timsahı sözü azərbaycan dilində

timsahı

Yazılış

  • timsahı • 91.1504%
  • Timsahı • 8.8496%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amerika timsahı
Amerika timsahı və ya İtiburunlu timsah (lat. Crocodylus acutus) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi və Şimali Amerikada ən çox yayılan timsah növüdür. ABŞ-də bu növ timsaha Floridanın cənubunda (həmçinin Puerto-Rikoda) rast gəlinir, lakin iqlimin istiləşməsi səbəbiylə sərhədləri daha da şimala doğru genişlənə bilər. == Yayılması == Amerika timsahı Yeni dünyada dörd əsl timsah növündən ən çox yayılanıdır. Bu növ timsahlar manqrov bataqlıqlarında, çay mənsəblərində, şirin və duzlu göllərdə yaşayırlar. Daraqlı timsah kimi Amerika timsahı Karib dənizi, Cənubi Florida, Böyük Antil, Cənubi Meksika, Mərkəzi Amerika və Cənubi Amerika ölkələri olan Kolumbiya və Ekvadorda geniş yayılması duzlu suda qalma qabiliyyəti ilə izah edilir. Amerika timsahı Kosta-Rikada xüsusilə çoxdur. Ən böyük populyasiyasından biri Dominikan Respublikasındakı Lago Enriquillo gölündədir. Amerika timsahları Missisipi alliqatorundan fərqli olaraq, aşağı temperaturlara çox dözmümlü deyil və yalnız tropik sularda yaşayır.
Bataqlıq timsahı
Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər. == Görünüşü == Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.
Filippin timsahı
Filippin timsahı (lat. Crocodylus mindorensis) — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Filippində yaşayır. Əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü sayılırdı. Bu növün erkəkləri maksimum 3,1 m uzunluğa çatır, dişilər isə bir qədər kiçikdir. Sakit okean bölgəsindəki bir çox digər timsahlarla müqayisədə geniş ağıza və böyük pulcuqlara sahibdir. Bu növ olduqca aqressivdir. Baxmayaraq ki, kiçik ölçüsü və yaşayış yerlərinin insan məskənindən uzaq olması səbəbindən insanlara hücumu çox nadirdir. Çoxalma strategiyası baxımından Yeni Qvineya timsahına bənzəyir və qapalı su hövzələrində yerləşməyə üstünlük verir. Digər əsl timsahlar kimi, Filipin timsahı da heyvanın ölçüsü və yaşına görə dəyişən çox müxtəlif bir pəhrizə sahibdir.
Kuba timsahı
Kuba timsahı (lat. Crocodylus rhombifer) — əsl timsahlar sinfinin dümayəndəsi. Yalnız Kubanın bəzi adalarında tapılmışdır. == Yayılması == Təbii şəraitdəki Kuba timsahı Xuventud adasında və Sapata bataqlığında aşkarlanmışdır. Bu bütün növ timsahlar arasında ən kiçik areala sahibdir. Bəlkədə bu baxımından bəlkə də yalnız Çin alliqatoru fərqlənə bilər. Bu növün qalıqlarına Kayman və Baham adaları tapıldığından onu demək olar ki, bu növ əvvəllər buradada aşkarlanmışdır. == Görünüşü == Kuba timsahı onu digər timsahlardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir: daha parlaq rəng, uzun və güclü ayaqlar, bütün bədəni əhatə edən böyük pulcuqlar. Dəridə sarı və qara ləkələrdən ibarət olan xarakterik naxışa görə bu növə bəzən inci timsahı da deyilir. Qarın daha açıq rəngdədir, qara ləkələri yoxdur.
Nil timsahı
Nil timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri. Afrikada yayılan üç timsah növündən ən böyüyü, dünyada isə daraqlı timsahdan sonra ikincisi. Afrikadakı su və yarı su ekosistemində ən yüksək yeri tutur. Yetkinlər qara kərgədan, begemot, zürafə, Afrika kəli, adi kanna və aslan kimi böyük və güclü heyvanların öhdəsindən gələ bilərlər. Bundan əlavə Nil timsahı yaşayış mühitinə, ölçüsünə və gücünə görə insan yeyən bir timsah kimi məşhurdur. Qədim dövrlərdə bir qorxu və ibadət obyekti olmuşdur. İndiyə qədər bəlkə də, əsl timsah sinfinin ən məşhur növü olaraq qalır. Bu növün sayı nisbətən yüksək və sabitdir, lakin bəzi ölkələrdə populyasiyalar yox olmaq təhlükəsi ilə üzləşir. Bütün timsahlar kimi, Nil timsahının da gövdənin yan tərəflərində yerləşən qısa ayaqları, sıra sümük lövhələrlə örtülmüş pullu dərisi, uzun güclü quyruğu və güclü çənələri vardır.
