texnologiyası sözü azərbaycan dilində

texnologiyası

Yazılış

  • texnologiyası • 97.6054%
  • Texnologiyası • 2.2731%
  • TEXNOLOGİYASI • 0.1215%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bulud Texnologiyası
Maliyyə texnologiyası
Maliyyə texnologiyası (qısaldılmış ing. fintech və ya ing. FinTech, azərb. fintex‎ və ya azərb. FinTex‎) maliyyə xidmətlərinin göstərilməsində ənənəvi maliyyə metodları ilə rəqabət aparmağı hədəfləyən texnologiya və innovasiyadır. Süni intellekt, Blokçeyn, Bulud texnologiyası və Böyük verilənlər FinTex-in “ABCD” (dörd əsas sahə)-si qəbul edilir. Fintech sektoru maliyyə əməliyyatlarını təkmilləşdirmək üçün texnologiyadan istifadə edən inkişaf etməkdə olan bir sektordur. Mobil bankçılıq, investisiya, borc xidmətləri və kriptovalyuta üçün smartfonların istifadəsi, maliyyə xidmətlərinin geniş ictimaiyyət üçün daha əlçatan olmasını hədəfləyən FinTex həlləridir. Maliyyə texnologiyaları şirkətləri həm startap, həm də mövcud maliyyə institutları və maliyyə şirkətləri tərəfindən təqdim olunan maliyyə xidmətlərinin istifadəsini dəyişdirməyə və ya təkmilləşdirməyə çalışan texnologiya şirkətlərindən ibarətdir. Sığorta sənayesinə yönəlmiş fintech şirkətlərinin bir hissəsi birlikdə insurtech və ya insuretech şirkətləri kimi tanınır.
Maşınqayırma texnologiyası
Maşınqayırmanın əsas sahəsi maşınqayırma texnologiyası (texnologiya – yunanca τεχνη (technē) yəni sənət, λόγος (lógos) yəni elm sözlərindən ibarət olub, sənət, texnika haqqında elm deməkdir) sayılır. Bu texnoloji proses verilən hissənin pəstahdan hazır hala keçməsini əhatə edən emal ardıcıllığından ibarət olub, təkcə maşınların yox, həm də sənayenin başqa sahələrində tətbiq olunan texniki vasitələrin (məs. alətlərin) hazırlanmasında geniş tətbiq olunur. İlk dəfə olaraq texnologiya termini alman alimi Yohan Bekman tərəfindən tətbiq olunaraq 1777- ci ildə çap olunmuş "Texnologiyaya giriş" əsərində ona tərif verilmişdir. O texnologiya ilə " işləri, onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən" yeni bir elmi istiqamətin başlanğıcını qoymuşdur. Maşınqayırma texnologiyası XX əsrdə daha da inkişaf etdirilərək elmi və nəzəri əsasları olan mühüm bir mühəndislik elminə çevrilmişdir.Bu gün maşınqayırma istehsal sənayesinin bütün sahələrində praktiki olaraq iştirak edir. Əsasən maşınlar, onların məqsədinə uyğun olaraq texniki məhsulların, avtomobillərin, elektrik cihazlarının, alətlərin istehsalında geniş tətbiq olunur. Ərzaq mallarının istehsalı, əzcazlıq sənayesi və tibbi texnikada da maşınlarsız keçinmək mümkün deyil. Maşınqayırma çox vaxt müxtəlif texnoloji sahələri inteqrasiya edərək, fundamental tədqiqatlar əsasında bazar üçün yetişmiş məhsullar meydana çıxarır. ==== Mənbə ==== 1.
