texnologiyalar sözü azərbaycan dilində

texnologiyalar

Yazılış

  • texnologiyalar • 51.5863%
  • Texnologiyalar • 48.3900%
  • TEXNOLOGİYALAR • 0.0237%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Simsiz texnologiyalar
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Sumqayıt Texnologiyalar Parkı
Sumqayıt Texnologiyalar Parkı (STP) — 2009-cu ildə Sumqayıt şəhərinin şimalında, Hacı Zeynalabdin qəsəbəsində 152 ha ərazidə salınmış texnologiya parkı. Cənubi Qafqazda və Azərbaycanda yaradılmış ilk texnologiya parkıdır. STP-nin istehsal və tikinti-quraşdırma sahələrində hazırda 2000-dən çox insan məşğuldur və bütün planlaşdırılmış yerlərin işə salınması halında 10 min nəfərin işləməsi mümkündür. == Tarixi == STP-nin açılış mərasimi 22 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Azərbaycanda bazar şəraitində fəaliyyət göstərən ilk texnologiya parkıdır. 2021-ci ilin yanvar ayında Ruslan Ağabəyli icraçı direktor vəzifəsinə təyin olunub. 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkı idarəetmə və sənaye sektorunda olan dəyişikliklərə və müştəri ehtiyaclarına çevik adaptasiya olunmaq məqsədilə Biznes və idarəetmə forması yenidən təşkil edilmişdir. Şirkət istehsalçı qurumdan baş ofis və idarəedici qurum formatına keçib. Tərkibində fəaliyyət göstərən zavod və istehsal sahələri yeni yaradılan şirkətlərdə birləşdirilib. STP-nin törəmə şirkətləri bunlardır: STP Global Cable STP Alüminium STP Metal Structures STP Polymer SOCAR-STP STP AH Assan STP Panel STP-nin Biznes vahidləri və Müştərək şirkətlərində istehsal olunan məhsullara elektrik avadanlıqları, kabellər, maşınqayırma, polimer məhsulları, polad istehsalı, sandviç panelləri, ventilyasiya sistemləri, polivinilxlorid pəncərələri, qaynar sinkləmə, texniki kasalar, günəş paneli və toz örtükləri daxildir.
Təhsildə İnnovativ Texnologiyalar
Təhsildə İnnovativ Texnologiyalar (ing. Innovative Technologies in Education) — Tədris prosesində yeni yanaşmalar tətbiq etməyə hədəflənmiş təhsil, informasiya texnologiyaları və iqtisadi inkişaf sahələrində fəaliyyət göstərən əlavə təhsil müəssisəsi. Mərkəzdə 2017-ci ildən UNESCO-nun "İKT əsaslı yanaşmalar vasitəsilə müəllimlərin peşəkar inkişafının gücləndirilməsi" kafedrası fəaliyyət göstərir. ITE-nin ümumi təhsil mövzularına məktəb müəllimləri üçün İKT savadlılığının inkişafı, distant təhsil və onlayn ünsiyyət, Microsoft TEAMS, Layihə əsaslı öyrənmə vasitəsilə İnteqrasiya edilmiş STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) təhsili, Elektron Resurslardan istifadə edərək İnteqrasiya edilmiş Metodların İnkişafı, Təhsildə İnnovasiya və Yüksək Texnologiyaların Tətbiqi, Pedaqoji kadrlar üçün İKT vasitəsilə Ünsiyyət bacarıqlarının inkişafı, E-məktəb platformasından istifadə, Python proqramlaşdırması üzrə ünsiyyət bacarıqlarının inkişafı və Beynəlxalq Polyup platformasından istifadədir. Müəssisə Dünya Bankı, Microsoft, BMT, UNESCO, UNICEF, İntel, Huawei ilə, eləcə də Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, İsveç, Latviya, İspaniya, Cənubi Koreya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq edir. Ötən il İTE-dən 25 mindən artıq şəxs məzun olub. Təlimlər İTE-nin 200 nəfərdən artıq təlimçi heyəti tərəfindən aparılıb. Mərkəz Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyalaşdırılıb.
