tatarlar sözü azərbaycan dilində

tatarlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tatarlar • 73.9300%
  • Tatarlar • 26.0700%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tatarlar
Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri. Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır. Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir. Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar. Tatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar: "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi) "Qazanlılar" (казанлылар), yəni "Qazan şəhəri / Qazan xanlığı sakinləri, qazanlılar" "Bulğarlar" (булгарлар), yəni "bulqarlar" (Qeyd: müasir slavyan xalqı olan bolqarlarla səhv salınmamalıdır) "Törklər" (төркләр), yəni "türklər" (Qeyd: təxminən azərbaycanlıların özlərini vaxtilə əsasən "türklər" adlandırmaları kimi; Anadolu/Türkiyə türkləri ilə səhv salınmamalıdır) (bu ad bəzən həmçinin başqırdlara da şamil olunurdu) Rusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər. "Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu. Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar.
Azərbaycanda tatarlar
Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir. == İcma == Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur. Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi: == Din və dil == Tatarlar əsasən müsəlmandırlar. İslam dininin hənəfi məzhəbində etiqat edirlər. == Cəmiyyət == Azərbaycan Respublikasında tatarlara aid icmalar: Azərbaycan Respublikasında tatarların "Tuqan Tel" cəmiyyəti (Bakı) Azərbaycan Respublikasında tatarların "Yaşlek" cəmiyyəti (Bakı) == Bayramlar == Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər.
Həştərxan tatarları
Həştərxan tatarları (tatar. Әстерхан татарлары, Әsterhan tatarlari, Әşterhan tatarlari) — müasir Həştərxan vilayəti ərazisində yayılmış tatar xalqına aid qrup. Vilayətin sayına görə üçüncü ən böyük etnik qrupudur. Ümumi əhalinin 7 % təşkil edir. 2010-cu il diyahıya alınmasına görə Həştərxan vilayətində 60 min tatar yaşayır. == Tarixi == XV—XVII əsrlərdə həştərxan tatarları Həştərxan xanlığının və Noqay knyazlıqlarının ərzilərdə cəmləşmişdilər. Onlar noqayların güçlü təsirinə məruz qalmışdılar. XVII əsrdən etibarən Volqa-Ural tatarları ilə əlaqə güçlənmişdir. == Mədəniyyət == === XX əsr === 1917-ci ildə Həştərxan tatarların iri mədəni və ictimai mərkəzlərinfən biri olmuşdur. 1892-ci ildə burada "Nizamiyə" mədrəsəsi fəaliyyət göstərirdi.
Kadom tatarları
Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu. == Tarixi == Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar. Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb.
Krım tatarları
Krım tatarları (krımtat. qırımtatarlar, къырымтатарлар) — tarixi vətənləri Qara dənizin şimalı, Krım yarımadası olan türk xalqları qrupunun qıpçaq yarımqrupuna aiddir. Krım Tatarları məclisinin sədri rəsmi olaraq Refat Çubarovdur. == Mənşə və tarix == === 1944-cü il deportasiyası === 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardılar. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanətdə" ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə — Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi. Tezliklə Serov və Tabulov tərəfindən 18–22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. Beləliklə, 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı. Mayın 20-nə 180,014 nəfər artıq köçürülmüşdü. Nəhayət 22 may tarixində yekun hesablamalara əsasən 194,155 nəfər Krım tatarı deportasiya olunmuşdu. Onlardan 151,083 nəfər Özbəkistan SSR-da (təxm.
Krım tatarlarının bayrağı
Krım tatarlarının bayrağı yuxarı sol küncündə sarı daraq damğası olan göy parçadan ibarətdir. Bayraq ilk dəfə 1917-ci ildə Rusiyada Fevral inqilabından sonra Krım Tatar Milli Qurultayı tərəfindən qəbul edilmişdir. 30 iyun 1991-ci ildə təzədən qurulan Qurultayda bayraq yenidən milli simvol olaraq qəbul edildi. 2010-cu ildən bəri 26 iyun Krım tatarları tərəfindən Krım Tatar Bayrağı Günü kimi qeyd olunur. 22 iyul 2012-ci il tarixində V çağırış Krım Tatar Xalqının Qurultayı qərar aldı ki, Krım Tatar Xalqının Məclisi, VI çağırış Krım Tatar Xalqının Qurultayının təsdiqlməsi üçün Krım Tatar xalqının milli bayrağının təsviri, rəsmi istifadə qaydası və hüquqi qorunması məsələsini həll edən "Krım Tatar Xalqının Dövlət bayrağı haqqında" əsasnaməni hazırlasın.
