Trabzon sözü azərbaycan dilində

Trabzon

Yazılış

  • Trabzon • 99.5025%
  • trabzon • 0.2488%
  • TRABZON • 0.2488%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Trabzon
Trabzon — Türkiyənin ərazisinin böyüklüyünə görə ən böyük iyirmi doqquzuncu şəhəridir. Sahəsi 4.662 km²-dir. Trabzon, Qara dəniz sahilləri ilə Ziqana dağları arasında yerləşən, olduqca zəngin təbiətə, rəngarəng adət-ənənələrə, əsrarəngiz mədəniyyətə malik bir şəhərdir. Övliya Çələbi bu şəhər haqqında demişdi: Trabzou hətta Şahzadələr şəhəri də adlandırırlar. == Əhali == Şəhərin əhalisinin sayı 807.903 nəfərdir. Bu gün Trabzon Qara dəniz regionunda Samsun şəhərindən sonra ikinci ən böyük şəhər hesab olunur. == Təhsil == Osmanlı İmperiyasının hakimiyyəti dövründə təhsil ocağı kimi fəaliyyət göstərən səkkiz mədrəsə, təhsil müddəti dörd il olan beş məktəb, bir ədəd peşə məktəbi mövcud idi. Müasir dövrdə Trabzonda 815 orta məktəb, 86 kollec və 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrindən biri Qara dəniz Texniki Universitetidir. Bu universitet 2 dekabr 1963-cü ildən etibarən fəaliyyət göstərir.
Körpübaşı (Trabzon)
Körpübaşı — Trabzon elinin bir ilçəsidir. Sürmənə, Araklı və Çaykara mahalları arasında qalar. 1998-ci ildə Körpübaşının Beşköy diyarında əlim bir sel fəlakəti olmuş və 40 küsər türk vətəndaşı həyatını itirmişdir. Mərhum Adnan Qəhvəçi, mərhum Rəcəb Yazıcıoğlu və Mustafa Sait Yazıcıoğlu bu mahala bağlı Beşköy diyarının yetişdirdiyi dövlət adamlarıdır. Milli futbolçu Fateh Təkkə bu mahalda doğulmuşdur. Tarix boyunca bir çox nazirlər və vəkillər yetişdirmişdir. == Tarixi == Körpübaşı mahalının tarixçəsi və ilk yerləşmələr haqqında elmi məlumat yox deyiləcək qədər azdır. Əldəki tarixi məlumatlara görə Trabzon və havalısının Orta Asiyadan gələn qövmlər tərəfindən məskunlaşdırılması ilə, əvvəl sahil şeridi, daha sonra da Körpübaşı məskunlaşdırılmışdır. Köprübaşını ilk məskunlaşdıran qövmlər gur meşələr arasında Günəşdən bir yer taparaq bura yerləşmişlər. İlk məskunlaşdırılan bu yerlər əvvəlcə Günəşdən ar, daha sonra GÜNEŞARA adını almışdır.
Of (Trabzon)
Of (türk. Of) — Trabzon ilinin ilçəsi.
Trabzon danışıqları
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. == Tarixi == Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir.
Trabzon ili
Trabzon ili — Türkiyədə il.
Anna (Trabzon imperatriçası)
Anna Komnini (yun. Ἀννα Μεγάλη Κομνηνή Ἀναχουτλού)(təq. XIII əsr, Trabzon – 3 sentyabr 1342, Trabzon) — 14-cü Trabzon imperatriçası. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının səltənətində rahibə olaraq kilsədə yaşamağa başladı. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı III Andronik, onun oğlu II Manuel, daha sonra isə digər qardaşı Vasiley taxta çıxdı. Ancaq Vasileyin Bizanslı xanımı tərəfindən zəhərlənməsi və daha sonra xanımı İrinanın taxtı ələ keçirməsiylə saray əyanları tərəfindən taxta namizəd görüldü. Bu səbəblə yaşadığı kilsəyə axın edən saray əyanlarının təkidiylə taxt iddiasını irəli sürdü. 17 iyul 1341-ci ildə Trabzona daxil olan Anna və birlikləri Gürcü çarı V Qriqoridən aldığı siyasi və hərbi dəstəklə hakimiyyəti ələ aldı. İrina Paleoloq həbs edildi.
