tif sözü azərbaycan dilində

tif

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tif • 67.4419%
  • Tif • 20.9302%
  • TİF • 11.6279%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
1907 Tiflis bank soyğunu
1907 Tiflis bank soyğunu (ing. 1907 Tiflis bank robbery, rus. Тифлисская экспроприация) — 1907-ci ilin 26 iyun tarixində Gürcüstanın mərkəzi Tiflis şəhərində baş vermiş silahlı soyğun. == İstinadlar == == Mənbə == Kun, Miklós. Chapter 5: Why Stalin Was Called a 'Mail-Coach Robber' // Stalin: An Unknown Portrait. New York: Central European University Press. 2003. ISBN 978-963-9241-19-0.
2002 Tiflis zəlzələsi
Tbilisi zəlzələsi — 25 aprel 2022-ci il tarixində Gürcüstanda baş verdi. Amerika Birləşmiş Ştatlarının Milli Zəlzələ Məlumat Mərkəzi (NEIC) ölçüsünün 4.3 Ms və 4.8 Mb olduğunu bildirdi. Bu orta miqyaslı hadisə VII (Çox güclü) ilə VIII (Zədələnmə) arasında maksimum MSK intensivliyi ilə nəticələndi. Müstəqil bir araşdırma nəticəsində ümumi itkilər 160 milyon dollar olaraq qiymətləndirildi, Fəlakətlər Epidemiologiyası Araşdırmalar Mərkəzi isə ümumi itkiləri 350 milyon olaraq qiymətləndirdi. Beş ilə yeddi arasında öldü, 52–70 nəfər yaralandı və 1000-dən çox şəxs evsiz qaldı. == Tektonik == Tbilisi Ərəb plitəsi ilə Avrasiya plitəsi arasında davam edən toqquşma ilə əlaqəli kompleks deformasiya zonasının şimal sərhədinin yaxınlığında yerləşir. Cənubdakı Kiçik Qafqaz dağları da aktiv təkan tektonikasının nəticəsidir. Tblisinin özü nisbətən zəif seysmikliyə malikdir, baxmayaraq ki, 1896-cı ildə baş verən hadisə kimi zədələnən zəlzələlərin tarixi qeydlər mövcuddur. Təxminən VII şiddətə sahib olan, Tbilisinin tarixi dövrlərdə təsir altına alan ən güclü zəlzələ. Bütün Qafqaz bölgəsi bu zəlzələlərdən təsirləndi.
Bakı-Tiflis-Qars dəmiryolu xətti
Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti (abr. BTQ) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi.Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. == Əvvəlki xətt == Poti-Tbilisi-Bakı dəmiryolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılıb və o vaxtdan bəri Cənubi Qafqazın əsas dəmiryolu olaraq qalırdı.1899-cu ildə Tbilisidən Marabdaya, Gümrüyə və Qarsa qədər olan qolun (Qars-Gümrü-Tbilisi dəmiryolu) tikintisi başa çatdırılıb. Ermənistan və Türkiyə arasındakı münasibətlərin pis olması səbəbindən bu dəmiryolu bağlı qalıb. 1986-cı ildə Marabdadan Axalkalakiyə qədər qərb istiqamətində 160 km uzunluğunda dəmiryolu tikintisi başa çatdırılıb.
Bakı-Tiflis dəmir yolu
Bakı-Tbilisi dəmiryolu — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. == Tarixi == İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi surətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyillərini diqqətlə izləyən görkəmli marifçi-demokrat Həsən bər Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir göstərən ikinci ən mühüm amil hesab edirdi.XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-tbilisi xəttinin payı 98% təşkil edirdi. Xətdə ən intesiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salınmışdı.Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.
