terraslar sözü azərbaycan dilində

terraslar

Yazılış

  • terraslar • 94.5205%
  • Terraslar • 5.4795%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaxınlaşan terraslar
Yaxınlaşan terraslar (rus. сходящиеся террасы, ing. converging terraces) — bir-birinin üzərində yüksələn, dərə aşağı alçalan /bəzən tam birləşən/ çay terrasları. Aşağı axını stabil vəziyyətdə olan və ya zəif qalxan, yuxarı hissəsi isə tektonik qalxmaya məruz qalan çay hövzələrində müşahidə edilir.
Bəhai terrasları
Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karmel dağındadır. Ümumən ərazi Hayfa şəhərinin ərəblər yaşayan Vadi Nisnas və Hadar Karmel rayonuna aiddir. Bəhai bağları İsrailin turizm baxımdan ən görməli məkanlarından biri hesab olunur. Bağların memarı iran mənşəli memar Fariborz Sahbadır. Ümumi mühəddislik quruluşu Hayfanın Karban and Co. şirkətinə məxsus. Ərazi Ümumdünya Bəhai Mərkəzi ilə birlikdə Qərbi Qalileyin YUNESKO-nun Ümumdünya İrsinə daxil. == Simvolikası == Terraslar Babın ilk on səkkiz şagirdlərini tərənnüm edir.
Sahil terrasları
Sahil terrasları- Qurunun qalxması və dənizin ləpədöymə işi nəticəsində sahildə əvvəlki səviyyədən yuxarıda yerləşən abraziya platformalarıdır.Sahil terrasları bir-birindən hündürdə yerləşən bir neçə terrasdan ibarət ola bilər.Qafqazın Qara dəniz sahilboyunda belə terraslar aydın görünür.
Çay dərələri və terrasları
Azərbaycanın müasir, əsasən, mövsümi, qismən daimi çayları qar, buzlaqlar, yağış və yeraltı sularla qidalanmaqla müxtəlif formalaşma xüsusiyyətlərinə, mürəkkəb quruluşa, qədim inkişaf tarixinə malik olan dərə şəbəkəsi əmələ gətirir və relyefin təkamülündə əhəmiyyətli rol oynayır. Ərazinin müxtəlif hissələrində inkişaf etmiş çay şəbəkəsi morfoloji xüsusiyyətlərinə, yaşına, tektonik strukturlarla münasibətinə, uzunluqlarına, terras səviyyələrinin sayına, sululuq dərəcəsinə və sutoplayıcı hövzələrinin ölçülərinə görə fərqlənirlər. Çay dərələrinin orta hissəsi əsasən ortadağlıqda yerləşir və bu hissədə, əsasən, yataq nisbətən genişlənir və terras səthləri aydın seçilir. Əksər çay dərələrinin yamaclarının meyilli və astanalı olması burada da davam edir, onların dərinliyi 2000 metrə çatır. Buna baxmayaraq yataqda allüvi və sel materialları toplanır. Ana süxurlar isə daha çox meyilli və astanalı sahələrdə səthə çıxır. Çay dərələrinin aşağı hissəsi alçaqdağlığa və onların dağətəyi maili düzənliklərə çıxan sahələrinə uyğun gəlir. Bu hissədə çay dərələri xeyli genişlənir, dərinliyi isə 200-500 metrdəın artıq olmur. Səthi nisbətən hamar olub, geniş sahəni əhatə edən akkumulyativ terraslar formalaşır. Cənub yamacın gətirmə konuslarının zirvələri bir qayda olaraq burada yerləşir və burada akkumulyasiya prosesi üstünlük təşkil edir.
Çay terrasları

Oxşar sözlər

#terraslar nədir? #terraslar sözünün mənası #terraslar nə deməkdir? #terraslar sözünün izahı #terraslar sözünün yazılışı #terraslar necə yazılır? #terraslar sözünün düzgün yazılışı #terraslar leksik mənası #terraslar sözünün sinonimi #terraslar sözünün yaxın mənalı sözlər #terraslar sözünün əks mənası #terraslar sözünün etimologiyası #terraslar sözünün orfoqrafiyası #terraslar rusca #terraslar inglisça #terraslar fransızca #terraslar sözünün istifadəsi #sözlük