toponimlər sözü azərbaycan dilində

toponimlər

Yazılış

  • toponimlər • 95.0980%
  • Toponimlər • 3.9216%
  • TOPONİMLƏR • 0.9804%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Toponimlər
Toponimika — (q.yun. τόπος — topos — yer və ὄνομα — onoma) — coğrafi adları; toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Mənası yer deməkdir Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol qaydalarının, habelə İber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları aşkara çıxarılmışdır. Ginnes Rekordlar kitabına görə ən uzun adlı toponim Yeni Zellandiyada hündürlüyü 305 metr olan Taumatavhakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaivhenuakitanatahu (92 hərf) təpəsidir. Aqoronim— meydan adları (qədim yunanca ἀγορά — meydan, sahə). Antrotoponim — şəxs adlarından törəmiş coğrafi adlar (qədim yunanca ἄνθρωπος — insan). Astionim — şəhər adları (qədim yunanca ἄστυ — şəhər).
Naxçıvan Muxtar Respublikasındakı toponimlər
Naxçıvan Muxtar Respublikasındakı toponimlərı — Naxçıvanın coğrafi adlarının toponimləri. Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış coğrafi adların bir qrupu uzaq, tarixi keçmişdə meydana gəldiyi halda, başqa bir qrupu orta əsrlərdə və qismən müasir dövrdə yaranmışdır. Coğrafi adların tarixi, dilçilik, coğrafi baxımdan tədqiqi onların yaranma vaxtının aydınlaşdırılması, mənalarının aşkarlanması paralellərinin müəyyənləşdirilməsində və coğrafi yerləşməsinin aşkarlanmasında mühüm elmi əhəmiyyət kəsb edir. Deməli, toponimlər tarixi dəlilsiz, köksüz, etimologiya baxımından izahsız lal, coğrafi cəhətdən araşdırılmadan isə məkansızdı. Naxçıvan MR ərazisində mövcud olan coğrafi adlardan bir qrupunun adı türkdilli xalqların yaşadığı ərazilərdə də tarixən kök salmışdır. Naxçıvan bölgəsi Manna (e.ə. IX–VII əsrlər), Maday (e.ə. VII–VI əsrlər) və Atropatena (e.ə. IV-əsr-b.e. IV–III əsrinə qədər) dövlətlərinin tərkib hissəsi olmuşdur.
Totemlərlə əlaqədar mifoloji toponimlər
Totemizmin əlamətlərinin meydana gəlməsi insanın mədəni inkişafa doğru atdığı ən uğurlu addımlardan biridir. Qədimlərdə totem heyvanları qəbilə üzvləri özləri ilə aparırdılar, onun xasiyyət və davranışlarını yamsılamağa çalışır, elə zənn edirdilər ki, bu davranış və hərəkətlər vasitəsilə qeyri-adi gücə malik olurlar. Totem heyvanın xasiyyətini, səsini daha düzgün icra edən icmada ən hörmətli şəxs sayılırdı. Totem ulu əcdad üçün ətraf mühitə münasibətdə indiqator rolunu oynayır, əxlaq və etik normaları tənzimləyirdi. Tarixəqədərki bütün inkişaf mərhələlərində – istər nitq qabiliyyətinə çatmamış, şüuru oyanmamış olsun, istər barbarlıqda öz övladının ətini yediyi anlarını yaşasın, istər heyvanlar kimi təbiətin yazılmamış qanunlarıyla, gücün, qol zorunun hesabına dövran sürsün, istərsə də də bir kökdən, eyni totemdən törədiyini zənn edib ailə, tayfa çərçivəsində birləşməklə başqa canlılara düşmən kəsilsin – insanın keçdiyi müəmmalı, qaranlıq yolları ilk növbədə arxeoloji qazıntılarda tapılan əşya və ləvazimatlarla öyrənmək mümkündür. Bəşər övladı evsiz, ocaqsız çöldə-biyabanda ömür-gün keçirdiyi çağlarda ancaq qidasını tapmaq uğrunda çalışmış, yağışdan, soyuqdan qorunmaq üçün isə təbii mağaralara sığınmışdı. Əlinə keçən primitiv daş alətlər, üstündə gəzdirdiyi elementar əşya və ləvazimatlar nə yollasa, ölümündən sonra qalıb bizim zamanəmizə çatıbsa, onlar vasitəsilə onun mədəni səviyyəsi, incəsənəti (var idisə), dünyagörüşü, dini inamı (formalaşmışdısa) barədə məlumat əldə etmək imkanı yaranır. Keçmişin dərin qatlarına doğru uzanan bilinməz yolu tapmağın ikinci ənənəvi üsulu arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarını saf-çürük etməkdir. Çünki həmin bədii yaradıcılıq məhsulları şifahi şəkildə uzun əsrləri adlasa da, ulu əcdadın lap başlanğıcdakı düşüncələrinə, dünyabaxışına, adət-ənənələrinə və əxlaqına aid ən incə nöqtələri içərisində qoruyub saxlayır. Görkəmli psixoanalitik Z.Freyd bu sıraya apardığı eksperimetlərin nəticəsi olaraq bir də onu əlavə edir ki, "İbtidai insan həm də məlum mənada müasirimizdir".
Azərbaycan toponimləri
