Turan-do sözü azərbaycan dilində

Turan-do

Yazılış

  • Turan-do • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Turan-Do
Turan-Do - Turan Do qədim Türk döyüş sənətləri üzərində qurularaq, müasir idman tələbinə müvafiq hərəkətlərlə zənginləşdirilmişdir. İstifadə olunan hərəkətləri daha da çevik, mütəhərrik, sürətli etmək üçün çoxlu sayıda silahlardan istifadə edilir. Yığcam, mütəşəkkil, dolğun, yüksək, dinamik və sürətli olmasına görə digər növlərdən ciddi surətdə fərqlənir. Turan Do iki istiqamətdə - idman və real döyüş (kombat) üsulunda öyrədilir. Bu döyüş sənətinin yaradıcısı döyüş sənətlərinin fəlsəfəsi üzrə doktor, professor olan Beynəlxalq dərəcəli təlimatçı və hakim Süleyman Məmmədlidir. == Mənası == Turan-Do döyüş sənəti müxtəlif anlayışlara gələ bilər. Həmin anlayışlar aşağıdakı kimidir: Turan – qədim Turan (Türk) dövləti, Do- yol, məqsəd Turan – dayanan, dirçələn Do – Tao – dağ, zirvə == Tarix == Turan Do döyüş sənəti 2003-2004-ci illəri ərzində bu daha da təkmilləşdirdi. Turan Do bir idman növü kimi Beynəlxalq Döyüş sənətlərindən qeydiyyat keçib qəbul olundu. 2004-cü il Avqust ayını Turan Do döyüş sənətinin yeni bir idman növünün yaranması tarixi qəbul etmək olar. 2004-cü il ayından Dünya Turan Do Assosiasiyası fəaliyyət göstərməyə başladı.
.do
.do — Dominikan Respublikasının internet kodu.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. Əsl turanlılar Turun nəslindən gələn Türk bir qəbilədir. Turanın adı buranın ilk xaqanı olan Tur Kağanın adı ilə bağlı ola bilər (Tur xan-x=Turan) Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olur. Tarixi İran-Turan müharibələrində Əfrasiyab (Alpərtonqa) Turan imperatoru (xaqanı) olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. == İstinadlar == == Mənbə == "Qırğız tarixi. Ensiklоpediya" Bişkek 2003 "Mаmlekettik til cаnа entsiklоpediya bоrbоru" "İ.Аrаbаev аtındаğı Kırgız mаmlekettik Pedаgоgikаlık universiteti" "Bаşkı red.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).
Do Jihan
Do Ji-han (24 sentyabr 1991, Seul) Cənubi Koreya-lı aktyorudur. O The Tower (2012) filmində və KBS2-nin Hwarang: The Poet Warrior Youth (2016–2017) serialındakı rolları ilə tanınır. 26 dekabr 2018-ci ildə hərbi xidmətə çağırılıb. == Həyatı == Ci-Han 24 sentyabr 1991-ci ildə Tecon, Cənubi Koreya-da doğulmuşdur.Ci-Han, 24 dekabr 2018-ci il tarixdə məcburi hərbi xidmətə göndərildi.
Dzü-do
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Karate-do
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Arda Turan
Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987, Fateh) — keçmiş türk futbolçu. == Həyatı == == Karyerası == === Klub karyerası === ==== Qalatasaray ==== Arda 12 yaşından Qalatasaray futbol məktəbinin üzvüdür. O, Qalatasaray PAF komandandasında dalbadal 4 il forma geyinmiş, 56 oyunda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004–2005 mövsümündə Türkiyə milli futbol komandasının heyətinə cəlb olunmuşdur, amma bu dövrdə uğurlu oyun nümayiş etdirə bilməmiş və təcrübə qazanması üçün Manisaspora icarəyə verilmişdir. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirmiş, 2006–2007-ci il futbol mövsümündə yenidən Qalatasarayın heyətində çıxış etmişdir. Erik Geretsin başçılıq etdiyi klubun əsas heyətinə düşərək UEFA Çempionlar Liqasının 3-cü seçmə mərhələsində Mlada Boleslav klubuna qarşı oyunda iştirak etmiş, iki qola imza etmiş və bir məhsuldar ötürmə vermişdir. O dövrdən etibarən Qalatasaray heyətində yerini möhkəmlətmişdir. 2007–2008 futbol mövsümündə Karl-Heinz Feldkampın məşqçisi olduğu klubun əsas heyətində çıxış etmişdir. UEFA Çempionlar Liqasında Bordo və Liverpul klublarına qarşı keçirilən oyunlarda oynamış və UEFA tərəfindən bu oyunların ən yaxşı oyunçusu kimi dəyərləndirilmişdir.
