* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••• | 1.57 |
2004 | •••••• | 1.35 |
2006 | •••••• | 1.35 |
2007 | •••••• | 1.48 |
2008 | • | 0.24 |
2009 | •••• | 0.96 |
2010 | •••••••• | 1.91 |
2011 | •••••••••••••••••••• | 5.15 |
2012 | •••••••••• | 2.32 |
2013 | ••••••• | 1.75 |
2014 | ••••••••••• | 2.57 |
2015 | •••• | 1.02 |
2016 | ••• | 0.52 |
2017 | • | 0.16 |
2018 | •• | 0.45 |
2019 | ••••• | 1.25 |
2020 | • | 0.13 |
1 is. [ər. taifə] 1. Sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm. Köçəri tayfalar. 2. dan. Xalq, millət mənasında. 3. dan. Qohum, qəbilə, qohum-əqrəba. Müəllim yaxşı bilirdi ki, Qəhrəmangilin bütün tayfasında bir nəfər də olsa savadlı adam yoxdur. S.Rəhimov. Şirzad kişi tayfasını Pərşanın hücumlarından qorumaq təşəbbüsünün nahaq olduğunu düşünüb dinmədi. M.İbrahimov. 4. dan. zar. Ümumi bir xüsusiyyəti (əsasən ixtisası, sənəti, zehniyyəti) ilə birləşən adamlar dəstəsi, qrupu. [Bəylərdən birisi:] …Həkim taifəsinin ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Sultan bəy Süleymana:] Orasını doğru deyirsən, həqiqət tacir tayfası mənim xoşuma gəlir. Ü.Hacıbəyov. [Muxtar Firəngizə:] Şofer tayfası elə şeydir ki, üz versən astarını ikiqat istər. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / tayfa1 Qəbilə və tayfa sözləri ərəb mənşəlidir. Qəbilə kiçikdir, tayfa isə qəbilələr birləşməsindən ibarət olub. Bizdə qəbilə yerinə “boy”, tayfa əvəzinə “oymaq” sözləri işlədilib. Oymaq – “ərazi” mənasını əks etdirən sözdür, bu mənada bəzən indi də işlədilir. Belə güman edirəm ki, boy və bəy sözləri eyni olub: boy – bəyin rəhbərlik etdiyi qəbilə kimi anlaşıla bilər (bəy, əslində, “varlı” deməkdir, amma bir boya rəhbərlik etmək onun varlı olması ilə ziddiyyət təşkil etmir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tayfa1 1. TAYFA (kiçik xalq) [Divan bəy camaata:] Dəxi vaxtdır inanasınız ki, siz vəhşi tayfa deyilsiniz (M.F.Axundzadə); EL Deyirlər ki, qədim zamanlarda bu torpaqda bir el yaşarmış (M.İbrahimov); QƏBİLƏ (məc.) Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır.. (S.Vurğun); QÖVM Tarixdən qabaq “matriarxlar” deyilən zaman arvadlar asudə olub bir xeyli də imtiyaza malik idilər, böyük-böyük ailələrdən ibarət qövmləri idarə edən arvad idi və bunların cəmi ixtiyarı arvadların əlində idi (Çəmənzəminli); URUQ. 2. tayfa bax qohum-əqrəba
Azərbaycan dilinin sinonimlər lüğəti / tayfa1 TAYFA I is. [ ər. ] Qəbilə, nəsil. Deyirlər ki, onlar çox qəribə bir tayfa imişlər (M.İbrahimov). TAYFA II is. [ ər. ] Cins, növ. Atəşə atəşlə verməsək əvəz; Bu əqrəb tayfası sancmaya bilməz (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / tayfa2 I сущ. 1. племя: 1) объединение людей в доклассовом обществе, связанных родовыми отношениями, общим языком и территорией. Köçəri tayfalar кочевые племена 2) устар. народ, национальность 3) разг. род, родня, семья 4) собир. разг. шутл. группа, категория людей, объединённых как и м-л. общим признаком (обычно по роду деятельности, по принадлежности к какой-л. организации, к как ому-л. социальному слою). Qəzetçilər tayfası племя газетчиков; arvad tayfası женщины, həkim tayfası врачи, müəllim tayfası учителя 2. клан (родовая община, род) II прил. племенной. Tayfayaşayışı племенной быт, лингв. tayfa dili племенной язык
Azərbaycanca-rusca lüğət / tayfa1 i. kin; family; stock; Bu onların tayfasına xasdır This runs in their family; yaxşı ~dan olmaq to come* of good kin; alicənab ~ noble kin
Azərbaycanca-ingiliscə lüğət / tayfa1 [ər. taifə] сущ. 1. тайифа; 2. рах. халкь, миллет; 3. рах. къебила, мукьвабур, мукьва-кьили; 4. рах. зар. десте, группа (сад хьтин хесетар, сенят, пеше авай); şofer tayfası шофёррин тайифа.
Azərbaycanca-ləzgicə lüğəti / tayfaə. 1) tayfa, qövm, qəbilə; 2) gəmi xidmətçiləri.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti