televiziyası sözü azərbaycan dilində

televiziyası

Yazılış

  • televiziyası • 72.9105%
  • Televiziyası • 26.9845%
  • TELEVİZİYASI • 0.0630%
  • televiziyasI • 0.0420%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ANS Televiziyası
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. == Tarixi == Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
Alternativ Televiziyası
ARB Ulduz — 2001-ci ildə "Alternativ TV" adıyla Gəncə şəhərində yayıma başlayan televiziya kanalı idi. == Tarixçə == "Alternativ-Tele-Radio" MMC 5 yanvar 2001-ci il tarixdə Gəncədə təsis edilmişdir. Alternativ TV 15 mart 2001-ci il tarixdən ilk dəfə efirə çıxmışdır. 18 aprel 2001-ci il tarixdən 6 saatlıq efir rejiminə keçmişdir. 1 iyul 2002-ci il tarixdən etibarən efir vaxtı 14 saatadək artırılmışdır. Məqsəd Gəncə şəhəri və ətraf rayonların tamaşaçılarına cizgi, bədii və sənədli filmlər, musiqi və yerli xəbərləri əks etdirən "Xəbər+" informasiya proqramı və digər verilişləri nümayiş etdirməkdir. "Alternativ-Tele-Radio" MMC-nin təsisçisi Tarquliyev Hikmət Cəfər oğludur. Ümumi efir vaxtının 39 faizini ölkədə istehsal olunan proqramlar, 46 faizini xaricdə istehsal olunan proqramlar, 15 faizini şəxsi istehsal proqramları təşkil edirdi. Daha sonra isə formatı dəyişdirilmiş və efir 24 saatlıq efir rejiminə keçmişdir. 2013-cü ildə formatı dəyişdirildikdən sonra Azərbaycanın ilk musiqi telekanalı olmuşdur.
Dünya Televiziyası
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Estoniya Televiziyası
Eesti Televisioon (azərb. Estoniya Televiziyası‎) — 19 iyul 1955-ci il tarixində fəaliyyətə başlayan, Estoniyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür.
Koreya televiziyası
Koreya televiziyası == Tarixi == Koreya Respublikasında televiziya yayımı 1956-cı ildə yaranmışdır. Bu Seulda şəxsi mülkiyyətə aid və ticarət üçün yayım edən bir stansiyanın qurulması ilə başlamışdır. Lakin,bu ilk televiziya stansiyası 1959-cu ildə yanğın nəticəsində məhv olmuşdur. 1961-ci ilin dekabr ayında Seul şəhəri hökümətinin təşəbbüsü ilə KSB TV, Koreyadakı ilk yayım televiziyası fəaliyyətinə başlamışdır. Digər şirkət TBC TV isə 1964-cü il yanvar ayında yayıma başlamışdır. Munhva (문화) yayım şirkəti isə 1969-cu il avqust ayında Koreyanın 3-cü televiziya stansiyası kimi MBC TV-nin təməli qoyulmuşdur. SBS (Seul Yayım Sistemi), 1990-cı ildə xüsusi bir üsulla yayıma başlamışdır.KBS, MBC, SBS və EBS yayım stansiyaları 2001-ci ildən etibarən Seul metropol ərazilərində digital yayıma başlamışdır. Bu xidmət, 2002-ci ildə Seulda daha böyük bir əraziyə yayılmışdır. == Televiziyanın cəmiyyətdə rolu == 1990-cı illərdə kabel televiziyası sınaq yayımları başlamışdır. Cəmiyyətdə elm və müxtəlif əyləncə növlərinə qarşı marağın artdığı vaxtlarda kabel televiziya sahəsinə maraq da sürətlə artmağa başlamışdır.
Kəpəz Televiziyası
== Tarixi == "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə Rüfət Razim oğlu Əsgərov tərəfindən yaradılıb və Gəncə şəhərində 6-cı kanalla yayımlanıb. 2002-ci ildə 46 kanalda yayımı davam edib. 2008-ci ilin iyunun 4-də "Kəpəz TV" Rüfət Əsgərova hec bir ödəniş etmədən əlindən zornan alınıb . Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. “Bu səhər” informasiya kanalı, “Tac şou” əyləncəli veriliş, “Piyada” intellektual proqramı, “Zirvə” bilik yarışı, “Duyğulu könüllər” kimi verilişlər tamaşaçıların ixtiyarındadır. Xəbərlər Xidmətinin istehsalı olan “Kəpəz xəbər”, “İdman xətti”, “Kapital”, “Aqronom”, “Hadisə”, “Bu həftə” isə birbaşa insanların informasiya tələbatını ödəməyə xidmət edir. Televiziyanın nəzdində Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da ən son kinoların, cizgi və sənədli filmlərin öz ana dilimizdə səsləndirilməsi həyata keçirilir. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişləri izləyə bilərlər.