Ayşin Turan
Ayça Ayşin Turan — Türk aktrisa. == Həyatı == Ayça Ayşin Turan 1992-ci il oktyabr ayının 25-də İstanbulda dünyaya göz açmışdır. Kiçik yaşlarından aktyorluğa olan xüsusi marağı onu Türkiyənin məşhur seriallarına qədər gətirib çıxarmışdır. Hazırda tələbədir. 2011-ci ildə yayımlanan və yayımlandığı müddətdə izlənmə rekordu qıran, məşhur türk serialı "Dinlə Sevgili"də Gülfəm rolunu canladıran Ayça Ayşin Turan bu rolu ilə məşhurlaşmışdır. 2013-cü ildə "Qaragül" serialında Türkiyənin məşhur aktyorları və o cümlədən böyük sənətçi Özcan Dəniz ilə bir araya gələrək daha da şöhrət qazanmış və izləyicilərin sevimlisinə çevrilmişdir. == Mənbə == Ayşin Turan kimdir?
Azər Turan
Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ədəbiyyat qəzetinin baş redaktoru (2015-ci ildən). == Həyatı == Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb (1970–1980). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub (2001–2003). "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) vəzifələrində çalışıb. "Ədəbiyyat qəzeti"nin baş redaktorudur (yanvar 2015). Filologiya üzrə fəlsəfə doktorudur (2010).
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Cəmil Turan

Feyzavər Turan
Feyzavər Turan (türk. Feyzaver Alpsar Turan; 31 dekabr 1919 – 25 aprel 2020, İstanbul) — Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi Səlim Turanın bacısı və sənət qalereyası sahibi. == Həyatı == Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə anadan olmuşdur. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla ailə həyatı qurmuşdur. === Təhsili === Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilinə İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib. === Vəfatı === 25 aprel 2020-ci ildə vəfat etmişdir. Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib. == Fəaliyyəti == Təhsilini bitirdikdən sonra İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açmışdır. Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib.
Mithas Turan
Mithas Turan (Aleksandr Yakovleviç Çerpakov, rus. Александр Яковлевич Черпаков; 21 iyun 1929, Xakasiya dairəsi[d], Sibir diyarı[d] – 1992, Xakasiya) — Xakas yazıçısı, dramaturqu və publisisti, SSRİ Yazıçılar İttifaqının üzvü == Həyatı == Əsl adı Aleksandr Yakovleviç Çerpakov olan Mithas Turan 21 iyun 1929-cu ildə Xakasiya Respublikasının indiki Askiz rayonunun Murza ulusunda anadan olmuşdur. Gələcək yazıçının uşaqlıq və gənclik illəri Yuxarı Askiz qəsəbəsində keçmişdir. Orta məktəbi bitirdikdən sonra Abakan Dövlət Pedaqoji İnstitutunda qiyabi təhsil almışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik etmiş, daha sonra "Xakasiya zəhmətkeşləri" ("Хакасский труженик") qəzetində çalışmışdır. 1968-ci ildən ömrünün sonuna qədər "Lenin yolu" ("Ленин чолы") qəzetlərində jurnalist işləmişdir. SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. 6 may 1992-ci ildə Abakanda vəfat etmişdir. == Yaradıcılığı == Mithas Turanın ilk hekayəsi 1957-ci ildə "Xızıl aal" ("Хызыл аал") qəzetində dərc olunmuşdur. O ilk bədii yazılarını yerli qəzetlərdə və "Sibir işıqları", "Yenisey", "Nov" və başqa ədəbi almanaxlarında nəşr etdirmişdir.