Krım tatarlarının deportasiyası
Krım tatarlarının deportasiyası (krımtatar dili: Qırımtatar halqınıñ sürgünligi; ukrayn dili: Депортація кримських татар; rus dili: Депортация крымских татар) — 18–20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir. Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. Çünki, Krım ərazisində yaşayan tatarların türklərlə etnik yaxınlığı var idi və onlar bu planın reallaşdırılmasına problem yarada bilərdi. Nasistlər əvvəllər Krım tatarlarına qarşı neqativ yanaşma sərgiləsə də, Sovet qoşunlarının güclü müqaviməti ilə qarşılaşdıqdan sonra onlar bu siyasətlərini dəyişməyə məcbur oldular.
Krım tatarlarının milli futbol yığması
Krım tatarlarının futbol yığması — futbol üzrə beynəlxalq turnirlərdə Krım tatarlarını təmsil edən yığma. Yığma NF-Boardun üzvüdür. Krımtatar futbol ittifaqı tərəfindən idarə edilir. == Qısa tarix == Krım tatarlarının futbol yığması 2006-cı ildə ELF Cup yarışmasında iştirak etmək məqsədi ilə Şimali Kipr Türk Cumhuriyyətinin futbol federasiyası tərəfindən təşkil edilmişdir. Komanda yarışda beş oyun keçirmişdir. Üstəlik turnirin finalına belə çıxmışdır. Final yarışmasında yerli komandaya 1:3 hesabı ilə məğlub olmuşlar. Onlar yarım finalda isə FİFA-nın üzvü olan Qığızıstan milli futbol yığmasını məğlub edə bilmişlər. Komandaya Rüstəm Osman rəhmərlik etmişdir. Onun komandasıns daxil idi: Qapıçılar: Narmin Rustemoviç Osmanov (Neftçi Fərqanə), Nəriman Yaqubov (Krımteplisa), Səid-Dövlət Əbdürrəhmanov (Medik Simferopol); Müdafiyəçilər: Arsen İsmailoviç Mustafaev (Feniks-İliçeves), Fevzi Sitsilmanoviç Əbukərimov (Krımgeofizika), Rizvan Reşatoviç Ablitarov (Dnepr Dneprpetrovsk), Denis Aleksandroviç Qolaydo (Tavriya; milliyətcə tatar deyildir.
Kurmış tatarları
Kurmış tatarları — Kurmış vilayətinin və Nijni Novqorod vilayətinin Kurmış şəhərinin hərbi xidmətdə olan tatar xalqının subetnos qruplarından biri (Rusiya ordusunda süvari alaylarında). == Tarixi == Kurmış tatarları Moskva knyazlığının şərqindəki Kormış vadisi ərazisində, İdil bulqarları dövləti ilə sərhəddə yerləşən Kormış şəhəri yaxınlığında (indiki Nijni Novqorod vilayətinin Kormış rayonunda kənd) yaşayan türkdilli xalqı idi. Vladimir, Nijni Novqorod və Moskva knyazlıqları burada yaşamış bulqar, macar, bərtaş, mordva, çermeş, mişər xalqlarının varisləri hesab edilir. Kurmış tatarları XV-XVIII əsrlərdə Rusiya hökumətinə, ondan əvvəl isə saray əyanlarına, yəni Qızıl Orda xanlarına xidmət etmiş türk knyazlarının nəslindən sayılırlar. XVII əsrin ilk iyirmi ilində Kurmış vadisində Knyaginino və Kurmış yolları boyunca gözətçi məntəqələri funksiyasını yerinə yetirən 8 tatar kəndi var idi. Onların arasında Mokloka, İşeevo, Anda və Vakaevo (indiki Urqa) kəndlərində uzun müddət yaşayış olub. Usad və Andosovda, Şkoverka çayı yaxınlığında türk elementlərinin taleyi fərqli idi. Sonrakı sənədlərdə qeyd olunmadığı üçün onlar XVII əsrin birinci yarısında yoxa çıxıblar. Fominkaların tatar əhalisi etnik cəhətdən daha sabit idi. Lakin onun da ruslaşması XIX əsrin ortalarında başa çatdı.
