toksikoz sözü azərbaycan dilində

toksikoz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • toksikoz • 82.3529%
  • Toksikoz • 17.6471%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Hamiləlik toksikozu
== Hamiləlik toksikozu(hestozu) == Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır. Bu simptomlardan tez –tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır. Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma, hipersalivasiya(və ya ptializm), dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya, preeklampsiya və Eklampsiya) Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq, qaraciyərin kəskin distrofiyası, hamiləlik tetaniyası, xoreya, osteomalasiya, atropatiya aiddir. Erkən hestoz adətən bədənin susuzlaşması, gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur. Erkən toksikozlar. Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir. Hamiləliyin 1–3 aylarında meydana çıxır. Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir. Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin , xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.("neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir, bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır. Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya, astenik sindrom, uşaqlığın reseptor funksiyasının pozulması və.s.

toksikoz sözünün leksik mənası və izahı

toksikoz sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. мед. токсикоз (болезненное состояние организма, возникающее в результате действия на него ядов и ядовитых веществ – токсиконов)

    Azərbaycanca-rusca lüğət / toksikoz

toksikoz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. toxikon-dan] мед. токсикоз (организмдиз зегьерди ва зегьерлу затӀари (токсинри) эсер авункди арадал къведай азарлувилин гьал).

    Azərbaycanca-ləzgicə lüğəti / toksikoz

Oxşar sözlər

#toksikoz nədir? #toksikoz sözünün mənası #toksikoz nə deməkdir? #toksikoz sözünün izahı #toksikoz sözünün yazılışı #toksikoz necə yazılır? #toksikoz sözünün düzgün yazılışı #toksikoz leksik mənası #toksikoz sözünün sinonimi #toksikoz sözünün yaxın mənalı sözlər #toksikoz sözünün əks mənası #toksikoz sözünün etimologiyası #toksikoz sözünün orfoqrafiyası #toksikoz rusca #toksikoz inglisça #toksikoz fransızca #toksikoz sözünün istifadəsi #sözlük