Tiqra sözü azərbaycan dilində

Tiqra

Yazılış

  • Tiqra • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyük Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Böyük Ermənistan – e.ə. 55, Böyük Ermənistan) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
III Tiqran
III Tiqran (erm. Տիգրան Գ; e. ə. I əsr, Qəmərli – e. ə. I əsr, Qəmərli) — E.ə. 20–8-ci illər arasında Böyük Ermənistanın kralı olub II Artavazdın oğludur. Miladdan əvvəl 34-cü ildə Roma triumviri Mark Antoni cani hesab etdiyi II Artavazdı oğulları və arvadları ilə birlikdə əsir tutub Misirə göndərmiş və eramızdan əvvəl 31-ci ildə onun başını kəsərək öldürtdürmüşdür. Elə həmin ildədə Mark Antoni və VII Kleopatranın özlərinin də öldürülməsindən sonra Tiqran, qardaşı Artaşes və ailənin digər üzvləri ilk Roma imperatoru Oktavian Augustus tərəfindən idarə olundular. Tiqran, eramızdan əvvəl 20-ci ilə qədər təhsil aldığı Romada yaşamışdır.
II Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Böyük Ermənistan – e.ə. 55, Böyük Ermənistan) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
IV Tiqran
IV Tiqran (e.ə. 35 – 1) (arm: Տիգրան Դ) - III Tiqranın oğlu Artaşşidlər sülaləsinin nümayəndəsi və Ermənistan kralı. III Tiqranın ölümündən sonra oğlu IV Tiqran Roma qanunlarına əhəmiyyət verməyərək taxta çıxmışdır. Yunan dünyasının qanunlarına görə öz bacısı Erato ilə evlənmişdir. Lakin, e.ə. 5-ci ildə Romalılar onu taxtdan məhrum etmiş və onun yerinə uzun müddət əsir saxlanılmış başqa bir qardaşı olan III Artavazdeni kral təyin etmişlər. Ancaq onu yalnız üç il taxtda saxlaya bildilər. Çevrilişin köməyi ilə Tiqran və Erato yenidən taxta qayıtdılar. Lakin Tiqran tezliklə şimaldan gələn və Ermənistana hücum edən Alanlara qarşı döyüşdə öldürüldü və Erato qısa müddət sonra taxtdan imtina etdi.
Tiqran Avinyan
Tiqran Avinyan (erm. Տիգրան Ավինյան; 28 fevral 1989, İrəvan) — Ermənistan siyasətçisi. O, Ermənistan Baş nazirinin müavini vəzifəsini tutur və "Yelk" blokunun siyahısından İrəvan Şəhər Şurasının keçmiş deputatı olmuşdur. Avinyan "Vətəndaş Müqaviləsi" Partiyasının yaradıcılarından biridir. 2018-ci ilin mayında o, Nikol Paşinyanın yeni administrasiyası zamanı baş nazirin müavini təyin edilmişdir.
Tiqran Bekzadyan
Tiqran Bekzadyan (erm. Տիգրան Բեկզադյան) — Ermənistan siyasətçisi. O, Birinci Ermənistan Respublikasının Bakı və Tiflisdəki nümayəndəsi vəzifəsində çalışmışdır.
Tiqran Honents kilsəsi
Tiqran Honents kilsəsi – Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında olan qədim erməni kilsəsi. Kilsənin inşa olunmasıyla bağlı Şərq divarındakı kitabədə deyilir: "664-cü ildə (miladi 1215) Tanrının lütfüylə Ani şəhərinin bəyi güclü və müqtədir Zəkəriyyə ikən…mən, Tanrının qulu Honents ailəsindən Sulem Smbatorentsin oğlu Tiqran ağalarımın və onların uşaqlarının uzun ömürlərinin şərəfinə, qayalıqların kənarı və kolluqlardan keçilməyən bu yerdə Müqəddəs Qriqora həsr etdiyim bu monastırı inşa etdirdim və ərazini sahiblərindən halal zəhmətimlə aldım, böyük zəhmətlə hər tərəfdən onun müdafiəsini təşkil