Birinci Tiflis Kişi Gimnaziyası
Birinci Tiflis Kişi Gimnaziyası və ya Birinci Tiflis Zadəgan Məktəbi (gürc. თბილისის კლასიკური გიმნაზია) — 1804-cü ildə Tiflis şəhərində qurulan nəcib kişilər məktəbi əsasında yaradılmışdır. Daha sonra bu məktəb 1-ci Tiflis kişi gimnaziyası adlandırıldı. Gimnaziya, kvotalara görə Rusiya imperiyasının ali təhsil müəssisələrinə daxil olan məzunlar hazırlayırdı. Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazeh gimnaziyada Azərbaycan və fars dili müəllimləri kimi çalışmışdılar. Gimnaziyanın məşhur məzunları arasında Əlimərdan bəy Topşubaşov və Fətəli bəy Sultanov da olmuşdur. 1924-cü ildə gimnaziya orta məktəbə çevrilib. == Tarixi == 1827-ci ildə Aleksandr Qriboyedov o zamankı məktəbin direktoru tərəfindən ona verilən "Tiflis zadəgan məktəbi haqqında məlumat" tərtib etdi. Bu məktub 8 avqust 1803-cü ildə ən yüksək rəsmi şəxs knyaz Pavel Sisianova təqdim edildi. Onun tərəfindən təsdiqlənmiş layihəyə görə 21 may 1804-cü ildə Tiflisdə rus və gürcü dillərinin tədrisi üçün yeni növ məktəb quruldu.
Cümə məscidi (Tiflis)
Tbilisi Cümə məscidi — 1864-cü ildə tikilibdir. XX əsrin əvvəllərində Məscid əsaslı təmir olunub. Məscidin təmirinə vaxtilə Tiflisdə səfərdə olan Hacı Zeynalabdin Tağıyev də yardım edib. Bəzi köhnə fotoşəkillərdən göründüyü kimi burada digər bir məscidin mövcud olması nəzəri cəlb edir. Məscidin iki mehrabı var. 150 ilə yaxındır ki, hər iki məzhəbin ardıcılları məsciddə dostluq və qardaşlıq şəraitində vəhdəti hifz edərək birgə ibadət edirlər. Bu məscid Sovetlər dövründə də fəaliyyətdə olmuşdur. Buraya ibadət etməyə əsasən azərbaycanlılar və Kazan tatarları gəlmişlər.
Dağılan tifaq
“Dağılan tifaq” — Azərbaycan klassik rеalist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqvеrdiyеvə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dоlaşdığı mühiti ətraflı müşahidə еtməsi böyük rоl оynamışdır. == Təsviri == О, yеniyеtmə ikən mülkədarlığın iflasını görürdü. Pеtеrburqa gəldikdən sоnra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl idеyaları ilə tanışlıq оnun dünyagörüşünün gеnişlənməsinə kömək еtmişdi. 1880- 90-cı illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarxalfеоdal münasibətləri burjua münasibətlərilə əvəz оlunmağa başlayırdı. Bütün bu tarixi həqiqətlər еyni ildə yaradılmış “Müsibəti-Fəxrəddin” (N.Vəzirоv) və “Dağılan tifaq” faciələrində əks оlunmuşdur.Tifaqların, оcaqların dağılması ictimai-əxlaqi tənəzzülə, böhtana məruz qalmış mülkədarlığın öz təbiətindən dоğurdu. Pyеsdə müəllif, Nəcəf bəy və оnun “yеmək və içmək” dоstu оlan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin gеt-gеdə zəiflədiyini, mübarizə mеydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir.Əsərdə еyni zamanda, yaranmaqda оlan yеni ictimai qüvvələri təmsil еdən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal оlmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq еlə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə mеylləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. “Dünya bеş gündür, bеşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin tərcümеyi-halı Azərbaycan mülkədarlığının kеçirdiyi yоla uyğundur. Varlı mülkədar оlan о, burnundan uzağı görmədiyi üçündür ki, “varlığa nə darlıq” dеyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri ilə qazandıqları sərvəti, adı çıxsın dеyə, sağa-sоla paylayır.
