Tramvay-Trolleybus sözü azərbaycan dilində

Tramvay-Trolleybus

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Tramvay-Trolleybus • 57.1429%
  • tramvay-trolleybus • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Trolleybus
Trolleybus — şəhərdaxili sərnişin daşınmasında istifadə olunan elektriklə işləyən ekoloji cəhətdən ən təmiz relssiz nəqliyyat vasitəsi. Trolleybus tramvay kimi xüsusi elektrik yol cığırı ilə hərəkət etsə də ondan adi avtobuslardakı kimi şin təkərlərə malik olması və relslərə ehtiyac olmaması ilə fərqlənir. Neyologizm sözlərdən olan trolleybus ing. trolley + bus kəlmələrinin birləşməsindən yaranmışdır. Amerikan ingiliscəsində "trolley" "tamvay vaqon" deməkdir. Digər bir versiyaya görə "trolley" elektriklə hərəkət edən mənasını kəsb edir. İlk trolleybus Almaniyada Verner fon Simens tərəfindən İngiltərədə yaşayan qardaşı doktor Vilhelm Simensin 18 may 1881-ci ildə Kral Elmi Cəmiyyətində irəli sürmüş olduğu ideyası əsasında icad edilmişdir. O, elektriklə hərəkət edən mexanizmə malik səkkiz təkərli arabanı müvafiq paralel elektrik xətti boyunca, ondan qəbuledici paralel ştanqalar vasitəsilə cərəyan alaraq hərəkətinə nail olmuşdur. İlk dəfə Berlində 1882-ci ilin 29 aprelindən 13 iyununa qədər 540 metrlik məsafədə fəaliyyət göstərmiş eksperimental trolleybus məhz "Siemens & Halske" firmasına məxsusdur. 1882-ci ildə ABŞda belçikalı Şarl Van Depule "qəbuledici ştanqı" öz adı ilə patentləşdirir.
Tramvay
Tramvay — relslər üzərində hərəkət edən nəqliyyat vasitəsi. 1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdır. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkimlişdir. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir. SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra öz çətin zamanlarını yaşamışdır. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılmışdır. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırmışdır.
Tramvay problemi
Tamvay problemi — etika və psixologiyada daha çox sayda insanı xilas etmək üçün bir nəfəri qurban verib-verməmək kimi dilemmaların ələ alındığı təcrübələr silsiləsi. Bu situasiya adətən, irəliləyən tramvayın və ya trolleybusun yolda bir neçə nəfərlə (ənənəvi olaraq beş nəfər) toqquşaraq onları öldürməsi ssenarisi ilə başlayır və sürücü və ya ətrafdakı hər hansı bir şəxsin müdaxilə edərək yalnız bir nəfəri öldürəcəyi halda müvafiq nəqliyyatı başqa yola yönləndirərək onları xilas etməsi seçimi irəli sürülür. Bu problem daha sonralar irəliləyən başqa bir nəqliyyat vasitəsi və ya başqa analoji ölüm-dirim dilemmaları kimi də ortaya qoyulmuşdur.
Başqırdıstan Trolleybus Zavodu
«Başqırdıstan Trolleybus Zavodu» ASC (1999-cu ilə qədər — Ufa Tramvay-Trolleybus Təmiri Zavodu ) — Ufa şəhərində trolleybus istehsalı və təmiri zavodu. BTZ marxalı trolleybuslar Rusiyanın və MDB ölkələrinin əllidən çox şəhərimndə istifadə edilir. == Tarixi == 1964-cü ildə Ufa Tramvay-Trolleybus Zavodu işə salınır. Bu zaman zavodlarda nəqliyyat vastələri istehsal edilir və ya təmirlər həyata keçirilirdi. Fəaliyyəti dönəmində zavodda hər il 250—270 trolleybus əsaslı təmirdən çıxırdı. Bununla yanaşı zavod geologiya işləri üçün nəqliyyatlar, neft və enerji avadanlıqları istehsal edirdi. Yenidənqurma dönəmində istehsalat açağı düşür. 1999-cu ildə Ufa Tramvay-Trolleybus Zavoduu, Başqırdıstan Trolleybus Zavodu MMC adlanmağa başlayır. Hələ bir il öncə burada trolleybuslar istehsal olunmağa başlanılır. Bundan sonra istehsalat ilbəil artırılır.
Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924)
Bakıda tramvay yolunun salınması və yolun açılışı qısametrajlı sənədli filmi 1924-cü ildə AFKİdə istehsal edilmişdir. Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == Məzmun == Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 27.

Oxşar sözlər

#tramvay-trolleybus nədir? #tramvay-trolleybus sözünün mənası #tramvay-trolleybus nə deməkdir? #tramvay-trolleybus sözünün izahı #tramvay-trolleybus sözünün yazılışı #tramvay-trolleybus necə yazılır? #tramvay-trolleybus sözünün düzgün yazılışı #tramvay-trolleybus leksik mənası #tramvay-trolleybus sözünün sinonimi #tramvay-trolleybus sözünün yaxın mənalı sözlər #tramvay-trolleybus sözünün əks mənası #tramvay-trolleybus sözünün etimologiyası #tramvay-trolleybus sözünün orfoqrafiyası #tramvay-trolleybus rusca #tramvay-trolleybus inglisça #tramvay-trolleybus fransızca #tramvay-trolleybus sözünün istifadəsi #sözlük