terras sözü azərbaycan dilində

terras

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • terras • 92.4658%
  • Terras • 7.5342%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Terras
Terras — bir tikilinin yer səviyyəsindən yüksək, istifadə edilə bilinən xarici hissəsi. Terrasların görüntüsü və xüsusiyyətləri bir çox şəkildə ola bilməsinə baxmayaraq terraslar bir evin balkondan daha geniş, üstü açıq olan hissəsidir. Terrasların istifadə sahələri olduqca müxtəlifdir. Terraslar ya kiçik miqyasda bağça salma işlərində ya da xüsusi istifadə məqsədi ilə yaradılırlar. Terrasların yaradılması mərhələsində Peyzaj memarlığının xidmətlərinin istifadəsi böyük önəm daşıyır.
Akkumlyativ terras
Akkumlyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef Akkumulyativ düzəlik Akkumulyativ allüvial düzənlik == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Allüvial terras
Allüvial terras - çayın gətirdiyi allüvial çöküntülərdən təşkil olunmuş çay terrasına deyilir.
Erozion terras
Erozion terras - (Özüllü terras) - (rus. коренная терраса / rock-terrace, rock bench erosion terrace/, ing. laccolith) ana süxur­lardan ibarət və üzəri nazik allüvial çöküntülərlə örtülmüş, terras. Bu terraslar adətən qədim və yüksək olurlar.
La-Terras
La-Terras (fr. La Terrasse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38503. Kommunanın 2012-ci il üçün əhalisi 2418 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 1 045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Qoyulmuş terras
Qoyulmuş terras söykənmiş terras (rus. вложенная терраса, ing. inset terrace, fill-in-fill terrase) - allüvial qatı çay dərəsinə qoyulmuş kimi olan çay, yaxud qobu terrası; məcradan uzaq kənarları ana sahilin süxurlarına, yaxud daha qədim terras çöküntüləri qatına söykənir.
Yerli terras
Yerli terras – (rus. местная терраса, ing. local terrace) dərənin ancaq müəyyən hissəsində müşahidə edilən terras, əksər halda su tutarların boğulan hissəsində çayın düşməsi nəticəsində yaranır.
Terras (relyef forması)
Terras (fr. terrasse)- yamaclarda pillə-pillə yerləşən, səthi üfüqi və ya bir qədər meyilli olan relyef formasıdır. Terras əsasən suyun eroziya, abraziya və akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. Terraslar mənşəyinə görə struktur və akkumulyativ terraslara bölünür. == Süni terras == Dağ yamaclarda torpaq eroziyasının qarşısını almaq məqsədi ilə buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terraslar düzəldilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar Azərbaycanda Siyəzən, Şabran, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və orada badam, püstə,eldar şamı və digər ağac cinslərindən bağlar, meşə-bağlar salınmışdır. Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə "taxtalar") yaradılmışdır. Hazırda bu terrasların "taxta" hissəsindən taxıl əkini, biçənək kimi istifadə edilir. Meyilli hissəsində isə çox yerdə təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.
Bəhai terrasları
Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karmel dağındadır. Ümumən ərazi Hayfa şəhərinin ərəblər yaşayan Vadi Nisnas və Hadar Karmel rayonuna aiddir. Bəhai bağları İsrailin turizm baxımdan ən görməli məkanlarından biri hesab olunur. Bağların memarı iran mənşəli memar Fariborz Sahbadır. Ümumi mühəddislik quruluşu Hayfanın Karban and Co. şirkətinə məxsus. Ərazi Ümumdünya Bəhai Mərkəzi ilə birlikdə Qərbi Qalileyin YUNESKO-nun Ümumdünya İrsinə daxil. == Simvolikası == Terraslar Babın ilk on səkkiz şagirdlərini tərənnüm edir.
Sahil terrasları
thumb|317x317px| thumb|304x304px|Şimal dənizi terras sahili Sahil terrasları- Qurunun qalxması və dənizin ləpədöymə işi nəticəsində sahildə əvvəlki səviyyədən yuxarıda yerləşən abraziya platformalarıdır.Sahil terrasları bir-birindən hündürdə yerləşən bir neçə terrasdan ibarət ola bilər.Qafqazın Qara dəniz sahilboyunda belə terraslar aydın görünür.
Sikl terrası
Sikl terrası – (rus. цикловая терраса, ing. cyclic terrace) tek­tonik hərəkətlərin təsiri nəticə­sində çay dərəsinin meylliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlən­məsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Yaxınlaşan terraslar
Yaxınlaşan ter­raslar – (rus. сходящиеся террасы, ing. converging terraces) bir-birinin üzərində yüksələn, dərə aşağı alçalan /bəzən tam birləşən/ çay terrasları. Aşağı axını stabil vəziyyətdə olan və ya zəif qalxan, yuxarı hissəsi isə tektonik qalxmaya məruz qalan çay hövzələrində müşahidə edilir.
Çay dərələri və terrasları