Dağılan tifaq (pyes)
“Dağılan tifaq” — Azərbaycan klassik rеalist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqvеrdiyеvə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dоlaşdığı mühiti ətraflı müşahidə еtməsi böyük rоl оynamışdır. == Təsviri == О, yеniyеtmə ikən mülkədarlığın iflasını görürdü. Pеtеrburqa gəldikdən sоnra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl idеyaları ilə tanışlıq оnun dünyagörüşünün gеnişlənməsinə kömək еtmişdi. 1880- 90-cı illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarxalfеоdal münasibətləri burjua münasibətlərilə əvəz оlunmağa başlayırdı. Bütün bu tarixi həqiqətlər еyni ildə yaradılmış “Müsibəti-Fəxrəddin” (N.Vəzirоv) və “Dağılan tifaq” faciələrində əks оlunmuşdur.Tifaqların, оcaqların dağılması ictimai-əxlaqi tənəzzülə, böhtana məruz qalmış mülkədarlığın öz təbiətindən dоğurdu. Pyеsdə müəllif, Nəcəf bəy və оnun “yеmək və içmək” dоstu оlan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin gеt-gеdə zəiflədiyini, mübarizə mеydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir.Əsərdə еyni zamanda, yaranmaqda оlan yеni ictimai qüvvələri təmsil еdən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal оlmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq еlə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə mеylləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. “Dünya bеş gündür, bеşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin tərcümеyi-halı Azərbaycan mülkədarlığının kеçirdiyi yоla uyğundur. Varlı mülkədar оlan о, burnundan uzağı görmədiyi üçündür ki, “varlığa nə darlıq” dеyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri ilə qazandıqları sərvəti, adı çıxsın dеyə, sağa-sоla paylayır.
Elaeagnus tifliensis
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Kiçik Qafqaz dəmiryolu (Tiflis)
Kiçik Qafqaz dəmiryolu — dünyada ilk rəsmi uşaq dəmir yolu. 24 iyun 1935-cü ildə Gürcüstan SSR-in paytaxtı Tiflis şəhərində açılmışdır. == Tarix == Uşaq dəmir yolunu tikmək fikri 1933-cü ildə Tiflis Uşaq Texniki Stansiyasında bir dəmir yolunun istismar modelinin inşasının müzakirəsi zamanı ortaya çıxır. Nəticədə tam hüquqlu bir təhsil layihəsinə çevrilə bilən bir dar dəmir yolu tikintisi təklif edilir. Yolun tikintisinə 13 sentyabr 1934-cü ildə başlanmış və 24 iyun tarixində yolun açılışı baş tutmuşdur. Kiçik Qafqaz dəmiryolunun ilkin uzunluğu cəmi 400 metr olmuşdur. Yolun açılışından sonra uzunluğunun 1600 metrə qədər uzadılması üçün bir layihə ortaya atılır, lakin yalnız 800 metr yeni bir yol inşa edilir. Yolun ümumi uzunluğu 1200 metr olur. 1990-cı illərin əvvəllərindən etibarən dəmir yolu uşaq dəmir yolu kimi fəaliyyətini dayandırır və böyüklərə xidmət göstərir. 2010-cu ildə hərəkət dayandırılır.
Puşkin abidəsi (Tiflis)
Puşkin abidəsi — Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Pişkin bağında qoyulmuş abidə. Abidənin müəllifi Feliks Xodoroviçdir. == Tarixi == 1892-ci ildə şairin vəfatının 55-ci il dönümündə şəhərin «Yeni Bağ» hissəsində (1885-ci ildə qədər təsis edilib), Puşkinin Tiflisdə qaldığı (1829) evin yaxınlığında qoyulmuşdur ("Puşkinin qaldəığı" ev günümüzə qədər gəlib çıxmamışdır. Abidənin hazırlanmasının təşəbbüskarı Tiflis polis məmuru Rossinski idi. Adidənin hazırlanması ilə bağlı hətta vəsait toplama belə təşkil edilir. Bir büstü hazırlamaq üçün 2281 rubl toplanmışdır. 30 aprel 1890-cu ildə Şəhər Duması tərəfindən layihə qəbul edilmiş və layihə martın 14-də 1891-ci ildə Sankt-Peterburqda təsdiq edilmişdir. Bürünc büst Sankt-Peterburqdakı Verfel zavodunda hazırlanır - bədii brünc istehsalında Rus İmperiyasının aparıcı müəssisələrindən biri idi. Qırmızı və boz alqeti daşından hazırlanan postament Vinçenso Pilacinin Tiflis emalatxanasında hazırlanmışdır. Müasirlər şairin büstünün bədii dəyərlərini tənqid edirlər2007-ci ildə Gürcüstan parlamentinin deputatı Nuqzar Siklauri paytaxt administrasiyasına Puşkin meydanınnın adını Varşava meydanı olaraq dəyişməyi barədə müraciət etmişdir.
