Temperaturun mütləq sıfırı
Temperaturun mütləq sıfırı — Kainatdakı fiziki cismin temperaturunun minimal həddi. Mütləq sıfır mütləq temperatur. Mütləq sıfır Kelvin şkalası kimi mütləq temperatur şkalası üçün istinad nöqtəsi kimi xidmət edir. 1954-cü ildə X Çəkilər və ölçülər üzrə Baş Konfrans termodinamik temperatur şkalasını temperaturu 273,16 K (0.01 °C dərəcəsinə uyğun olan) kimi qəbul edilən bir sabit nöqtə ilə qurur — suyun üçlü nöqtəsi ilə. Buna görə də mütləq sıfıra Selsi şkalası ilə −273,15 °C və ya Farenheyt şkalası ilə −459,67 °F və ya 0 Kelvin uyğundur.
Termodinamikanın tətbiqi çərçivəsində praktikada mütləq sıfır fəth olunmazdır. Onun mövcudluğu və temperatur şkalasında əks olunması müşahidə olunan fiziki fenomenlərin ekstrapolyasiyasından irəli gəlir. Bununla yanaşı bu cür ekstrapolyasiya onu göstərir ki, mütləq sıfırda maddələrin molekullarının və atomlarının istilik hərəkəti enerjisi sıfıra bərabər olmalıdır, yəni hissəciklərin xaotik hərəkəti dayanır və kristal qəfəs düyünlərində aydın bir mövqe tutaraq, nizamlı bir quruluş meydana gətirirlər (maye helium istisnadır). Lakin kvant fizikası nöqteyi-nəzərdən temperaturun mütləq sıfırında belə hissəciklərin kvant xüsusiyyətlərilə və onların ətrafının fiziki vakumuyla izah olunan sıfır dalğalanmalar mövcuddur.
1703-cü ildə fransız fizik Qilyom Amonton (fr.