Latviya Televiziyası
Latvijas Televīzija (azərb. Latviya Televiziyası‎) — 6 noyabr 1954-cü il tarixində fəaliyyətə başlayan, Latviyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür. Televiziyanın xərclərinin 60 %-i dövlət büdcəsindən, digər xərclər isə reklam gəlirlərindən əldə olunur.
Lider Televiziyası
Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis elan edilmişdir. 1 iyun 2021-ci ildən etibarən Lider TV və radiosunun fəaliyyəti rəsmən dayandırılmışdır. == Tarixçə == Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlamışdır. "Lider Tv&Radio-Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanal idi. 30 avqust 2001-ci ildən Lider televiziyası dünya teleməkanına daxil olaraq, dünyaya yayımlanmağa başlamışdır. Lider TV klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez-tez Lider TV-nin efirində görmək olurdu. 2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı Azad Azərbaycan TV-nin çəkiliş heyəti ilə yanaşı Lider TV-nin çəkiliş heyəti də ciddi zərər görmüşdülər. Oktyabrın 15-dən 16-na keçən gecə Lider TV-nin müxbiri Sahil Kərimlinin Müsavat Partiyasının qərargahı önündə soyuq silahla döyülməsi həmin dövrdə bir çox mətbuat orqanı tərəfindən ciddi etirazla qarşılanmışdı.
Mingəçevir Televiziyası
Mingəçevir TV — 1998-ci ildə Mingəçevir şəhərində yayıma başlayan televiziya kanal idi. "Mingəçevir" TV 4 may 1998-ci ildə yaradılmışdır. Məqsəd əhali üçün gündəlik ictimai-siyasi xəbərlər, bədii-əyləncəli proqramlar, uşaqlar üçün cizgi filmlər, ədəbi-bədii, o cümlədən tənqid-təbliğ xarakterli verilişlər, video filmlərin yayımlanmasıdır. Mingəçevir Televiziya və Radio Şirkəti 1998-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Nazirlik tərəfindən fəaliyyəti ilə əlaqədar nizamnaməsi təsdiq olunmuş və 10/63 saylı şəhadətnamə verilmişdir. MTV-nin hüquqi, maddi texniki bazasını, yaradıcılıq imkanlarını və kadr potensialını nəzərə alaraq 12-ci kanala qanuni fəaliyyəti üçün lisenziya verilmişdir. Telekompaniya gündəlik xəbərlər proqramı, həftəlik analitik proqram, habelə müxtəlif ictimai-siyasi, sosial-iqtisadi, hüquqi-elmi, maarifləndirmə və əyləncəli proqramlar hazırlayıb efirə yayımlayır. Teleşirkətin yayımı 16 rayon və şəhəri əhatə edir. Şirkətin kollektiv üzvləri əsasən gənclərdir və 50%-ə yaxını qızlardır. Şirkətin idarəetmə strukturu təsisçi tərəfindən təsdiq olunmuşdur.
Mədəniyyət Televiziyası
Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal. Kanal 14 fevral 2011-ci il, saat 20:30-da yayıma başlamışdır. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 14 fevral 2018-ci tarixindən 24 saatlıq yayım rejiminə başlamışdır. 31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb. Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi. 28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib. Mədəniyyət kanalının baş direktoru – Dilarə Səlim 19.10.2021 direktor vəzifəsinə Ülviyyə Könül təyin edilib.
Naxçıvan Televiziyası
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur.
