Teba sözü azərbaycan dilində

Teba

Yazılış

  • Teba • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Tebabeti Muzeyi
Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. == Tarixi == Muzey Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə yaradılmışdır. 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. == Ekspozisiyası == Ekspozisiya Asklepinin (qədim yunan mifologiyasında sağlamlıq tanrısı) təsviri olan barelyeflə başlayır. Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq tanrısı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri var.Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Bu zalda, həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrə köçürülərək asılıb. İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII–XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti yerləşir. Burada, həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunub saxlanılır. XIX əsrdə Rusiyanın və Avropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – Əbdülxalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza ağa Vəkilovun, ilk sanitar həkim Mustafa Şərifovun, İbrahim Rəhimovun , Kərim bəy Mehmandarovun, Bəhram bəy Axundovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları bu zalda nümayiş etdirilir.

Oxşar sözlər

#teba nədir? #teba sözünün mənası #teba nə deməkdir? #teba sözünün izahı #teba sözünün yazılışı #teba necə yazılır? #teba sözünün düzgün yazılışı #teba leksik mənası #teba sözünün sinonimi #teba sözünün yaxın mənalı sözlər #teba sözünün əks mənası #teba sözünün etimologiyası #teba sözünün orfoqrafiyası #teba rusca #teba inglisça #teba fransızca #teba sözünün istifadəsi #sözlük