transplantasiyası sözü azərbaycan dilində

transplantasiyası

Yazılış

  • transplantasiyası • 94.2357%
  • Transplantasiyası • 5.7643%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başın transplantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Qaraciyər transplantasiyası
Qaraciyər transplantasiyası, qaraciyər köçürülməsi donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin respiyentə – qaraciyər patologiyalı (bura uşaqlarda əsasən öd yollarının qüsurlu inkişafı, yeniyetmələrdə maddələr mübadiləsi pozğunluqlu patalogiyalar, böyüklərdə qaraciyər serrozunun son həddi daxildir.) xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatı. == Əməliyyatın gedişi == Əməliyyatı şərti olaraq iki azad edilmə və köçürülmə mərhələlərə bölmək olar. === Orqanın götürülməsi === Qaraciyər köçürülməsi əməliyyatı ilk olaraq respientin (yəni orqan köçürülənin) qarın boşluğunun yarılması, xəstə qaraciyər ətraf birləşdirici toxuma və strukturlardan, aparıcı və gətirici damarlar, sinirlərdən azad edilir. Daha sonra ümumi öd axacağını (lat. ductus choledochus) mumkün qədər qaraciyərə yaxın hissədən kəsərək azad edilir. Növbəti addım qaraciyər arteriyasının (lat. a. hepatica propria) sıxaca alınması, və aşağı boş vena və qapı venasının qaraciyər səviyyəsindən kəsilib azad edilməsindən ibarətdir. Beləliklə xəstə qaraciyər tamamilə azad edilərək bədəndən xaric edilərək köcürüləcək qaraciyər üçün azad edilmiş olur. === Orqanın köçürülməsi === Bu andan etibarən donor üzvün nəqlinə başlanılmış olunur.
Ağciyər transplantasiyası
Ağciyər transplantasiyası — bir şəxsin (resipiyentin) xəstə ağciyərlərinin başqa şəxsdən (donordan) götürülmüş sağlam ağciyərlərlə tam və ya qismən əvəz etməsindən ibarət cərrahi əməliyyat. Ağciyər transplantasiyası hazırda bəzi xroniki ağciyər xəstəliklərinin yeganə müalicəsidir. Ağciyər transplantasiyası əməliyyatın mürəkkəbliyinə və ondan sonra immunosupressiv dərmanların daimi qəbuluna ehtiyac olmasına baxmayaraq, bu əməliyyat ağciyər xəstəliyinin son mərhələsi olan xəstələrin yaşama müddətini əhəmiyyətli dərəcədə artıra və həyat keyfiyyətini yaxşılaşdıra bilər. == Göstərişləri == Ağciyər transplantasiyası mütərəqqi obstruktiv, fibroz və ya damar xəstəlikləri olan xəstələrdə həyata keçirilir. 2005-ci ildən etibarən ağciyər transplantasiyası üçün ən ümumi səbəblər bunlardır: 27% xroniki obstruktiv ağciyər xəstəliyi, o cümlədən amfizem; 16% idiopatik ağciyər fibrozu; 14% kistik fibroz; 12% idiopatik (əvvəllər "ilkin" kimi tanınırdı) ağciyər hipertenziyası; 5% alfa 1-antitripsin çatışmazlığı; 2% əvvəllər transplantasiya edilmiş, o vaxtdan bəri uğursuz olan ağciyərlərin dəyişdirilməsi; 24% bronşektaz və sarkoidoz da daxil olmaqla digər səbəblər. == Əks göstərişləri == Xəstənin tənəffüs xəstəliyinin vəziyyətinin şiddətinə baxmayaraq, əvvəlcədən mövcud olan müəyyən şərtlər bir insanı ağciyər transplantasiyası üçün zəif namizəd edə bilər: Əlaqəli xroniki xəstəliklər (məsələn, davamlı ürək çatışmazlığı, böyrək xəstəliyi, qaraciyər xəstəliyi) HİV və hepatit də daxil olmaqla cari infeksiyalar. Bununla belə, getdikcə daha tez-tez Hepatit C xəstələrində həm transplantasiya edilir, həm də resipiyentdə Hepatit C müsbət olarsa, donor kimi istifadə olunur. Eynilə, HİV-ə yoluxmuş seçilmiş şəxslər tibbi müayinədən sonra ağciyər transplantasiyası oluna bilərlər. Xərçəng xəstəliyi Alkoqol, siqaret və ya narkotiklərin istifadəsi Yaş (65-dən yuxarı) Psixiatrik vəziyyətlər Tibbi göstərişlərə əməl edilməməsi. == Tarixi == 1940-1950-ci illərdə Vladimir Demixov və Henri Metras tərəfindən heyvanlar üzərində apardıqları təcrübələr əvvəlcə prosedurun texniki cəhətdən mümkün olduğunu nümayiş etdirdi.
Beyin transplantasiyası