David (Trabzon imperatoru)
David Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1408, Trabzon – 1 noyabr 1463, Konstantinopol) — sonuncu Trabzon imperatoru. 2013-cü ilin iyulunda David Komnenos övladları və qardaşı oğlu Aleksey Komnenosla birlikdə Şərqi Ortodoks Kilsəsi tərəfindən müqəddəs elan olundu. == Həyatı == Atası Trabzon imperatoru IV Aleksey, anası isə onun xanımı Teodora Kantakuzindir. Atasının vəfatının ardından 1429-cu ildə böyük qardaşı IV İohann taxta çıxdı. Onun səltənətində aktiv siyasi fəaliyyətini davam etdirən David Komnenos Osmanlılara qarşı Ağqoyunlularla yaxın münasibətlər qurdu və qardaşı qızı Despinanın Ağqoyunlu sultanı Uzun Həsənlə evləndirilməsində vasitəçilik etdi. Qardaşının vəfatından sonra taxt onun 6 yaşlı oğlu Alekseyə qaldı. Ancaq davam edən siyasi gərginlik səbəbilə imperiyanın idarəsində bir uşağın qalması qəbul edilmədi. Bir neçə günlük hakimiyyətin ardından V Aleksey taxtdan endirildi və David Komnenos taxta çıxdı. Taxta çıxar-çıxmaz Osmanlılar əleyhinə yeni bir səlib yürüşünü təşkil etmək üçün Burqundiya hersoqu Filipp, Roma papası II Piy, eləcə də Anadolu bəyliklərindən Candaroğulları və Qaramanoğullarıyla yazışmalar apardı.
Mixail (Trabzon imperatoru)
Mixail Komnenos (yun. Μιχαήλ Μέγας Κομνηνός)(1285 – ən tezi 1355, Konstantinopol) — 16-cı Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının vəfatının ardından qardaşı Aleksey taxta çıxmış, Mixail isə anasıyla birlikdə babasının yanına - Konstantinopola getmişdir. 1341-ci ilədək burada qalan Mixail Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissa ilə evləndi və bu evlilikdən gələcəkdə sələfi olacaq oğlu İohann dünyaya gəldi. Qardaşı oğlu Vasileyin ölümündən sonra Trabzonda tək qalan və hakimiyyəti ələ alan xanımı İrinayla evləndirilməsi məqsədilə 1341-ci ildə Trabzona yola düşmüş, ancaq o Trabzona çatana qədər İrina taxtdan endirilmişdir. Yeni imperatriça Anna Komnini tərəfindən həbs olunan Mixail imperiyanın şərq torpaqlarına sürgün edildi. Çox keçmədən saray əyanlarının göndərdiyi səltənətə dəvət məktubuyla o əsnada Konstantinopolda olan oğlu İohann Genuyalıların dəstəyilə taxta çıxarıldı. Oğlunun taxta çıxmasına baxmayaraq sürgündən qaytarılmadı. Cəmi 2 il sonra əyləncə və ziyafətlərlə keçən lüks həyat tərzindən şikayətlənən yerli xalq tərəfindən oğlu III İohann 3 may 1344-cü ildə taxtdan endirildi və sürgündə saxlanılan Mixail taxta çıxarıldı.
Qriqori (Trabzon imperatoru)
Qriqori Komnenos (yun. Γεώργιος Μέγας Κομνηνός)(təq. 1255, Trabzon – ən tezi 1284) — 6-cı Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının vəfatının ardından 1263-cü ilin martında böyük qardaşı Andronik taxta çıxdı. Onun üç illik qısa səltənətinin ardından isə 1266-cı ildə Qriqori taxta çıxdı. Səltənəti boyunca Siciliya krallığı ilə müttəfiq olub, Bizans imperiyasına və onun apardığı siyasətə qarşı çıxdı. Ancaq onun yürütdüyü bu siyasət Bizans imperatoruyla qohum olan Elxani Abaqa xanın qəzəbinə səbəb olmuşdur. Belə ki, 1280-ci ildə Hülakilərin mərkəzi Təbrizə çağırıldı. Ancaq o Təbrizdə ikən, Abaqa xandan gələn əmrlə saray əyanları qardaşı II İohannı taxta çıxardı.
Teodora (Trabzon imperatriçası)
Teodora Komnini (yun. Θεοδώρα Μεγάλη Κομνηνή)(ən geci 1253, Trabzon – ən tezi 1285, Sinop) — 8-ci Trabzon imperatriçası. Bu ünvanı daşıyan ilk Trabzon hakimi. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun gürcü əsilli xanımı Rusudan Baqrationidir. Atasının 1263-cü ildə vəfatının ardından ögey qardaşları Andronik, Qriqori və İohann taxta çıxmışdır. Qardaşı II İohannın gürcülərə üz çevirib Bizans imperatoruna yaxınlaşmasının ardından, bölgədə itirdiyi nüfuzu qazanmaq istəyən İmereti çarı VI Davidlə birləşərək taxtı ələ keçirdi (1284). Dərhal öz adına sikkə kəsdirən Teodora Komnini qardaşının ölkədə olmamasından istifadə edərək onu xain elan etdi. O əsnada qardaşı II İohann imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmiş, toy mərasiminin ardından Konstantinopolda qalmışdı. Xəbəri aldıqdan dərhal sonra Trabzona qayıdan II İohann bacısının gürcü dəstəkçilərini məğllub edərək hakimiyyətini bərpa etdi. Teodora isə qaçaraq gizləndi.