Lipka tatarları
Lipka tatarları — Litva tatarları, Lexistanlı tatarlar, Lipkovie, Lipcani və ya Müslimi olaraq da bilinən polşalı tatarlar. 6 əsrlik dövr ərzində hal-hazırkı Polşa, Litva və Belarusun sərhədləri daxilində yaşayan özünəməxsus adətlərə və həyat tərzinə sahib cəmiyyət. Tatarların ilk olaraq Avropa torpaqlarına köç etmələri Qızıl Ordu dövlətindəki qarışıqlıqlardan sonrakı dövrə təsadüf etməkdədir. Qızıl Ordu dövlətində yaşanan daxili çəkişmələr əticəsində tatarların çoxu Şərqi Avropa torpaqlarına köç edərək ilk yaşayış məskənlərini qurmuşdular. Qızı Ordu dövlətində yaşanan daxili çəkişmə nəticəsində Qızıl Ordunun dağılması ərəfəsində tatarlar 1392-1430-cu illər arasında Litva hersoqluğu tərəfindən Vilnus yaxınlarına məskun edilmişdirlər. XIV əsrin əvvəllərində Litvaya yerləşən tatar icmasının ilk üzvləri şamanist dinlərini qorumağa çalışmış v xristian olmayan litvalılar arasında mühacir olaraq yaşamışdırlar. XIV əsrin sonlarına doğru başqa tara köçü də yaşanmış, bu dəfə müsəlmanlar Vytautas tərəfindən Litvaya dəvət edilmişdirlərş Bu tatarlar Vilnus, Trakay, Qrodno və Kaunas çevrəsinə yerləşdirilmiş və sonrasında Reç Pospolitanın bir hissəsi olacaq Böyük Hesoqluğun digər bölgələrinə də yayılmışdırlar. XIV əsrdə başlayan tatar köçləri XVII əsrə qədər durmadan davam etmişdir. XVI əsrdən etibarən ana dillərini itirməyə başlamış olan Lipka tatarları belorusca, litvaca və polyakcanı mənimsəmişdirlər. Belorusiya, Litva və Polşada azınlıq halında yaşamaqda olan Lipka tatarları ABŞ-də da bır sıra yerlərdə yaşamaqdadırlar.
Litva tatarları
Litva Tatarları, ən qədim milli azlıqlardan biri hesab edilən Litva Respublikasında və Litvanın tarixi torpaqlarında yaşayan bir etnik qrupdur. == Mənşəyi == Litva tatarları türk və monqol tayfalarının nəslindəndir. Onların əcdadları Qızıl və Böyük Orda (Volqaboyu), Krım xanlığından çıxmadırlar. Litva tatarları müxtəlif qruplara aid idilər və qıpçaq dialektlərində danışırdılar. Litva tatarları digər xalqların və dinlərin əhatə yaşadıqlarına görə 16-cı əsrdə öz ana dillərini itirməli olsalar da, onlar öz etnik mədəniyyətlərini, milli və dini mənsubiyyətlərini qoruyub saxlayıblar. Litva tatarlarının əksəriyyəti sünni müsəlmanlardır. 1998-ci ildə Litva müsəlmanlarının mənəvi mərkəzi – müftiyət bərpa olunmuşdur. Litva tatarlarının məscidləri Nemejisdə və Qırx Tatar kəndində, Rayjyay və Kaunasda fəaliyyət göstərir1. Müharibədən əvvəl Litvada mövcud olmuş altı məsciddən ikisi dağıdılıb: Vilkavişk rayonunun Vinkşnupyay kəndində – İkinci Dünya müharibəsi zamanı və Vilnüsdə (Lukişkes) — Sovet dövründə. Müxtəlif dövrlərdə Böyük Litva Knyazlığında 60-a yaxın məscidin və ya Litva tatarlarının ibadət evlərinin mövcud olduğu təxmin edilir.
