atasının ikinci həyat yoldaşı Soltanat Bikə Avarskidır. Əbumüslüm xan böyük qardaşı Süleyman Paşadan fərqli olaraq, tez-tez atasının sözündən çıxır və ona qulaq asmırdı. Bu səbəbdən atası onu Tərki kəndindən əvvəl Anji kəndinə qovuldu, sonra nəsilin istəyi ilə Kafır-Qumuk kəndinə köçdü. Sonradan Əbumüslüm xan bu kəndi öz iqamətgahına çevirdi. === Tərki Şamxalı === 1836-cı ildə atası II Mehdidən sonra Şamxal olan böyük qardaşı Süleyman Paşa vəfat etdi. Qanunla o, ikinci oğul olduğundan varis kimi Şamxallıq ona keçməli idi. Elə buna görə 1836-cı ildə İmperator I Nikolayın investisiya məktubu ilə papağına lələk keçirmək icazəsi ilə Buynaksk və Dağıstan valisi olaraq Tərki Şamxalı titulunu qəbul etdi. Onun hakimiyyət dövrü Şeyx Şamilin imamət dövrünə (1834-1859) təsadüf etdi.

Oxşar sözlər

#tark nədir? #tark sözünün mənası #tark nə deməkdir? #tark sözünün izahı #tark sözünün yazılışı #tark necə yazılır? #tark sözünün düzgün yazılışı #tark leksik mənası #tark sözünün sinonimi #tark sözünün yaxın mənalı sözlər #tark sözünün əks mənası #tark sözünün etimologiyası #tark sözünün orfoqrafiyası #tark rusca #tark inglisça #tark fransızca #tark sözünün istifadəsi #sözlük