Azərbaycanın müasir, əsasən, mövsümi, qismən daimi çayları qar, buzlaqlar, yağış və yeraltı sularla qidalanmaqla müxtəlif formalaşma xüsusiyyətlərinə, mürəkkəb quruluşa, qədim inkişaf tarixinə malik olan dərə şəbəkəsi əmələ gətirir və relyefin təkamülündə əhəmiyyətli rol oynayır. Ərazinin müxtəlif hissələrində inkişaf etmiş çay şəbəkəsi morfoloji xüsusiyyətlərinə, yaşına, tektonik strukturlarla münasibətinə, uzunluqlarına, terras səviyyələrinin sayına, sululuq dərəcəsinə və sutoplayıcı hövzələrinin ölçülərinə görə fərqlənirlər. Çay dərələrinin orta hissəsi əsasən ortadağlıqda yerləşir və bu hissədə, əsasən, yataq nisbətən genişlənir və terras səthləri aydın seçilir. Əksər çay dərələrinin yamaclarının meyilli və astanalı olması burada da davam edir, onların dərinliyi 2000 metrə çatır. Buna baxmayaraq yataqda allüvi və sel materialları toplanır. Ana süxurlar isə daha çox meyilli və astanalı sahələrdə səthə çıxır. Çay dərələrinin aşağı hissəsi alçaqdağlığa və onların dağətəyi maili düzənliklərə çıxan sahələrinə uyğun gəlir. Bu hissədə çay dərələri xeyli genişlənir, dərinliyi isə 200-500 metrdəın artıq olmur. Səthi nisbətən hamar olub, geniş sahəni əhatə edən akkumulyativ terraslar formalaşır. Cənub yamacın gətirmə konuslarının zirvələri bir qayda olaraq burada yerləşir və burada akkumulyasiya prosesi üstünlük təşkil edir.
Çay terrasları
Çay terrasları — çay dərələrində geniş yayılmış bu morfoskulpturların elementlərin morfoloji xüsusiyyətləri, sayı, nisbi və mütləq yüksəklikləri, deformasiya və saxlanılma dərəcələri çay hövzəsinin yerləşdiyi sahənin mütləq yüksəkliyindən, dərənin yaşından, relyefin enerjisindən, uzun müddətli, çoxillik və mövsümi iqlim dəyişmələrindən, axımın miqdarından və rejimindən, erozion siklləri müəyyən edən və terrası formalaşdıran tektonik hərəkətlərin xarakterindən və ritmlərin sayından, çayların uzunluqlarından, eroziya bazisinin miqrasiyasından bilavasitə asılıdır. Bu əlaqəni müxtəlif geotektonik rejimli morfostrukturları kəsən çay dərələrində terrasların sayına, struktur quruluşuna, deformasiya dərəcəsinə, ölçülərinə və kəsilişlərdə olan çöküntü komplekslərinin xarakterinə əsasən izah etmək mümkündür. == Böyük Qafqazın cənub yamacı çaylarında terras səviyyəsi == Böyük Qafqazın cənub yamacı çaylarında B. Ə. Budaqov 17 terras səviyyəsi ayırmışdır (cədvəl 1).Cədvəl 1. Baş Qafqaz silsiləsinin cənub yamacının bəzi çay dərələrinin çay terrasları Bu terraslar çayların su səviyyəsindən 0,5–2; 6–8; 10–15; 20–25; 30–35; 40–45; 50–55; 65–70; 75–80; 90–115; 120–125; 135–145; 150–155; 175; 190–200; 210–220; 240–250 metr yüksəkliklərdə yerləşir, lakin bütün çay dərələrində bu terras kompleksləri tam iştirak etmir. Ərazinin intensiv tektonik qalxması və güclü eroziya nəticəsində terras səviyyələrinin bəziləri tamamilə yuyulmuş, bəzi sahələrdə isə onların xırda fraqmentləri saxlanılmışdır. Alçaq və qismən orta səviyyəli terraslar daha yaxşı saxlanılmışdır. Bu terras səviyyələri çay dərələrinin orta və aşağı hissələri üçün xarakterikdir. === Şimal-şərq yamacın çay dərələrində terraslar === Şimal-şərq yamacın çay dərələrində (Qusarçay, Qudyalçay, Vəlvələçay, Gilgilçay və s.) əsas terras səviyyələri onların sinklinal strukturları kəsdiyi sahələrdə, geniş sahəli olmaqla yaxşı saxlanılmışdır. D. A. Lilienberq, B. Ə. Budaqov şimal-şərq yamacda, A. A. Mikayılov isə Qusar maili düzənliyində 14–17 terras səviyyəsinin olduğunu göstərir. Bəzi çay terraslarının Xəzər dənizi terrasları ilə uzlaşdırılması onların yaşını xeyli dəqiqləşdirməyə imkan vermişdir.
Çılpaqdağ terrası
Çılpaqdağ terrası - çılpaqdağ zonaları üçün səciyyəvi olan pilləli relyef forması. Yüksəkliyi 1-3 m-dən bir neçə on metrə çatan dik sıxıntılı sahələr. Bərk süxurlardan təşkil olunmuş dağ yamaclarında meşə sərhəddindən yuxarıda, çılpaqdağ aşınma zonasında və qütb vilayətlərində əmələ gəlir. == Həmçinin bax == Dağ süxurlar Dağ == Mənbə == Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm. 2012. səh. 53.
Terrassa
Terrassa İspaniyanın Kataloniya muxtariyyətində yerləşən bir şəhərdir. 2006-cı il sayımına görə şəhərin əhalisi təxminən 201.000, mərkəzi olduğu əyalətdin ümumi əhalisi isə 250.000 nəfərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2004 •••••••••• 0.67
2005 •••••••••••••••••••• 1.35
2008 ••••••••••• 0.73
2009 •••••••••• 0.64
2011 ••••••• 0.43
2012 ••••••••• 0.60
2014 •••••••• 0.51
2015 •••••••• 0.51
2016 •••••• 0.35
2017 •••••••••••••••••••• 1.30
2018 •••••••••••• 0.75
2019 ••••• 0.28
2020 •• 0.13