Yüksək Texnologiyalar Parkı
Yüksək Texnologiyalar Parkı MMC — innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi. == Tarixi == Yüksək Texnologiyalar Parkı — "YTP" Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. "YTP"-nin fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı — "YTP" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı şəhəri, Pirallahı rayonunda 50 ha torpaq sahəsi Cəmiyyətə ayrılmışdır. == Məqsədi == "Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı oldu. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. Eyni zamanda Azərbaycanda "Qara qızılın" insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, "Yüksək Texnologiyalar Parkı"nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. == Fəaliyyəti == Texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, texnoparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.
Sumqayıt Yüksək Texnologiyalar Parkı

Yüksək Texnologiyalar Parkı MMC

Çjantszyan Yüksək Texnologiyalar Parkı
Çjantszyan Yüksək Texnologiyalar Parkı – Çinin Şanxay şəhərinin Pudun bölgəsində texnoloji park. Zhangjiang Hi-Tech Park Development Co. Ltd tərəfindən idarə olunur. Park həyat elmləri, proqram təminatı, yarımkeçiricilər və informasiya texnologiyaları sahələrində araşdırmalar aparır. 2009-cu ilədək texnoloji parkda 110 tədqiqat və inkişaf institutu, 3600 şirkət və 100.000 işçi var idi. Bəzi dairələrdə park Çinin Silikon Vadisi kimi də tanınır. == Tarix == Çjantszyan Yüksək Texnologiyalar Parkı 1992-ci ilin iyul ayında qurulmuşdur. Ümumi sahəsi 25 km2 (9,7 kv. Mil) olan Pudun Yeni Bölgəsində yerləşir. 2018-ci ildə Milli Şanxay Biyomedikal Elm və Texnologiya Sənaye Bazası, Milli İnformasiya Sənayesi Bazası, Milli İnteqrasiya Edilmiş Dövrə Sənaye Bazası, Milli Yarımkeçirici İşıq Sənayesi Bazası, Milli 863 İnformasiya Təhlükəsizliyi Sənayesi (Şərq) Bazası, Milli Proqram Sənayesi Bazası Milli Proqram İxracat Bazası, Milli Mədəniyyət Sənayesi Model Bazası, Milli Onlayn Oyunlar və Animasiya Sənayesinin İnkişafı Bazaları var.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (qaz. Шахмардан Есенов атындағы Каспий мемлекеттік технологиялар және инжиниринг университеті, həmçinin Yessenov University, XDTVNU, Университет Есенова kimi tanınır) — Qazaxıstanda çoxsahəli bir ali təhsil müəssisəsidir. Universitetin indiki adı ona Qazaxıstan geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verən görkəmli qazax alimi Şahmərdan Yessenovun şərəfinə verilmişdir. Hazırda Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti 43 bakalavr, 18 magistr və 5 doktorluq ixtisası üzrə təhsil xidmətləri göstərir. Universitetdə üç tədris korpusu, üç yataqxana, üç məşq meydançası, hovuzlu idman kompleksi var. Universitetdə 16-dan çox elmlər doktoru və 169 elmlər namizədi olmaqla 350-dən çox müəllim dərs deyir. 7 mindən çox tələbə təhsil alır. == Tarixi == Universitetin tarixi 1976-cı ildə Mangistau ərazi istehsalat kompleksi üçün mühəndis kadrları hazırlamaq üçün Qazaxıstan Politexnik İnstitutunun ümumi texniki fakültəsinin Mangışlak bölgəsinin Şevçenko (indiki Aktau) şəhərində təşkil olunmasından başlayır. Ümumi texniki fakültəni çoxsahəli bir fakültəyə çevirən yeni ixtisasların açılmasına ehtiyac yarandı. 1990-cı ildə Politexnik İnstitutunun ümumi texniki fakültəsi V.I.Lenin adına Qazaxıstan Politexnik İnstitutunun (V.İ.Lenin adına QazPTİ) Mangistau filialına çevrildi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Yüksək texnologiyalar
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi
== Haqqında == Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 3 korpusdan ibarətdir. Mərkəzin ərazisi 50426 kv.metrdir.
