* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ing.] Yer, iş dəyişmək, idmanda bir komandadan başqasına keçmək.
Azərbaycan dilinin izahlı lüğəti / transfer2 is. [fr. transfert "köçürmə, yerdəyişmə" < lat. transfere] 1. Bir şəkildən başqa şəklə keçmə və ya bir haldan başqa hala çevrilmə. 2. idm. İdman komandaları arasında yerdəyişmə edilmiş idmançılar. İtaliyanın ən yüksək tirajlı idman qəzeti Salih Uçanı həmin ölkənin ən yaxşı transferləri arasında göstərib. "Çempion" qəzeti, 5-7 sentyabr, 2014. □ Transfer etmək komandadan komandaya keçirtmək. İtaliyanın əsas klublarından olan.. "Roma”ya icarəyə verilən 20 yaşlı Salihi icarə müddəti bitdikdən sonra birdəfəlik transfer edə biləcək. "Çempion" qəzeti, 5-7 sentyabr, 2014. 3. mal. Banklararası, ölkələrarası, müştərilərarası və hesablararası qiymətli kağızların köçürülməsi əməliyyatı. □ Transfer xidmətlərin avtomatik hesabı [ing. AIS account "hesab, miqdar"] - əmanət hesabı ilə faiz gətirən, bir hesabdan digər hesaba avtomatik pul köçürməni təmin edən kommersiya bankında çek hesabı kombinasiyası. 4. iqt. Transferlər 1) əməliyyatın bir istirakçısı tərəfindən digərinə birtərəfli qaydada əvəzi ödənilmədən verilən iqtisadi (təqdim edilən) qiymətliləri; əvəzində digər istirakçıdan iqtisadi qiymətli ola bilən heç nə alınmır; 2) bir institusional vahid ikinci vahidə mal, xidmət və aktivlər verir, lakin ikincidən əvəzinə hər hansı bir mal, xidmət və ya aktiv almır. Transfer qiyməti – istehsalçı müəssisənin qiymətlərinin müxtəlif növlü olması. Cari transferlər - kapital transferləri hesab olunmayan bütün transferlərdən ibarətdir. Onlar sərəncamda olan gəlirin səviyyəsinə və mal və xidmətlərin istehlakına təsir göstərir. 5. tur. Turistin aeroport və ya vağzalda qarşılanaraq əvvəlcədən razılaşdırılmış nəqliyyat növünə (avtomobil, mikroavtobus, avtobus) mindirilməsi və otelə qədər müşaiyət olunması. Transfer şirkətlərimiz müştərilərə yüksək xidmət göstərir. www.mct.gov.az. 6. tib. Psixoanalizdə tətbiq edilən metod. Xəstənin keçirdiyi hisslərin, münasibətlərin həkimə ötürülməsi – transfer edilməsi.
Yeni sözlər və yeni mənalar lüğəti / transfer1 [ing.] сущ. трансфер (чка, кӀвалах дегишун, спортда са командадай масадаз фин).
Azərbaycanca-ləzgicə lüğəti / transfer