Multiagent texnologiyası
Multiagent texnologiyaları həm multiagent sistemlərin (MAS) işlənilməsi və istifadəsi, həm də multiagent idarəetmə başa düşülür. Multiagent sistem bir neçə agentlərin ünsiyyət edə biləcəyi, bir-birinə bəzi informasiya göndərə biləcəyi və qoyulan məsələni həll edə biləcəyi sistemdir. Son zamanlar dinamik sistem şəbəkələrində paylanmış idarəetmə və qarşılıqlı əlaqə məsələlərinin həllində multiagent texnologiyasından istifadə edilir. Həmçinin, paylanmış informasiya sistemlərində informasiyanın avtomatik toplanması, süzülməsi, axtarışı məsələlərində multiagent texnologiyasından geniş istifadə edilir. Multiagent sistemləri müxtəlif sahələrdə: tanıma neyron şəbəkələrinin parametrlərinin avtomatik tənzilmlənməsi, formasiyaların idarə olunması, paylanmış sensor şəbəkələrində, rabitə şəbəkələrində yüklənmələrin idarə edilməsi, pilotsuz uçan aparatlar qrupunun qarşılıqlı əlaqəsinin yaradılması, peyklər qrupunun nisbi düzülüşü, mobil robotlar qrupunun hərəkətinin idarəedilməsi, enerji sistemlərinin sinxronlaşdırması və s. sahələrdə istifadə edilir. Praktikada tez-tez müəyyən funksiyları paralel həyata keçirən paylanmış sistemlər istifadə edilir və onlar üçün məsələlər paketinin bir neçə hesablama axınları (qurğuları) arasında bölünməsi məsələsi aktualdır. Bu cür məsələlər təkcə hesablama şəbəkələrində deyil, həmçinin istehsal şəbəkələrində, xidmət şəbəkələrində, nəqliyyat və loqistik şəbəkələrdə və s. meydana çıxır. Məlum olur ki, əlaqəyə təbii məhdudiyyətlər olduqda, desentralizasiya edilmiş (paylanmış) strategiya bu cür məsələləri effektiv şəkildə həll edə bilər Multiagent yanaşmanın əsasında mobil proqram agent anlayışı durur və o müstəqil ixtsaslaşmış kompüter proqramı və ya süni intellektin elementi kimi yaradılır və fəaliyyət göstərir.
Nüvə texnologiyası
Nüvə texnologiyası və ya nüvə texnikası — müxtəlif maddələrin nüvə xassələrinin texniki istifadəsi üçün texniki vasitələr və tədbirlər məcmusu. Nüvə texnikasının əsas sahələri – reaktorayırma, nüvə yanacağı istehsalı, nüvə reaktorları üçün istilikayıran elementlərin hazırlanması, radioaktiv izotopların istehsalı və tətbiqi, orqanizmi şüalanmadan qorumaq üçün üsul və tədbirlərin işlənib hazırlanmasıdır.
Stels Texnologiyası
Stels texnologiyası — digər adla Az Görünmə Texnologiyası hava döyüş maşınlarını, gəmiləri, sualtıgəmiləri, raketləri, peykləri və hərbçiləri düşmən üçün daha az görünən etmək taktikaları toplusudur. Stels texnologiyaları əsasən radarlar, infraqırmızı radarlar və sonar radarlara qarşı nəzərdə tutulur. Müasir stels texnologiyalarının əsas 1958-ci ildə Birləşmiş Ştatlarda qoyuldu. Daha öncəki görünməməzlik cəhdləri uğursuzluqla başa çatmışdı (SSRİ Amerikan kəşfiyyat təyyarəsi – U-2-ni SSRİ ərazisində uçarkən vurdu). Stels konsepti düşmən ərazisində heç görünmədən, yaxud da dost görünümündə fəaliyyət göstərmək deməkdir. Stelstin bir çox yerdə tətbiqləri olsa da ən əsas hərbi təyyarələrdə tətbiq olunur. 1958-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi özlərinin Lockheed U-2 təyyarələrini əvəzləmək üçün yeni növ kəşfiyyat təyyarəsinin hazırlanması üçün Lockcheed aviakompaniyasına sifariş verdi. Kelli Conson ("Kelly" Johnson) və onun Skunk Worksdəki komandası nəticədə gələcəkdə əfsanəvi Lockheed SR-71 Blackbird-in baza təyyarəsi olacaq A-12 təyyarəsini istehsal etdilər. Bu təyyarə səsdən 3.2 dəfə sürətlə, 25.000 metr hündürlükdə uça bilirdi. Bu qədər hündürdə uçması onun radarlara düşməməsinə kömək edirdi.