etdim. Bu kilsəni Müqəddəs Qriqorun adına inşa etdirdim və onu bir çox gözəl naxışlarla bəzətdirdim…" Həmin dövrdə Ani gürcü krallarının himayəsi altında idi və kilsənin içindəki freskalarında məhz gürcü sənətkarları tərəfindən işləndiyi güman edilir. == Memarlıq xüsusiyyətləri == Kilsənin qübbəli və düzbucaqlı plan quruluşu ilk görünüşdən onu kafedrala bənzədir, lakin kilsənin iç planı fərqlidir və orta əsrlərin digər erməni kilsələrinin daxili planlaşdırmasıyla demək olar ki, eyniyyət təşkil edir. Memarlıqda çox vaxt "qübbəli zal" adlandırılan üç sahəyə ayrılmış bir zalın mərkəzi hissəsinin üstündə qübbə vardır. Yarımçıq (kor) kəmərlər silsiləsi binanın dörd bir tərəfinə dolanır. Sarmaşıq bitkilərin arasından görünən həqiqi və ya fantastik heyvan qabartmaları kəmərlərin arasını və üstündəki boşluq əraziləri bəzəyir. Bütün bunlar binanı tamamilə əhatə edən bir bəzəkli xətt əmələ gətirir. Bənzər kəmər silsiləsi və bəzəkli xətt qübbənin kənarında da vardır. Həmin bəzəkli xəttin üstündə isə daha kiçik bir bəzəkli xətt də var ki, bu da XIII əsr erməni kilsələri üçün xarakterik olan xüsusiyyətdir.
Tiqran Krallığı
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Tiqran Məlikovun evi
Tiqran Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 19 və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli tarixi malikanədir. Bina 1895–1897-ci illərdə erməni sənayeçi Ambarsum Məlikovun oğlu Tiqran Məlkovun sifarişi əsasında Yuzef Qoslavskinin hazırladığı layihə ilə qotika üslubunda inşa edilmişdir. Məlikovun evi Bakıda qotik üslubda inşa edilmiş ilk bina, həmçinin Qoslavskinin şəsxi sifarişlə hazırladığı ilk layihədir. == Tarixi == Yaşayış evi İslam Səfərli 19 və Həzi Aslanov küçələrinin kəsişməsində, Yuzef Qoslavskinin layihəsi əsasında inşa edilmişdir. Ev, qeyri-adi həcmi-məkan strukturu ilə, nisbətən geniş olan İ. Səfərli və ensiz Həzi Aslanov tin quruluşu ilə dərhal gözə çarpır, olduqca dəyişmiş rakursda görsənir.Məlikovun evi Bakıda qotik stildə inşa edilmiş ilk tikili idi. Məlikovun evi ilə yanaşı memar Adolf Eyxler (1870–1911) 28 may küçəsi 17 ünvanında alman qotikası üslubunda kirxanın (1895–1897) layihəsini hazırlayıb inşa edirdi. Məlikovun üçmərtəbəli evinin tikintisinin (1895–1897) sifarişi memar üçün qəfil olmamış və o, cəsarətlə N. A. Fon der Nonnenin tikdiyi order sistemli yaşayış binaları arasında qotik tağlı binanın layihəsini hazırlamışdır. == Memarlıq xüsusiyyətləri == === Yerləşməsi və planlaşdırılması === Əvvəlcə forştadtın qoyuluşunda 1813-cü ildə İslam Səfərli (keçmiş Vorontsov) küçəsinin məhəllələrinə kvadrat forma verilmişdir ki, bu forma da günümüzə kimi saxlanmışdır. Cənubi və Şərqi tərəfdə Həzi Aslanov (keçmiş Krantinnaya) küçəsinə yönəldilmiş məhəllələrin birinə "L" şəkilli səhnə daxil olub. Yaşayış evinin sahəsi qonşu mülkləri ilə əhatə olunduğundan çətin vəziyyət yaranırdı.Yaşayış binasının sahəsinin çətinliyi ilə bağlı, Bakı şəraitinin üslublu təsnifatı kontekstində layihənin fərdi forması meydana gəlir.
Tiqran Məlikovun evi (Qoslavski)