Trabzon Atatürk Köşkü
Trabzon Atatürk Köşkü — Soyuqsu səmtində kiçik bir şam bağı içində yerləşir. XX əsrin əvvəlində tikilmiş 1923-cü ildən sonra dövlət xəzinəsinə qalmışdır. Atatürk 1934 və 1937-ci illərdə Trabzon səfərlərində, bu köşkdə qonaq edilmişdir. Onun ölümündən sonra Trabzon bələdiyyəsi tərəfindən o dövrdə istifadə olunan əşyalarla dekorasiya edilərək "Atatürk Muzeyi" olaraq istifadəyə vermişdir. Köşk Konstantin Kapogiannidis üçün tikilmişdir. Binanın tikintisi 1903-cü ildə başa çatdırılmışdır. Sahibi ailəsiylə birlikdə Respublika quruluan zaman (1923) Yunanıstana getmişdir. Mustafa Kamal Atatürk ilk dəfə 15-17 sentyabr 1924-cü ildə Trabzonu ziyarət edərkən Bələdiyyə və Baş müfəttişliyə getdikdən sonra Soyuğu ətrafına avtomobillə qısa bir gəzintidə olmuş və bu gəzinti zamanı, Köşkü görüb orada bir müddət dinlənmişdir. Atatürk Trabzona ikinci gəlişində 26-29 noyabr 1930-cu il tarixində trabzona səfəri zamanı bu köşkdə qalmışdır. Atatürk köşkü bəyəndiyini deyəndə, trabzonlular onu özünə hədiyyə etməyi düşünmüşdülər.
Trabzon Kanuni FK
II Aleksey (Trabzon imperatoru)
II Aleksey Paleoloq-Komnenos (yun. Ἀλέξιος Μέγας Κομνηνός Παλαιολόγος)(1282, Konstantinopol – 3 may 1330, Trabzon) — 9-cu Trabzon imperatoru. == Həyatı == 1282-ci ildə Konstantinopolda dünyaya gəldi. Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının 1297-ci ildə vəfatının ardından taxta çıxmışdır. Səltənətinin ilk illərində dayısı olan Bizans imperatoru II Andronikin təsiri altında qaldı. Ancaq 1300-cü ildə Mesxeti atabəyi I Bekanın qızıyla gizlicə evlənməsi səbəbiylə dayısıyla münasibətləri pisləşdi. Belə ki, nigahın ləğv edilməsi üçün kilsəyə müraciət edən dayısının bu istəyi, xanımının artıq hamilə olması səbəbilə geri çevrildi. O əsnada Konstantinopolda olan anası Evdokiya oğlunu boşanmağa razı salmaq məqsədilə Trabzona göndərilsə də, o da oğlunu dəstəklədi. Dayısının təsir dairəsindən çıxdıqdan sonra II Aleksey Komnenos müsətqil siyasət yürütməyə başladı.
II Andronik (Trabzon imperatoru)
II Andronik Komnenos (yun. Ἀνδρόνικος Κομνηνός)(1240, Trabzon – 1266, Trabzon) — 5-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ilk xanımı Anna Xaylalodur. Atasının vəfatının ardından 1263-cü ilin martında taxta çıxdı. Onun üç illik qısa səltənətində Trabzon ticarət mərkəzi olaraq daha da inkişaf etdi. Ancaq atası dönəmində fəth edilən Sinop əyaləti 1266-cı ildə yenidən Anadolu səlcuqları tərəfindən işğal edildi və bu bölgədə Pərvanəoğulları bəyliyi yaradıldı. Beləcə, Anadolu səlcuqları Qara dənizdə donanma qurmağa başladı və ticarətdə Trabzonlulara rəqib olmağa başladı. 1266-cı ildə vəfat etmişdir. Övladı olmadığı üçün yerinə qardaşı Qriqori taxta çıxmışdır. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c.
Trabzon imperiyası
Trabzon imperiyası və ya Trapezund imperiyası – 1204-cü ildə yaradılmış və Bizans İmperiyasının varis dövlətlərindən biridir. Trabzon İmperiyası Bizans İmperiyasının zəifləməsi nəticəsində, səlibçilərin Konstantinopolu tutmasından bir neçə həftə əvvəl Bizansdan ayrılmış müstəqil dövlətdir. Coğrafi olaraq dövlətin ərazisi Qara Dənizin cənub sahillərində yerləşən ərazilərdən ibarət idi.
