tornado sözü azərbaycan dilində

tornado

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tornado • 72.5329%
  • Tornado • 27.4671%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tornado
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Panavia Tornado
Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı. İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır. Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir. == İstifadəçiləri == Almaniya: 64 ədəd IDS və 29 ədəd ECR variantı. İtaliya: 62 ədəd IDS və 16 ədəd ECR variantı. Böyük Britaniya: 80 ədəd GR4/GR4A. Səudiyyə Ərəbistanı: 82 ədəd IDS variantı.
9A52-4 Tornado
9A52-4 Tornado - reaktiv yaylım atəşi sistemi, bənzəri olan “Smerç” reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini əhatə etmək olur. “Tornado-S” bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə “göndərə” bilir və bu da həmin silahı dağıdıcı gücünə görə atom bombasından sonra ikinci ən dəhşətli silaha çevirir. “Smerç” reaktiv yaylım atəşi sistemləri 70–90 km məsafədə hədəfləri vurur, “Tornado-S” isə 120 km. mənzilə malikdir. Perspektivdə raketlərin mənzili 200 kilometrə qədər artırılacaq. “Tornado-S” kompleksi 12 istiqamətləndirici ilə təchiz edilmiş əsas döyüş maşınından, eyni sayda raketlərdən ibarət konteyner daşıyan nəqliyyat-doldurucu maşından, komanda məntəqəsindən və raketlərin hədəfi vurmasını yoxlamaq üçün pilotsuz uçan aparatdan ibarətdir. “Tornado-S” sistemlərinin ilk partiyası “Motovilixinsk zavodları” tərəfindən Rusiya qoşunlarına 2017-ci ilin avqust ayında yola salınıb. Gözlənilir ki, 2020-ci ilə qədər “Tornado-S” sistemləri Rusiya ordusundakı “Smerç” reaktiv yaylım atəşi sistemlərini əvəzləyəcək. == Variantları == 9A52-4 Tornado sistemi yüngül reaktiv yaylım atəş sistemidir.
ABŞ-Kanada tornadosu (1985)
1985 ABŞ-Kanada dağıdıcı tornadosu, Kanadada Barri tornadosu — 31 may 1985-ci ildə Ohayo, Pensilvaniya, Nyu-York və Ontarioda baş verən ən yüksək — F5 kateqoriyalı tornado. Bu tornado əhatə dairəsinin genişliyinə, gücünə və dağıdıcılığına görə digər tornadolardan fərqləndiyi üçün tarixə düşmüşdür. 1985-ci ilin may ayının 31-də baş verən tornado ABŞ-nin Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini əhatə etmişdir. Bu zaman qeydə alınan 44 tornadonun 14-ü Ontarioda baş vermişdir. Pensilvaniyada bu tornado ən dəhşətli və ölümcül tornado olmuşdur.Tornado nəticəsində 90 nəfər, o cümlədən təkcə Pensilvaniya ştatında 65 nəfər həlak olmuş, ümumilikdə 1 milyard ABŞ dolları məbləğində iqtisadi zərər dəymişdir ki, onun da 600 milyonu ABŞ-də, 400 milyonu isə Kanadada qeydə alınmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.50 dəfə / 1 mln.
2005 ••• 0.67
2006 ••• 0.68
2007 •••••••••••• 3.59
2008 •• 0.49
2009 •• 0.32
2010 ••••••••• 2.63
2011 •••••••••••••••• 4.89
2012 •••••••••••••••••• 5.33
2013 •••••••••••••••••••• 6.13
2014 •••••••••••••••••••• 6.18
2015 •• 0.51
2016 •• 0.35
2017 ••• 0.65
2018 •••• 1.20
2019 ••••• 1.53
2020 •• 0.40

tornado sözünün etimologiyası

tornado sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. геогр. tornado (название смерчей на юго-востоке Содиненных Штатов Америки)

    Azərbaycanca-rusca lüğət / tornado

Oxşar sözlər

#tornado nədir? #tornado sözünün mənası #tornado nə deməkdir? #tornado sözünün izahı #tornado sözünün yazılışı #tornado necə yazılır? #tornado sözünün düzgün yazılışı #tornado leksik mənası #tornado sözünün sinonimi #tornado sözünün yaxın mənalı sözlər #tornado sözünün əks mənası #tornado sözünün etimologiyası #tornado sözünün orfoqrafiyası #tornado rusca #tornado inglisça #tornado fransızca #tornado sözünün istifadəsi #sözlük