Mitxas Turan

Refiq Turan
Rəfiq Turan (türk. Refik Turan; 1956, İsparta) — Türk akademik, Türk Tarix Qurumunun keçmiş prezidenti. == Həyatı == Refiq Turan 1956-cı ildə Türkiyənin İsparta ilçəsində anadan olmuş, 1967-ci ildə ibtidai təhsilini, 1974-cü ildə isə İspartada lisey bitirmişdir. 1978-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin bakalavr pilləsini, 1980-ci ildə həmin universitetin Ümumi Türk Tarixi kafedrasında magistraturasını, 1983-cü ildə isə doktoranturanı bitirmişdir. Qazi Təhsil fakültəsinin Sosial Elmlər Təhsili bölməsinin Tarix Təhsili qoluna köməkçi dosent vəzifəsinə təyin olunduqdan sonra 1989-cu ildə dosent, 1995-ci ildə professor adını qazanmışdır. 6 mart 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilmişdir. == Fəaliyyəti == TTQ-da vəzifəyə başladıqdan sonra ilk öncə 1915-ci il hadisələri üzərində işləyəcəyini açıqlayan Rəfiq Turan diqqətləri hadisələrin akademik, siyasi və təbliğat tərəflərinə yönəltməyə başladı. Hadisələrdə əsas müzakirə mərkəzi Türkiyə və Ermənistan münasibətləri olmasından daha çox başqa güclərin olduğunu açıqladı. Qatıldığı tədbirlərin birində İslamın dünyaya gəlməsini dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu və bu dinin türklər tərəfindən qəbul edilməsi prosesini kimi qeyd etdi.Hələ də Türkiyədə mübahisəli olan Lozanna müqaviləsini müvəffəqiyyətli və qazanılan müharibələrlə mütənasib bir müqavilə olaraq görmədiyini bildirdi. Bu ritorikası Türk Tarix Cəmiyyətinin keçmiş rəhbərlərindən biri olan Yusuf Halaçoğlunun diqqətini çəkdi.Qurumun prezidenti olduğu dövrlərdə Türkiyənin aktual və tarixdən bəhs edən məsələlərinə dair mövzular başda olmaqla, erməni məsələsi, Pontus, Egey Adaları, Kipr, Balkanlar, Şərqi Aralıq dənizi, Qara dəniz, Orta Asiya, Qafqaz, Suriya və digər tarixi və mədəni mövzulara aid sənədli filmlər hazırladaraq Türk Tarix Qurumunun vasitəsilə xalqa çatdırdı.
Rəfiq Turan

Səlim Turan
Səlim Turan (türk. Selim Turan; d. 9 iyun 1915, İstanbul, Osmanlı imperiyası - 13 oktyabr 1994, Paris, Fransa) — Osmanlı imperiyasında anadan olmuş azərbaycanlı heykəltaraş, rəssam, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi. O, Əli bəy Hüseynzadənin oğlu və Feyzavər Turanın qardaşı. == Həyatı == 1915-ci ilin 9 iyununda İstanbulda Əli bəy Hüseynzadə ilə Ədhiyyə xanımın ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist, anası isə Osmanlı süvari zabiti olan Şəmsəddin bəyin qızı olmuşdur.Atası XX əsrin əvvəllərində Osmanlı imperiyasına köçüb, əsasən orada fəaliyyət göstərdiyinə görə Səlim Turanın fəaliyyəti Türkiyə və Fransa ilə bağlıdır. 13 oktyabr 1994-cü ildə Parisdə vəfat etmişdir. Cənazəsi Türkiyəyə aparılmış və Atatürk Kültür Mərkəzində təşkil edilən mərasimdən sonra dəfn edilmişdir. === Təhsili === İlk təhsilini Əli Avni Çələbi və Malik Akselin şagirdi olaraq bitirdikdən sonra Qalatasaray Liseyində Cihad Burak və Avni Arbaşla tanış olmuşdur. Rəsm ilə ciddi mənada tanış olması Malik Ağseldən aldığı rəsm dərsləri ilə oldu.