Qütb Televiziyası
Qütb TV — 1995-ci ildən 2015-ci ilə kimi fəaliyyət göstərmiş, Azərbaycanın özəl telekanallarından biri. Qütb Teleradio Şirkəti 1995-ci ildə respublikanın şimal bölgəsində yaşayan əhalinin dolğun informasiya ilə təmin olunması məqsədilə yaradılmışdı. Qütb Televiziyasının verilişləri 27-ci kanalla yayımlanırdı. Telekanalın təsisçisi Mahir Orucov idi. Qütb TV-nin həftəlik yayımının ümumi həcmi 126 saat təşkil edirdi. Ümumi efir vaxtının 25 faizini ölkədə istehsal olunan proqramlar, 52 faizini xaricdə istehsal olunan proqramlar, 23 faizini şəxsi istehsal proqramları təşkil edirdi. 2015-ci ilin aprel ayında fəaliyyəti dayandırılıb və tezliyində "Günəş TV" yayıma başlayıb.
Sara Televiziyası
Sara TV — 16 iyun 1995-ci ildə qurulan Azərbaycanın sayca 4-cü özəl televiziya kanalıdır. Sahibi Rəsul Rauf idi. Kanal Rəsul Raufun qızının adı ilə eyni idi. Telekanalın yayım saatlarını əsasən xəbər, əyləncəli verilişlər, idman verilişləri, filmlər və kliplər təşkil edirdi. Sara TV Salatın Əsgərova küçəsi 85 ünvanında yerləşən binadan yayımlanırdı. Həmçinin, "Radio Sara" radiosu və "Sara Ekspress" qəzeti də Sara TV-yə məxsus idi. Şirkətdə 200 nəfər işləyirdi. 9 oktyabr 1999-cu il tarixində saat 11:30 radələrində məhkəmə qərarı olmadan 70-dək silahlı polis tərəfindən kanala basqın edilmişdi. Və nəticədə kanalın yayımı dayandırılmışdı. Yayımının dayandırılmasına səbəb telekanalda yayımlanan "Qarabağı unutmayaq!" kəlməsinin olduğu bildirildi.
Space Televiziyası
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Vyetnam Televiziyası
"Vyetnam Televiziyası" (qısaldılması «VTV», vyet. Đài Truyền hình Việt Nam) — Vyetnam mərkəzi dövlət televiziyası. Vyetnamdakı bütün media kimi, televiziya da dövlətə məxsusdur. Dövlət büdcəsindən maliyyələşir və Mədəniyyət, İdman və Turizm Nazirliyinə tabedir.
Kabel televiziyası
Kabel televiziyası — koaksial kabellər vasitəsilə ötürülən radio tezliyi (RF) siqnalları və ya daha yeni sistemlərdə fiber-optik kabellər və işıq impulsları vasitəsilə televiziya verilişlərinin istehlakçılara çatdırılması sistemi. Bu, televiziya siqnalının radio dalğaları ilə havadan ötürüldüyü və televiziyaya qoşulmuş televiziya antenası tərəfindən qəbul edildiyi yayım televiziyası (yerüstü televiziya kimi də tanınır) və ya Yer kürəsinin orbitində fırlanan rabitə peykindən radio dalğaları ilə havadan ötürülən və damdakı peyk antenası tərəfindən qəbul edilən televiziya siqnalları ilə işləyən peyk televiziyası ilə ziddiyyət təşkil edir. Bu kabellər vasitəsilə FM radio proqramlaşdırması, yüksəksürətli internet, telefon xidmətləri və bu kimi qeyri-televiziya xidmətləri də göstərilə bilər. Analoq televiziya XX əsrdə standart idi, lakin 2000-ci illərdən etibarən kabel sistemləri rəqəmsal kabel əməliyyatına qədər təkmilləşdirilmişdir. Kabel kanalı (bəzən kabel şəbəkəsi kimi də tanınır) kabel televiziyası vasitəsilə mövcud olan televiziya şəbəkəsidir. Eyni kanalların çoxu peyk televiziyası vasitəsilə yayılır. Alternativ terminlərə "qeyri-yayım kanalı" və ya proqramlaşdırma xidməti daxildir, sonuncular əsasən hüquqi kontekstlərdə istifadə olunur. CATV abbreviaturası ABŞ-də kabel televiziyası üçün istifadə olunur və ilk olaraq 1948-ci ildə kabel televiziyasının mənşəyindən etibarən "icma antena televiziyası" deməkdir. 1968-ci ildə amerikalıların 6,4%-nin kabel televiziyası var idi. 1978-ci ildə bu rəqəm 7,5%-ə yüksəldi.
