Göz tonometriyası
Göz tonometriyası (okulyar tonometriya, oftalmotonometriya) qlaukoma diaqnozunda mühüm rol oynayan göz daxili təzyiqin ölçülməsi üçün olan tibbi prosedurdur. Göz daxili təzyiqin dəyəri millimetr civə (mmHg), bəzən də hektapaskal ilə ölçülür.
== Ölçmə üsulları ==
=== Applanasiyalı kontakt tonometriyası ===
1884-cü ildə A. N. Maklakov göz daxili təzyiqin ölçülməsi üçün yeni bir cihaz (Maklakov applanasiya tonometri) yaratdı. Metodun əsas mahiyyəti gözün buynuz qişasının gərginliyi ilə yastı bir lövhəyə olunan təmas və lövhədə qişanın izinin ölçülməsindən ibarət idi.
Başqa bir aplanasiya üsulu oftalmometriyada “qızıl standart” adlandırılan Goldman tonometriyasıdır. Metod Maklakov tonometriyasına bənzəyir və müəyyən bir diametrdə buynuz qişanın izini yaratmaq üçün tələb olunan gücün ölçülməsindən ibarətdir.
Metod plitənin buynuz qişa ilə birbaşa təmasına əsaslandığına görə lokal anestezi olmadan aparıla bilmir.
=== Dinamik kontur tonometriyası ===
Dinamik kontur tonometriyası təmas üsuludur. Bu üsul zamanı düz lövhə əvəzinə buynuz qişanın formasını izləyən elastik materialdan hazırlanmış zond istifadə olunur. Probun içərisinə təzyiq sensoru yerləşdirilir ki, bu isə zond üzərində minimal qüvvə ilə (1 qram) göz daxili təzyiqin birbaşa ölçülməsinə imkan verir.