Orinoko timsahı
Orinoko timsahı (lat. Crocodylus intermedius) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi Amerikanın şimalındakı Orinoko çayı hövzəsində yaşayır. Ən böyük timsah növlərindən biri və Cənubi Amerikanın ən böyük heyvanıdır: yetkin erkəklər ən az 5.2 m, bəzən daha böyük uzunluğa çata bilir. Yeddi metrdən uzun olan nümunələr haqqında da məlumatlar vardır, lakin etibarlı mənbə deyillər. Hal-hazırda 5 m-dən böyük olan fərdlər olduqca nadirdir. Dişilər erkəklərdən xeyli kiçikdir və nadir hallarda uzunluğu 3.6 m-dən yuxarı olur. Orinoko timsahının rəngi qara ləkələri olan açıq yaşıl və ya bozumtuldan tünd yaşıl rəngə qədər dəyişə bilər. Sifət nisbətən uzun və ensizdir. Baxmayaraq ki, Hind qavialındakı ilə eyni dərəcədə deyil.
Siam timsahı
Siyam timsahı (lat. Crocodylus siamensis) — əsl timsahlar sinfinin bir nümayəndəsi, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində yaşayır. Əksər yetkinlərin uzunluğu 3 m-dən, maksimum 4 m-dən çox deyil. Daraqlı timsahlarla hibridlər daha böyük olur. Gənc siyam timsahları açıq rəngli daraqlı timsahlara bənzəyir. Böyüklər daha geniş bir sifətə və boynundakı pulcuqların bir az fərqli bir düzülüşünə sahibdirlər. Kamboca, İndoneziya, Malayziya, Laos, Myanma, Vyetnam, Tayland və Kalimantan adasında yaşayır. Bataqlıqlarda, yavaş axan çaylarda və göllərin sahillərində yaşamağı üstün tuturlar. Qidasının əsası balıq, eyni zamanda suda quruda yaşayanlar, sürünənlər və kiçik məməlilər təşkil edir. Yetkinlinliyə 10 yaşında çatır.
Səhra timsahı
Səhra timsahı və ya Qərbi Afrika timsahı (lat. Crocodylus suchus) — əsl timsahlar sinfinin dümayəndəsi. Bu növü çox vaxt nil timsahı ilə səhv salırlar. 1807-ci ildə qədim misirlilər tərəfindən mumiyalanan timsahların kəllə sümükləri arasında fərqlər aşkar edirlir. Etienne Qeoffroy Saint-Hilaire yeni növə bir ad verir. Bununla belə Qərbi Afrika timsahı hələ də Nil timsahının sinonimi sayılırdı. 2011-ci ildə aparılan yeni bir mumiya nümunələri onun Nil timsahına deyil, Qərbi Afrika timsahına aid olduğunu göstərdi. Bu kəşf Crocodylus suchus taksonunun dirilməsi ilə nəticələnir. Qərbi Afrika timsahları Mavritaniya, Benin, Nigeriya, Niger, Kamerun, Çad, CAR, Ekvatorial Qvineya, Seneqal, Mali, Qvineya, Qambiya, Burkina Faso, Qana, Qabon, Toqo, Kot-d'İvuar, Konqo və Konqo Respublikası və Uqandada (Nil timsahlarının eyni zamanda mövcud olduğu yerlərdir) yayılmışdır. Bir səhra timsahı Florida zooparkında saxlanılır.
Afrika ensizburun timsahı
Afrika ensizburun timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Afrikada yayılmış timsahların dörd növündən biri. Son tədqiqat məlumatları nəticəsində DNT göstəricilərinə görə ayrı bir Mecistops cinsinə ayrılır. == Görünüşü == Afrika ensizburun timsahı adını Orinoko timsahına bənzər ensiz burun sayəsində almışdır. Ölçüləri ümumiyyətlə 2,5 m-dən çox olmur, bəzən uzunluğu 4 m-ə qədər olan fərdlərə də rast gəlinir. Boyunun arxasındakı qoruyucu sümük lövhələri 3–4 cərgədə boyunca uzanır və bu növü iki cərgəyə sahib olan Crocodylus cinsinin nümayəndələrindən fərqləndirir. Bu xüsusiyyətinə görə bu növə zirehli timsah (alm. Panzerkrokodil‎) də deyilir. Afrika ensizburun timsahın xallı dərisi onu əsl timsahlardan daha çox alliqatorlara və ya qaviallara bənzədir.