Aygün Televiziyası
"Aygün" TV – Azərbaycanda fəaliyyət göstərən regional televiziya kanalı. "Aygün" TV 25 yanvar 1996-cı il tarixdə fəaliyyətə başlamışdır. "Aygün" TV 12-ci kanalla yayımlanır. Direktor Abasov Rüstəm Habil oğludur Aygün" TV–nin həftəlik yayımının ümumi həcmi 35 saat təşkil edir. Ümumi efir vaxtının 25,7 faizini ölkədə istehsal olunan proqramlar, 55,3 faizini xaricdə istehsal olunan proqramlar, 19 faizini şəxsi istehsal proqramları təşkil edir. Aygün" TV–nin yayım dilini dövlət dili (50,2%), əcnəbi dil (49,8%) təşkil edir. 14 fevral 2014-cü ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib. MTRŞ televiziya kanalının lisenziyasının uzadılmaması bağlı məsələyə də aydınlıq gətirib.
Azərbaycan Televiziyası
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == === Başlanğıc === Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Balakən televiziyası
Banqladeş Televiziyası
Banqladeş Televiziyası (benq. বাংলাদেশ টেলিভিশন) və ya qısaca BTV (benq. বিটিভি) — Banqladeş hökumətinin tabeliyində yaradılan, Banqladeşin milli televiziya kanalı. 1964-cü ilin dekabr ayının 25-də yaradılan televiziya kanalının verilişləri Banqladeşin müstəqilliyindən əvvəl Pakistan Televiziyası (PTV) adı altında aparılırdı. Banqladeş istiqlal müharibəsindən sonra kanalın adı Banqladeş Televiziyası olaraq dəyişdirildi. BTV-in Dəkkədə yerləşən ölkə miqyaslı bir televiziya stansiyası mövcuddur. Çittaqonqda regional bir stansiya da mövcuddur. 1990-cı illərin ortalarında, milli televiziya kanalı BBC və CNN xəbər proqramlarının yayımlarına başlamışdır. 2004-cü ildə BTV, peyk əsaslı filialı olan BTV Dünya vasitəsilə dünya səviyyəsində verilişlər aparmaq imkanı olmuşdur. == Tarixi == === Başlanğıc === BTV 1964-cü ilin dekabr ayının 25-də Pakistanın özəl televiziya kanalı olan Pakistan Televiziyası adı altında yaradılmışdır.
Səhər Televiziyası
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır. Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Xəyal Televiziyası
Qafqaz TV — Telekanal 09 avqust 2017-ci il tarixində Qafqaz TV adı ilə fəaliyyətə başlamış, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətinə baxmış və telekanal Qafqaz TV adlandırılmışdır. Azərbaycanın özəl telekanallarından biri. Telekanal ilk dəfə "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkəti adı altında 09 avqust 2017-ci ildə Quba şəhərində yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Qafqaz" TV 09 avqust 2017-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır. Telekanal Quba şəhərindən yayımlanır. Televiziyanın şimal bölgəsinin 6 rayonu olmaqla 500 minə yaxın tamaşaçı auditoriyası var. 1 ildən artıqdır ki, yeni inkişaf dövrünə qədəm qoyan Qafqaz TV-nin birinci işi yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etməkdir. Bunun üçün televiziya yeni inzibati bina ilə təmin olunub. Bundan başqa telekanal ən son, müasir texnologiya ilə də təchiz olunub. Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.
Xəzər Televiziyası
Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb. 2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərin] 2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərin] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var. 2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərin] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
Yevlax Televiziyası
"Yevlax" TV "Yevlax TV" 14 iyul 2006-cı il tarixdə yaradılmışdır. 57-ci kanalda yayımlanır. "Yevlax TV" Məhdud Məsuliyyətli Cə­miy­yə­ti­nin təsisçisi Əliyev Niftalı Müseyib oğludur. "Yevlax TV"–nin həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. "Yevlax TV"–nin yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.
İspaniya Televiziyası
İspaniya Televiziyası (isp. Televisión Española) və ya qısaca TVE — İspaniya hökümətinin tabeliyində yaradılan, İspaniyanın milli televiziya şəbəkəsi. TVE 28 oktyabr 1956 tarixində münzətəm verilişlərə başlamışdır. Televiziya şəbəkə şirkəti Avropa Yayım İttifaqının aktiv üzvüdür. TVE İspaniya Radio və Televiziya Korporasiyasına məxsusdur. TVE-nin fəaliyyəti daha əvvəl milli hökumətdən reklam gəlirləri və subsidiyaların birləşməsi ilə maliyyələşdirilib, lakin 2010-cu ilin yanvar ayından etibarən yalnız subsidiyalarla dəstəklənir..
