Tsum sözü azərbaycan dilində

Tsum

Yazılış

  • Tsum • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kimiko Tsumura
Kimiko Tsumura (津村紀三子, Tsumura Kimiko, 16 avqust 1902, Akaşi – 12 aprel 1974) – Yaponiya no aktrisası və dramaturqu. O, no tamaşalarında çıxış edən ilk qadınlardan biridir. == İlk illəri == Kimiko Tsumura 16 avqust 1902-ci ildə Yaponiyanın Akaşi şəhərində doğulmuşdur. O, üç qızdan və bir oğuldan ibarət ailənin ən gənc üzvü idi. Kimiko doğulduqdan dərhal sonra ailə işlə əlaqədar olaraq Tokioya köçmüşdür. Kimikonun atası Masumi biznesmen idi və uşaqlarının sənət təhsilinə böyük önəm verirdi. Kimikonun böyük bacısı Şizuko no nəğmələrini və rəqslərini öyrənmiş, digər bacısı Çiyo isə peşəkar rəssamdan ənənəvi rəssamlıq dərsləri almışdır.Kimiko əvvəlcə Çiyo kimi rəssamlıqla məşğul olsa da, 13 yaşından etibarən ənənəvi teatr sənətinə maraq göstərməyə başlamışdır. Həmin dövrdə Tokioda qızlar üçün no dərsləri təşkil olunsa da, onların no tamaşalarında çıxış etmələrinə icazə verilmirdi. == Karyerası == Tsumura 17 yaşında aktyor Kanze Kasetsunun tələbəsi olmuşdur. Təhsili zamanı 200-ə qədər ənənəvi no tamaşasını öyrənmiş və əzbərləmişdir.
Tatenda Tsumba
Tatenda Tsumba (12 noyabr 1991) — Zimbabveli sprinter. Tatenda Tsumba Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, Pekində keçirilən 2015 Dünya Çempionatında 200 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur.
Tsumada rayonu
Tsumada rayonu (avar. Цӏумада мухъ)– Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 1.178 km², inzibati mərkəzi Aqvalı kəndidir. == Əhalisi == Rayonun əhalisi 26. 692 nəfərdir (2021-ci il). Tsumada, əhalisinin 99%'i Avarlardan ibarət olan mono-etnik Avar rayonudur. Rayonda Avarlarla yanaşı Çamalalılar, Tindi, Baqulal, Xvarşi, Didoy və s. kimi Avarların subetnosları da yaşamaqdadır.
Tsumaki Yorinaka
Tsumaki Yorinaka (妻木 頼黄, 22 fevral 1859 – 10 oktyabr 1916, Tokio[d]) – Yaponiya memarı və Meyci dövründə Yaponiya Maliyə Nazirliyinin başçısı. Memar Meyci dövründə bir çox görkəmli tikilinin dizaynı ilə məşğul olmuşdur, bunların arasında xüsusilə Nihonbaşı körpüsü əhəmiyyətli yer tutur. == Həyatı == Katayama Tokuma, Tatsuna Kinqo, Sone Tatsuzo və Sataçi Şiçiciro ilə birlikdə imperatorluğun mühəndislik kollecində təhsil almışdır.
Tsumori Çisato
Tsumori Çisato (津森 千里) – Yaponiya dəb dizayneri. Yaponiyanın Saytama şəhərində anadan olmuşdur və Tokioda yerləşən Bunka Moda Kollecində təhsil almışdır. 1977-ci ildə İseey Miyake ilə birlikdə "Issey Sports" xətti üzərində işləməyə başlamışdır. Bu xətt daha sonra "I.S. Chisato Tsumori Designs" olaraq adlandırılmışdır. İseey Miyakenin dəstəyi ilə 1990-cı ildə öz xəttini başlatmışdır. 2003-cü ildə işini Parisə aparmış və elə həmin il öz kişi geyimləri xətti üzərində işləməyə başlamışdır. Karyerası ərzində ABŞ-də da tanınmışdır. Çisatonun estetikası ənənəvi qravürlərə əsaslanır və "manqa/bohemiya şirinliyi" elementlərinə malikdir. == Dizaynları == Tsumori Çisato öz əli ilə çəkdiyi qravürlər əsasında dizaynlar yaratması ilə tanınır. Qravürləri üçün Yaponiya mədəniyyətindən, manqalardan, müasir incəsənətdən, pişiklərdən və digər mənbələrdən ilham alır.
