tağla sözü azərbaycan dilində

tağla

Yazılış

  • tağla • 66.6667%
  • Tağla • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyük Tağlar
Böyük Tağlar (əvvəlki adı: Metstağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Metstağlar kəndi Böyük Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Böyük Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə burada gəlmə ermənilər yerləşdirildikdən sonra kəndin adı tədricən erməniləşdirilərək Metstağlar (mets ermənicə "böyük" deməkdir) kimi rəsmiləşdirilmişdi. Toponimin əsasını təşkil edən taq/tağ sözü türk dillərində "sahə", "məhəllə", "yer" mənasındadır, -lar cəm şəkilçisi, böyük isə fərqləndirici sözdür. 1992-ci ildən kəndin adı özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Böyük Tağlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxslər === Sergey Xudyakov — Sovet İttifaqının aviasiya marşalı. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Köhnə Tağlar
Köhnə Tağlar (əvvəlki adı: Hintağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hintağlar kəndi Köhnə Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Köhnə Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Sonralar kənddə yerləşən ermənilər onu Hintağlar adlandırmışdılar. Oykonim köhnə və tağlar (silsilələr) komponentlərindən düzəlib, "silsilədə yerləşən köhnə kənd" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinə görə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Müqəddəs İohann monastırı (Böyük Tağlar)
Müqəddəs İohann monastırı — Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən tarix-memarlıq abidəsi. Monastırın dəqiq inşa tarixi bilinməsə də, qədim xarabalıqlardan aşkarlanmış xaç daşları üzərindəki kitabələr sayəsində monastırın ən geci X əsrdən fəaliyyət göstərdiyini demək mümkündür. Kompleks iki hissəyə bölünmüşdür. Bir qrup tikili sıldırım qayanın küncündə, digər qrup isə həyətin şimalında qruplaşmışdır. Birinci qrupa üç dini tikili, ikinci qrupa isə ikiqat divarlarla əhatə olunmuş kilsə daxildir. Bütün tikililər arasında uzunvari plana malik, narteksli kilsə binası xüsusi diqqət çəkir. == Tarixi == Monastırın dəqiq inşa tarixi bilinməsə də, qədim xarabalıqlardan aşkarlanmış xaç daşları üzərindəki kitabələr təxmini inşa tarixini müəyyənləşdirməyə kömək edir. Kitabələrdən birində deyilir: Həmin xaçdaşın arxa tərəfində isə yazılıb: Qaqikin özünə aid kitabədən (Xankəndi Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır) bəlli olur ki, bu knyazlar knyazı (kitabədə çar adlandırılır) X əsrin sonu – XI əsrin əvvəllərində yaşamışdır. Beləliklə, əminliklə demək olar ki, X əsrdə monastır fəaliyyət göstərirdi, rəhbəri isə Kirakos adlı rahib idi.Digər bir xaçdaş üzərində isə yazılır: “1228-ci ilin yayı. Mən, Zinovbun oğlu Avi Persiyadan gəldim və müqəddəs kilsə inşa etdim...” K. Mkrtçyan bu kitabəyə əsasən monastır ərazisindəki kilsələrdən birinin XIII əsrdə inşa edildiyini deməyin mümkün olduğunu göstərir.
Tağlabiyan
Tağlabiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənddə məktəb, kitabxana, tibb məntəqəsi vardır. Kənd rayonun «Bədo-Basqal» turizm zonasında yerləşir. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə avtomobillə getmək olar. == Coğrafiyası və iqlimi == Tağlabiyan rayon mərkəzindən 40 km şərqdə Niyaldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 246 nəfərdir ki onunda 121 nəfəri kişi, 125 nəfəri qadındır.. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. === Şəhidləri === 1.
Tağlabiyan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tağlar
== Yaşayış məntəqələri == Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Tağlar (dəqiqləşdirmə)
== Yaşayış məntəqələri == Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Tağlar (Əhər)
Tağlar (fars. تاقلار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Tağlar mağarası
Azərbaycanın Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində, Quruçayın sol sahilində yerləşən bu mağara Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir. Qədim insanlar burada 64-24 min il bundan əvvəl yaşamışdırlar. Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-cı təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Daş əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23

"tağla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tağla nədir? #tağla sözünün mənası #tağla nə deməkdir? #tağla sözünün izahı #tağla sözünün yazılışı #tağla necə yazılır? #tağla sözünün düzgün yazılışı #tağla leksik mənası #tağla sözünün sinonimi #tağla sözünün yaxın mənalı sözlər #tağla sözünün əks mənası #tağla sözünün etimologiyası #tağla sözünün orfoqrafiyası #tağla rusca #tağla inglisça #tağla fransızca #tağla sözünün istifadəsi #sözlük