tsikl sözü azərbaycan dilində

tsikl

Yazılış

  • tsikl • 88.0000%
  • Tsikl • 12.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Geokimyəvi tsikl
Geokimyəvi tsikl - Vernadskiyə görə, Yer qabığında kimyəvi elementlərin və onların birləşmələrinin dövranına səbəb olan hadisə və proseslərin məcmusu. Elementlərin tarazlıqda olan birləşmələri, elementlərin bir geosferdən digərinə keçməsi nəticəsində bu tarazlığın pozulması, uzunmüddətli (geoloji baxımdan) dəyişilmələrin vaxtaşırı təkrarı Yer qabığı atomlarının əksəriyyətinin iştirak etdiyi xüsusi dövrü proseslər yaradır. Bir termodinamik örtüyü əhatə edən elementin Yer qabığının bütün proseslərində dövrü miqrasiyalarını əhatə edən dövrü proses (tsikl) və ümumi geokimyəvi tsikl fərqləndirmək lazımdır. Kimyəvi xassələrinə uyğun olaraq hər elementin öz geokimyəvi tsikl vardır. Bu tsikllər atomların yalnız əsas hissəsi üçün dönərdir: onların bir qismi daim və qanunauyğun olaraq dövrandən çıxır və ya yenidən dövrana qoşulur. Planetar miqyasda geokimyəvi tsikl səthi hadisələr olub, Yer qabığından kənara çıxmır. Bu anlayış müxtəlif termodinamik örtüklərdə gedən ayrı-ayrı prosesləri bir-birilə əlaqələndirməyə və beləliklə, Yer qabığında elementin tarixini bərpa etməyə imkan verir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Çökmə tsikl
Çökmə (sedimentasion) tsikl – müəyyən akvatoriya və ya ərazinin inkişaf prosesində bu və ya digər dəyişkənliklərlə təkrarlanan çöküntütoplanma şəraitlərinin dəyişmə ardıcıllığı. == Haqqında == Çökmə tsikl çox vaxt ardıcıl dəniz transqressiyalararası və yaxud çöküntütoplanmada fasilələrarası intervallar aid edilir. Sedimentasion şəraitlərin ardıcıl olaraq bir-birini əvəzləməsinin maddi tərkibini, yəni müvafiq çöküntü komplekslərini tsikl, yaxud tsiklotemlər (bəzən səhvən ritmlər) adlandırırlar. Tsikllərin davamiyyəti çox müxtəlif ola bilər: məsələn: geosinklinalların alp, hersin, kaledon və daha qədim inkişaf mərhələlərinə uyğun gələn tsikllərin davamiyyəti 180–240 mln. il hüdudlarında dəyişir. Belə tsikllərə müəyyən geoloji formasiya sırası (geogenerasiya), o cümlədən çöküntü vulkanogen formasiya sırası uyğun gəlir. Məsələn, Qafqazda aşağıdakı formasiya sırası müəyyən edilmişdir: 1) spilit-keratofir; 2) aspid; 3) fliş; 4) şlir (alt molass); 5) əsl molass (üst molass). Tsikllər az davamiyyətli, hətta qısamüddətli də ola bilər. Çökmə tsikl qatlarının kəsilişinin öyrənilməsi göstərir ki, tsikllər (davamiyyətinə görə) 16-dan az olmayaraq daha aşağı tərtibli ola bilərlər (Xain,1964). Ayrı-ayrı aşağı tərtib tsikllər yüksək tərtibli tsikllərin mərhələlərini (fazaları) təşkil edirlər.