Qafqaz tatarları
Qafqaz tatarları (rus. Кавказские татары) — Rusiya imperiyasında Qafqaz türklərinə, daha çox azərbaycanlılara verilən ad. Ruslar daha öncə türk dillərinin birində danışan Krım və Volqa tatarları ilə qarşılaşdıqlarına görə, onların dilinə yaxın dil olan dildə danışan azərbaycanlıları da analogiyaya görə tatarlar adlandırmışdılar. Azərbaycan türkləri təxminən yüz il ərzində, bütün sənədlərdə və xəritələrdə Qafqaz tatarları kimi qeyd olunurdular. Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi. 1588-ci ildə rus sarayı ilk dəfə Səfəvi sarayına "tatar dili"ndə məktub yazdı. Səfəvi hökmdarı Şah I Abbasın dövründəki çarlıq Rusiyası mənbələrinə görə, rus səfirləri Səfəvi şahının cavabının türk dilində, "tatar yazısı" ilə olmasını arzulamışdır. Bu, XVI-XVIII əsrlərdə Avropa, Kiçik Asiya və Yaxın Şərq hökmdarlarından gələn və onlara gedən məktubları tərcümə etmək üçün, rus çarlarının xeyli sayda katib saxlamasının məntiqi nəticəsi idi. 1789-cu ildə rus sarayında belə tərcüməçilərdən iyirmi iki nəfər çalışırdı ki, onlardan səkkizi tatar (türk) dilini, bəziləri isə ehtimal ki, Osmanlı türkcəsi olan “türk dilini” bilirdi. İrana göndərilən rus elçiləri və səfirlərinin hamısı rus dilində yazılmış, “köhnə tatar dilində” tərcüməsi olan rəsmi məktublar daşıyırdılar.
Qaraqaş tatarları
Qaraqaş və ya Qaraagas tatarları – Qafqazdan Volqa deltasına köç edib, oraya yerləşmiş noğay tayfalarına daxil olan türk boyu. Şiə müsəlman olan Qaraqaş tatarları Qaraağaç noğayları olaraq da adlandırılırlar. Son dövrlərdə xeyli sayda Qaraqaş tatarları müxtəlif etnoslar arasında assimiliyasiya olmuşdurlar. Onları həmçinin, regiondakı digər türk soylu etnoslardan fərqləndirən onların dini kimlikləridir. Belə ki, Qaraqaş tatarları şiə müsəlmandırlar. Azərbaycandakı xeyli sayda olan Qaraqaş yer adlarının bu tayfa ilə əlaqəli olduğu güman edilir. Noğayların bu qrupu əsasən Həştərxan civarlarında yaşamaqdadırlar. Bu qrup uzun müddət Kazan tatarları hesab edilmişdirlər. Lakin danışdıqları şivənin Kazan tatarlarından xeyli fərqli olduğu aşkar ortadadır. Uzun müddət Kazan tatarlarının mədəni, siyasi təsirlərinə məruz qalıblar.
Qasım tatarları
Qasım tatarları (tatar. qasıym tatarları, касыйм татарлары, özlərini кәчим татарлары adlandırırlar) — tatar xalqının, xüsusən də Volqa-Ural tatarlarının qruplarından biri. Onlar Ryazan vilayətinin Kasimov şəhərində və Kasimovski rayonunda yaşayırlar. Onlar həmçinin Sankt-Peterburq, Moskva, Ryazan, Kazan, Daşkənd və başqa şəhərlərdə də məskunlaşıb. Mişar ləhcəsinin müəyyən təsirinə məruz qalmış tatar dilinin orta dialektinin xüsusi ləhcəsində danışırlar. Qasım tatarları pravoslav xristianlarıdır, kiçik bir qrup isə sünni müsəlmanlardır. Etnik qrupun adı Qasım xanlığının paytaxtının - Qasım şəhərinin (digər adı Meşçerski şəhəri) adından gəlir. O da öz növbəsində təxminən 1445-ci ildən Meşçerski şəhərciyinin hakimi Qazan xanı Uluq Məhəmmədin oğlu Qasım xanın şərəfinə adlanıb. Qasım xanlığının əsas əhalisini Rusiya dövlətinin daxili işlərində fəal iştirak edən xidmətçi tatarlar təşkil edirdi. XVII əsrin son rübündə xanlığın ləğvi tatarların sosial və iqtisadi həyatında kəskin pisləşməyə səbəb oldu.
Qazan tatarları
Qazan tatarları (tatar. Казан татарлары) — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisi ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır. 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi.
Rumıniya tatarları
Rumıniya tatarları (həmcinin rumın tatarları, dunay tatarları, rum. Tătarii din România, krımtat. Romaniya Tatarları, tatar. Дунай татарлары, Dunay tatarları) — Rumınya ərazisində rəsmi tanınmış milli azlıq. Rumınya parlamentində bir nümayəndələri vardır. Rumıniyada 2002-ci ildə aparılan siyahıya alınmaya görə burada 24 min tatar yaşayır (ölkə əhalisinin 0,1 %). İslam dininə etiqat edən tatarların az bir qismi isə Moldovada yaşayır. Onlar krımtatar dilinin müxtəlif dialektlərində danışırlar. Tatarlar müasir Rumıniya ərazisində XIII əsrdə peyda olmuşlar. Onlar monqol yürüşləri zamanı bölgəyə gəlmişlər.