Trabzon konfransı
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. == Tarixi == Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir.
Trabzon muzeyi
Trabzon muzeyi (türk. Trabzon Müzesi) və ya Kostaki malikanəsi (türk. Kostaki Konağı) – Türkiyənin Trabzon şəhərində yerləşən tarixi ev-muzey. == Tarixi == Malikanə 1900-cü illərin əvvəllərində yunan mənşəli bankir olan Kostaki Teofilaktosun şəxsi iqamətgahı kimi tikilmişdir. Memarı italyan mənşəli şəxs olmuş və tikinti materialları İtaliyadan gətirilmişdir. Lakin memarın adı naməlumdur.Teofilaktos 1917-ci ildə müflis olmuş və malikanəsi də daxil olmaqla, bütün mülkləri müsadirə olunmuşdur. Tikilinin yeni sahibləri Nemlioğlu ailəsi olmuşdur.Türkiyə İstiqlaliyyət müharibəsi zamanı malikanə hərbi qərargah kimi istifadə olunmuşdur. 1924-cü ildə Mustafa Kamal Trabzona səfər edəndə malikanəyə dəvət olunmuşdur. O və xanımı Lətifə Uşşaqi 15-17 sentyabr tarixlərində burada qalmışdırlar.1927-ci ildə tikili Trabzon meri Ali Qalip bəy tərəfindən milliləşdirilmiş və 1931-ci ilə qədər merin iqamətgahı kimi istifadə olunmuşdur. 1931-37-ci illərdə müfəttiş ofisi olmuşdur.1937-ci ildə Kostaki malikanəsi Milli Təhsil Nazirliyi tərəfindən idarə olunmağa başlamış və 50 il boyunca qızlar liseyi kimi istifadə olunmuşdur.
Trabzon vilayəti
Trabzon vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Trabzon şəhəri idi.
Trabzon imperatorlarının siyahısı
Trabzon imperatorlarının siyahısı, 1204-1461-ci illərdə səltənət illərinə görə sıralanmış Trabzon imperatorlarının siyahısıdır.
Trabzon məsələsi (1461)
Trabzon məsələsi — Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında yaşanmış gərginlikdir. 1461-ci ildə baş vermiş bu hadisə Osmanlı sultanı II Mehmedin Ağqoyunlu dövlətinin müttəfiqi olan və Qara dənizə çıxış vasitəsi olan Trabzon imperiyasını tutması zamanı yaşanmışdır. == Trabzon Rum İmperatorluğu və Ağqoyunlu münasibətləri == IV səlib qüvvləri 1204-cü ildə İstanbulu ələ keçirdikdən sonra Trabzona sığınan Komninlər sülaləsi mənsublarının qurduğu Trabzon-Rum imperiyası bütün zəifliklərinə və böyük ərazi itkilərinə baxmayaraq Anadolu Səlcuqlarına qarşı varlığını davam etdirə bilmişdi. Fallmerayerin dediyi kimi, Səlcuqlu ölkəsinin sərhədlərində dolaşan hər bir düşmənlə daim birləşən bu kiçik dövlət, Hülakü dövləti Yaxın Şərqdə göründüyü zaman monqolların hökmranlığını tanıyaraq işğaldan xilas ola bilmiş, hətta Cəlaləddin Xarəmşahın hücumlarından da qorunmuşdu. Lakin XIII əsrin sonu, XIV əsrin ilk illərində Səlcuqlu dövlətinin dağılması və qısa müddət sonra Monqol-İlxani hökmranlığının zəifləməsi ilə Anadolunun siyasi mənzərəsi tamamilə dəyişdi. Beləliklə “Tevâif-i Mülük” dövrü başladı. Trabzon İmperiyasının vəziyyətində ciddi dəyişiklik oldu. Həqiqətən də Anadolunun digər yerlərində olduğu kimi Trabzon torpaqlarını əhatə edən bölgələrdə də fərqlənmiş bir çox bəylər ətraflarında olan döyüşkən qüvvələrlə Trabzonlular üçün böyük təhlükə yaratmağa başladılar. Bəziləri Anadolu Səlcuqlu dövlətinin vassalları, digərləri isə sərbəst hərəkət edən və özlərinə ev axtaran türkmən boylarının başçıları olan bu bəylər tez-tez Trabzon torpaqlarına şiddətli basqınlar etməyə cəhd edirdilər. Onların arasında xüsusilə Ağqoyunlu bəyləri seçilirdi.
