toppuztikan sözü azərbaycan dilində

toppuztikan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • toppuztikan • 80.0000%
  • Toppuztikan • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Toppuztikan
Toppuztikan (lat. Echinops) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Adi toppuztikan
Adi toppuztikan (lat. Echinops ritro) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Toppuztikan kökümsovulu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Gövdəsinin yuxarı hissəsi budaqlanan, ağımtıl hörümçək toruna bənzəyən naxışlıdır. Yarpaqları növbəli, yuxarı hissəsi yaşıl, enli-neştərşəkilli, dərin lələkvari-bölümlü, uzunluğu 25 sm, eni isə 6 sm-ə qədər kənarları tikanlı və tikanlı-dişcikli, aşağı yarpaqları saplaqlı olub, əsası oturaqdır. Şarabənzər başcıqlı növünün yarpaqları hər tərəfdən kələ-kötür, nahamar, metalabənzər tükcüklü olub, yapışqanlıdır. Təkçiçəkli səbətciyi sıx, şarabənzər başcıqlı, 4-6 sm diametrində olub, gövdənin və budaqcıqların təpəsində yerləşir. Səbətciyi çoxcərgəli, üç formalı yarpaqcıqlı: xarici yarpaqcıqları qılaoxşar, ölçüsü daxildəkindən bir neçə dəfə qısa, orta yarpaqcıqları yarpağabənzər, demək olar ki, xarici yarpaqcıqlarla bərabər, daxili yarpaqcıqları isə neştərvari, tacın uzun borucuğuna bərabər olur. Adi toppuztikanın daxili yarpaqcıqları göyümtül, şarabənzər başcıqlı digər yarpaqları isə açıq-mavidir. Bütün çiçəkləri boruşəkilli, kasacığı kəkilli adi toppuztikanın tacı isə göyümtül, şarabənzər başcıqlı növündə isə ağdır.
Enliyarpaq toppuztikan
Echinops davuricus (lat. Echinops davuricus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Spaerocephalus dahuricus (Fisch. ex DC.) Kuntze ex Kom.
Girdəbaş toppuztikan
Girdəbaş toppuztikan (lat. Echinops sphaerocephalus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Echinopus sphaerocephalus (L.) Scop. == Yarımnövləri == Echinops sphaerocephalus var. koelzii (Rech.f.) Parsa Echinops sphaerocephalus subsp. sphaerocephalus Echinops sphaerocephalus subsp. taygeteus (Boiss. & Heldr.) Maire & Petitm.
Halat toppuztikan
Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ.
Toppuztikan cinsinin növləri
Qmelin toppuztikanı
Qmelin toppuztikanı (lat. Echinops gmelinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Echinops turczaninowii Ledeb. ex Trautv.
Şərq toppuztikanı
Şərq toppuztikanı (lat. Echinops orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi sadə, düzdayanan, hündürlüyü 70-80 sm, bənövşəyi vəzili, ağ keçəvari tükcüklüdür. Yarpaqları lələkvari, uzunsov lansetvari və ya lansetvari-tikanlı, ucubiz hissələrə bölünmüşdür, yanları tikanlı-diş-dişli, üstdən yaşıl, zəif torlu və ya çılpaq, altdan ağ keçəvari tüklüdür. Başcıqları kürəvari, orta ölçülü, sarğısı təqribən 23 mm, yarpaqları çılpaq, enli deltavaridir. Böyük Qafqazın Quba sahəsinin rayonlarında arandan aşağı, bəzən orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, qurumuş çay yataqlarında, çöllüklərdə, bəzən bostanlarda bitir. Echinops byzantinus Formánek Echinops elatus Bunge Echinops horridus Desf. Echinops orientalis subsp.

toppuztikan sözünün leksik mənası və izahı

toppuztikan sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. бот. мордовник (многолетняя трава сем. сложноцветных, с перистораздельными колючими листьями). Adi toppuztikan обыкновенный мордовник, şarvari başcıqlı toppuztikan шаровидный мордовник

    Azərbaycanca-rusca lüğət / toppuztikan

toppuztikan sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#toppuztikan nədir? #toppuztikan sözünün mənası #toppuztikan nə deməkdir? #toppuztikan sözünün izahı #toppuztikan sözünün yazılışı #toppuztikan necə yazılır? #toppuztikan sözünün düzgün yazılışı #toppuztikan leksik mənası #toppuztikan sözünün sinonimi #toppuztikan sözünün yaxın mənalı sözlər #toppuztikan sözünün əks mənası #toppuztikan sözünün etimologiyası #toppuztikan sözünün orfoqrafiyası #toppuztikan rusca #toppuztikan inglisça #toppuztikan fransızca #toppuztikan sözünün istifadəsi #sözlük