Rumıniyada krım tatarları
Rumıniyada krım tatarları — Rumıniyada yaşayan milli azlıqlardan biri. Türk tayfalarının Rumıniya ərazisinə köçü hunlar və Bolqarların adı ilə bağlıdır. Müxtəlif türk tayfalarının Rumıniya ərazisinə növbəti köçü Qızıl Orda dövlətinin Doburcaya hücumu zamanı baş vermişdir. XIV—XV əstrlərdə isə Osmanlı imperiyası noqayların Doburcanı nəzarətdə saxlamasına icazə vermişdir. 1593 və 1595-ci illərdə tatarlar da Doburcaya köç etmişlər 1783-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra krım tatarları Osmanlı imperiyasının sərhəd bölgələrinə üz tuturlar. Onlar əsasən Doburcada məskən salırlar. Gəldikləri ərazidə Şirin, Yayla, Ağməscit, Yalta, Kəfə, Bəybucaq adlı yaşayış məntəqələri salırlar. 1783 - 1853-cü illərdə 10 minlərlə krım tatarı və noqay Rusen vilayətinə üz tutmuşdur. Bölgə «Kiçik Tatariya» adı ilə tanınırdı. Bucaq vilayətindən noqaylar növbəti dəfə 1812-ci ildə Döburcaya üz tuturlar.
Sibir Tatarları
Sibir tatarlar (öz dillərində: Seber Tatarlar, rus. сибирские татары, tatar. татарлар) — Rusiya Federasiyasında kompakt, digər ölkələrdə isə az sayda yaşayan, türk xalqlarından biri. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federativ Respublikasında 9.611 nəfər Sıbırlar yaşayır.
Türkiyədə krım tatarları
Türkiyədə krım tatarları — Türkiyə vətəndaşı olub onun ərazisində yaşayan krımtatarları və onların törəmələri. Krım tatarlarının XX əsrə qədər Türkiyəyə miqrasiyası 3 dalğa ilə baş vermişdir: birinci Krımın Rusiya tərəfindən işğalı, ikinci Krım müharibəsi, üçüncü 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi. Osmanlı İmperatorluğunda Krımtatar diasporunun formalaşması fenomeni dünya tarixində bu cür hadisələr arasında ən azı iki cəhətdən unikaldır: Müasir Türkiyədə "Krım tatarlarının demoqrafik resursu" kəmiyyət baxımından tarixi vətənləri olan Krımdakıdan olduqca böyükdür. Krım tatarlarının Osmanlı İmperiyasının və Türkiyənin ictimai-siyasi, iqtisadi, mədəni və təhsil həyatında iştirakı bu ölkələrin inkişafında əhəmiyyətli və bəzən həlledici əhəmiyyətə malik idi. Osmanlı imperiyasında daima krımtatar diasporu mövcud olmuşdur. Səbəb isə iki ölkə arasında gözəl əlaqələrin olması idi. XIV–XV əsrlərdə osmanlılar Doburcanı koloniyalaşdırmışdırlar. Burada əsasən Bucakdan olan krım tatarları yaşayırdı. 1593 və 1595-ci illərdə onları Doburcaya köçürürlər. Tatarların bir hissəsi Osmanlı Yunanıstanına və Osmanlı Türkiyəsinə köçür.
Volqa tatarları
Volqa tatarları və ya Volqa tatarları — hal-hazırda Rusiya Federasiyasına bağlı muxtar Tatarıstan Respublikasında və Volqa çayı boyunca yerləşmiş olan Kazan və ya Volqa tatarlarına verilən addır. Rusiyanın ruslardan sonra ən çoxsaylı ikinci etnosudurlar. Volqa çayı boyunca yerləşdikləri üçün bu adı almışdırlar. Tatar dilində danışırlar. Dilləri Krım tatar dilinə çox yaxındır. Volqa tatarlarının ataları Volqa-Kama Ön Bulqarları ilə XIII əsrdə Orta Asiyadan bölgəyə gələn Qıpçak Kuma türkləridir. 922-ci ildən əsasən, müsəlmandırlar. Volqa tatarları Kazan tatarları, Mişarlar, Qasım tatarları, Noqrat tatarları, Perm tatarları və Keraşenlər kimi subetnoslara bölünmüşdürlər. Rusiyanın slavyan etnoslarından fərqlənən məxsusi adət-ənənəyə malikdirlər.