Sülh körpüsü (Tiflis)
Sülh körpüsü (gürc. მშვიდობის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən piyada körpüsü. Metexi körpüsü (axar ilə aşağıda) ilə Brataşvili körpüsü (axarı ilə yuxarı) arasında yerləşir. Körpü II İrakli küçəsi ilə Rike parkını birləşdirir. 156 metr uzunluğa malik körpü polad konstruksiyadan yığılmışdır. Üzəri isə şüşə ilə örtülüdür. Bütün konstruksiya 4 dirək üzərində durur. Körpüyə istər II İrakli küçəsindən, istərsə sahil bulvarından gəlmək mümkündür. Körpünün eni 5 metrdir. piyadaların hərəkətinə hesablanmış körpünün inşasına 2010-cu ildə başlanılmışdır.
Taras Şevçenko heykəli (Tiflis)
Taras Şevçenko heykəli (ukr. Пам'ятник Тарасу Шевченку) — Ukrayna şairi, yazıçısı, rəssamı və etnoqrafı Taras Şevçenkonun şərəfinə Gürcüstanın paytaxtı Tiflis şəhərində qoyulmuş abidə. == Tarixi == Abidə 2 mart 2007-ci ildə Gürcüstanda keçirilən Ukrayna ili çərçivəsində qoyulmuşdur. Açılış mərasimində Gürcüstanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenko və Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak etmişdir. Dövlət başçıları Taras Şevçenkonun doğulduğu kənddən, Çerkassk rayonu Morins kəndindən gətirilmiş kapsuldakı torpağı abidənin təməlinə qoymuşlar. Şairin vətənindən gətirilən tunc heykəl, Melikişvili küçəsində yerləşən parkda qoyulmuşdur. Abidədə Şevçenko üzündə ciddi bir düşüncə ilə böyük bir daş üzərində oturmuş vəziyyətdə təsvir edilir. Abidənin ölçüsü və yeri elə düşünülmüşdür ki, yaxınlaşan şəxs yazıçının yuxarıdan aşağı istiqamətlənmiş baxışını hiss edir. Bürüncdən hazırlanan abidə elədə hündür olmayan, düzülmüş daş plitəni xatırladan postament üzərinə qoyulmuşdur. Şairin doğöum günləri abidənin ətrafına çoxsaylı ukraynalı diaopora üzvləri toplaşır.
Tiffanidə səhər yeməyi (film, 1961)
"Tiffanidə səhər yeməyi" (ing. Breakfast at Tiffany's) — rejissor Bleyk Edvardsın filmi. == Məzmun == Varlı sevgilisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holli Qolaytli ilə tanış olur. Holli necə gəldi yaşayan yelbeyin qızdır. Bəziləri onu avantürist hesab edir, bəziləri isə onun tülkü kimi hiyləgər olduğunu fikirləşirlər. O, varlı kişinin məşuqəsi olmaq arzusu ilə yaşayır. O, öz adını dəyişir, telefonunu çarpayının altındakı çamadanda saxlayır, mənzilindən pəncərə vasitəsilə çıxır və zərgərlik mağazası "Tiffany & Co." haqqında xəyal edir. Holli özünə "Tiffany & Co." kimi sakit yer tapsa, o, həyatından qaçmaqdan əl çəkəcək və öz sevimli pişiyinə ad qoyacaq. == Film haqqında == Odri Hepbern bu filmdə sadə, qeyri-adi, özünə varlı kavaler axtaran Holli Qolaytli rolunu ifa edir. Bu rol sonradan onun fəaliyyətinə çox uğur gətirir.
Tifil Əsəd
Tifil Əsəd, Şair Əsəd, Miskin Əsəd — Azərbaycan şairi, aşığı. == Həyatı == Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir. Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə (1821-1926) və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.