İqtisadi tsikl
İqtisadi tsikl (dövr) (ing. Business cycle) — iqtisadi fəaliyyətdəki dalğalanmalar, təkrarlanan iqtisadi tənəzzüllərdən (tənəzzül, depressiya) və iqtisadi yüksəlişlərdən ibarətdir. Dövrlər dövri, lakin nizamsız xarakterlidir. Salınımların müddəti və genişliyi çox dəyişə bilər. İqtisadi dövrlərə bazar iqtisadiyyatı fenomeni kimi baxılır. Planlı iqtisadiyyatda dövrlər yoxdur, baxmayaraq ki planlı iqtisadiyyat da qeyri-bərabər böyüyə bilər. Müasir iqtisadiyyatda dövrlər ilk növbədə məhsul (ümumi daxili məhsul) və məşğulluq dalğalanmaları kimi müəyyən edilir. Lakin bunlarla yanaşı digər iqtisadi dəyişənlər (istehlak, investisiya, inflyasiya dərəcələri və s.) Dəyişir. Onların birgə dinamikası makroiqtisadi tədqiqatın mövzusudur. Analiz dövrlərin stokastik (təsadüfi) xarakterli olduğu, yəni müxtəlif xarici təsirlərin (şokların) yaratdığı fikrinə əsaslanır.
Dövrü(tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Dövrü (tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Yeni iqtisadi-tsikl nəzəriyyəsi
Yeni iqtisadi-tsikl nəzəriyyəsi, RİD (ing. real business-cycle theory, RBC theory) — dövri dalğalanmaların əsasən real (nominal deyil) zərbələr səbəb olduğu yeni klassik makroiqtisadiyyat modeli. Digər əsas dövr nəzəriyyələrindən fərqli olaraq, RİD nəzəriyyəsi dalğalanmaları real iqtisadi göstəricilərdəki ekzogen dəyişikliklərə təsirli bir cavab olaraq qiymətləndirir. Beləliklə, bir ölkədəki məcmu məhsulun səviyyəsi, şübhəsiz ki, gözlənilən faydanı maksimum dərəcədə artıracaqdır. Digər tərəfdən, hökumət uzunmüddətli struktur islahatlarına diqqət yetirməli və qısamüddətli dalğalanmaları maliyyə və / və ya pul müdaxiləsi ilə düzəltməyə çalışmamalıdır. RİD nəzəriyyəsinə görə iqtisadi dövrlər “həqiqi” olur, çünki bazarlardakı tarazlıqlar ilə əlaqələndirilmir - dövrlər kənardan verilən real quruluşa cavab olaraq iqtisadiyyatın ən səmərəli fəaliyyətini əks etdirir. RİD nəzəriyyəsi keynsçilik yanaşmalarını, eyni zamanda monetaristlər və yeni keynsçilərin ifadələrində pul siyasətinin real effektivliyi barədə tezisi qəti şəkildə inkar edir. Son iki məktəb makroiqtisadi siyasətdə əsas yer tutur. Nəzəriyyə, tərəfdarlarının "şirin su" kimi təsnif edilməsinə imkan verən Çikaqo məktəbinin neoklassik ənənəsi ilə əlaqələndirilir. == Ticarət dövrləri == Zamanla fərqli nöqtələrdə iqtisadiyyat şəkillərini çəksəydik, iki fotoşəkil eyni olmazdı.
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2HO•2 + O• → HO•2 + O2Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO•HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2HO•2 + HO•2 → H2O2 + O2Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. == Mənbə == V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
Kombinə tsiklli elektrik stansiya
Kombinə tsiklli elektrik stansiyalar- Brayton və Renkin tsiklinin kombinasiyası üzrə fəaliyyət göstərən, faydalı iş əmsalının yüksək olması ilə seçilən güc qurğularıdır. Ötən əsrin 60-cı illərindən sonra energetika sahəsində KTES-lərə maraq artmışdır və müasir dövrdə də bu tendensiya davam edir. Belə ki, artıq dünyada 64 % faydalı iş əmsalına malik KTES-lər mövcud olsa da bu sahədə fəaliyyət göstərən dünya şirkətləri faydalılığın daha da artırılması yönündə işlər aparır. KTES-lərin yüksək səmərəliliyini nəzərə alaraq Azərbaycanda da 21-ci əsrin əvvəllərindən başlayaraq bu tip elektrik stansiyaların inşasına başlanıldı. Gözlənildiyi kimi Azərbaycanda KTES-lərin inşası ölkənin enerji sisteminə öz müsbət təsirini göstərdi və Azərbaycan elektrik enerji idxalçısından, ixracatçısına çevrildi.
