Tsuşi sözü azərbaycan dilində

Tsuşi

Yazılış

  • Tsuşi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tsuşima
Tsuşima (yap. 対馬) — Yapon dənizində yerləşən ada. İnzibati cəhətdən Yaponiyanın Naqasaki prefekturasına daxildir. 1872-ci ilə qədər müstəqil Tsuşima vilayəti ərazisinə daxil olmuşdur. Ada Koreya boğazında Cənubi Koreya ilə sərhəddə yerləşir. Ümumi sahəsi 696,3 km², əhalisi 34,4 min nəfər təşkil edir. == Tarixi == 1900-cü ilə qədər Tsuşima bir adadan ibarət olmuşdur. Sonradan Aso kanalı ilə ada iki yerə bölünmüşdür. Şimal hissədə yerləşən ada Kaminosima, cənubda yerləşən ada isə Simonosima adlanır. Tsuşima adası ətrafında yerləşən kiçik adalar onun ərazisinə daxildir.
Tsuşima boğazı
Tsuşima boğazı (kor. 쓰시마 해협 sseu-si-ma hae-hyeop) — Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Tsuşima boğazı Koreya boğazının bir qolu olaraq. Tsuşima və İki adaları arasında yerləşir. Uzunluğu 100 km, ən dar hissədə eni isə 47 km olaraq İki və Simodzima adaları arasında yerləşir. Boğazdan Tsuşima cərəyanı keçir. Bu cərəyan isti Krusio cərayanının bir hissəsidir. Tarixdə boğaz Tsuşima döyüşünə şahid olmuşdur. Döyüş 27–28 may 1905-ci ildə baş vermişdir. Rus-yapon müharibəsinin ən əhəmiyyətli döyüşü olaraq rus donanmasıbın Yapon imperiya ordusu tərəfindən darmadağın edilməsi ilə əlamətdardır.
Tsuşima cərəyanı
Tsuşima cərəyanı — Kurosio cərəyanının bir qolunu təşkil edir. Tsuşima boğazından keçərkən iki qola ayrılır. Əsas qol və Şərqi Koreya qolu. == Hidrologiya == Tsuşima boğazının 47 km dar hissəsindən keçərkən cərəyan zəyifləyir. Tsuşima cərəyanının güçü 0,5—1 km/s təşkil edir ki, bu da Kurisio cərəyanından 5 - 10 dəfə kiçikdir. Cərəyan dar boğazdan keçdikdən sonra cənubdan şimala istiqamətlənir. O əsasən Yaponiyannın qərb sahilləri ilə keçir. Bu səbəbdən Yapon dənizinin şərq sahili ilə qərb sahili arasında qışda 5—6 °С, yayda isə 1—3 °С fərq olur. Yaponiyanın sahilləri subtropik iqlimə malik olduğu halda, Rusiyanın sahilləri isə mülayim iqlimə malikdir. Şimalda Primorsk cərəyanının təsiri ilə Tsuşima cərəyanı Sanqar boğazı ilə Sakit okeana çıxır.
Tsuşima-maru
Tsuşima-maru (対馬丸) – Yaponiyaya məxsus olmuş sərnişin və karqo gəmisi. İkinci Dünya müharibəsi zamanı Okinavadan Naqasakiyə yüzlərlə məktəblini daşıyarkən ABŞ-yə məxsus USS Bowfin sualtı qayığı tərəfindən batırılmışdır. == Xüsusiyyətləri == Tsuşima-maru Şotlandiyanın Russell & Company şirkəti tərəfindən istehsal olunmuş və 8 sentyabr 1914-cü ildə suya buraxılmışdır. Gəmi Yaponiyanın Nippon Yusen şirkəti tərəfindən karqo və sərnişin gəmisi kimi istifadə olunurdu. Uzunluğu 135,6 metr idi. == Batırılması == Tsuşima-maru 22 avqust 1944-cü ildə, gecə saat 10:12-də Yaponiyanın Akuseki adası yaxınlığında ABŞ donanmasına aid olan USS Bowfin sualtı qayığı tərəfindən torpedo ilə vurulmuş və 10 dəqiqə ərzində batmışdır. Həmin an Tsuşima-maru Ryukyu adalarının ABŞ tərəfindən işğal edilməsi səbəbilə Okinavadan Naqasakiyə sərnişin daşıyırdı. 21 avqustda Naha limanından yola düşən gəminin göyərtəsində 1783 sərnişin var idi ki, onlardan 1661 nəfəri Nahanın 8 məktəbindən olan məktəblilər idi. Gəmidə bir neçə valideyn və məktəb müəllimi də var idi. Gəmini Kazuura-maru və Qyoku-maru adlı iki sərnişin gəmisi də müşayiət edirdi.
Tsuşima-maru Memorial Muzeyi
Tsuşima-maru Memorial Muzeyi (対馬丸記念館, Tsuşima-maru Kinenkan) – Yaponiyanın Okinava prefekturasının paytaxtı Naha şəhərində yerləşən xatirə muzeyi. İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə ABŞ donanmasına məxsus bir sualtı qayıq tərəfindən batırılmış Tsuşima-maru gəmisinin və həmin hadisə nəticəsində ölmüş 1484 nəfərin xatirəsinə həsr olunmuşdur. == Arxa plan == Tsuşima-maru Yaponiyaya məxsus olan karqo və sərnişin gəmisi olmuşdur. 22 avqust 1944-cü ildə Yaponiyanın Akuseki adası yaxınlığında ABŞ donanmasına aid olan USS Bowfin sualtı qayığı tərəfindən batırılmışdır. Həmin an Tsuşima-maru Okinavadan Naqasakiyə 1788 sərnişin daşıyırdı ki, onlardan 834 nəfərini məktəbli uşaqlar təşkil edirdi. Tsuşima-marunun batırılması nəticəsində gəmidəki 1484 nəfər ölmüşdür. == Xüsusiyyətləri == Muzey 22 avqust 2004-cü ildə açılmışdır. Muzeyin sərgisi birinci və ikinci mərtəbələrə bölünür. Girişin birinci yox, ikinci mərtəbədə yerləşməsinin səbəbi ziyarətçilərdə gəmiyə minmək barədə təəssürat yaratmaqdır. İkinci mərtəbədə yerləşən sərgi Tsuşima-marunun Naha limanından yola düşməsinə və batırılmasına həsr olunmuşdur.

Oxşar sözlər

#tsuşi nədir? #tsuşi sözünün mənası #tsuşi nə deməkdir? #tsuşi sözünün izahı #tsuşi sözünün yazılışı #tsuşi necə yazılır? #tsuşi sözünün düzgün yazılışı #tsuşi leksik mənası #tsuşi sözünün sinonimi #tsuşi sözünün yaxın mənalı sözlər #tsuşi sözünün əks mənası #tsuşi sözünün etimologiyası #tsuşi sözünün orfoqrafiyası #tsuşi rusca #tsuşi inglisça #tsuşi fransızca #tsuşi sözünün istifadəsi #sözlük