tuluq sözü azərbaycan dilində

tuluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tuluq • 91.2281%
  • TULUQ • 5.2632%
  • Tuluq • 3.5088%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Tuluq (ölçü vahidi)
Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya. == Ümumi məlumat == Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı). == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.45
2010 •••••••••••••••••••• 0.45
2011 •••••••• 0.17
2012 •••••••••••••••• 0.34
2014 •••••••• 0.17
2017 •••••••• 0.16

tuluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış bütöv qoyun və ya keçi dərisi. Çoban qarşılayır bizi xoşsifət; Tuluqdan süd tökür: Buyurun, – deyir. S.Vurğun. [Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı. Ə.Vəliyev. 2. bax dol. Mahmudun çox yaxşı yadındadır ki, o, dolamaçarxı hərlədib tuluqla quyudan su çəkərdi. Y.Əzimzadə. 3. köhn. Bir tuluq tutan qədər maye ölçüsü. [Zümrüd Məlikməmmədə:] Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən. Çəmənzəminli. [Həsənov:] Deyirlər ki, … fermaya get, bir tuluq yağdan, pendirdən götürmə… M.İbrahimov. ◊ Zəhər tuluğu – çox acıdil adam haqqında işlədilir. Şişib tuluğa dönmək – 1) çox şişmək; 2) həddən artıq kökəlmək.

    Azərbaycan dilinin izahlı lüğəti / tuluq

tuluq sözünün etimologiyası

  • 1 Mənası rus dilində belə açıqlanıb: “надувной мешок”. Bu, nə deməkdir? Qabaqlar sudan keçmək üçün dərinin içini hava ilə doldurub, ondan bir nəqliyyat vasitəsi kimi istifadə etmişlər. Tuluq “doluq” (doldurulmuş) deməkdir. İndi ondan içində ağartı və s. saxlamaq üçün istifadə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tuluq

tuluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

tuluq sözünün rus dilinə tərcüməsi

  • 1 бурдюк, мех

    Azərbaycanca-rusca lüğət / tuluq
  • 2 I сущ. 1. бурдюк (мешок из овечьей или козьей шкуры для хранения и перевозки воды, молока, вина и других жидкостей) 2. черпалка (кожаный или брезентовый сосуд для черпания воды, нефти из колодца) 3. мера веса в один бурдюк. Üç tuluq çaxır три бурдюка вина II прил. бурдючный (содержимый в бурдюке). Tuluq çaxırı бурдючное вино ◊ zəhər tuluğu язва (о злобном, язвительном человеке); şişib tuluğa dönmək: 1) сильно опухать, опухнуть 2) раздуться, растолстеть (о человеке)

    Azərbaycanca-rusca lüğət / tuluq

tuluq sözünün inglis dilinə tərcüməsi

tuluq sözünün fransız dilinə tərcüməsi

tuluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. цел, тагъар (къене жими затӀ хуьн, квар агъурун ва мс. патал табагъна раснавай хпен ва я цӀегьрен битав хам); 2. кил. dol; 3. куьгьн. са целци (тагъарди) кьадай кьадар жими затӀ; on tuluq su цӀуд цел яд; ** zəhər tuluğu агъуд(ин) кӀватӀ, зегьерд(ин) кӀватӀ, зегьер авай цел (мез туькьуьл касдикай рахадамаз); şişib tuluğa dönmək а) дакӀуна цел хьиз хьун, гзаф дакӀун; б) (ял ттур) цел хьиз хьун, гзаф куьк хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / tuluq

"tuluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tuluq nədir? #tuluq sözünün mənası #tuluq nə deməkdir? #tuluq sözünün izahı #tuluq sözünün yazılışı #tuluq necə yazılır? #tuluq sözünün düzgün yazılışı #tuluq leksik mənası #tuluq sözünün sinonimi #tuluq sözünün yaxın mənalı sözlər #tuluq sözünün əks mənası #tuluq sözünün etimologiyası #tuluq sözünün orfoqrafiyası #tuluq rusca #tuluq inglisça #tuluq fransızca #tuluq sözünün istifadəsi #sözlük