terras sözünün leksik mənası və izahı

  • 1 is. [fr.] 1. Dərə yamacları, göl və dəniz sahillərinin pilləvari relyef formaları. 2. Səki, meydança. 3. Eyvan, veranda, artırma. 4. Yer səthinin bir-birinin üstündə yerləşən üfüqi və ya bir az meyilli çıxıq hissələri.

    Azərbaycan dilinin izahlı lüğəti / terras

terras sözünün etimologiyası

terras sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. терраса: 1. геогр., геол. горизонтальная или слегка наклонная площадка, образующая уступ на склоне местности естественного происхождения или устроенная искусственно. Dəniz terrasları морские террасы, çay terrasları речные террасы: 2. летняя пристройка к жилому дому в виде площадки с крышей на столбах II прил. террасовый, террасный. почвовед. Terras torpaqları террасовые почвы

    Azərbaycanca-rusca lüğət / terras

terras sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] сущ. терраса (1. гьуьлуьн, вирин, кӀамун къерехрин гурарар хьиз сад-садалай хкаж хьайи рельефдин формаяр; 2. секуь, гъвечӀи майдан; 3. айван, веранда; 4. ччилин ччинин сад-садан кьилел алай къаткай ва я тӀимил майилвал авай чиликай хкис хьайи паяр).

    Azərbaycanca-ləzgicə lüğəti / terras

"terras" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#terras nədir? #terras sözünün mənası #terras nə deməkdir? #terras sözünün izahı #terras sözünün yazılışı #terras necə yazılır? #terras sözünün düzgün yazılışı #terras leksik mənası #terras sözünün sinonimi #terras sözünün yaxın mənalı sözlər #terras sözünün əks mənası #terras sözünün etimologiyası #terras sözünün orfoqrafiyası #terras rusca #terras inglisça #terras fransızca #terras sözünün istifadəsi #sözlük