Yalıboylu tatarları
Yalıboylu tatarları və ya Yalıboyu tatarları — Krım tatarlarının 3 subetnik qruplarından biri. Krım tatarlarının deportasiyasına qədər Krım yarımadasının cənub sahili boyunca uzanan ərazilərdə yaşayıblar.
Çavdar tatarları
Çavdar tatarları — monqol işğalları zamanı Anadoluya gəlmiş, adını son dəfə Ankara döyüşündə Teymurun tərəfinə keçməklə eşitdirmiş köçəri tayfa. Kökənləri haqqında tarixi qaynaqlar mübahisəlidir. Adlarını Alınaq Noyanın oğlu Çavdar bəydən aldıqları iddia edilir. Bu versiyaya görə, Çavdar tatarları keraitdir. Bir digər iddia isə adlarını 24 Oğuz boyundan biri olan Çavuldurlardan aldıqları və özlərini türkmən olduqlarıdır. İlk dinləri bilinməyir. Osmanlı ilə ilk qarşılaşdıqları və Germiyanoğulları daxilində olduqları zaman islam dininə artıq keçmişdilər. Çavdar tatarları Anadoluya monqol işğalı ilə gəlmiş, Ankara və Əskişəhər arasında köçəri həyat sürmüşlərdir. Keçimlərini heyvandarlıq və yağma ilə təmin etmişdirlər. Elxanlı hakimiyyətinin Anadoluda zəifləməsiylə bəyliklərə muzdlu əsgərlik etməyə başlamışlardır.
Çin tatarları
Çin tatarları — hal-hazırkı Çin Xalq Respublikası torpaqlarında yaşayan tatarlardır. ÇXR-in rəsmi olaraq tanıdığı 56 etnik qrupdan biridir. Çin tatarlarının 90 faizdən çoxu Sintzsyan Uyğur Muxtar Bölgəsində yaşamaqdadır. Çin tatarlarının ataları çoxluqla Volqa tatarlarındandır və XIX əsrdə Sintzsyana gəlib məskunlaşmış tacirlərdir, Bunlardan başqa, XIX və XX əsrin əvvəllərində Volqa boyundan Sintzsyana gəlib məskunlaşmış müəllimlər və imamlar da olmuşdur. Çindəki tatarların çoxu Sünni müsəlmanlığın hənəfi məzhəbinə mənsubdur. Tatarcaya uyğunlaşdırılmış ərəb hərflərini istifadə edərək yazı yazırlar. Tatarlar bölgədə yaşayan qazaxlar və uyğurlarla yaxın təmasda olduqları üçün qazax və uyğur dillərinin Çin tatarlarının gündəlik həyatlarındakı təsiri get-gedə böyüməkdədir. Xüsusilə, XIX və XX əsrin əvvəllərində tatarların Sintzsyandakı müasir türk təhsilinə etdikləri qatqı xeyli mötəbər hesab edilir. XX əsrin əvvəlində Sintzsyanda Çin tatarları tərəfindən cədidçi mədrəsələr quruldu. Məşhur uyğur alim və linqivist İbrahim Mutii təhsilini cədidçi tatarların işlətdiyi məktubda almışdır.
Alabuqat tatarları
Alabuqat tatarları və yaxud Utar noqayları (həmçinin alabuqat noqayları, utarlar, tatar. alabuqat tatarları, noqayca utar noqayları, kalm. manqad) — Həştərxan tatarları daxilində etnik qrup.. Əksər Həştərxan tatarları kimi onlar da özlərini xüsusi etnik icma kimi fərqləndirmirlər və əsasən tatarlar kimi təsnif edirlər və 2010-cu il siyahıyaalınması zamanı 7 nəfər Alabuqat tatarlarına mənsub olduqlarını göstərib. Dağınıq məskunlaşma və Qazan tatarlarına mədəni və dil yaxınlığı ilə səciyyələnirlər. == Etnonim == Utar etnonimi ut-ar sözündən yaranıb, burada əsas söz ut sözüdür - ot və ya oddur. Beləliklə, Utar "ot" totemi olan insanlar və ya odla məşğul olan insanlar deməkdir.. Alabuqat etnonimi Alabuqa stansiyasının adından gəlir. Bu isə köçəri dayanacağıdır. == Etnogenez == XVIII əsrin sonlarında kalmıklaşmış qazax-tomutların, türkmənlərin və Zenzeli kəndi tatarlarının bir hissəsi olan köçəri yurd tatarlarının (Cemboylıq və Beşuqil qəbilələri) 100 çadırdan ibarət bir qrupunun inzibati birləşməsi nəticəsində yaranmışdır.