Tifinaq
Qədim Liviya yazısı (həmçinin Numidiya və Liviya kimi də tanınır) — Qədim Liviyanın yazıları, son dərəcə dəyişdirilmiş Finikiya əlifbasından götürülmüşdür. == Haqqında == Əlifbanın tərkibi qədim Liviya mətninin Punik və ya Latın mətni ilə təkrarlandığı ikidilli sayəsində quruldu. Lakin bu mətnlər əksər hallarda adları olan qəbir daşlarıdır və bu səbəbdən dilin özü praktik olaraq şifrələnməmiş qalır. İki növdə vardır - şərq və qərb. Yazının istiqaməti misilsizdir - sağdan sola, aşağıdan yuxarıya.
Tiflis
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
Tiflis (quberniya)
Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu. == Tarix == == Coğrafiyası == Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər. == Əhalisi == 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.
Tiflis Aviasiya Zavodu
Tiflis Aviasiya Zavodu — Gürcüstanın Tbilisi şəhərində yerləşən, təyyarə istehsalı və təmiri ilə məşğul olan sənaye təsisi. Onun tərkibində Tbilisi Beynəlxalq Hava Limanının uçuş-enmə zolağından bir neçə kilometr məsafədə yerləşən uçuş zolağı var. == Tarixi == === 1941-1991 illər === Tbilisi təyyarə zavodunun tarixi Böyük Vətən müharibəsi başlandıqdan sonra sentyabr 1941-ci ildə başladı. Həmin vaxt Tbilisiyə 31 nömrəli aviasiya zavodu Taqanroqdan köçürüldü. Taqanroqdakı zavod 1934-cü ildə yaradılmışdır və hidroplanerlər istehsal istehsal edirdi. 1941-ci il Avqust-sentyabr aylarında, müharibənin başlanmasından sonra fabrik dizayn bürosu ilə birlikdə Tbilisiyə evakuasiya edilib. Müharibə illərində zavod Laqq-3 qırıcı təyyarələrinin müxtəlif inkişaf etdirilmiş seriyalarını istehsal etdi (1944-cü ilin ortalarına qədər). 1944-cü ildən zavod Yak-3 qırıcısını istehsal etməyə başlayır. 1946-cı ildən zavod Yak-15 (Yak-17UTI daxil olmaqla) reaktiv təyyarəsini, daha sonra Yak-17, Yak-23, MiQ-15 və MiQ-17 istehsal etdi. Bundan başqa radio idarə edən nəzarət hədəf (La-17, 886 ədəd buraxılıb) və təyyarə üçün gəmi əleyhinə raketlər (1669 ədəd R-10C.) istehsal edilmişdir.
Tiflis Azərbaycan Teatrı
== Yaranması == 1873-cü ildə yaranıb. İctimai teatr kimi fəaliyyətə başlayan mədəniyyət ocağı ötən illər ərzində ətrafında peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar - bütün bunlar Azərbaycan-Tbilisi teatrına yeni-yeni uğurlar gətirib. Qısa müddət ərzində geniş auditoriya kütləsi toplayıb. Teatra kütləvi axın isə incəsənət ocağının maddi təminatının qarantına çevrilib. Hətta fəaliyyəti dövründə Tbilisinin bir sıra teatrlarını maliyyələşdirib. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimlərimiz Möhsün Sənani, Mustafa Mərdanov da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən bərqərar olunur. 2004-cü ildə Tbilisi Azərbaycan Teatrına dövlət statusu verildi.
Tiflis Beynəlxalq Hava Limanı
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı (gürc. თბილისის შოთა რუსთაველის სახელობის საერთაშორისო აეროპორტი) — Gürcüstannın əsas hava limanı. Tiflis şəhərindən şərqdə yerləşir. 2007-ci ilin fevralında Tbilisi Beynəlxalq Aeroportunda bərpa işləri başa çatdırılmışdır. Burada yeni beynəlxalq terminal, uçuş-eniş zolağı, parkinq və yük terminalı istifadəyə verilmişdir. Şəhər mərkəzinə doğru yeni dəmir yolu inşa edilmişdir. Hər gün iki dəfə olmaqla gediş-gəliş təmin edilir. Corc Buş küçəsi isə hava limanından şəhərin mərkəzinə istiqamətlənir. Hava limanı müasir və funksional obyekt olaraq inşa edilmişdir. Havalinanın bütün obyektləri ilə birlikdə ümumi sahəsi 25 000 m² təşkil edir.