AMEA Yüksək Texnologiyalar Parkı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) — elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. YT Parkı elm tutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. == Yaranma tarixi == AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı ilə yaradılmışdır. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsini həyata keçirən idarəedici təşkilat AMEA-nın tabeliyində yaradılan dövlətə məxsus hüquqi şəxs “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-dir. Hazırda "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Vasif Bilal oğlu Abbasovdur. == Əsas məqsədi == YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir. == Fəaliyyət istiqamətləri == AMEA Yüksək Texnologiyalar Parkı yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr qurur. Park həm də innovativ biznes ideyası olan gənc startapçılar və universitetlərlə əməkdaşlıq edir. Texnologiyalar Parkı hazırda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Yüksək Texnologiyalar Sənayesi Nazirliyi (Ermənistan)
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi — rabitə, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, poçt, lisenziyalaşdırma və icazə, habelə hərbi sahədə Ermənistan hökumətinin siyasətini işləyib hazırlayan və həyata keçirən respublika icra hakimiyyəti sənaye orqanıdır.
ETN-nin Yüksək Texnologiyalar Parkı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı — elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. == Yaranma tarixi == AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı ilə yaradılmışdır. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsini həyata keçirən idarəedici təşkilat AMEA-nın tabeliyində yaradılan dövlətə məxsus hüquqi şəxs "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-dir. 26 noyabr 2024-cü il-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb. == Əsas məqsədi == YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir. == Fəaliyyət istiqamətləri == AMEA Yüksək Texnologiyalar Parkı yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr qurur. Park həm də innovativ biznes ideyası olan gənc startapçılar və universitetlərlə əməkdaşlıq edir. Texnologiyalar Parkı hazırda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu müəssisə yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Mobil bulud texnologiyaları
Dünyada mobil qurğuların (notbuk, planşet, smartfonların və s.) istifadəsinin sürətlə artması və onların uyğun telekommunikasiya texnologiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet üzərindən hesablama buludlarına qoşulması, yeni texnologiyanın – mobil bulud (ing. Mobile Cloud Computing) texnologiyasının yaradılmasına təkan verir. MHB-də məlumatların emalı və yadda saxlanılması mobil qurğulardan kənarda həyata keçirilir. MHB-də mobil qurğular baza stansiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet şəbəkəsi üzərindən hesablama buludları sisteminə qoşulur və ona lazım olan servislərdən istifadə edirlər. Hal-hazırda istifadəçilər bulud servislərin üç növündən (IaaS, PaaS və SaaS) geniş istifadə edirlər. IaaS (ing. Infrastructure as a Service - infrastruktur xidmət kimi) xidməti istifadəçilərə bulud sistemlərinin hesablama və yaddaş resurslarından (məsələn, ing. Amazon Elastic Cloud Computing - EC2 və Amazon S3 - Simple Storage Service) istifadə etməyə imkan verir.Hal-hazırda mobil bulud provayderlərinin xidmətindən istifadə etməklə dünyada milyonlarla mobil istifadəçi mobil proqram əlavələrindən (mobil kommersiya, mobil təhsil, mobil sağlamlıq, mobil oyunlar və s. sahələr üzrə) geniş istifadə edir. ==== Mobil Ticarət ==== Mobil ticarət: mobil qurğulardan istifadə etməklə ticarət işlərini həyata keçirməkdir.