Trabzon yürüşü (1505)
Trabzon yürüşü (1505) — 1501-ci ildə Səfəvi dövləti yaradıldıqdan qısa müddət sonra Qızılbaş ordusunun Anadoluya yürüşləri nəticəsində meydana çıxmış döyüş. == Döyüş == Şah İsmayılın qardaşı İbrahim bir qədər qoşunla Anadoluya yağma məqsədilə yürüşə çıxmış və bu əsnada bir sıra Osmanlı mülklərini yağmalamışdır. Buna cavab olaraq Trabzon valisi olan şahzadə Səlim öz ordusu ilə cavab tədbirləri görmüş və nəticədə Səfəvi ordusu məğlub olmuş, geri çəkilmişdir. Bunun ardınca Səlim bir qrup döyüşçünü Səfəvilərin qərb sərhədləri boyunca yağma yürüşü etmək tapşırığı ilə göndərmişdir. Bundan sonra Şah İsmayıl öz elçi heyyətini Səlimin etdiklərindən şikayət etmək üçün Osmanlı sultanı II Bəyazidin yanına göndərmişdir. Həmçinin elçi heyyətinin tapşırıqlarından biri silah-sursatın geri qaytarılması idi. II Bəyazid silah-sursatı geri qaytarmasa da, cavab olaraq bahalı hədiyyələrlə birlikdəelçi heyyəti göndərmiş və dostluq sözü vermişdir.Hələ şahzadə olarkən Səlim 1505-ci il döyüşündən əlavə, 1507 və 1510-cu illərdə də döyüşmüşdür.
Trabzon yürüşü (1510)
Trabzon yürüşü (1510) — Şah I İsmayılın Trabzon üzərinə hərbi birləşmə göndərməsindən sonra baş vermiş döyüşdür. Bu yürüş baş verən zaman Trabzon valisi şahzadə Səlim idi. == Arxa plan == 1505-ci ildə Şah İsmayılın qardaşı kiçik hərbi birləşmə ilə Səlimin vali olduğu vilayəti yağmalamaq üçün yürüşə başladı. Bəzi yerlər yağmalandıqdan sonra baş vermiş döyüşdə I İsmayılın qardaşı İbrahim Səfəvinin tabliyindəki ordu Ərzincan döyüşündə məğlub edildi. 1507-ci ildə Şah İsmayılın Anadoluda yerləşən Dulqədiroğulları bəyliyinə yürüş edərkən Osmanlı imperiyası ərazisindən keçməsinə cavab olaraq Səlim Səfəvi ordularından birinin birləşməsinə Ərzincanda hücum etdi. Gözlənilmədən yaxalanan Səfəvi ordusu məğlub oldu. == Döyüş == 1510-cu ildə Şah İsmayıl, Səlimin 1505-ci ildə uğurla müdafiə etdiyi bölgəyə yenidən Qızılbaş ordusu göndərdi. Şah İsmayılın qardaşı İbrahim Mirzə ilk mərhələdə uğur qazanıb osmanlı ərazilərinin içlərinə daxil olsa da, sonda məğlub edildi. == Nəticə == Bundan əvvəlki toqquşmaları da nəzərə alsaq Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında gərginlik durmadan yüksəlirdi. 1510-cu il Trabzon yürüşünün ardınca 1511-ci ildə Anadoluda Qızılbaş türk tayfalarının iştirakı və Şahqulunun başçılığı altında Osmanlı hakimiyyətinə qarşı böyük üsyan başladı.
Vasiley (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
İrina (Trabzon imperatriçası)
İrina Paleoloq (yun. Εἰρήνη Παλαιολογίνα)(təq. 1315, Konstantinopol – ən tezi 1341) — 13-cü Trabzon imperatriçası. == Həyatı == Bizans imperatoru III Andronikin nigahdan kənar doğulan qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. 1335-ci ildə Bizans və Trabzon imperiyaları arasında qurulan ittifaqa əsasən, Trabzon imperatoru Vasileylə evləndirildi. Ancaq çox keçmədən əriylə münasibətləri pisləşdi. Belə ki, İrinadan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi. Trabzon kilsəsi tərəfindən nigahları pozulsa da, Konstantinopol baş patriarxı bunu qəbul etmədi. Nigahının ləğv edilməsinə baxmayaraq Trabzonda nüfuz sahibi olan İrina Paleoloq 6 aprel 1340-cı ildə ərini zəhərləyərək öldürdü və tərtib etdiyi saray çevrilişiylə taxtı ələ keçirdi.
