Tatarıstanın suverenliyi haqqında referendum
Tatarıstan Respublikası Suverenliyi haqqında Referendum — Rusiya Federasiyasının subyekti olan Tatarıstan Respublikasının suverenliyi ilə əlaqədər keçirilən referendum. Referendum 21 mart 1992-ci ildə keçirilmişdir. Referendum nəticəsində respublikanın dövlət suverenliyi qəbul edilmişdir.
6 avqust 1990-ci ildə RSFSR Ali Sovetinin sədri Boris Yeltsin Ufada çıxış edərək bunları demişdir: «Biz Ali Sovet olaraq Başqırdıstan hökumətinə deyirik:sizlər uda biləcəyiniz hakimiyyəti götürün». Mətbuatda isə bu ifadə «Suverenlikdən uda biləcəyiniz qədər götürün» kimi yayılmışdır. 30 avqust 1990-cı ildə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Tatar SSR dövlət suverenliyi haqqında deklorasiya qəbul etmişdir. Deklarasiyada Rusiyanın tərkibinə daxil olan digər muxtariyyətlərdən fərqli olaraq Tatarıstanın nə RSFSR, nə də SSRİ tərkibində deyil tam müstəqil olması göstərilirdi. Burada Tatar SSR konstitusiyası və qanunları Tatarıstanın bütün ərazilərində ali hüquqa malik olması göstərilir.
26 dekabr 1991-ci ildə Belovej anlaşması ilə SSRİ süquta uğrayaraq MDB ilə əvəz edilir. Tatarıstanın MDB-yə təsisçi olaraq daxil olması üçün deklorasiya qəbul edilir .