Multimedia Qalereyası (AMEA İnformasiya Texnologiyaları İnstitutu)
Multimedia Qalereyası - AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış və AMEA-da keçirilən bütün tədbirlərdən çəkilmiş şəkil və video-fayllarının toplanması və saxlanmasını həyata keçirən qalereya. == Yaranma səbəbi == Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı dövrdən görkəmli elm xadimlərinin fəaliyyətinin əks olunmamasının səbəbi, foto və s. materialların olmaması və ya kifayət qədər az olmasıdır. 2003-cü il science.az portalının fəaliyyət göstərməsi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən müxtəlif tədbirlərdən fotoşəkillər çəkilmişdir. Çəkilən şəkillərin, videomaterialların bulud texnologiyalarında etibarlı şəkildə qorunub saxlanmasına ehtiyac duyulurdu. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Multimedia Qalereyası bütün bu resursları toplayaraq lazım olan informasiyanı açar sözlərinin köməyi ilə asanlıqla əldə etməyə imkan yaradır. == Fəaliyyəti == Multimedia Qalereyası AR Prezidentinin elm sahəsinə qayğısını əks etdirən AMEA Rəyasət Heyətinin rəsmi görüşləri, eləcə də AMEA-nın keçirdiyi mötəbər tədbirlərdən materialları özündə əks etdirir. AMEA-nın institut və təşkilatlarında keçirilən konfrans və iclaslar, görüşlər, hesabatlar və s. Multimedia Qalereyasında strukturlaşdırılmış şəkildə toplanır. AMEA-nın institut və təşkilatlarının yeni avadanlıqlarla təchizatını əks etdirən fotomateriallar dövlətin elmə qayğısının bariz nümunəsidir.
Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universiteti
Oğuz xan adına Türkmənistan mühəndis texnologiyaları universiteti və ya Oğuz xan adına mühəndis-texnoloji universitet (türkm. Türkmenistanyň Oguz han adyndaky Inžener-tehnologiýalar uniwersitetii) — Türkmənistanda mühəndis və yüksək texnologiyalar üzrə mütəxəssis hazırlığında ixtisaslaşmış ali təhsil müəssisəsi. == Tarixi == 15 iyul 2016-cı il tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun fərmanı ilə təşkilati və hüquqi formasını dəyişdirərək Beynəlxalq Türkmən-Türk Universiteti əvəzinə Oğuz Xan adına Türkmənistanın Mühəndislik Texnologiyaları Universiteti yaradıldı. Həmçinin fərmanla Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universiteti Beynəlxalq Türkmən-Türk Universitetinin qanuni varisi oldu. Yeni yaradılan universitet Türkmənistan Elmlər Akademiyasının tabeliyinə verildi. Universitet üç min nəfərin təhsil alması üçün nəzərdə tutulmuşdur. 2016-2017-ci tədris ilinə universitetdə təxminən 280 tələbə təhsil alırdı. 2019-cu ilin əvvəlində Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universitetində keçirilən elm adamları, universitet müəllimləri və tələbələrinin konfransında, ölkə rəhbərliyinin bütün Türkmənistan elmi institutlarını və universitetlərini tədricən özünü maliyyələşdirməyə keçirmək qərarına gəldiyi açıqlandı. Bu dövlətin elm və təhsil sahəsindəki yeni siyasəti çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilməsini istisna edən sistemə keçilməsi proqramının elanı idi. == Tədris prosesi == Ali təhsil göstərilən peşə sahələri üzrə verilir: materialların öyrənilməsi və yeni materialların texnologiyası; nanomateriallar; kimyəvi texnologiya; biotexnologiya; informasiya sistemləri və texnologiyaları; avtomatlaşdırma və idarəetmə; mekatronika və robototexnika; yenilik, metallurgiya; təbiət elmləri; elektronika, radio mühəndisliyi və rabitə sistemləri.
Qlobal şəbəkə texnologiyaları
Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur. Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər. Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir. == Strukturu == WAN-ın dərslik tərifi coğrafi bölgələri əhatə edən kompüter şəbəkəsidir. Rabitə protokollarının və konsepsiyalarının tətbiqi baxımından WAN-lara məlumatların uzun məsafələrə və müxtəlif şəbəkələr arasında ötürülməsi üçün istifadə olunan kompüter şəbəkəsi texnologiyaları kimi baxmaq daha yaxşı olar.