Vasili (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
III Aleksey (Trabzon imperatoru)
III Aleksey Komnenos (yun. Ἀλέξιος Μέγας Κομνηνός)(5 oktyabr 1338, Trabzon – 20 mart 1390, Trabzon) — 17-ci Trabzon imperatoru. Ən uzun müddət hakkimiyyətdə qalan Trabzon imperatorudur. == Həyatı == Atası Trabzon imperatoru Vasiley, anası isə onun məşuqəsi Trabzonlu İrinidir. Əsl adı İohanndır. Atasının öldürülməsindən sonra taxtı ələ keçirən ögey anası imperatriça İrina tərəfindən o və qardaş-bacıları analarıyla birlikdə Konstantinopola girov göndərildi. Bu müddət ərzində Trabzon taxtı 4 dəfə əl dəyişdirdi. Nəhayət 13 dekabr 1349-cu ildə taxtdan endirilən atasının əmisi Mixail Komnenosun yerinə Trabzon taxtına dəvət edildi. Bizans imperatoru VI İohannın dəstəyilə dərhal yola düşdü və 22 dekabrda Trabzona daxil oldu. 21 yanvar 1350-ci ildə baş tutan tacqoyma mərasimiylə babası II Alekseyin şərəfinə Aleksey adını aldı və III Aleksey adıyla taxta çıxdı.
III Andronik (Trabzon imperatoru)
III Andronik Komnenos (yun. Ἀνδρόνικος Μέγας Κομνηνός)(1310, Trabzon – 8 yanvar 1332, Trabzon) — 10-cu Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından taxta çıxmışdır. İlk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmiş, digər qardaşı Vasiley isə vaxtilə əmisi Mixailin etdiyi kimi, qaçaraq Bizans imperatoruna sığınmışdır. 20 ay davam edən qısa səltənətində imperiya daxili çəkişmələrə şahid oldu. 8 yanvar 1332-ci ildə atası kimi babun taunu səbəbilə vəfat etmişdir. Ölümündən sonra nigahdan kənar doğulan oğlu Manuel taxta çıxmışdır. == Ailəsi == II Manuel == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
III Manuel (Trabzon imperatoru)
III Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός)(16 dekabr 1364, Trabzon – 5 mart 1417, Trabzon) — 18-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru III Aleksey, anası isə Teodora Kantakuzindir. 1377-ci ildə böyük qardaşı Vasileyin ölümüylə vəliəhd elan edildi. Elə həmin il atasının nigahdan kənar oğlu Andronikin dul xanımı və Gürcü çarı IX Davidin qızı olan Evdokiya ilə evləndirildi. Atasının 1390-cı ildə vəfatının ardından taxta çıxdı. 1395-ci ildə Bizanslı məşhur Dükas ailəsinə mənsub Anna Filantropeylə evləndi və ilk evliliyindən doğulan oğlu Alekseyi ortaq imperator elan etdi. Osmanlıların Avropa və Asiyada genişlədiyi illərdə Osmanlı sultanı İldırım Bəyazidin Anadolu bəyliklərinə qarşı başlatdığı siyasətdən çəkinməyə başlayan Manuel Komnenos Orta Asiyadan gələn Əmir Teymurun təbəəliyini qəbul etdi. Üstəlik onun Osmanlılar üzərinə çıxdığı səfərdə 20 döyüş gəmisi olaraq itaətkarlığını göstərdi. Osmanlıların Ankara döyüşündəki (1402) məğlubiyyətinin ardından Anadoluda güc qazanan Manuel Komnenos, Əmir Teymurun ölümüylə bölgədə söz sahibi oldu.
III İohann (Trabzon imperatoru)
III İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(təq. 1321, Konstantinopol – mart 1362, Sinop) — 15-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Alekseyin Konstantinopoldakı oğlu Mixail, anası isə Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissadır. Uşaqlıq illəri Konstantinopolda keçdi. Atası Mixailin 1342-ci ildə Trabzona səltənətə çağırılması və daha sonra həbs edilməsinin ardından imperatriça Annanın əleyhdarları tərəfindən taxta namizəd göstərildi. Saray əyanlarının səltənətə dəvət məktubunu almasının ardından İohann Komnenos Genuya və Bizans gəmiləriylə Trabzona yola düşdü. 3 sentyabr 1342-ci ildə şəhərə daxil oldu və taxtı ələ keçirdi. Anna Komnini boğularaq öldürüldü, tərəfdarları isə edam edildi. 2 illik qısa səltənətində mühüm hadisə baş verməmişdir.