Tsiklik təqvimlər
Günəş dövrü həftəyə aid Julian təqviminin 28 illik dövrüdür. Bu, sıçrayış ili hər 4 ildə baş verdiyindən və 28 illik ardıcıllıqla bir sıçrayış ili başlamaq üçün 7 mümkün gündən ibarətdir. Bu dövr də Gregoryen təqvimində baş verir, ancaq 1800, 1900, 2100, 2200, 2300 və 2500 kimi dörd il ilə bölünür, ancaq ümumi illərdir. Bu fasilə günəş dövrünün 16 ilini 28 fevral və 1 mart tarixləri arasında keçirməyin təsirinə malikdir. 400 il qriqorian dövrü tam 146.097 gündür, yəni tam 20.871 həftədir ki, günəş enerjisinə görə sözü edilən günəş dövrü 400 illərdir. Təqvim ili, ilk növbədə, yeni ildəki ilk bazar günü göstərən Dominical məktubları ilə qeyd olunur, beləliklə, günəş dövrü dövrü də Dominik məktubların təkrarlanan ardıcıllığına istinad edə bilər. Bir il, Gregoryen istisnaları səbəbiylə bir sıçrayış ili olmadığı təqdirdə, takvimlerin bir ardıcıllığı hər 28 ildə yenidən istifadə olunur. Adı günəş dövrü həftənin ənənəvi ilk günü bazar günü gəlir. == Julian təqvimi == Dominik məktub Julian təqvimində dominik məktub yalnız 28-ci ilin qalan hissəsindən asılıdır. ==== Qiyamət günü ==== ==== Cümə günü 13-cü ==== === Gregoryen təqvimi === === 1700, 1800 və 1900-cü illər ilkin dövr deyil (Julian təqvimindən fərqli olaraq) və aşağıdakı Dominik məktubların cədvəllərinə uyğun gəlmir. ===
Tsikloalkanlar
Tsikloalkanlar (alitsiklik karbohidrogenlər və ya naftenlər) - həlqəvi quruluşlu karbohidrogenlər sinfinə daxildir. İlk dəfə 1883-cü ildə Vladimir Markovnikov tərəfindən Bakı neftinin tərkibində tapılmışdır. Tsikloalkanlar suda pis həll olur. Ümumi formulu: CnH2n (n ≥ 3) Neft sənayesində katalitik riforminq yolu Aromatik karbohidrogenləri əmələ gətirmək üçün əsas mənbə olaraq istifadə olunur. Tsikloalkanlar neftin tərkibində olduğu üçün bəzən "Naftenlər" termini ilə adlandırılır. == Fiziki xassələri == Tsikloalkanlar su ilə reaksiyaya girmir və molekulunda bütün karbon atomu sp³ hibridləşmə halındadır. Lakin tsiklobutan, əsasən də tsiklopropan hibrid orbitalları arasında ölçü 109°28'-dən aşağıdır. Bu səbəbdən onların molekulları arasındakı gərginlik artır və bir çox nümayəndələr reaksiyaya girmə qabiliyyətini itirir. Tsikloalkanların yan zənciri olmayan ilk 4 nümayəndələrində molyar kütlə artdıqca, ərimə, qaynama temperaturu, sıxlığı, izomerlərin sayı artır. Lakin burada C və H-in kütlə payı atomların sayı sabitdir.
Tsiklobutan
Tsiklobutan (tetrametilen), C4H8 — alitsiklik birləşmədir.. == Fiziki xassəsi == 12,6oS-də qaynayan, rəngsiz qazdır. Suda həll olmur, üzvi birləşmələrdə həll olur.. == Tsiklobutanın törəmələri == Tsiklobuten, tsikloolefinlərdən olub, asanlıqla birləşmə reaksiyalarına girir, 2,4oS-də mayeləşən qazdır.
