tirə sözü azərbaycan dilində

tirə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tirə • 89.7727%
  • Tirə • 7.9545%
  • TİRƏ • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Hindistan tirəndazı
Hindistan tirəndazı (lat. Hystrix indica) – (Rodentia) dəstəsindan bir məməli heyvan növü. == Yayılması == Kiçik və Orta Asiyanın quraq sahələrində, Qazaxıstanın Cənubunda, Levantda, Qərbi Ərəbistanda, Cənubi Qafqazda, İndostanda, Tibetdə və Şri-Lanka adasında məskən salmışlar. Bu növə XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın bütün ərazillərində rast gəlmək mümkündür. XX əsrin başlanğıcında bu növ Talış dağlarında və Kiçik Qafqazın Cənub-qərb hissəsi üçün səciyyəvi idisə, sonralar onun Respublikanın digər arid və meşəli rayonlarında, hətta Dağıstanla sərhəddə yerləşən Samur çayı boyunca yayılması haqqında məlumatlar əldə olunmuşdur.. == Yaşayış yeri və həyat tərzi == Müxtəlif landşaftlarda məskən salır. Özləri tərəfdən qazılan və ya porsuq yuvalarında, mağaralarda, qayanın çatlarında, daş qırıntıları və yuyulma nəticəsində əmələ gələn yarğanlarda məskunlaşırlar. Yuvaları mürəkkəb və çoxşaxəli quruluşa malikdir. Yaşayış məntəqələri yaxınlığında tez-tez rast gəlinir. Ailə qrupları əmələ gətirir.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Tirəkle (Arxangel)
Tirəkle (başq. Тирәкле, rus. Тереклы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd "Bakaldı kənd şurası"nın tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 14 km, kənd sovetliyindən (Bakaldı): 4 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96%) üstünlük təşkil edir.
Tirəndazlar
Tirəndazlar (lat. Hystricidae) — Gəmiricilər dəstəsinə aid fəsilə. == Xüsusiyyətləri == Tirəndazlar məməlilər arasında ən üzün tikanlara malik heyvandır. Bu tikanlardan bəzilərinin uzunluğu 40 sm, diametri 7 mm-ə çatır. == Yayılması == Tirəndazlar əsasən Asiya və Afrikanın tropik və subtropik hissələrində yayılmışlar. Onun Avropanın cənubuna insan tərəfindən gətirilməsi, yaxud təbii şəkildə gəlməsi hələ də aydınlaşdırılmayıb. Əsas növləri cənub-şərqi Asiyadadır. Onlar həmçinin Avropa, Afrika, Hindistan, Cənubi Amerika, həmçinin ABŞ, Kanada, Orta Asiya və Qazaxıstanda da yaşayırlar. Onların təbii yaşadıqları yer səhralar, savannalar və tropik meşələr də ola bilər. == Davranışı == Yerdə yaşayırlar.
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.

tirə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Nəsil, tayfa. [Dadaş Lələşov:] El bilir ki, onların törəməsi ilə bizim tirə əmiuşağı olubdur. S.Rəhimov. 2. Bir-biri ilə düşmənçilik edən və ya yola getməyən dəstələrdən hər biri. Naxçıvan əhli, demə, üç tirədir, beş tirədir. Ə.Qəmküsar. Əlləri xəncərli və qılınclı qumuqlar iki tirə olub, bir-birinə soxulmaq istəyirdilər. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / tirə
  • 2 is. 1. Arx, xəndək və s.-nin kənarlarında tökmə torpaq; azacıq hündür yer, təpəcik, təpəlik, dikdir. Çayırlı tirə. // Bölmə, bölüm, blok. 2. Qıraq, kənar. Pəncərə tirəsində oturduqda [Həmzənin] gözü fikirli-fikirli bir kənarda dayanmış Qadirə sataşdı. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / tirə
  • 3 f. 1) bulanıq, tutqun; 2) qaranlıq, qara; 3) xarab, pis.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tirə
  • 4 müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./. Р–гряда ridge