II Manuel (Trabzon imperatoru)
II Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός)(təq. 1324, Trabzon – 21 fevral 1333, Trabzon) — 11-ci Trabzon imperatoru. == Həyatı == Trabzon imperatoru III Andronikin nigahdan kənar doğulan oğludur. Atasının ailə daxili cinayətlərlə keçən 20 aylıq səltənətinin ardından 8 yaşında ikən taxta çıxarıldı. O əsnada imperiyada yaranan siyasi boşluqdan istifadə edən türkmənlər Trabzona hücum etdi, xeyli qənimət ələ keçirsələr də, ağır itkilərlə geri çəkildilər. Ancaq saray daxilindəki Bizanspərəst əyanların, Konstantinopola qaçan əmisi Vasileyə yazdıqları səltənətə dəvət məktubunun ardından taxtdan endirilərək həbs olundu. Saraydakı bütün tərəfdarları edam edilən II Manuel Komnenos bir il sonra əmisinin əmirylə edam olundu. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
II İohann (Trabzon imperatoru)
II İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(1262, Trabzon – 16 avqust 1297, Trapezund imperiyası) — 7-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının 1263-cü ildə vəfatının ardından qardaşları Andronik və Qriqori taxta çıxmışdır. Ancaq qardaşının Elxani Abaqa xan tərəfindən əsir götürülməsinin ardından 1280-ci ildə saray əyanları tərəfindən taxta çıxarılmışdır. Onun səltənətində Bizans imperiyası ilə münasibətlər düzəlmiş, 1282-ci ildə Konstantinopolda imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmişdir. Onun ölkədə olmamasından istifadə edən İmereti çarı VI David bölgədə itirdiyi nüfuzu qazanmaq məqsədilə 1284-cü ildə Trabzona hücum etdi və onun gürcü əsilli ögey bacısı Teodora Komninini imperatriça elan etdi. Ancaq Bizans imperatorundan aldığı hərbi dəstəklə ölkəyə qayıdan II İohann dərhal hakimiyyəti ələ aldı və bacısı Teodora ölkədən qaçdı (1285). Bütün bu siyasi çəkişmələr əsnasında imperiyanın qərb torpaqları türkmənlər tərəfindən ələ keçirildi. 1291-ci ildə Roma papası IV Nikolay tərəfindən yazılan 2 məktubla, II İohann katolik dininə dəvət edilmiş, Qüdsə tərtiblənəcək yeni səlib yürüşünə qatılması təklif edilmişdir.
IV Aleksey (Trabzon imperatoru)
IV Aleksey Komnenos (yun. Αλέξιος Μέγας Κομνηνός) (1379, Trabzon – 26 aprel 1429) — 19-cu Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru III Manuel, anası isə Gürcü çarı IX Davidin qızı Evdokiya Baqrationidir. 1395-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Atasının 1417-ci ildə ölümünün ardından idarəni təkbaşına ələ aldı. Atasının ölümündə əli olduğu ehtimal olunur. Onun səltənətində Genuyalılarla 1418-ci ildə sülh bağlansa da, onlarla mübarizədə Venesiya ilə ittifaq quruldu. Digər tərəfdən şərqi Anadoluda güclənən Qaraqoyunlularla yaxın münasibətlər quruldu və 1420-ci ildə qızlarından birini Qaraqoyunlu sultanı Qara Yusifin oğlu Cahanşahla evləndirdi. Apardığı evlilik siyasətləriylə qonşularıyla dost münasibət saxladı. Digər qızı Mariyanı 1428-ci ildə Bizans imperatoru VIII İohannla, Evdokiyanı isə italyan əsilli lord Nikol Krispo ilə evləndirdi.
I Aleksey (Trabzon imperatoru)
I Aleksey Komnenos (yun. Ἀλέξιος Κομνηνός)(təq. 1182, Konstantinopol – 1 fevral 1222, Trabzon) — 1-ci Trabzon imperatoru.Atası Bizans imperatoru I Andronikin oğlu Manuel Komnenos, anası isə Gürcü çarı III Qriqorinin qızı Rusudan Baqrationidir. Babasının taxtdan endirilərək öldürülməsinin ardından atasının gözlərinə mil çəkildi və çox keçmədən edam olundu. Anası isə onu və kiçik qardaşı Davidi alaraq bacısı olan Gürcü çariçası Tamaranın yanına qaçdı. 1204-cü ilin martında xalasından aldığı hərbi dəstəklə hərəkətə keçən Aleksey Komnenos müqavimətlə qarşılaşmadan Trabzonu ələ keçirdi. Burada öz hakimiyyətini təmin edərək özünü Trabzon imperatoru, kiçik qardaşı Davidi isə ortaq monarx elan etdi. Qara dənizin şimal sahillərindəki şəhər-dövlətlərini də özünə tabe edən Aleksey Komnenos qısa zamanda Rum sultanlığı, Genuya və Venesiyaya aid ticarət koloniyaları ilə yaxın əlaqələr qurdu. 1 fevral 1222-ci ildə Trabzonda vəfat etdi. Öldüyü əsnada oğulları azyaşlı olduğu üçün kürəkəni Andronik Gidos taxta çıxmışdır.
