* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Gül, yarpaq və ya zoğun rüşeymi; düymə, puçur. Qızılgülün tumurcuğu. – Ağacların tumurcuqları açılıb, yarpaq olmuşdu. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / tumurcuq1 Mənbələrdə tumru sözü var və ruscaya окутать (bürümək) kimi tərcümə olunub. Tumurcuq “bürünmüş” (üstü örtülü) deməkdir. Duman, tuman (paltar) sözləri ilə qohumdur. Bəzən tumurcuq sözünü yumurcuq kimi şərh edirlər. Doğru deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tumurcuq2 TUMURCUQ Qovaq və alma ağacının tumurcuqları növbə ilə bir-birinin ardınca tək-tək yerləşir (“Botanika”); BÜRC (dan.) Ata acıqlandı, yolun qıraq-bucağına dönüb bürc gəmirən öküzləri hoholadı (S.Rəhimov); DÜYMƏ(ÇƏ) Ağacın düyməçələri zoğluyu-ban yarpaq açır; Sonra əlvan çiçəyi gör nə zərifanə gəlir (R.Əfəndiyev); GÖZCÜK Çay bitkisini çoxaltmaq üçün 3-4 gözcüyü olan birillik çubuqlardan istifadə etmək lazımdır (B.Talıblı); PUÇUR.
Azərbaycan dilinin sinonimlər lüğəti / tumurcuq2 бот. I сущ. почка (зачаток побега, листка или соцветия растения). Yaşıl tumurcuqlar зелёные почки, tüklü tumurcuqlar мохнатые почки, çiçək tumurcuğu цветочная почка, yarpaq tumurcuğu листовая почка, boy tumurcuğu ростовая почка, qoltuq tumurcuğu пазушная почка, yan tumurcuqlar боковые почки, təpə tumurcuqları верхушечные почки, qışlayan tumurcuq зимующая почка II прил. почковый, почечный; tumurcuq düzülüşü почкосложение
Azərbaycanca-rusca lüğət / tumurcuq