Tiqran Petrosyan
Tiqran Petrosyan (17 iyun 1929[…], Tiflis – 13 avqust 1984, Moskva) — Sovet və Ermənistan Qrossmeysteri və 1963-dən 1969-a kimi Dünya Çempionu. Keçilməz müdafiə üslubu olduğu üçün onun ləqəbi "Dəmir Tiqran" idi. Bu üslubda təhlükəsizlik hər şeydən üstündür. Petrosyan 8 dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1959, 1962, 1971, 1974, 1977 və 1980). O, 1963-cü ildə Mixail Botvinniki udaraq Dünya Çempionu olmuşdur. 1966-cı ildə tac uğrunda mübarizədə Boris Spasskiyə qalib gələrək ikinci dəfə çempionun dəfnə çələngini alır. 1969-çu ildə isə Spasski ilə görüşdə dünya çempionunun tacını müdafiə edə bilməyərək, məğlubiyyətə uğrayır. Beləliklə, o 3 il ərzində 10 dəfə ardıcıl olaraq Dünya Çempionluğunu müdafiə etdi. Tiqran 4 dəfə Sovet çempionu olub (1959, 1961, 1969, və 1975). Petrosyan şahmatı Ermənistanda populyarlaşdıran şəxs kimi də tanınır.
Tiqran Çuxacyan
Tiqran Çuxacyan (ermənicə: Տիգրան Չուխաճեան, 1837, İstanbul, 11 mart 1898, İzmir) — erməni əsilli Osmanlı bəstəkarı və orkestra şefidir. == Həyatı == Çuxacyanın bu sahəyə marağı Manzonidən aldığı pianino dərsləri ilə başladı və 22 yaşında Hasköy Məhəllə Teatrının musiqi işlərini öz boynuna götürdü.14 dekabr 1861-ci ildə açılan Şərq Teatrı üçün səhnə musiqiləri bəstələməyə başladı.1862-ci ildə isə ''Şərq Musiqi Cəmiyyəti'' mənasına gələn "Kınar Arevelyan" adlı dərnək qurdu. Səhnə musiqiləri və operetta janrında yazdığı musiqilərlə şöhrət qazanan bəstəkar, atası tərəfindən 1862–1866-cı illər arasında Milano Konservatoriyasına göndərildi. İstanbula qayıtdıqdan sonra isə bəstələdiyi orkestra və xor mahnıları ilə marşları Şərq Teatrında özü idarə etdi. 1874-cü ilin iyul ayında Bəyoğlu Haçopulo Keçidində Adamın Konsert Salonunda 30 nəfərlik opera topluluğu qurdu. Daha sonra Yeğyazar Məlikyan adlı varlı birindən maddi dəstək aldı və bununla da Osmanlı Opera Kumpanyasını qurdu. Dikran Kalemciyan ilə birlikdə Ramazan ayında Bəyaziddəki qonaqxanada yerli və xarici əsərlərin təmsilinə başladı. İlk olaraq onun ''Məktəb Ustası'' və ''Şair Evlənməsi'' əsərləri təmsil edildi. Osmanlı Opera Kumpanyasının istifadə etdiyi Bəyaziddəki qonaqxananın 1875-ci ildə təmirə girməsindən sonra Çuxacyan 40.000 frank qarşılığında Fransız Teatrını kirayələdi və 11 oktyabr 1876-cı ildə ''Ləbləbici Xor-Xor Ağa''nı çıxış etdirdi. Bundan bir müddət sonra kumpaniyanısı ağır günlər keçirtdi.
Tiqranakert
Tiqranakert (Yunanca. Τιγρανόκερτα, Ro. Tigranόkerta; ermənicə. Տիգրանակերտ, ro. Tiqranakert) — Diyarbəkirin Silvan mahalının şərqindəki ən qədim tarixi erməni paytaxtlarından biridir. E.ə. I əsrdə erməni kralı Tiqran tərəfindən genişlənən imperiyanın hüdudlarında daha mərkəz yerdə yerləşdiyinə görə Ermənistan imperiyasının yeni paytaxtı olaraq təsis edilmişdir. Şəhər əhalisini artırmaq üçün Tiqran çox sayda insanı Tiqranakertə köç etdirmişdir. Bütün qədim dünyada ticarət edən tacirlər sayəsində Tiqranakert zaman keçdikcə həm ticarət şəhəri, həm də mədəniyyət mərkəzi halına gəldi. Artaxiad sülaləsi dövründə şəhər ellinist mədəniyyətin təsiri altında idi.
Tiqran Nağdalyan
Tiqran Ovanesi Nağdalyan (erm. Տիգրան Հովհաննեսի Նաղդալյան; 8 iyun 1966, İrəvan, SSRİ – 28 dekabr 2002, İrəvan) — Ermənistan jurnalisti. İrəvanda qətlə yetirilmişdir. == Həyatı == Tiqran Ovanesi Nağdalyan 8 iyun 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur.1995–1997-ci illərdə "Azadlıq Radiosu"nda işləmişdir. O, Ermənistan İctimai Televiziyasının rəhbəri idi və burada həftəlik xəbərlər proqramını da aparırdı. Nağdalyan 1998–2008-ci illərdə Ermənistan Prezidenti olan Robert Köçəryanın dostu və tərəfdarı olmuşdu. O, həmçinin 1999-cu ildə Ermənistan parlamentinə hücumun lideri Nairi Hunanyanın məhkəməsində mühüm şahid kimi qəbul edilmişdir. 28 dekabr 2002-ci idə İrəvanda valideynlərinin evinin girişində bir qrup müxalifət tərəfdarı tərəfindən başından güllə yarası almışdır. O, 36 yaşında xəstəxanada vəfat etmişdir.6 mart 2003-cü ildə Ermənistan polisi 6 şübhəlini həbs etmişdir. 13 nəfər qətldə ittiham olunmuşdur.

"tiqra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tiqra nədir? #tiqra sözünün mənası #tiqra nə deməkdir? #tiqra sözünün izahı #tiqra sözünün yazılışı #tiqra necə yazılır? #tiqra sözünün düzgün yazılışı #tiqra leksik mənası #tiqra sözünün sinonimi #tiqra sözünün yaxın mənalı sözlər #tiqra sözünün əks mənası #tiqra sözünün etimologiyası #tiqra sözünün orfoqrafiyası #tiqra rusca #tiqra inglisça #tiqra fransızca #tiqra sözünün istifadəsi #sözlük