tartan sözü azərbaycan dilində

tartan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tartan • 42.8571%
  • Tartan • 42.8571%
  • TARTAN • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir.Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi. Sarqon "Tartan Musuray", yəni Misir tartanından bəhs edirdi.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. == Mənşə == 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. == Haqqında == Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. == Həmçinin bax == Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) == Xarici keçidlər == MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" == Mənbə == N.N.Zeynalov.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 ••••••••••• 0.09
2012 ••••••••••• 0.09
2014 •••••••••••••••••••• 0.17

tartan sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. тартан (особое синтетическое покрытие беговых дорожек) II прил. тартановый. Tartan qaçış yolu тартановая беговая дорожка

    Azərbaycanca-rusca lüğət / tartan

"tartan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tartan nədir? #tartan sözünün mənası #tartan nə deməkdir? #tartan sözünün izahı #tartan sözünün yazılışı #tartan necə yazılır? #tartan sözünün düzgün yazılışı #tartan leksik mənası #tartan sözünün sinonimi #tartan sözünün yaxın mənalı sözlər #tartan sözünün əks mənası #tartan sözünün etimologiyası #tartan sözünün orfoqrafiyası #tartan rusca #tartan inglisça #tartan fransızca #tartan sözünün istifadəsi #sözlük