Tsumuri
Tsumuri (gürc. ცუმური) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 250 m hündürlüktə, Suxumidən 35 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 244.
Yukiçi Tsumura
Polkovnik-leytenant Yukiçi Tsumura və ya tanınan adıyla polkovnik-leytenant Çomora (Çomura), Yaponiya imperiyasının hərbi-dəniz qüvvələridə xidmət etmiş dəniz zabiti və 1012 türk hərbi əsiri İstanbul hökumətinə təslim etmək vəzifəsi daşıyan Heymey-maru gəmisinin komandiridir. == Heymey-maru hadisəsindəki rolu == Birinci Dünya Müharibəsi zamanı rus çarına əsir düşən və Sibirdə əsir düşərgəsində saxlanılan əsgər və ailələrindən ibarət 1012 türk əsir 1918-ci ildə Ağ ordu qüvvələrinə dəstək vermək məqsədi ilə bölgəni işğal edən Yaponiya İmperator ordusu tərəfindən əsir götürülür. 1921-ci ilin fevralında digər Antanta Dövlətlərinin belə bir tələbi olmasa da, Yaponiya imperiyası Osmanlı imperiyasının diplomatik və iqtisadi səyləri ilə bu məhbusları İstanbul hökumətinə təhvil verməyə qərar verir. 1921-ci il fevralın sonunda Vladivostokdan yola düşən Heymey-maru gəmisi aprelin 3-də Süveyş kanalını keçərək Aralıq dənizinə çatır. Aprelin 5-də Çanaqqala boğazına çatmaq üzrəykən Midilli adası yaxınlığında Yunanıstan Krallığının donanması tərəfindən dayandırılır. Anadoluda müharibə apardıqlarını əsas gətirərək; Yunanıstan Krallığı, İstanbul hökumətinə təhvil veriləcək olsa belə, bu məhbusun ekstradisiyasına icazə verə bilməyəcəklərini bildirərək, gəmi komandiri Tsumuradan türk əsirləri Yunanıstana təhvil verməsini istəyir. Polkovnik-leytenant Tsumura bu dəfələrlə edilən xahişləri qətiyyətlə rədd edərək, məhbusların Yaponiya İmperiyasının himayəsi altında olduğunu söyləyir. Sonda gəmi Yunanıstan tərəfindən Pirey limanına (yun. Λιμάνι Πειραιά) aparıldı və 6 ay ərzində hətta ərzaq almağa icazə verilmədən limanda saxlanılır. Gəmidəki insan böhranın təsiri ilə işə qarışan Millətlər Cəmiyyətinin əsir olan qadın və uşaqların sərbəst buraxılmasının lazım olduğunu deməsindən sonra göyərtədəki 395 qadın və uşaq Yunanıstanın Olympos adlı gəmisi ilə İstanbula aparılır.

Oxşar sözlər

#tsum nədir? #tsum sözünün mənası #tsum nə deməkdir? #tsum sözünün izahı #tsum sözünün yazılışı #tsum necə yazılır? #tsum sözünün düzgün yazılışı #tsum leksik mənası #tsum sözünün sinonimi #tsum sözünün yaxın mənalı sözlər #tsum sözünün əks mənası #tsum sözünün etimologiyası #tsum sözünün orfoqrafiyası #tsum rusca #tsum inglisça #tsum fransızca #tsum sözünün istifadəsi #sözlük