Viki texnologiyası
Viki proqram təminatı (həmçinin viki mühərriki və ya viki tətbiqi kimi tanınır) istifadəçilərə veb brauzer vasitəsilə səhifələr və ya qeydlər yaratmağa və birgə redaktə etməyə imkan verən viki-ni çalışdıran əməkdaşlıq sistemidir. Viki sistemi adətən bir və ya bir neçə veb serverdə işləyən veb tətbiqidir. Məzmun, o cümlədən əvvəlki düzəlişlər, adətən fayl sistemində və ya verilənlər bazasında saxlanılır. Vikilər veb məzmun idarəetmə sisteminin bir növüdür və veb hostinq vasitələri tərəfindən təklif olunan ən geniş dəstəklənən hazır proqram təminatıdır. Aktiv şəkildə dəstəklənən onlarla viki mühərriki mövcuddur. İşlədikləri platformalar, inkişaf etdirdikləri proqramlaşdırma dili, açıq mənbəli və ya mülkiyyətçi olmaları, təbii dil simvolları və konvensiyaları üçün dəstəyi və redaktənin texniki və sosial nəzarəti ilə bağlı fərziyyələri ilə fərqlənirlər. R.M. Əliquliyev, İ.Y. Ələkbərova, R.T. Qasımova. "İnternetdə kollektiv bilik və Viki texnologiyası". "İnformasiya-Kommunikasiya Texnologiyaları" jurnalı, № 02 (53)-2008, səh. 5–7.
WiMIX texnologiyası
WiMIX - WiMAX sözü "Worldwide Interoperability for Microwave Access" sözünün qısaldılmış formasıdır və IEEE (The Institute of Electrical and Electronics Engineers) 802.16 standartı ilə eyni mənalıdır. IEEEin inkişaf etdirdiyi standartlarından 802 seriyasının 16 nömrəli qoludur. Bu texnologiya regional genişzolaqlı internet üçün nəzərdə tutulmuşdur. WiMAXi bu qədər sevdirən, dəyərləndirən xüsusiyyətləri çox geniş bir məsafəyə və yüksək məlumat köçürmə sürətinə sahib olmasıdır. WiMAX texnologiyası sayəsində 50 km-ə yaxın bir sahə içərisində 75 Mbit/s sürətində kabelsiz internet xidməti göstərə bilərsiniz. Bunu təmin edə bilmək üçün LoS (Line of Sight), yəni görüş xətti olması lazımdır. WiMAX ilə WLAN-ın bir çox ortaq yanları var. Hər iki texnologiya sayəsində məlumat mübadiləsi təmin edilə bilər. WiMAX daha geniş məsafəyə sahib olduğu üçün daha çox bölgələri əhatə edir. WLAN (Wireless Local Area Network), yəni kabelsiz yerli şəbəkə, adətən, kiçik və fərdi istifadələr üçündür.
İnformasiya texnologiyası
İnformasiya texnologiyası (ing. information technologies) — informasiya termini latınca "informatio" sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir. texnologiya sözü yunanca "techne" (ustalıq, bacarıq) və "logos" (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir. İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. "İnformasiya texnologiyaları" istilahı təxminən 1970-х illərdə meydana gəldi. Amma onun əsas konsepsiyası daha əvvəl izlənilirdi. 20-ci əsr boyu ordular elektronika, kompüterlər и informasiya nəzəriyyəsini inkişaf etdirmək üçün müxtəlif sənaye sahələri ilə birləşdilər. Tarixən belə olub ki, ordular bu cür tədqiqatları stimullaşdırdılar, bununla da mexanikləşdirmə və hesablama texnikası sahəsində innovasiyaları təkan veridilər və maliyyələşdirdilər. 1971-ci ildə İT üçün əlamətdar hadisə baş verdi, belə ki, ilk e-poçt mesajı iki meynfreym arasında göndərildi. İlk kommersiya kompüteri ABŞ Siyahıyaalma Bürosu üçün C. Presper Ekkert и Con Moçli tərəfindən hazırlanmış UNIVAC I olmuşdur.