Qrid texnologiyaları
Qrid texnologiyaları — kommunikasiya texnologiyalarının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. "Grid" sözünün ingilis dilindən tərcüməsi "şəbəkə" mənasını verir və ilk dəfə 1994-cü ildə amerikalı alimlər Foster və Keselman tərəfindən elmə gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də, eyni vəziyyətdə öz məsələlərinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər. == Qrid sistemləri == Qrid sistemləri kompüter şəbəkəsinə qoşulmuş kompüterlərin hesablama gücündən istifadə etməklə yaradılan paylanmış hesablama şəbəkəsidir. Kommunikasiya avadanlıqlarından istifadə etməklə, fərdi kompüterləri bir-birinə qoşub internet şəbəkəsi üzərində virtual verilənlərin emal mərkəzi (VEM) şəbəkəsi yaratmaq mümkündür. Qrid sistemlərin yaradılmasında iştirak edən istifadəçilərin fərdi kompüterlərinin hesablama resurslarından ödənişli və ödənişsiz istifadə etmək olar.
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü — 2006-cı il 6 dekabrdan etibarən hər il qeyd olunan peşə bayramı. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib. Hər il peşə bayramı ilə əlaqədar olaraq, bu sahədə çalışanlar müxtəlif fəxri adlar və Azərbaycanın digər dövlət təltifləri ilə təltif edilirlər. == Tarixi == İndiki Azərbaycan ərazilərinə aid ilk ciddi rabitə fəaliyyəti Hülakülər dövlətinə təsadüf edir. Tarixə məlum olan ilk yazılı mənbə Qazan xanın 1303-cü ildə dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirməsidir. Poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli isə ilk dəfə 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən qoyulub. Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi isə birbaşa 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır.
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti — Rusiyada universitet; innovasiya texnologiyaları sahəsində elmi-tədrisin mənbəyi olaraq müasir iqtisadiyyatın bütün istiqamətləri üzrə mütəxəssis hazırlığını həyata keçirir. == Tarixi və fəaliyyəti == Universitet 1999-cu il, Rusiya Federasiyası Hökumətinin 31 dekabr tarixli sərəncamına uyğun olaraq Rusiya Təhsil Nazirliyinin ali məktəbində elmi-texniki sahibkarlığın inkişafına komək mərkəzi elmi müəssisəsinin əsasında yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının prioritet təşkil etdiyi universitetdə distant təhsilin tətbiqinə xüsusi önəm verilir. Hal-hazırda ali təhsil ocağında distant təhsil portalı (do.itbu.ru) işə salınıb. Yaxın vaxtlarda onun əsasında bir sıra ixtisasların artırılması planlaşdırılır. Hazırda vəkillik, bank hüququ: əsas vəziyyətlər, internet münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətli kağızlar kursları üzrə iş aparılır. == Tədris prosesi == Hazırda Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində 7 fakültə fəaliyyət göstərir: innovasiyaların idarəedilməsi, innovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi, informasiya sistemləri, tətbiqi informatika, idarəetmə və inteqrasiya edilmiş marketinq kommunikasiyaları, vətəndaş-hüquqi intizamlar, dizayn və reklam. İnnovasiyaların idarəedilməsi kafedrasında tələbələr innovasiya fəaliyyətini idarə etmə sahəsində, strateji idarəetmə, innovasiya layihələrini idarə etmə, biznes planlaşdırma üzrə bacarıqlar əldə edirlər. Tələbələr innovasiya fəaliyyətinin (Project Expert, BP Win, Prime Expert, Microsoft Project, Microsoft Navision və başqaları) təminatı üçün qeydiyyat-analitik proqramlardan istifadə etməyi öyrənirlər. İnnovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi kafedrası bu ilin sentyabrında keyfiyyətin idarəetməsi və aerokosmik fəaliyyətin innovasiya texnologiyaları kafedralarının birləşdirilməsi nəticəsində yaradılıb.