Tiflis Dövlət Universiteti
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (gürc. თბილისის ივანე ჯავახიშვილის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın aparıcı və ən böyük ali məktəbi, ölkənin ən böyük elm mərkəzlərindən biri. 1918-ci ilin fevralında yaradılıb. Universitetdə təxminən 18.000 tələbə təhsil alır. Universitetdə Hüquq, İqtisadiyyat, Sosial elmlər, Tibb və Təbiət Elmləri Fakültəsi var. 2010-cu ildə Tbilisi Dövlət Universitetinin kitabxanasından 10 minlərlə avro dəyərində XVIII–XIX əsrlərə aid 39 ədəd nadir kitab oğurlanıb. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Tiflis Dəmiryol Stansiyası
Tiflis (gürc. თბილისის ცენტრალური სადგური) — Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən dəmir yolu stansiyası. == Tarixi == Stansiya 1872-ci ildə açılmışdır. Zestafoni Tiflis dəmir yolunun çəkilişi ilə əlaqədar stansiya inşa edilmişdir. Stansiyada iki terminal mövcud olmuşdur: Mərkəzi və Borjomi. Stsnsiyanın köhnə vağzalı 1872-ci ildə istifadəyə verilmişdir. Sonradan bu bina sökülmüş və 1952-cu ildə bina yenidən Stalin ampiri stilində inşa edilmişdir. 1982-ci ildə stansiya binasının yenidən işa edilməsinə qərar verilmişdir. Bu mıqsədlə bina sökülməli idi. Ancaq binanın təməli güçlü olduğu olduğundan onu partladılmışdır.
Tiflis Kommersiya bankının binası
Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir. == Tarixi == Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.
Tiflis Müsəlman əmirliyi
Tiflis Müsəlman Əmirliyi (654–1122) — Tiflis şəhərində yerləşən müsəlman dövləti. İslam bölgəyə ilk gəlişindən etibarən indiki Gürcüstan torpaqlarında yayılmağa başlamışdır. VIII əsrin 30-cu illərində ərəblər Şərqi Gürcüstana yiyələndikdən sonra Tiflis şəhərini canişinliyin mərkəzinə çevirdilər. Tiflis əmiri əvvəlcə bütün Şərqi Gürcüstan əmirinə tabe idi. Sonralar ərəb xilafətinin zəifləməsi nəticəsində canişinliyin ərazisi Tiflis müsəlman əmirliyi ilə məhdudlaşdı. IX əsrin əvvəllərində isə təkcə Kartli, XI əsrdə isə ancaq Tiflis və ona bitişik vilayətlər əmirin hakimiyyəti altında qalmışdı. IX əsrdən etibarən əmirlərin müstəqillik uğrunda mübarizəsi başlandı və 80-ci illərdə onlar buna nail oldular. Tiflis Müsəlman əmirliyi XI əsrin sonlarına kimi öz müstəqilliyini saxladı. 1121-ci ildə baş vermiş Didqori döyüşü nəticəsində Tiflis Müsəlman əmirliyi 1122-ci ildə ləğv edilərək Gürcüstan dövlətinin tərkibinə qatıldı. Tiflis əmirliyi dövründə hakimiyyət ardıcıl olaraq 3 nəslin (sülalənin) əllərində cəmləşmişdir; bunlar — Şüeybilər, Şeybanilər və Cəfərilər nəsilləridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 0.39
2011 •••• 0.09
2013 •••••••••••••••••••• 0.44
2016 •••••••• 0.17
2020 ••••••••••••••••••• 0.40

tif sözünün sinonimləri (yaxın mənalı sözlər)

"tif" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tif nədir? #tif sözünün mənası #tif nə deməkdir? #tif sözünün izahı #tif sözünün yazılışı #tif necə yazılır? #tif sözünün düzgün yazılışı #tif leksik mənası #tif sözünün sinonimi #tif sözünün yaxın mənalı sözlər #tif sözünün əks mənası #tif sözünün etimologiyası #tif sözünün orfoqrafiyası #tif rusca #tif inglisça #tif fransızca #tif sözünün istifadəsi #sözlük