toqquşmaq sözü azərbaycan dilində

toqquşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • toqquşmaq • 91.6667%
  • TOQQUŞMAQ • 4.1667%
  • Toqquşmaq • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••••••••••• 0.17
2012 •••••• 0.09
2013 •••••••••••••••••••• 0.29

toqquşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Qarşı-qarşıya hərəkət edərkən üz-üzə gələrək bir-birinə bərk toxunmaq, dəymək, çarpmaq. Qatarlar toqquşdu. – …Hovuzun bu başından girib, o biri başına çatana qədər on adama toqquşursan. Çəmənzəminli. // məc. Aralarında ziddiyyət baş vermək; dalaşmaq, küsüşmək. Yenə də Şəfiqə ilə Zeynal toqquşdular. H.Seyidbəyli. 2. Gözlənmədən təsadüf etmək, təsadüfən rast gəlmək, birdən rastlaşmaq, üz-üzə gəlmək. Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. M.İbrahimov. 3. Üz-üzə gəlib vuruşmağa başlamaq; döyüşmək, vuruşmaq. Düşmənlə toqquşmaq. 4. məc. Maraqları, mənafeləri, əqidələri, tələbləri müxtəlif olduğu üçün bir-biri ilə mübarizə aparmaq. [Saltik:] Şübhə yox, toqquşacaq xeyirlə şər. A.Şaiq. Gülşən indi toqquşan (f.sif.), çarpışan iki fikir arasında qalmışdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / toqquşmaq

toqquşmaq sözünün etimologiyası

  • 1 Toxa (alət adı), toxunmaq, toqquşmaq kəlmələri kökdaş sözlərdir. “Vurmaq”, “dəymək” mənalarını əks etdirir. Toqquşmaq feilin qarşılıqlı növündən­dir, iki tərəfin bir-birinə toxunması deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / toqquşmaq

toqquşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

toqquşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. набежать (на кого-нибудь); 2. сталкиваться, столкнуться (с кем-нибудь);

    Azərbaycanca-rusca lüğət / toqquşmaq
  • 2 глаг. сталкиваться, столкнуться: 1. двигаясь навстречу, удариться друг о друга. Yük maşınları toqquşdu столкнулись грузовые машины, qatarlar toqquşdu столкнулись поезда 2. перен. вступить в разногласия, во враждебные отношения, в конфликт. Müəssisənin müdiriyyəti ilə toqquşmaq столкнуться с дирекцией предприятия 3. неожиданно встретиться, сойтись на пути. Onlar dəhlizdə toqquşdular они столкнулись в коридоре 4. сойдясь, вступить в стычку, бой, сойтись в бою. Düşmənlə toqquşmaq столкнуться с врагом 5. перен. вести борьбу из-за противоположности интересов, взглядов, стремлений. İki fikir toqquşub столкнулись два мнения, köhnəliklə yenilik toqquşub столкнулись старое и новое, milli mənafelər toqquşur сталкиваются национальные интересы

    Azərbaycanca-rusca lüğət / toqquşmaq

toqquşmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to collide (with), to come* into collision (with); to clash (with), to conflict (with); Avtomobillər toqquşdu The cars collided; Onun toyu mənim imtahanımla toqquşur His / Her wedding clashes with my examination; İki ordu toqquşdu The two armies clashed

    Azərbaycanca-ingiliscə lüğət / toqquşmaq

toqquşmaq sözünün fransız dilinə tərcüməsi

toqquşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. (сад-сада) акьун, (сад-садахъ) галукьун, геля(гъ) хьун (мес. машинар); 2. садлагьана дуьшуьш хьун, гьалтун, ччин-ччинал атун; 3. ччин-ччинал акъвазна кукӀун; дяве авун; 4. пер. акьун, араяр акьун, кукӀун, хъел хьун; 4. пер. акьун, сад-садав дуьз татун (мес. фикирар).

    Azərbaycanca-ləzgicə lüğəti / toqquşmaq

toqquşmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#toqquşmaq nədir? #toqquşmaq sözünün mənası #toqquşmaq nə deməkdir? #toqquşmaq sözünün izahı #toqquşmaq sözünün yazılışı #toqquşmaq necə yazılır? #toqquşmaq sözünün düzgün yazılışı #toqquşmaq leksik mənası #toqquşmaq sözünün sinonimi #toqquşmaq sözünün yaxın mənalı sözlər #toqquşmaq sözünün əks mənası #toqquşmaq sözünün etimologiyası #toqquşmaq sözünün orfoqrafiyası #toqquşmaq rusca #toqquşmaq inglisça #toqquşmaq fransızca #toqquşmaq sözünün istifadəsi #sözlük