Türkiyə Kosmos Texnologiyaları Araşdırma İnstitutu
Kosmos Texnologiyaları Araşdırma İnstitutu (TÜBİTAK KOSMOS) — 1985-ci ildə, Orta Şərq Texniki Universiteti (ODTÜ) və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) arasında imzalanan bir protokolla, Ankara Elektron Araşdırma və İnkişaf İnstitutu adı altında Orta Şərq Texniki Universiteti ətrafında yaradılmışdır. İnstitut personalının böyük bir qisimini kompüter, elektron və sənaye mühəndislərin meydana çıxarılmasına kömək edir. Bir ictimai quruluşu olan TÜBİTAK KOSMOS, iş dünyası və ictimai sektorundan çox təşkilatla müqavilə araşdırmalar icra etməkdədir. İnstitut, bir çox fərqli araşdırma sahələrində artım göstərməkdə olan tələbləri qarşılaya məqsədiylə 1995-ci ildə, hələ daxilində olduğu qurumla günümüzə qədər gələn yenidən quruluşlanma müddətinə girmişdir. Bu gün 12 fərqli araşdırma qrupu, ən son texnoloji vasitə təchizatı və yüksək keyfiyyətli mühəndis heyətiylə NATO, EUREKA və Dünya Bankı kimi təşkilatlarla əlaqəli olaraq həyata keçirilən bir çox beynəlxalq ortaq araşdırma layihələrinin yanında, sənaye və ictimai sektorları tərəfindən icra edilməkdə olan saysız milli proyektdə vəzifə yerinə yetirir. == Xronologiya == 1984 TÜBİTAK — ODTÜ Protokol imzalanıb. 1985 Ankara Elektron Araşdırma İnkişaf İnstitutu (TAEAGE) 1995 Məlumat Texnologiyaları və Elektron Araşdırma İnstitutu (KOSMOS) 1998 ODTÜ yerleşkesindeki yeni bina.
Varşava İnformasiya Texnologiyaları Universiteti
Varşava İnformasiya Texnologiyaları Universiteti — Polşada universitet, İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Varşava İnformasiya Texnologiyaları Universiteti müasir informasiya texnologiyalarından effektiv istifadə edilməsi, informasiya sistemlərini idarə edilməsi, kompüter qrafikası sahəsində proqram təminatı və qabaqcıl texnologiyaların yaradılması üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 2004-cü ildə yaradılıb. Universitet informatika ixtisas üzrə ən yüksək mühəndis-texniki təhsil təklif edir. Ali məktəbin korpusu 9 min m² sahəni əhatə edir. Bura auditoriyalar, laboratoriya məşğuliyyətləri üçün kabinetlər, həmçinin bir çox tədris sinifləri daxildir. Universitet kompüter texnikası ilə yüksək səviyyədə təchiz edilib. Belə ki, ali təhsil ocağında lokal şəbəkədə internetə sürətli çıxışa malik 300-dən çox kompüter mövcuddur. Ali məktəb daxilində ixtisaslaşdırılmış ədəbiyyata sərbəst çıxışa malik onlarla kompüterlə təchiz edilmiş müasir kitabxanaqurulub. Həmçinin daim yeni laboratoriyalar yaradılır. Bu yaxınlarda müasir “Laboratoriya ölçüləri” üzərində iş başa çatdırılıb.
Viki texnologiyaları
Viki proqram təminatı (həmçinin viki mühərriki və ya viki tətbiqi kimi tanınır) istifadəçilərə veb-brauzer vasitəsilə səhifələr və ya qeydlər yaratmağa və birgə redaktə etməyə imkan verən viki-ni çalışdıran əməkdaşlıq sistemidir. Viki sistemi adətən bir və ya bir neçə veb serverdə işləyən veb tətbiqidir. Məzmun, o cümlədən əvvəlki düzəlişlər, adətən fayl sistemində və ya verilənlər bazasında saxlanılır. Vikilər veb məzmun idarəetmə sisteminin bir növüdür və veb hostinq vasitələri tərəfindən təklif olunan ən geniş dəstəklənən hazır proqram təminatıdır. Aktiv şəkildə dəstəklənən onlarla viki mühərriki mövcuddur. İşlədikləri platformalar, inkişaf etdirdikləri proqramlaşdırma dili, açıq mənbəli və ya mülkiyyətçi olmaları, təbii dil simvolları və konvensiyaları üçün dəstəyi və redaktənin texniki və sosial nəzarəti ilə bağlı fərziyyələri ilə fərqlənirlər. == Həmçinin oxu == R. M. Əliquliyev, İ. Y. Ələkbərova, R. T. Qasımova. "İnternetdə kollektiv bilik və Viki texnologiyası". "İnformasiya-Kommunikasiya Texnologiyaları" jurnalı, № 02 (53)-2008, səh. 5–7.
