terapiya sözü azərbaycan dilində

terapiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • terapiya • 94.4242%
  • Terapiya • 5.5758%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Art terapiya
Art terapiya — Art terapiya və ya sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir. Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb, sağaldır. == Tarix == İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul son zamanlar dünyada getdikcə yayılmaqdadır. Təsviri sənətin bir terapiya kimi ortaya çıxmasının hekayəsi olduqca maraqlıdır. Amerikalı psixoloqlar çox qədim zamanlarda insanların mağaralarda daşlar, qayalar üzərində çəkdikləri rəsmləri analiz etmişlər. Psixoloqların diqqətini çəkən şey hələ sözün bir ünsiyyət vasitəsi kimi istifadə olunmadığı vaxtlarda, bu insanların müxtəlif qətliamları, köçləri, günlük hadisələri rəssamlıq yolu ilə ifadə etmələri olmuşdur. Baharın gəlişini niyə bayram etdikləri, niyə daima rituallar həyata keçidikləri, niyə hər bir ayinə xas müxtəlif rəqslərin olduğu da onların geniş müzakirə və tədqiqat hədəfinə çevrilmişdir.
Elektrokonvulsiv terapiya
Elektrokonvulsiv terapiya-baş beyinə elektrik cərəyanın təsiri zamanı süni qıcolmaların törədilməsidir. Depressiyalar zamanı bu müalicəyə göstərişlərə xəstənin somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir. ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.
Terapiya Otağı (film, 2022)
Terapiya Otağı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Film bir terapiya otağında baş verən cinayətin araşdırılmasından bəhs edir. Ssenari və rejissorunun müəllifi olan Zaur Tahirsoy, filmi Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirib. Layihə Postmodern Aktyorluq Məktəbinin ilk bədii filmi hesab olunur. Filmdə paranormal sujet xətti ilə yanaşı aktyor oyununa üstünlük verilib. == Məzmunu == Terapiya otağında 5 psixoloji problemi olan pasientin psixiatrı qətlə yetirilir. Qətlə yetirilən Səmanın ölümündə qrup terapiyasında olan pasiyentləri bir nömrəli şübhəlilərdir. Amma cinayət psixoloqu olan Səmanın əri də pataloji qısqanclığa görə şübhəlilər sırasındadır. Hadisəni araşdıran Səmanın qrup yoldaşı Oktay da cinayət psixoloqudur. Səmanı sevdiyi üçün o da şübhəlilərdən hüsab edilir.
Antiretrovirus terapiyası
Antiretrovirus terapiyası (ART, ARVT) - İİV-infeksiyası inkişafının qarşısı alınması üçün, iki və ya daha çox preparatın qəbul edilməsindən ibarət, terapiya üsuludur. Belə terapiya nəticəsində, insan immunçatışmamazlığı virusu ilə yaşayan insanlar (İİV-pozitiv şəxslər) normal həyat tərzinə sahib ola bilərlər, bundan əlavə, başqaları üçün, hətta qorunmasız cinsi əlaqə zamanı, yoluxucu olmaya bilərlər. Terapiyanın əsas məqsədi ondan ibarətdir ki, İİV-pozitiv şəxs müəyyən edilməyən virus yükünə nail olsun. Belə olduqda, onun yaşama müddəti, həyatının keyfiyyəti və rifahı İİV-neqativ şəxslərdən heç də fərqlənmir. Antiretrovirus terapiyası həm də İİV-pozitiv şəxslərə təbii yolla tam sağlam uşaq dünyaya gətirmək imkanı yaradır. Terapiyanın ən müasir variantları praktiki olaraq tam təhlükəsizdir, yan təsirsizdir və gündə yalnız bir həb (tablet) qəbul etməkdən, və ya bir-iki ayda bir dəfə inyeksiyadan ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.90 dəfə / 1 mln.
2002 •••••••••••••• 6.85
2003 ••••• 2.36
2004 •••••••••• 5.05
2005 ••• 1.35
2006 •••••••••••••••• 7.88
2007 ••••••••••• 5.29
2008 ••••••••••••• 6.58
2009 •••••••••••• 6.08
2010 ••••••••••• 5.26
2011 ••••••••••••••• 7.55
2012 •••••••••••••••••• 9.29
2013 ••••••• 3.50
2014 ••••••• 3.60
2015 ••••• 2.55
2016 ••••••••••••• 6.42
2017 •••••••••••• 6.18
2018 ••••• 2.40
2019 •••••••••• 4.73
2020 •••••••••••••••••••• 10.34

terapiya sözünün leksik mənası və izahı

  • 1 [yun. therapeia – qulluq etmə, müalicə] Təbabətin, daxili xəstəlikləri öyrənməklə məşğul olan sahəsi və onların dərmanlar və qeyri-cərrahi vasitələrlə müalicəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / terapiya

terapiya sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. терапия: 1. лечение внутренних болезней без применения оперативных методов. Toxuma terapiyası тканевая терапия 2. раздел медицины, изучающий внутренние болезни, их профилактику и лечение. Ümumi terapiya общая терапия II прил. терапевтический. Terapiya kabineti терапевтический кабинет, terapiya şöbəsi терапевтическое отделение

    Azərbaycanca-rusca lüğət / terapiya

terapiya sözünün inglis dilinə tərcüməsi

terapiya sözünün fransız dilinə tərcüməsi

terapiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. therapeia-qulluq etmə, müalicə] терапия (къенепатан азарар чирдай ва абур дарманралди ва мс. рекьералди сагъардай медицинадин са хел).

    Azərbaycanca-ləzgicə lüğəti / terapiya

Oxşar sözlər

#terapiya nədir? #terapiya sözünün mənası #terapiya nə deməkdir? #terapiya sözünün izahı #terapiya sözünün yazılışı #terapiya necə yazılır? #terapiya sözünün düzgün yazılışı #terapiya leksik mənası #terapiya sözünün sinonimi #terapiya sözünün yaxın mənalı sözlər #terapiya sözünün əks mənası #terapiya sözünün etimologiyası #terapiya sözünün orfoqrafiyası #terapiya rusca #terapiya inglisça #terapiya fransızca #terapiya sözünün istifadəsi #sözlük