Transxəzər sözü azərbaycan dilində

Transxəzər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Transxəzər • 92.4180%
  • transxəzər • 4.2008%
  • TransXəzər • 3.3811%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Transxəzər qaz kəməri
Transxəzər qaz kəməri — ideyası ilk dəfə 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürür. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-yə işgüzar səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu. == Tarixi == 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi. O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar.
Transxəzər Fiber-Optik Kabel Xətti
Transxəzər Fiber-Optik Kabel Xətti — layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir. Layihənin məqsədi Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötrülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır. Layihə Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən Azerbaijan Digital Hub proqramı çərçivəsində magistral internet provayderi AzerTelecom şirkəti tərəfindən icra edilir. == Tarixi == Transxəzər Fiber-Optik kabel xətti layihəsi 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Azerbaijan Digital Hub proqramı çərçivəsində icra olunan layihə iki marşrutdan Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. === Azərbaycan-Qazaxıstan marşrutu === 19 mart 2019-cu il tarixində layihənin ilk hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş imzalanıb. Daha sonra saziş Azərbaycan dövləti tərəfindən təsdiq edilib. 17 may 2019-cu il tarixdə isə sözügedən dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib. Azərbaycan-Qazaxıstan marşrutu Siyəzən və Aktau coğrafi məkanları arasında çəkiləcək və kabel xəttinin ümumi uzunluğu 380-400 km olacaq. Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək və layihə Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorları tərəfindən icra ediləcək.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.29 dəfə / 1 mln.
2003 •• 1.97
2004 1.01
2005 0.67
2006 •••• 3.83
2007 ••••••••••••• 13.11
2008 •••••••• 7.80
2009 ••••• 4.48
2010 ••• 2.90
2011 •••••••• 8.24
2012 •••••• 5.77
2013 •• 1.46
2014 ••• 2.23
2015 ••••••••••• 10.89
2016 •••••••••••••••••••• 21.52
2017 •••••••••••••••• 16.58
2018 •••••••••• 10.49
2019 ••••••••••• 10.99
2020 ••• 2.52

transxəzər sözünün rus dilinə tərcüməsi

  • 1 прил. транскаспийский (связанный с сообщением через Каспийское море, пересекающий Каспий). Transxəzər qaz kəməri транскаспийский газопровод

    Azərbaycanca-rusca lüğət / transxəzər

Oxşar sözlər

#transxəzər nədir? #transxəzər sözünün mənası #transxəzər nə deməkdir? #transxəzər sözünün izahı #transxəzər sözünün yazılışı #transxəzər necə yazılır? #transxəzər sözünün düzgün yazılışı #transxəzər leksik mənası #transxəzər sözünün sinonimi #transxəzər sözünün yaxın mənalı sözlər #transxəzər sözünün əks mənası #transxəzər sözünün etimologiyası #transxəzər sözünün orfoqrafiyası #transxəzər rusca #transxəzər inglisça #transxəzər fransızca #transxəzər sözünün istifadəsi #sözlük