I Teymuraz
I Teymuraz (gürc. II თეიმურაზ; 1589, Tiflis – 1663, Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün Kaxeti çarlığı bir müddət anası Ketevan tərəfindən idarə edilmişdir. I Teymuraz həmçinin şair kimi Gürcü ədəbiyyatında önəmli yerə sahibdir.
== Həyatı ==
Səfəvi hökmdarı I Abbasın Şərqi Gürcüstan yürüşü səbəbindən I Teymuraz qonşu Kartli hökmdarı ilə birlikdə İmereti çarı II Luarsaba sığındı. 1615-ci ildə I Teymuraz Kaxetiyə geri döndü və Səfəvilərə qarşı üsyana rəhbərlik etməyə başladı. Lakin növbəti il I Abbasın yeni hücumu qarşısında təzədən İmeretiyə sığınmalı oldu.
I Teymuraz və Kartli çarı Georgi Saakadze əvvəl Səfəvilərə qarşı müttəfiq olsalar da, sonradan bu əlaqələr pozuldu. Georgi Saakadze Basaleti döyüşündə I Teymuraz tərəfindən məğlub edildi. Beləliklə, I Teymuraz Kartli-Kaxeti hökümdarı oldu.