Əfqanıstan tatarları
Əfqanıstan tatarları (tatar. Äfğanistan tatarları; fars. تاتارهای افغانستان‎) Əfqanıstanda türk etnik qrupdur. Çox kiçik bir icma əfqan tatar dilində danışır, böyük əksəriyyəti isə ya dari, puştu, özbək və ya türkmən dilində danışır. Əfqan tatarları Qızıl Ordaya qoşularaq Əfqanıstana gələn, ilk olaraq Cənubi Türküstanında məskunlaşan Tatar köçərilərindən olduğunu iddia edirlər. Onlar kənd yerlərində, əsasən Cənubi Türküstanının Səməngan və Bəlx bölgələrində köçəri həyat sürürlər, eyni zamanda müxtəlif digər vilayətlərdə də varlar. Əfqan tatarlarının yerli icma liderləri onların əhalisinin təxminən 100.000 nəfər olduğunu təxmin edirlər, baxmayaraq ki, Əfqanıstanda onilliklər ərzində siyahıyaalma aparılmayıb. Əfqan tatar dili bu gün təhlükə altındadır, yalnız çox kiçik bir azlıq bu dildə danışır. Əfqan tatarlarının əksəriyyəti məskunlaşdıqları bölgənin dilini mənimsəmişlər. Onlar tarixlərinin böyük bir hissəsini uzaq bir həyat sürmüşlər.
Yaponiya tatarları və başqırdları
Yaponiya tatarları və başqırdıları – 1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində Çar Rusiyasının devrilməsindən sonra əvvəlcə Mancuriyaya, daha sonra Yaponiyaya miqrasiya etmiş türklər. 1920-ci illərdən etibarən Əbdürrəşid İbrahimovun fəaliyyəti nəticəsində bir çox tatar və başqırd daha yaxşı həyat və iş imkanları tapmaq ümidi ilə Yaponiyaya köçməyə başlamışdır. Onlar əsasən Tokio, Yokohama, Kobe, Naqoya kimi şəhərlərdə məskunlaşmışdırlar. Muhammed Abdulhay Kurbanaliyev və Ayaz İshaki kimi şəxslər Yaponiyada yaşayan tatar icmasına rəhbərlik etmiş əsas şəxslər olmuşdurlar. 1953-cü ildən etibarən Yaponiya tatarlarının böyük qismi Türkiyə vətəndaşlığına keçmiş və başqa ölkələrə miqrasiya etmişdirlər. Hazırda Yaponiyada tatarəsilli 10–15 ailə yaşayır. Rusiyadan Yaponiyaya miqrasiya etmiş tatarların və başqırdların ümumi milli kimlik məsələsi mübahisəli mövzudur. Onları bildirmək üçün "İdil-Ural türkləri", "türk-tatarlar" və ya sadəcə "tatarlar" adlarından istifadə olunur. 1930-cu illərə qədər Yaponiya hökuməti onları "keçmiş rusiyalılar" və ya "rusiyalı müsəlmanlar" adlandırmışdır. Özlərini Kazan tatarları kimi hesab edib "türk-tatar" adlandırsalar da, aralarında mişər, başqırd, özbək, uyğur, azərbaycanlılar da olmuşdur.

Oxşar sözlər

#tatarlar nədir? #tatarlar sözünün mənası #tatarlar nə deməkdir? #tatarlar sözünün izahı #tatarlar sözünün yazılışı #tatarlar necə yazılır? #tatarlar sözünün düzgün yazılışı #tatarlar leksik mənası #tatarlar sözünün sinonimi #tatarlar sözünün yaxın mənalı sözlər #tatarlar sözünün əks mənası #tatarlar sözünün etimologiyası #tatarlar sözünün orfoqrafiyası #tatarlar rusca #tatarlar inglisça #tatarlar fransızca #tatarlar sözünün istifadəsi #sözlük