I Andronik (Trabzon imperatoru)
I Andronik Gidos (yun. Ἀνδρόνικος Κομνηνός Γίδος) (XII əsr – 1235, Trabzon) — 2-ci Trabzon imperatoru.Haqqında məlumat azdır. Trabzon imperatoru I Aleksey Komnenosun adı bilinməyən qızıyla evlənmişdir. İmperator 1222-ci ildə vəfat etdiyi əsnada oğulları azyaşlı olduğu üçün Andronik Gidos onun yerinə taxta çıxdı. Onun səltənətində Rum sultanı Əlaəddin Keyqubadın Trabzona olan hücumlarının qarşısı alınmışdır. Daha sonra Yastıçəmən müharibəsində Anadolu səlcuqlarına qarşı Xarəzmşah Cəlaləddini dəstəkləyən Andronik Gidos 1235-ci ildə vəfat etdi. I Aleksey Komnenosun qızıyla olan evliliyindən övladı olmamışdır. == Mənbə == W. Miller, Trebizond: The Last Greek Empire of the Byzantine Era, Chicago 1926. George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce).
I Manuel (Trabzon imperatoru)
I Manuel Komnenos (yun. Μανουήλ Κομνηνός)(1218, Trabzon – mart 1263, Trabzon) — 4-cü Trabzon imperatoru. == Həyatı == Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı İohann azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın ikinci varisi olaraq qalan Manuel, Andronik Gidosun ölümünün ardından qardaşı İohannın taxta çıxmasıyla vəliəhd elan edildi. Əslində imperator qardaşının Yannis adlı bir oğlu vardı və taxt sırasında ondan öncə olmalı idi. Ancaq bu vəliəhd bilinməyən səbəblə rahib olmağı seçmiş və qalan ömrünü kilsədə keçirmişdir. Beləcə, Manuel hələ qardaşının sağlığında ikən taxt varisi elan edildi. Qardaşının üç illik qısa səltənətinin ardından 1238-ci ildə Manuel taxta çıxdı. Hakimiyyətinin ilk illərində monqol yürüşlərinə qarşı Rum sultanını və Nikeya çarlığını dəstəkləyən I Manuel daha sonra monqolların təbəəliyini qəbul etdi.
I İohann (Trabzon imperatoru)
I İohann Komnenos (yun. Ἰωάννης Κομνηνός Ἀξούχος)(v. 1238, Trabzon) — 3-cü Trabzon imperatoru.Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı Manuel azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın varisi olanraq qalan İohann, Andronik Gidosun ölümünün ardından 1235-ci ildə imperator oldu. Səltənəti haqqında olduqca az məlumat olan I İohann 1238-ci ildə polo bənzəri bir oyun oynarkən atdan düşüb vəfat etdi. Yanis adlı bir oğlunun olduğu və bu oğlunun ölümündən öncə rahib olaraq kilsəyə qapandığı bilinir. Bu səbəblə ondan sonra taxta qardaşı Manuel çıxdı. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.03 dəfə / 1 mln.
2003 ••••••••••• 3.15
2004 ••••• 1.35
2005 ••••••••••• 3.37
2006 ••••••••• 2.70
2007 ••••••••••••••• 4.44
2008 ••••• 1.46
2009 •••••••• 2.24
2010 ••••••••••• 3.18
2011 •••••••••••••••••• 5.32
2012 •••••••••••••••••••• 6.20
2013 •••••••• 2.19
2014 •••••••• 2.40
2015 •••• 1.02
2016 ••••••• 2.08
2017 ••••••• 1.95
2018 •••••• 1.80
2019 ••••• 1.39
2020 •••••••••• 2.92
#trabzon nədir? #trabzon sözünün mənası #trabzon nə deməkdir? #trabzon sözünün izahı #trabzon sözünün yazılışı #trabzon necə yazılır? #trabzon sözünün düzgün yazılışı #trabzon leksik mənası #trabzon sözünün sinonimi #trabzon sözünün yaxın mənalı sözlər #trabzon sözünün əks mənası #trabzon sözünün etimologiyası #trabzon sözünün orfoqrafiyası #trabzon rusca #trabzon inglisça #trabzon fransızca #trabzon sözünün istifadəsi #sözlük