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / tirə

tirə sözünün etimologiyası

  • 1 “Bir nəsildən olanların yaşadığı ərazi” mənasını bildirir. Təqirə kimi də işlədilib. Mənası “qohumların yaşadığı dairə, ərazi” demək olub, sözün mənşəyi ya törə­mək (bir soydan olanlar), ya da dəyirmi kəlməsi ilə bağlı ola bilər. Qohumluq əlaqəsi (törəməklə) ilə bağlı variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tirə

tirə sözünün sinonimləri (yaxın mənalı sözlər)

tirə sözünün rus dilinə tərcüməsi

  • 1 1. раздел, лагерь, блок; 2. геогр. кряж, гряда; 3. земляная насыпь перед рвом крепости;

    Azərbaycanca-rusca lüğət / tirə
  • 2 1 сущ. 1. устар. род (ряд поколений, происходящих от одного предка), племя. Əhmədovlar tirəsi род Ахмедовых 2. разг. группы (противоборствующие). İki tirəyə bölünmək разделиться на две противоборствующие группы 2 сущ. 1. земляная насыпь по краям речки, канавы 2. кряж (цепь невысоких гор) 3. геогр. гряда: 1) вытянутая в длину возвышенность; небольшой горный кряж 2) узкая полоса вскопанной земли в огороде 4. край чего-л. Pəncərənin tirəsində oturmaq сидеть на краю окна 3 сущ. разг. раз (в сочет. с числительными). İki tirə два раза, beş tirə пять раз, axırıncı tirə последний раз

    Azərbaycanca-rusca lüğət / tirə

tirə sözünün inglis dilinə tərcüməsi

tirə sözünün fransız dilinə tərcüməsi

tirə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. несил, тайифа; 2. сад-садав мидявал ийизвай, рекье тефизвай дестейрикай гьар сад.

    Azərbaycanca-ləzgicə lüğəti / tirə
  • 2 сущ. 1. тере; тирин (хвалан, хандакӀдин къерехрал пел хьиз кӀватӀнавай накьв; гъвечӀи пел, тик чка, пел квай чка); 2. блок, раздел; 3. къерех, тирин (мес. дакӀардин).

    Azərbaycanca-ləzgicə lüğəti / tirə

tirə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Gədəbəy, İmişli, Qarakilsə, Qazax, Qubadlı, Laçın, Sabirabad, Şəmkir, Tovuz) 1. nəsil 2. tayfa 3. qohuməqrəba. – Bizim kəntdə tirə çoxdu, hansını deyim saηa (Ağdam); – Hər tirənin öz ağsaqqalı olor bizdə (İmişli); – Bizim kənt bir neçə tirədi (Qarakilsə); – Neçə tirə işdey o biri piriqədədə? (Gədəbəy); – Bu kətdə çox tirə- lər var: maf tirəsi, niyazdı tirəsi, taramatdı tirəsi (Şəmkir) II (Qubadlı) 1. tərəfdar 2. həmfikir. – Qaflan bizim tirədəndi, onun sizə qarışajağı yoxdu III (Şəki) lək. – İki tirə soğan ehmişdıx, hunnan un puta kimi soğan qazdıx IV (Cəbrayıl, Culfa, Kürdəmir, Mingəçevir, Salyan) bax tir. – Tirənin üssündə durub alağ elyirik (Kürdəmir); – Su çox olduğu üçün tirəni yuyur (Salyan); – Su arxın tirəsini uçurdub (Cəbrayıl) V (Şahbuz) arı səbətinin içində olan bölmələr, arakəsmələr. – Tirə səbətdə olur arıçın VI (Kürdəmir) bel, fəqərə sütunu. – Suda balığın tirəsi göründü VII (Sabirabad) dirək

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tirə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tirə nədir? #tirə sözünün mənası #tirə nə deməkdir? #tirə sözünün izahı #tirə sözünün yazılışı #tirə necə yazılır? #tirə sözünün düzgün yazılışı #tirə leksik mənası #tirə sözünün sinonimi #tirə sözünün yaxın mənalı sözlər #tirə sözünün əks mənası #tirə sözünün etimologiyası #tirə sözünün orfoqrafiyası #tirə rusca #tirə inglisça #tirə fransızca #tirə sözünün istifadəsi #sözlük