İnformasiya Texnologiyaları Problemləri (jurnal)
İnformasiya Texnologiyaları Problemləri — elmi-praktiki jurnal. AMEA İnformasiya Texnologiyaları İnstitutunun jurnalı. Jurnal 27 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir. Jurnal "Copernicus", "INSPEC" və "Google Scholar" indeksləşmə bazalarına daxildir. == Jurnalın əhatə etdiyi əsas istiqamətlər == İnformasiya-kommunikasiya texnologiyaları Veb-texnologiyaları İnformasiya-hesablama texnologiyaları Proqram mühəndisliyi Coğrafi informasya texnologiyaları Multimedia texnologiyaları Biometrik informasiya texnologiyaları Verilənlərin intellektual analizi Optimallaşdırma və modelləşdirmə Bilik mühəndisliyi İnformasiya təhlükəsizliyi və kriptoqrafiya Risklərin idarə olunması Sosial-iqtisadi sistemlərdə idarəetmə Sosial şəbəkələrin analizi Qərarların qəbul edilməsi texnologiyaları Neyroinformatika İntellektual informasiya sistemləri Audio informasiya texnologiyaları Verilənlər bazasının idarə olunması sistemləri == Jurnalın redaksiyası == Fəxri baş redaktor: Lütfi Zadə ─ professor, Kaliforniya Universiteti (Berkli, ABŞ) Baş redaktor: Rasim Əliquliyev ─ akademik (Bakı, Azərbaycan) Məsul redaktor: Zərifə Cəbrayılova ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Redaksiya heyəti: Əli Abbasov ─ akademik (Bakı, Azərbaycan) Тelman Əliyev ─ akademik (Bakı, Azərbaycan) Fikrət Əliyev ─ akademik (Bakı, Azərbaycan) Aleksandr Afanasyev ─ fizika-riyaziyyat elmləri doktoru, professor (Moskva, Rusiya) Aleksandr Tuzikov ─ fizika-riyaziyyat elmləri doktoru, professor (Minsk, Belarus) Məhəmməd Əhmədov ─ t.e.d., professor (Sumqayıt, Azərbaycan) Ələkbər Əliyev ─ t.e.d., professor (Bakı, Azərbaycan) Məsumə Məmmədova ─ t.e.d., professor (Bakı, Azərbaycan) Əfəndi Nəsibov ─ f.-r.e.d., professor (İzmir, Türkiyə) Nadir Ağayev ─ t.e.d., professor (Bakı, Azərbaycan) Rasim Nəbiyev ─ t.e.d., professor (Bakı, Azərbaycan) Vitali Titov ─ t.e.d, professor (Kursk, Rusiya) Vidadi Musayev ─ t.e.d., dosent (Bakı, Azərbaycan) Аkif Süleymanov ─ t.e.d., dosent (Gəncə, Azərbaycan) Tatyana Baydık ─ t.e.d., dosent (Mexiko, Meksika) Şahnaz Şahbazova ─ t.e.d., dosent (Bakı, Azərbaycan) Ramiz Alıquliyev ─ t.e.d. (Bakı, Azərbaycan) Nizami Hasilov ─ f.-r.e.d. (Ankara, Türkiyə) Adil Bağırov ─ riyaziyyat üzrə fəlsəfə doktoru, professor (Ballarat, Avstraliya) Xanbaba Bayramov ─ texnika üzrə fəlsəfə doktoru, professor (Bakı, Azərbaycan) Cey-Hi Kim ─ texnika üzrə fəlsəfə doktoru, professor (Seul, Koreya Respublikası) Seunq-Vu Seo ─ texnika üzrə fəlsəfə doktoru, professor (Seul, Koreya Respublikası) Əlirza Xastan ─ riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Zəncan, İran İslam Respublikası) Şahin Əmrahov ─ riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Ankara, Türkiyə) Əlövsət Əliyev ─ iqtisad üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Тofiq Kazımov ─ fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Raif Rüstəmov ─ riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, (Bedminster, ABŞ) Firudin Ağayev ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Rəşid Ələkbərov ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Yadigar İmamverdiyev ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Ramiz Şıxəliyev ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Norisma Binti İdris – texnika üzrə fəlsəfə doktoru (Kuala Lumpur, Malayziya) Qəzənfər Orucov ─ texnika üzrə fəlsəfə doktoru (Bakı, Azərbaycan) Asad Abdi ─ texnika üzrə fəlsəfə doktoru (Kuala Lumpur, Malayziya) Fərhad Yusifov ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Vüqar Musayev ─ texnika üzrə fəlsəfə doktoru (Bakı, Azərbaycan) Kan Те-Un ─ professor (Decon, Koreya Respublikası) == Etik qaydalar == Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar ”İnformasiya Texnologiyaları Problemləri’’ jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərin (müəlliflər, jurnalın redaktorlar, rəyçilər və nəşriyyatçı) gözlənilən etik qaydalara əməl etmələri tələb olunur. Jurnalın etik qaydaları “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) tələblərinə əsasən hazırlanmışdır.
İnformasiya Texnologiyaları Universiteti
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
İnformasiya Texnologiyaları Universiteti (Azərbaycan)

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (qaz. Шахмардан Есенов атындағы Каспий мемлекеттік технологиялар және инжиниринг университеті, həmçinin Yessenov University, XDTVNU, Университет Есенова kimi tanınır) — Qazaxıstanda çoxsahəli bir ali təhsil müəssisəsidir. Universitetin indiki adı ona Qazaxıstan geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verən görkəmli qazax alimi Şahmərdan Yessenovun şərəfinə verilmişdir. Hazırda Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti 43 bakalavr, 18 magistr və 5 doktorluq ixtisası üzrə təhsil xidmətləri göstərir. Universitetdə üç tədris korpusu, üç yataqxana, üç məşq meydançası, hovuzlu idman kompleksi var. Universitetdə 16-dan çox elmlər doktoru və 169 elmlər namizədi olmaqla 350-dən çox müəllim dərs deyir. 7 mindən çox tələbə təhsil alır. == Tarixi == Universitetin tarixi 1976-cı ildə Mangistau ərazi istehsalat kompleksi üçün mühəndis kadrları hazırlamaq üçün Qazaxıstan Politexnik İnstitutunun ümumi texniki fakültəsinin Mangışlak bölgəsinin Şevçenko (indiki Aktau) şəhərində təşkil olunmasından başlayır. Ümumi texniki fakültəni çoxsahəli bir fakültəyə çevirən yeni ixtisasların açılmasına ehtiyac yarandı. 1990-cı ildə Politexnik İnstitutunun ümumi texniki fakültəsi V.I.Lenin adına Qazaxıstan Politexnik İnstitutunun (V.İ.Lenin adına QazPTİ) Mangistau filialına çevrildi.

"texnologiyalar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#texnologiyalar nədir? #texnologiyalar sözünün mənası #texnologiyalar nə deməkdir? #texnologiyalar sözünün izahı #texnologiyalar sözünün yazılışı #texnologiyalar necə yazılır? #texnologiyalar sözünün düzgün yazılışı #texnologiyalar leksik mənası #texnologiyalar sözünün sinonimi #texnologiyalar sözünün yaxın mənalı sözlər #texnologiyalar sözünün əks mənası #texnologiyalar sözünün etimologiyası #texnologiyalar sözünün orfoqrafiyası #texnologiyalar rusca #texnologiyalar inglisça #texnologiyalar fransızca #texnologiyalar sözünün istifadəsi #sözlük