Tsikloheksan
Tsikloheksan — tsikloalkanlar sinfindən üzvi birləşmədir.. Kimyəvi formulu — C6H12. == Alınması == Benzoldan alınması: C 6 H 6 + 3 H 2 ⟶ C 6 H 12 {\displaystyle C_{6}H_{6}+3H_{2}\longrightarrow C_{6}H_{12}} Tsikloheksan və onun homoloqlarından bir çoxu müxtəlif neftlərin tərkibində, xüsusən Bakı neftlərində rast gəlinir. Son zamanlar tsikloheksanı neftin benzin fraksiyasından ayırmağı öyrənmişlər.Bakı neftlərindən alınan benzinlərdə 8%-ə qədər tsikloheksan olur. Onu ayırmaq üçün benzini dəqiq distillə kalonlarında distillə edib, 80-81oC qaynayan hissəsini toplayırlar.Əlbəttə, 80-81oC-də qaynayan benzin fraksiyasından ayrılaqn bu hissə xalis tsikloheksan deyildir. Ondan ancaq texniki məqsədlər üçün istifadə etmək olar. Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır. == Tətbiqi == Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır. Tsikloheksanı 300oS temperaturda platin katalizatoru üzərindən buraxmaqla onu dehidrogenləşdirərək tamamilə benzola çevirmək olur (H.D.Zelinski). == Üzvi molekulların konformasiyası == O.Xassel (1941-ci ildə) infraqırmızı spektr, kombinasion səpələnmə spektri və elektron difraksiyası vasitəsilə, otaq temperaturunda tsikloheksan molekullarının yalnız kreslo formasında olduğunu sübut etmişdir.
Tsikloheksanol
Tsikloheksanol (heksanil) — alitsiklik spirt.
Tsikloheksanon
Tsikloheksanon (С6Н10О) – üzvü birləşmə, alisiklik keton == Fiziki xassələri == Tsikloheksanon – aseton və nanə iyli rənqsiz yağlı mayedir. == Alınması == Sənayedə tsikloheksanon naftenat və ya stearat kobaltın iştiraki ilə sikloheksanın oksigenlə (temperatur 140—165 °С, təziq 0,9—1,6 МПа) oksidləşməsindən alınır C 6 H 12 + O 2 → 140 − 165 o C , p , k a t : C o ( C 17 H 35 C O O ) 2 C 6 H 10 O + H 2 O {\displaystyle {\mathsf {C_{6}H_{12}+O_{2}{\xrightarrow {140-165^{o}C,p,kat:Co(C_{17}H_{35}COO)_{2}}}C_{6}H_{10}O+H_{2}O}}} .Tsikloheksanon həmçinin fenolun katalitik hidrogenləşdirilməsi reaksiyası zama- nı tsikloheksanolla birgə alınır 2 C 6 H 5 O H + 5 H 2 → t , p , k a t : P d / A l 2 O 3 C 6 H 11 O H + C 6 H 10 O {\displaystyle {\mathsf {2C_{6}H_{5}OH+5H_{2}{\xrightarrow {t,p,kat:Pd/Al_{2}O_{3}}}C_{6}H_{11}OH+C_{6}H_{10}O}}} == Kimyəvi xassələri == Tsikloheksanonun katalitik dehidrogenləşmə- sindən fenol alınır == Toksikliyi == Tsikloheksanonun insan orqanizmı üçün ölümcül dozası 50q – dır. Atmosferdə onun miqdarı 300mq/m³ olduqda selikli qışanın qıcıqlanması baş verir. == Tətbiqi == Tsikloheksanonun əsas hissəsi sənayedə sintetik poliamidlərin istehsal prossesində aralıq məhsulun – adipin turşusunun alınmasında istifadə olunur. Tsikloheksanon həmçinin nitratların, piylərin, sellüloza asetatın, təbii qətranların həlledici- si kimi istifadə olunur. == Mənbə == Лупанов П. А. Циклогексанон // Химическая энциклопедия: в 5 т / Зефиров Н. С. (гл. ред.). — М.: Большая Российская энциклопедия, 1998. — Т. 5: Триптофан—Ятрохимия. — С. 366.