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.
Malaqasi Nil timsahı
Malaqasi Nil timsahı (lat. Crocodylus niloticus madagascariensis) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri sayılan Nil timsahının bir yarımnövü. Yalnız Madaqaskar adasında yayılmışdır. Malaqasilər buna "voay" və ya "mamba" deyirlər. Hal-hazırda yarımnöv insanlar tərəfindən demək olar ki, məhv edilir. Son Malaqasi Nil timsahlarına əlçatmaq çətinkeşilən yerlərdə rast gəlinir. Məsələn: Ankarana massivinin yeraltı çaylarında (Ankarana Milli Parkı). "Müqəddəs göllərdə" yaşayan və dini qadağa ilə qorunan populyasiyalar da var. Belə bir göl Ambilube və Antsiranana şəhərləri arasında yerləşən Anivuranudur. == Ədəbiyyat == Мадагаскар / Сакалоў В. Е. — М.: Прагрэс, 1990.
Mərkəzi Amerika timsahı
Mərkəzi Amerika timsahı (lat. Crocodylus moreletii) — əsl timsahlar sinfinin dümayəndəsi. Növ epiteti, bu növü 1850-ci ildə kəşf edən fransız təbiətşünası Moreletin şərəfinə verilmişdir. Bu nisbətən kiçik bir timsah növüdür, lakin ən böyük nümunələr 4,5 metr uzunluğa və 400–450 kiloqrama qədər şata bilər. Mərkəzi Amerika timsahlarının ölçüsü orta hesabla dişilərdə 1,5 metrdən tam yetkin erkəklər də 2,7 metrə qədər dəyişir. Rəngi ümumiyyətlə qəhvəyi olur. Üzərində qara zolaqlara rast gəlinir. Gənclərdə qara ləkələrin yerinə sarıdır. Sifəti kifayət qədər enlidir. Başının arxasında xarakterik qabarıqlıqlar var.
Yeni Qvineya timsahı
Yeni Qvineya timsahı (lat. Crocodylus novaeguineae) — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Yeni Qvineya adasında yaşayır. Bu növün erkəkləri 3,5 m, dişiləri isə 2,7 m-ə uzunluğa qədər böyüyür. Ağzı olduqca dar, rəngi boz-qəhvəyi, quyruğunda tünd qəhvəyi ləkələr vardır. Yeni Qvineya timsahı, görünüşü və quruluşu baxımından Siam timsahına bənzəyir. Baxmayaraq ki, Avstraliya şirinsu timsahına daha yaxındır. Filippin timsahı (Crocodylus mindorensis) əvvəllər Yeni Qvineya timsahı bir yarımnövü sayılırdı, lakin indi ümumiyyətlə ayrı bir növ kimi qeydə alınmışdır. Yeni Qvineya timsahı adanın daxili hissəsindəki şirin suda yaşayır. Bəzən duzlu su hövzələrində görülə bilər.
Timsahın göz yaşları
"Timsahın göz yaşları" — saxta kədər göz yaşları tökən, ikiüzlü və qeyri-səmimi insanlar haqqında işlədilən ifadədir. Timsahlar bir şey yeyəndə gözlərindən yaş gəlir. Bəzi sadəlövh adamlar elə düşünürlər ki, timsah yediyi heyvanın halına acıyır. Yəni ağlaya-ağlaya yeyir. Təbii ki, bu, düz deyil. Sadəcə, timsah ağzını çox geniş açdıqda çənə əzələləri gücə düşdüyündən gözündən su gəlir. Bunun nə ağlamaqla, nə də rəhmdilliklə əlaqəsi var. Məhz buna görə də "timsahın göz yaşları" ifadəsi məsəl kimi işlədilir. Bir nəfər başqasına zülm edəndə, sözdə isə yalandan onun halına acıyanda deyirlər: "Filankəs timsah kimi göz yaşı tökür". http://e-derslik.edu.az/books/122/units/unit-1/page68.xhtml Ancaq başqa insanlar bunu başqa mənalardada da istifadə edir.

"timsahı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#timsahı nədir? #timsahı sözünün mənası #timsahı nə deməkdir? #timsahı sözünün izahı #timsahı sözünün yazılışı #timsahı necə yazılır? #timsahı sözünün düzgün yazılışı #timsahı leksik mənası #timsahı sözünün sinonimi #timsahı sözünün yaxın mənalı sözlər #timsahı sözünün əks mənası #timsahı sözünün etimologiyası #timsahı sözünün orfoqrafiyası #timsahı rusca #timsahı inglisça #timsahı fransızca #timsahı sözünün istifadəsi #sözlük