Beyin transplantasiyası — cərrahi əməliyyatdır, məqsədi xəstənin şəxsiyyətini başqa bir bədəndə saxlamaqla beyni köçürmək. 2017-ci il noyabrın 17-də italyan cərrahı Sergio Kanaveronun rəhbərliyi altında meyitdən meyitə insan başı köçürülmüşdür.Baş transplantasiyası beyin transplantasiyasından fərqlidir —- birinci halda, bütün baş transplantasiya edilir və boyun səviyyəsində bədənə tikilir, beyin transplantasiyasında isə beyin kəllədən çıxarılır və donorun başına transplantasiya edilir. Nəzəri olaraq, tam orqan çatışmazlığı olan bir insana belə bir prosedur vasitəsilə şəxsiyyətini, yaddaşını və şüurunu saxlayaraq yeni və funksional bədən verilə bilər. == Tarixi == Bu sahədə təcrübələr 1920-ci illərdə heyvanlar üzərində başladı. 1926-cı ildə professor Sergey Bryuxonenko Sergey Çeçulinlə əməkdaşlıq edərək dünyada ilk ürək-ağciyər aparatını - avtojet yaratdı. Bu cihaz sayəsində başın bədəndən ayrı yaşaya biləcəyi sübuta yetirilmişdir, çünki avtojektorun köməyi ilə itin başı 1 saat 40 dəqiqə yaşamışdır.. Bədənindən ayrılmış itin başı gözlərini açıb-yumur, dilini çıxarır, toxunmağa reaksiya verir, hətta bir tikə pendir və ya kolbasa udurdu. 1973-cü ildə neyrocərrah Robert J. Uayt bir meymunun başını başqa bir meymunun başı kəsilmiş bədəninə köçürüb. EEG göstəriciləri göstərdi ki, sonradan beyin normal fəaliyyət göstərib. Bu, əvvəlcə beynin immunoloji cəhətdən imtiyazlı bir orqan olduğunu sübut etmək üçün düşünülürdü, çünki meymunun immun sistemi əvvəlcə ona hücum etmirdi, lakin immunitetin rədd edilməsi doqquz gün sonra meymunun ölümü ilə nəticələndi.Beyin transplantasiyası və buna bənzər anlayışlar elmi fantastikanın müxtəlif formalarında araşdırılıb.
Ürək transplantasiyası
Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya). Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir. == Tarixi == Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrək və ürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi.Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.Hardi bir il əvvəl dünyada ilk insandan insana ağciyər transplantasiyasını həyata keçirən cərrahdır.İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir. Əməliyyat Cənubi Afrikanın Keyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür.
Dalağın transplantasiyası
Dalağın transplantasiyası — dalağın və ya onun hissələrinin bir şəxsdən digərinə köçürülməsi. Digər transplantasiya edilmiş orqanlara immunoloji dözümlülüyün induksiyası üçün araşdırılır. Gəmirici modellərində müvəffəqiyyət əldə edilmişdir. Bu yaxınlarda balaca donuzlarda dalaq transplantasiyasının tolerogen təsirinə dair sübutlar əldə edilmişdir. Bundan əlavə, dalağın primitiv hematopoetik progenitor hüceyrələri var. Qarışıq nəticələri olan insanlarda dalaq transplantasiyası həyata keçirilib. == Autotransplantasiya == Splenektomiyadan sonra dalaq toxuması bilərəkdən autotransplantasiya edilə bilər, çünki bəzi toxumalar hələ də canlı olacaq və dalaq funksiyasını qoruyub saxlamağa çalışacaqlar (Böyük post-splenektomiya infeksiyasının (BPSİ) qarşısını almaq məqsədi ilə). Bu proses splenoz başa düşüldükdən sonra edildi; splenoz dalaq toxumasının travma və ya cərrahi müdaxilə nəticəsində dalaqdan qoparıldıqdan sonra bədənin başqa yerlərində (adətən qarın boşluğunda) qəfil reimplantasiyasıdır.18 eksperimental tədqiqatın 2020-ci il icmalına əsasən, transplantasiya edilmiş dalaq funksional görünür, reimplantasiya edilən toxumanın 95%-i bərpa olunur (sintiqrafiya vasitəsilə) və xəstələrin 90%-də qan yaxması normallaşır (funksional qan filtrasiyası nəzərdə tutulur). Bütün tədqiqatlar həmçinin antitel səviyyələrinin bərpasını bildirir. BPSİ dərəcələri haqqında nəticə çıxarmaq üçün kifayət qədər sübut yoxdur.
