Topxanə qəsri
Tophane Qəsri — Topxanədə, Necatibəy Prospekti üzərində və Nusretiyə Məscidinin yanındadır. Köhnə Topxanə Meydanının ən əhəmiyyətli elementlərindən biridir.
Sultan Əbdül-Məcid tərəfindən İngilis memar Uilyam Ceyms Smitə inşa edilən binanın tikintisi 1852-ci ildə başa çatdırılmışdır. Qəsr, padşahların Topxanədəki hərbi obyektləri səfərləri və ya şəhəri dəniz yolu ilə səfərə gələn xarici dövlət adamlarının qarşılanması zamanı istifadə edilən bir məkan olmuşdur. Rus Çarının qardaşı Qrandük Konstantin Sultan Əbdül Məcid tərəfindən burada qəbul edilmiş, Osmanlı-Yunan müharibəsinə son qoyan 1897-ci il beynəlxalq konfransı və Lozanna Müqaviləsi sonrası Beynəlxalq Boğazlar Komissiyası Topxanə Qəsrində toplanmışdır.
Qəsr dənizə paralel, dördkünc planlı və iki mərtəbəli bir binadır. Xarici səthindəki bəzəklər, ikinci mərtəbədəki konsollara oturdulan barokko üslub çıxıntılar, əl işləmələri tavan bəzəmələri və mərmər buxarıları qəsrin ən cəlbedici xüsusiyyətləri arasındadır.