Təhsil texnologiyası
Təhsil texnologiyası — öyrənməyi asanlaşdırmaq üçün kompüter avadanlığının, proqram təminatının və təhsil nəzəriyyəsi və praktikasının birgə istifadəsi. "EdTech" abreviaturu adətən təhsil texnologiyası yaradan şirkətlər sənayesinə aid edilir. "EdTech Inc.: Selling, Automating and Globalizing Higher Education in the Digital Age" (2019) adlı kitabda Tanner Mirrlis və Şahid Alvi "EdTech sənaye mülkiyyəti və bazar qaydalarına istisna" olmadığını vurğulayır, "EdTech" sənayesini "mənfəət əldə etmək məqsədilə təhsil bazarı üçün kommersiya avadanlıqlarının, proqram təminatının, mədəni malların, xidmətlərin və platformaların maliyyələşdirilməsi, istehsalı və paylanması ilə məşğul olan bütün özəl şirkətlər kimi" müəyyən edir. Onlara görə, "bu şirkətlərin əksəriyyəti ABŞ-də yerləşir, Şimali Amerikada təhsil bazarlarına sürətlə genişlənir və bütün dünyada getdikcə böyüyür". Təhsil Kommunikasiyaları və Texnologiyaları Assosiasiyası (TKTA) təhsil texnologiyasını "müvafiq texnoloji prosesləri və resursları yaratmaq, istifadə və idarə etməklə öyrənmənin asanlaşdırılması və performansın təkmilləşdirilməsinin tədqiqi və etik təcrübəsi" kimi müəyyən etmişdir. Bu, tədris texnologiyasını "öyrənmə proseslərinin və resurslarının layihələndirilməsi, inkişafı, istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi nəzəriyyəsi və təcrübəsi" kimi ifadə edilir. Beləliklə, təhsil ztexnologiyası avadanlıq, eləcə də elmi tədqiqatlardan əldə edilən proseslər və prosedurlar kimi bütün etibarlı və etibarlı tətbiqi təhsil elmlərinə aiddir. Müəyyən bir kontekstdə nəzəri, alqoritmik və ya evristik proseslərə istinad edə bilər. Bu, mütləq fiziki texnologiya demək deyil. Təhsil texnologiyası texnologiyanın təhsilə müsbət şəkildə inteqrasiyası prosesidir ki, bu da daha müxtəlif öyrənmə mühitini və tələbələrin texnologiyadan, eləcə də ümumi tapşırıqlarını necə istifadə etməyi öyrənmələrinə kömək edir.
Vətəndaş texnologiyası
Vətəndaş texnologiyası — xalq və hökumət arasındakı əlaqəni kommunikasiyalar, qərarların qəbulu, xidmətlərin göstərilməsi və siyasi proses üçün proqram təminatı ilə gücləndirən texnologiya. Bura könüllülər, qeyri-kommersiya təşkilatları, məsləhətçilər və özəl şirkətlərdən ibarət icmanın rəhbərlik etdiyi komandalar tərəfindən qurulmuş proqram təminatı, eləcə də hökumət daxilində işləyən texnoloji qruplar ilə hökuməti dəstəkləyən informasiya və kommunikasiya texnologiyaları daxildir. Elektron hökumət xidmətləri vətəndaş və onların hökuməti (C2G), hökumətlər və digər dövlət qurumları (G2G), hökumət və vətəndaşlar (G2C), hökumət və işçilər (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. ABŞ qeyri-kommersiya təşkilatı olan "Knight Foundation"dan 2013-cü il hesabatı vətəndaş texnologiya məkanında müxtəlif fokusların xəritəsini tərtib etməyə çalışır. Bu, vətəndaş texnologiyası layihələrini geniş şəkildə iki kateqoriyaya ayırır: açıq hökumət və icma fəaliyyəti. İndiki dövrdə vətəndaşlara sosial media vasitəsilə də öz nümayəndələrinə çıxış imkanı verilir. Onlar "Twitter" və "Facebook" kimi platformalar vasitəsilə öz narahatlıqlarını birbaşa hökumət rəsmilərinə bildirə bilirlər. Keçmişdə onlayn səsvermənin yerli seçkilər üçün səsvermə variantı olması halları olmuşdur. Məsələn, 2000-ci ildə Arizona seçkilərində bu üsul tətbiq olunduqda, əvvəlki seçkiyə nisbətən iki dəfə çox fəallıq müşahidə edildi. Hökumətdə vətəndaş texnologiyasının yaxşı idarəetmə texnikasını təmin etdiyi, lakin ədalətli demokratik təmsilçiliyi təmin etmək üçün yetərli olmadığı iddia edilir.