Tsikloheptan
Tsikloheptan — Kimyəvi formulu C7H14 olan, halqasında altıdan çox karbon olan alitsiklik birləşmədir. == Törəmələri == Tsikloheptanon, 180oS-də qaynayan, nanə iyi verən mayedir. Tsikloheptanol və ya suberil spirti 185oS-də qaynayan mayedir. Tsiklohepten, tsikloheptanın doymamış törəmələrindən olub, +177oS-də qaynayan mayedir. Onu 236oS temperaturda nikel metalının katalizatorluğu ilə hidrogenləşdirdikdə, metilsikloheksana və dimetiltsiklopentana çevrilir. == Konformasiyası == == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966.
Tsiklomatik Mürəkkəblik
Tsiklomatik Mürəkkəblik — proqram təminatının mürəkkəblik dərəcəsini ölçmək üçün meyardır. Proqram kodunun hissələrinin bir-birindən asılılıq dərəcələrini ölçmək üçün istifadə olunur. Bu metodologiya Tomas McCabe tərəfindən 1976-cı ildə təklif olunmuşdur .
Tsiklononan
Tsiklononan (Cyclononane) — tsikloalkanlar sinfinin bir üzvüdür. Kimyəvi formulu — C9H18. Təbiətdə neftin tərkibində rast gəlinir. == Fiziki xassələri == Rəngsiz mayedir. Ərimə temperaturu 9,7 -dən 11°С-yədək. Qaynama temperaturu 170—178,44°С. == Kimyəvi xassələri == 20 °С-də tsiklononan xlorid alüminiumun təsirindən propiltsikloheksanla, 50 °С — də trimetiltsikloheksanla izomerləri alınır.. == Konformasiya == == Mənbə == Бартон Д., Оллис У. Общая органическая химия, — М.: Химия, 1981, с. 74. Реутов O. А., Курц А. Л., Бутин К. П.. Органическая химия, с.
Tsiklooktan
Tsiklooktan (oktametilen) — tsikloalkanlar sinfinə aiddir. Kimyəvi formulu — C8H16 == Fiziki xassələri == Tsiklooktan - rəngsiz, kamfora iyli mayedir. == Kimyəvi xassələri == Vilştetter nar ağacı qabığında olan alkaloid psevdopelletriyerindən tsiklooktatetraen almışdır. Tsiklooktatatetraen asanlıqla birləşmə və oksidləşmə reaksiyalarına girir; o, otaq temperaturunda katalizatorun iştirakı ilə hidrogenlə birləşərək, tsiklooktana çevrilir. Tsiklooktan 150oS-də qaynayır. Halqasinda 8-dən artıq (34-ə qədər) karbon olan birləşmələrdən, böyükhalqalı ketonlar, Rujiçkanın və qismən Tsiqlerin tədqiqatı nəticəsində alınmış və öyrənilmişdir. == Konformasiyası == == Törəmələri == Böyükhalqalı tsiklik ketonların bəzisi təbiətdə tapılır. Onlardan sibeton və muskonu göstərmək olar. Sibeton İranda və Həbəşistanda rast gələn viverra heyvanının vəzilərindən alınır, müşk iyi verir, 32,5oS-də əriyir. 158-160oS-də qaynayır.