Azərbaycanda orqan transplantasiyası
Azərbaycanda orqan transplantasiyası — Azərbaycanda insan orqanizminin bir hissəsinin digər insana köçürülməsi. Azərbaycanda orqan transplantasiyası faktı ilk dəfə akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülmüşdür. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülmüşdür. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılmışdır. Sonradan bu iş dayandırılmışdır. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsinə görə onlar transplantasiya ilə məşğul olmamışlar.Bu sahədə işlərin bərpası Azərbaycanın müstəqillikdən sonrakı dövrdə müşahidə olunmuşdur. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması Heydər Əliyevin dövrünə təsadüf edir. 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur. Azərbaycan orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.
Mədəaltı vəzin transplantasiyası
Mədəaltı vəzin (pankreas) transplantasiyası — sağlam mədəaltı vəzinin (insulin istehsal edə bilən) adətən şəkərli diabeti olan bir şəxsə köçürüldüyü orqan transplantasiyası. == Təsviri == Mədəaltı vəzi həzm prosesində tələb olunan funksiyaları yerinə yetirən həyatı bir orqan olduğundan, donor mədəaltı vəzi başqa yerə yerləşdirilir və xəstənin öz mədəaltı vəzi yerində qalır. Sağlam mədəaltı vəzi yenicə vəfat etmiş donordan əldə edilir və ya sağ donorun mədəaltı vəzinin bir hissəsi götürülə bilər. Hazırda mədəaltı vəzin transplantasiyası adətən insulindən asılı şəkərli diabeti olan, ağır fəsadlar inkişaf etdirə bilən insanlarda keçirilir. Mədəaltı vəzi xərçənginin ən çox yayılmış və təhlükəli forması olan xəstələr ümumiyyətlə transplantasiya üçün uyğun deyirlər, çünki bu vəziyyət mədəaltı vəzi xərçənginin təkrarlanması səbəbindən çox yüksək ölüm nisbətinə malikdir.. == Tarixi == 1-ci tip diabetin mədəaltı vəzi transplantasiyası ilə müalicəsi üçün ilk cəhd 17 dekabr 1966-cı ildə Minnesota Universitetində olunmuşdur.24 noyabr 1971-ci ildə Nyu Yorkda Montefior xəstəxanasında Marvin Qladman tərəfindən sidik drenajını istifadə edərək ilk mədəaltı vəzin transplantasiyası keçirildi. 1997-ci il ərzində dünya üzrə 10.000-dən çox mədəaltı vəzi transplantasiyası həyata keçirilmişdir. Onların 88%-i həm böyrək, həm də mədəaltı vəzi transplantasiyası olmuşdur.31 dekabr 2004-cü il tarixinə qədər bütün dünyada 23000-dən çox mədəaltı vəzi transplantasiyası həyata keçirilmiş və Beynəlxalq Patent və Ticarət Nişanları Reyestrinə məlumat verilmişdir. ABŞ-da 17000-dən çox, digər ölkələrdə isə təxminən 6000 transplantasiya həyata keçirilib. == Tibbi istifadə == Əksər hallarda mədəaltı vəzin transplantasiyası 1-ci tip diabeti olan, son mərhələdə böyrək çatışmazlığı, kövrək diabet və hipoqlikemik sindromu olan insanlarda aparılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.51 dəfə / 1 mln.
2003 1.18
2006 0.68
2007 1.06
2008 ••••• 5.85
2009 0.32
2010 •••• 4.27
2011 •••• 4.55
2012 •••••• 7.06
2013 •••••••• 9.48
2014 ••• 3.95
2015 •••••• 7.14
2016 ••••• 6.42
2017 ••••••••• 11.22
2018 ••••••• 8.24
2019 •••••••••••••••••••• 26.98
2020 ••••••••••••••• 19.23

Oxşar sözlər

#transplantasiyası nədir? #transplantasiyası sözünün mənası #transplantasiyası nə deməkdir? #transplantasiyası sözünün izahı #transplantasiyası sözünün yazılışı #transplantasiyası necə yazılır? #transplantasiyası sözünün düzgün yazılışı #transplantasiyası leksik mənası #transplantasiyası sözünün sinonimi #transplantasiyası sözünün yaxın mənalı sözlər #transplantasiyası sözünün əks mənası #transplantasiyası sözünün etimologiyası #transplantasiyası sözünün orfoqrafiyası #transplantasiyası rusca #transplantasiyası inglisça #transplantasiyası fransızca #transplantasiyası sözünün istifadəsi #sözlük