Kitab çapı texnologiyası
Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nyu-York metropoliteninin texnologiyası
2012-ci ilin yanvar ayında MTA təmir işlərini sürətləndirmək üçün yeni istismar proqramını - FASTTRACK-ı təqdim etdi. Bu proqram əvvəlki tikintidən daha qəti yanaşma tələb edir və gecə işləri üçün ardıcıl dörd iş günü saat 22:00-dan 06:00-a qədər xəttin xəttin əsas hissəsini bağlayır. MTA-nın məlumatına görə, bu yeni proqramın xüsusən gecə və daha əvvəl meydana gələn tranzit tıxacların ən çox olduğu həftəsonlarından kənar günlərdə həyata keçirildiyi üçün mütəmadi xidmət dəyişikliklərindən daha səmərəli və daha sürətli olduğunu göstərir. 2012-ci ildə proqram sadəcə Midtaun və Aşağı Manhettendəki xətləri əhatə edirdi, 2013-cü ildə marşrut avtobuslarını minimal tələb edən digər dəhlizlər və 2014-cü ildə daha çox yer genişləndirib. 2014-cü ilin 24 həftəsi, 2015-ci ilin 22 həftəsində 12 dəhliz və 2016-cı ilin 21 həftəsində 13 dəhliz nəzərdə tutulmuşdu. 2003-cü ildə MTA 158 IRT stansiyasında növbəti qatarın gəlməsinə qalan dəqiqələri göstərən rəqəmsal real-vaxt bildiriş lövhələrinin (rəsmi olaraq İctimai Ünvan Müştəri Məlumat Ekranları (ing. Public Address Customer Information Screens) və ya PA/CIS) quraşdırılması üçün Siemens Transportation Systems ilə 160 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. 2006-cı ilin may ayında bir çox texniki problemlər və gecikmələrdən sonra şirkətə ödənişlər dayandırılıb və MTA alternativ təchizatçılar və texnologiyalar axtarmağa başlayıb. 2007-ci ilin yanvar ayında Siemens məsələlərin həll olunduğunu və ilin sonuna qədər bu ekranların 158 stansiyada mövcud olacağını elan etdi. 2008-ci ildə MTA texniki problemləri əsas gətirərək sistemin tətbiqini 2011-ci ilə qədər təkrar təxirə salmışdı.
İntel quickpath interconnect texnologiyası
Intel QuickPath Interconnect ya da yalnız QuickPath, qısa şəkildə QPI (daha əvvəl Ortaq Sistem Interface, CSI) — Intel tərəfindən inkişaf etdirilən prosessor və yonqu seti arasındakı sıralı keş tutarlı məlumat yolu növü ilə nöqtədən nöqtəyə əlaqələndirilir. QPI AMD avtobusu HyperTransport liderliyindəki bir konsorsium tərəfindən daha əvvəl inkişaf etdirilənlərə cavab olaraq yaradıldı . QuickPath CPU və anakart şimal körpüsü arasındakı ünsiyyətdə olan köhnədən istifadə edilmiş şinlər Front Side Busın yerinə quruldu. QuickPath interfeysi ilə ilk prosessorlar 2008-ci ildə bazara buraxıldı. 2010-cu ilin başında, xarici interfeys QuickPath yalnız soket üçün nüvə LGA 1366 ilə ardıcıl Xeon prosessorlar və Core i7 yeni nəsil Itanium (TUKWILA nüvə) istifadə edildi . Şimal və cənub körpüləri arasındakı ünsiyyət üçün DMI istifadə edilən soket LGA 1366dir . Bu chipset tək-tək prosessorlu konfiqurasiya dəstəkləyir və şimal körpü funksiyasını prosessor özü (və bu səbəbdən Şimal Körpüsü avtobus DMI istifadə analoq prosessor ilə ünsiyyət qurmaq üçün)edirdi. Ancaq, LGA 1156 prosessor nüvəsi və inteqrasiya PCIe veriyolu üzərindən inteqrasiya nəzarətçi arasındakı əlaqə QuickPath içində gedirdi . Hər mürəkkəb QuickPath veriyolu fiziki olaraq kabellər 20 diferensial cütlükləri olaraq tətbiq olunur , hər biri, tək tərəfli bir kanal, bir cüt meydana gəlirlər. Məlumat paketlərinə (Datagram) göndərilir.
