taxta-dirək sözü azərbaycan dilində

taxta-dirək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • taxta-dirək • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Dirək aralığı
Dirək aralığı — üfüqi bir daşıyıcı quruluş elementi olan dirəklərin dayaq nöqtələri arasındakı hissənin uzunluğudur. Memarlıq və inşaat mühəndisliyindəki körpülər, tağlar və damlar kimi inşaat hissələri ilə bu hissələri daşıyan sütunlar və dayaqlar arasında fərqli bir dayaq olmadan əlavə edilmiş dirəklər arasındakı məsafədir.
Dirək rəqsi
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir. 2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur. Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır. == Dirək növləri == Standart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: == Təsviri == Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır.Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur. Oyuncaqlar yerli ağaclar söyüd, ağcaqayın, fıstıq və cökədən hazırlanırlar. Ağac kəsilir, qurudulur, doğranılır və taxta və ya karton qəliblərdən istifadə edilərək ərsəyə gətirilir.

taxta-dirək sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#taxta-dirək nədir? #taxta-dirək sözünün mənası #taxta-dirək nə deməkdir? #taxta-dirək sözünün izahı #taxta-dirək sözünün yazılışı #taxta-dirək necə yazılır? #taxta-dirək sözünün düzgün yazılışı #taxta-dirək leksik mənası #taxta-dirək sözünün sinonimi #taxta-dirək sözünün yaxın mənalı sözlər #taxta-dirək sözünün əks mənası #taxta-dirək sözünün etimologiyası #taxta-dirək sözünün orfoqrafiyası #taxta-dirək rusca #taxta-dirək inglisça #taxta-dirək fransızca #taxta-dirək sözünün istifadəsi #sözlük