Tsikloparafinlər
Tsikloparafinlər - alifatik karbohidrogenlərə bənzəyir. Kimyəvi xassələrinə görə polimetilen karbohidrogenləri doymuş karbohidrogenlərə bənzəyir, buna görə də onlara tsikloparafinlər deyilir. == Tsikloparafinlərin fiziki xassələri == Tsikloparafinlərin C5-ə qədər karbonu olanları qaz, C5-C15-ə qədər olanları maye, C15-dən çox karbonu olanları isə bərk maddələrdir. Molekul çəkiləri artdıqca onların qaynama dərəcələri və xüsusi çəkiləri yüksəlir. Tsikloparafinlər suda həll olmur. == Tsikloparafinlərin kimyəvi xassələri == Parafinlər kimi tsikloparafinlər də əksərən birləşmə reaksiyalarına qabil olmayıb, əvəzlənmə reaksiyalarına asan girişir. Ancaq tsiklopropan və qismən tsiklobutan bu qaydaya tabe olmayaraq birləşmə reaksiyalarına girişir. Bu zaman onların qapalı halqaları qırılır və açıq zəncirli (alifatik) birləşmələr alınır. Aşağıdakı reaksiyaları buna misal göstərmək olar: Hidrogenin təsiri. Tsiklopropana, nikel katalizator olmaq şərtilə, hidrogenlə təsir etdikdə 800C temperaturda o, hidrogeni özünə birləşdirib propana çevrilir.Qeyd etmək lazımdır ki, hidrogeni birləşdirmə qabiliyyətinə görə trimetilen, doymamış karbohidrogenlərdən az fərqlənir.
Tsiklopentan
Tsiklopentan (pentametilenin), C5H10 — alitsiklik karbohidrogendir. Neftin tərkibində olur.. == Fiziki xassələri == Rəngsiz, özünəməxsus kerosin iyli mayedir.+49,3 °С qaynayan mayedir, -93,9 °С əriyir, suda həll olmur. == Üzvi molekulların konformasiyası == == Tsiklopentanın törəmələri == Onları birinci dəfə V.V. Markovnikov və V.N. Olqoblin (1881-ci il) Bakı neftində taparaq naftenlər adlandırmışlar. Tsiklopenten 44,20C-də qaynayır, şüasındırma əmsalı - 1,4065-dir. Olefinlərin xasələrinə malikdir. Tsiklopentadien = Daş kömürün quru distilləsində neftin pirolizindən alınır. Bu karbohidrogeni almaq üçün N.D. Zelinski tsiklopentenə brom birləşdirərək 1,2-diasetat və asetat turşusu ilə qızdırmaqla həmin bromiddən iki molekul HBr ayırmışdır. Tsiklopentadien 42,50C-də qaynayır şüasındırma əmsalı - 1,4404 - dür. Tərkibindəki konyukə olunmuş ikiqat rabitlər tsiklopentadienin davamlı birləşmə olmasına mane olur.
Tsiklopentanon
Tsiklopentanon(CH2)4CO- dörd metilen qrupundan və bir karbonil qrupundan ibarət tsiklik ketondır. == Fiziki xassələri == Tsiklopentanon spesifik qoxusu olan rəngsiz mayedir. Suda orta dərəcədə, etanol və dietil efirində yaxşı həll olunur. == Alınması == Adipin turşusunun pirolizi zamanı Ba və Ca duzlarının iştiraki ilə alınır == Kimyəvi xassələri == Tsiklohekpentanonun kimyəvi xassələri asiklik ketonlara uyğundur. Oksim alınır. == Toksikliyi == Tsiklopentanon dəri və tənəffüs sistemini qıcıqlandırır və buxarlarının hava ilə qarışığı partlayıcıdır. Yüksək konsentrasiyalarda narkotik təsir göstərir. == Tətbiqi == Tsiklopentanon əsasən dad verən vasitə kimi istifadə olunur. Ayrıca müxtəlif üzvi birləşmələrin (məsələn, jasmon, mizoprostol) sintezi üçün istifadə olunur. == Mənbə == Химический энциклопедический словарь.