Azərbaycan toponimləri – tarixi Azərbaycan dövləti ərazisində yayılmış yer adları. == Yer adları == === Türk mənşəli yer adları === Abşeron. Bəzi tədqiqatçılar toponim adının tat dilindəki "ab" (su) və "şeron" (duzlu) sözlərindən əmələ gəldiyini və "duzlu su" anlamına gəldiyini yazırlar. Digərləri "ab" (su) və "şirin" köklərindən törədiyini və "şirin su" mənası daşıdığını iddia edirlər. Ancaq toponimin mənşəyi haqqda ən əsaslı açıqlama Seyran Vəliyevə məxsusdur: o, Abbasqulu ağa Bakıxanova, B. Dorna, Rəmzi Yüzbaşova istinad edərək toponimin ilkin tarixi adının Əfşaran olduğunu və XVIII əsrdən etibarən rus dənizçiləri tərəfindən xəritələrə Abşeron kimi köçürüldüyünü qeyd edir. Əfşəran sözü türk tayfası əfşarlarla bağlıdır. Əgər "Abşeron" sözü əfşar tayfasıyla bağlıdırsa, bu o deməkdir ki, onlar bu yarımadada Nadir şahdan öncə də yaşayıblar. Ağcabədi Ağdaş Ağstafa — Oğuz tayfa və ya Oğuztəpə. Oğuz yurdu anlamına gəlir. Ağsu Biləsuvar Gəncə.
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Ermənistanda türk toponimləri
Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi – XX və XXI əsrlərdə Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) Türk toponomlərinin ermənilər tərəfindən dəyişdirilməsi prosesi. XVII əsrdən XIX əsrin əvvəllərinə kimi indiki Ermənistan ərazisinin əhalisinin çoxunu Qafqaz müsəlmanları (Azərbaycanlılar və kürdlər) təşkil edirdi. Cəfər Qiyasi və İbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilir ki, ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi Azərbaycanlılar yaşayırdılar. Təkcə XX əsrin əvvəllərində qərbi azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər. == Türk toponimlərinə təcavüz dövrləri == İndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar. 19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər 1918–1920 1920–1930 1930–1960 1960–1980 1991-ci ildən sonra dəyişdirilənlər. İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb.
Manna toponimləri
Manna toponimləri – Manna ərazisində yayaılmış toponimlər. Həmin toponimlərinin bir çoxu bu gün də tarixi Azərbaycan ərazisində qalmaqdadır. Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları qədim yerli adlar adlandıraraq üstündən keçmişlər. Əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaratmışdır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal şəkilçisini bəzi adlarda köklü "u" sonluğundan ayırmaq çətinliyə səbəb olmuşdur. P a r s i n d u – E. A. Qrantovski bu adı İranmənşəli saymış və onu Fars (Pars) etnonimi ilə bağlamışdır. Q. Qeybullayev isə qeyd edir ki, mənbədə, Parsindunun Ameka adlı bir hakimin qalası olması deyilir. Ehtimal ki, bu qala er. əv.
Midiya toponimləri
Midiya toponimləri – Midiya dövləti ərazisində yayılmış tarixi toponimlər. Midiya toponimlərinin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsinin olmadığına görə onun m səsi ilə, ç və c səslərinin olmadığına görə onların s və z səsləri ilə verilməsi, adların sonlarındakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını dəqiq bərpa etmək çətin olmuşdur. Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur, lakin sonrakı dövrlərdə aparılan hərtərəfli elmi tədqiqatlardan sonra mannalar və onların birbaşa etnik və mədəni varisi olan madayların türk mənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindən söylənilmiş bu fikir daha sonra prof. Q. Qeybullayev tərəfindən müdafiə olunmuşdur.
Qafqaz Albaniyasının toponimləri
Qafqaz Albaniyasının toponimləri – Qafqaz Albaniyası ərazisində yayılmış toponimlər. Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi Ptolemey Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Prof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) olduğunu qeyd edir. Ehtimal ki, bu toponim Suv-ada çayların qovuşduqları yürdə üç tərəfdən su ilə əhatə olunan ada formalı yer sözüdür və Suada toponimi zaman keçdikcə Cavad formasını qəbul etmişdir. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika və Tilbida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şamake, Şaka və Silb tayfalarının adlarını əks etdirir. Ptolemeyin qeyd etdiyi Alam toponimi türkcə olam, olom keçid sözündən ibarətdir.

Oxşar sözlər

#toponimlər nədir? #toponimlər sözünün mənası #toponimlər nə deməkdir? #toponimlər sözünün izahı #toponimlər sözünün yazılışı #toponimlər necə yazılır? #toponimlər sözünün düzgün yazılışı #toponimlər leksik mənası #toponimlər sözünün sinonimi #toponimlər sözünün yaxın mənalı sözlər #toponimlər sözünün əks mənası #toponimlər sözünün etimologiyası #toponimlər sözünün orfoqrafiyası #toponimlər rusca #toponimlər inglisça #toponimlər fransızca #toponimlər sözünün istifadəsi #sözlük