Neft-qazçıxarmanın texnika və texnologiyası
Neft-qazçıxarmanın texnika və texnologiyası — neft və qaz yataqlarının açılması, quyuların fontan, kompressor və dərinlik nasosu ilə istismarı üsulları. XIX əsrin 60-cı illərinə qədər neft quyularından ya fontan ya da sadə mexaniki üsullarla çıxarılırdı. 1876-cı ildə ilk dəfə olaraq Bakı mədənlərindən dərinlik nasosu ilə neftçıxarma üsulu tətbiq edildi. 1897-ci illdə isə kompressorlu (hava qaldırıcısı) neftçıxarma üsulu sınaqdan keçirildi. 1923–1940 -cı illərdə dərinlik nasosu və kompressorla neftçıxarma üsullarının təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətlərində işlər həyata keçirilirdi. Bu üsullarla istismar üçün yeni konstruksiyalı neft-mədən avadanlıqları yaradıldı, dərinlik nasosu qurğularının işinin nəzəri aspektləri işlənib hazırlandı, nəzarət və tədqiqat məqsədləri üçün xüsusi cihazların tətbiqinə başlanıldı. laya maye, yaxud qaz (hava) vurmaqla lay enerjisini süni surətdə saxlamaq üçün 1928-ci ildə ilk dəfə "Balaxanı-Sabunçu Ramana" yatağında sənaye-təcrübə işlərinin başlanğıcı qoyuldu. 1934-cü illərdə neftin sıxılmış hava və ya qaz ilə quyudan çıxarılması nəzəriyyəsi, həmin quyuların işinin tədqiqi və işçi parametrlərin hesablanması qaydaları, eləcə də quyuların su-hava qarşılığının köməyi ilə mənimsənilməsi üsulu işlənib hazırlandı (Hilal Əsədov və b.). Eyni zamanda layların həllolunmuş qaz rejimlərində fontan üsulu ilə səmərəli istismar müddətlərinin, quyudaxili istismar avadanlıqlarının optimal konstruksiyalarının, quyudibi və lay təzyiqlərinin təyini üzrə geniş tədqiqat və təcrübə-sınaq işləri aparıldı. Neftçıxarma prosseslərinin intensivləşdirmək və daha da səmərələşdirmək üçün xüsusi quyudaxili konstruksiyalar, o cümlədən qaz-qum seporatları işlənib hazırlandı.
Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (film, 1977)
Sərt disklər və S.M.A.R.T texnologiyası
Bərk disklər və ya vinçesterlər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) - kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur. Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7-20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur. Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir. IVM RS tipli kompüterlər üçün yaradılan ilk bərk disklər 5 Mbayt həcminə malik idi. Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1,6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9,1 Qbayt olur. Lakin artıq yaddaş həcmi 18-27 Qbayt olan sərt disklərin istehsalı nəzərdə tutulur. Kompüterdə istifadə olunan sərt disklərin ümumi yaddaş tutumu, çox vaxt kompüterdən istifadə olunacaq sahələri təyin edir.

"texnologiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#texnologiyası nədir? #texnologiyası sözünün mənası #texnologiyası nə deməkdir? #texnologiyası sözünün izahı #texnologiyası sözünün yazılışı #texnologiyası necə yazılır? #texnologiyası sözünün düzgün yazılışı #texnologiyası leksik mənası #texnologiyası sözünün sinonimi #texnologiyası sözünün yaxın mənalı sözlər #texnologiyası sözünün əks mənası #texnologiyası sözünün etimologiyası #texnologiyası sözünün orfoqrafiyası #texnologiyası rusca #texnologiyası inglisça #texnologiyası fransızca #texnologiyası sözünün istifadəsi #sözlük