Ailə TV kabel televiziyası operatoru
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Ermənistan İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. == Tarixçə == === Ermənistan SSR Radiokomitəsi və Radioskopiyası (1957-ci ilədək) === 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Ermənistanın İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. == Tarixçə == === Ermənistan SSR Radiokomitəsi və Radioskopiyası (1957-ci ilədək) === 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Idman Azərbaycan Televiziyası
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Kanal13 İnternet Televiziyası
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Rumıniya Dövlət Televiziyası
TVR (Televiziune Română) Rumıniyanın rəsmi dövlət kanalı. Bu kanalda milli yarışlar və beynəlxalq xəbərlərdə göstərilir. Kanalın mərkəzi Buxarest şəhərində yerləşir.
SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyası
SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyası — və ya SSRİ Mərkəzi Televiziyası, SSRİ Dövlət Teleradio Komitəsi tərkibində mövcud olmuş və ümumittifaq, qismən də regional televiziya yayımına cavabdeh olan sovet dövlət təşkilatı. Respublika və yerli (vilayət, şəhər) televiziya ilə birgə 1951-ci ildən 1991-ci ilə qədər mövcud olmuşdur.
Serb Respublikasının radio və televiziyası
Serb Respublikasının radio və televiziyası (serb. Радио-телевизија Републике Српске) və ya SRRT — Serb Respublikasının xəbər agentliyi. SRRT çərçivəsində aşağdakılar fəaliyyət göstəririlər: Serb Respublikası televiziyası (Televizija Republike Srpske, Телевизија Републике Српске) Serb Respublikası radiosu (Radio Republike Srpske, Радио Републике Српске) SRRT-nın siqnalı bütün Bosniya və Herseqovina və qonşu ölkələr Serbiya, Monteneqro və Xorvatiyanı əhatə edir. SRRT 19 aprel 1992-ci ildə Bosniya və Herseqovinada müharibə zamanı, Kanal C adlı Banyaluk xəbər studiyasında xəbər buraxılışı yayımlanmağa başladığı zaman fəaliyyətə başladı. Yarandığı ilk illərindən 1999-cu ilə qədər agentlik "Serb radio və televiziyası"(serb. Српска радио-телевизија) adı altında fəaliyyət göstərirdi. Sonradan müasir adını aldı.
Simurq M Televiziyası
"Simurq M TV — Mərkəzi Tovuz şəhərində olan televiziya kanalı. "Simurq M" Televiziyası yayıma 26 iyul 1995-ci ildə başlayıb. Telekanalın təsisçisi M.S.Süleymanovdur. 2002-ci ilə qədər kanal müəyyən səbəblərdən yayımda fasilələr edib. 2002-ci ilin may ayından etibarən "SM TV" fasiləsiz yayımı bərpa etdi. 2004-cü ilə kimi kanal yalnız Tovuz şəhərində yayımlanırdı. 2004-cü ilin sonunda Ağstafa rayonunun Köçəskər kəndində ötürücü stansiyasının inşasına, 2005-ci ildə isə həmin stansiyadan yayımlanmağa başladı. 2005-ci ildə Milli Televiziya və Radio Şurasından Gəncə bölgəsində yayım üçün xüsusi razılıq (lisenziya) alındı. Həmin il yayım gücünü 200Watt-dan 1000Watt-a çatdırdı. 2005-ci ildə Tovuz Şəhər Mərkəzi Stadionunda 60.000 tamaşaçı qarşısında 10 illiyini qeyd etdi.

Oxşar sözlər

#televiziyası nədir? #televiziyası sözünün mənası #televiziyası nə deməkdir? #televiziyası sözünün izahı #televiziyası sözünün yazılışı #televiziyası necə yazılır? #televiziyası sözünün düzgün yazılışı #televiziyası leksik mənası #televiziyası sözünün sinonimi #televiziyası sözünün yaxın mənalı sözlər #televiziyası sözünün əks mənası #televiziyası sözünün etimologiyası #televiziyası sözünün orfoqrafiyası #televiziyası rusca #televiziyası inglisça #televiziyası fransızca #televiziyası sözünün istifadəsi #sözlük