Tsiklopropan
Tsiklopropan (trimetilen) — kimyəvi formulu C3H6, tsikloalkanlar sırasına aiddir. == Fiziki xassələri == Rəngsiz -32,9oS-də qaynayan qazdır. Özünəməxsus petroleyin efiri iyli qazdır. Permanqanatla adi temperaturda oksidləşmir, bununla da tsiklopropan propilendən fərqlənir. == Tibbdə == Tsiklopropan, narkotik təsiri olduğu üçün cərrahiyyə əməliyyatında işlədilir. Tsiklopropan, qüvvətli anesteziyaedici qaz olub, hətta çox az miqdarı belə öz təsirini göstərir. Başqa narkotik maddələrdən fərqli olaraq onun təsirindən insan huşunu itirmir. == Törəmələri == Tsiklopropan və onun törəmələri təbiətdə tapılmamışdır. Tsiklopropen - 36oS-də mayeləşən iyli qazdır, asan polimerləşir, bromla birləşdikdə yanır. Tsiklopropen, tərkibində ikiqat rabitə olan polimetilen karbohidrogenlərdəndir.
Tsikloheksilxlorid
Tsikloheksilxlorid(xlortsikloheksan)-C6H11Cl formulu olan alitsiklik xlorüzvi birləşmədir. == Fiziki xassələri == Kəskin iyi olan rəngsiz tez alışan mayedir. == Optik xassələri == Şua sındırma əmsalı 1,4626 (20°C) == Alınması == C6H12 + PCl5 → C6H11Cl C6H12 + SO2Cl2 → C6H11Cl + SO2 + HCl == Kimyəvi xassələri == Suda az həll olur, xloroformda asanlıqla həll olunur, aseton, benzol, etanol və dietil efirlə qarışır. == Toksikliyi == Tsikloheksilxloridin buxarı ilə nəfəs aldıqda heyvanlarda kəskin zəhərlənmə baş verir. Bu zaman həyəcanlı vəziyyət yaranır, selikli qişanın qıcıqlanması, titrəmə, nəfəs darlığı və ölüm baş verir. Ağ siçanlar üçün iki saat tənəffüs edildikdə, 100% öldürücü konsentrasiya ÖK 100 = 78 mq/l, ağ siçovullar üçün - 40-75 mq/l. Siçovullarda xroniki zəhərlənmə zamanı (gündə 0,5 mq / l gündə 5 saat inhalyasiya) - bir aydan sonra qan təzyiqinin azalması, 4-5 aydan sonra mərkəzi sinir sistemində funksional dəyişikliklər yaranır. == Tətbiqi == Tsikloheksilxlorid yağlarda, qətranlarda həlledici kimi, üzvi sintezdə tsiklohekseni almaq üçün, kaprolaktamın, pestisidlərin istehsalında istifadə olunur. == İstinadlar == Məhərrəmov A.M., Məhərrəmov M.M. Üzvi kimya, BDU,Bakı,2007. V.M. Abbasov, R.Ə. Cəfərova, L.M. Əfəndiyeva, N.Ş. Rzayeva, F.Ə. Əmirov, M.M. Abbasov, A.M. Tağıyeva, İ.H. Əyyubov.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2008 •••••••• 0.24
2010 ••• 0.09
2011 ••• 0.09
2012 •••••••••••••••••••• 0.69
2017 ••••• 0.16
2019 ••••••••• 0.28
2020 •••••••••••• 0.40

"tsikl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tsikl nədir? #tsikl sözünün mənası #tsikl nə deməkdir? #tsikl sözünün izahı #tsikl sözünün yazılışı #tsikl necə yazılır? #tsikl sözünün düzgün yazılışı #tsikl leksik mənası #tsikl sözünün sinonimi #tsikl sözünün yaxın mənalı sözlər #tsikl sözünün əks mənası #tsikl sözünün etimologiyası #tsikl sözünün orfoqrafiyası #tsikl rusca #tsikl inglisça #tsikl fransızca #tsikl sözünün istifadəsi #sözlük