Turan (ad)
Turan — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Turan Cavid — Hüseyn Cavidin qızı. Turan Dursun — türk yazıçı, mütəfəkkir, daha əvvəlində imam və müfti. Turan Həsənzadə — Azərbaycan alimi. Arda Turan — türk futbolçu Azər Turan — tənqidçi, publisist, Filologiya üzrə fəlsəfə doktoru (2010), Turan xanım Əmirsüleymani — Rza şahın xanımı.
Turan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Turan (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Turan (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər Tıva Respublikasınana daxildirDigər Turan — Tarixi baxımdan Orta Asiya və Mavərünnəhir adlanan bölgənin adı. Geniş mənada isə türklərin yaşadığı bütün əraziləri bildirir. Turan Tovuz — Azərbaycanın Tovuz rayonunun futbol klubu. Turan informasiya agentliyi — informasiya agentliyi. Turan Air — Azərbaycanda aviaşirkət Turan (veriliş) — Silsilə televiziya verilişi Turan sevgisi (film) — film Uyuk Turan — abidə Turan İntellektual Oyunlar Klubu — intellektual oyunlar klubu.
Turan (tank)
Turan tankı — İkinci Dünya müharibəsi zamanı Çexoslovakiyanın Skoda şirkəti tərəfindən hazırlanan tank. T21 orta tank prototipinin dizaynına əsasən, iki əsas variantda hazırlanmışdır: 40 mm qurğuşun ilə 40M Turan (və ya Turan I) və 75 mm top qülləsi ilə 41M Turan (və ya Turan II) . Ümumi 424 ədəd istehsal edilmişdir.
Turan (Şəki)
Turan (əvvəlki adı: Orconikidze) — Azərbaycan Respublikasının Şəki rayonunun Turan qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Orconikidze qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Orconikidze şəhər tipli qəsəbə Turan şəhər tipli qəsəbə, Orconikidze qəsəbə inzibati-ərazi vahidi Turan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Qəsəbənin əhalisi 2,150 nəfərdir == Din == Qəsəbədə Turan qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Turan (şəhər)
Turan — Rusiya Federasiyasının Tıva Respublikasında şəhər.
Turan Air
Turan AİR - Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkət. "Turan air" aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin təsisçiləri «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İTİ Trading İnternational» amerikan şirkəti olub. 1997-ci ilin yanvar ayında «AZAL» DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.
Turan Bayramov
Turan Rövşən oğlu Bayramov (11 yanvar 2001, Gəncə) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Turan Bayramov 2016-cı ildə Tbilisi şəhərində (Gürcüstan) yeniyetmələr arasında Dünya Çempionatını 11-ci pillədə başa vurdu. Daha sonra Turan Bayramov 2017-ci ildə Sarayevo şəhərində (Bosniya və Herseqovina) yeniyetmələr arasında Avropa Çempionatının bürünc, Afina şəhərində (Yunanıstan) yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.Turan Bayramov 2018-ci ilin mayında KYRM-da baş tutan gənclər arasında Avropa Çempionatının, iyulunda isə Xorvatiyada baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu.Turan Bayramov 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Birinci görüşdə onun rəqibi Yeni Zelandiya güləşçisi Vesterli Ainsley oldu. Həmin görüşdə Turan Bayramov rəqibinə 10:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə isə onun rəqibi Pakistan güləşçisi İnayat Ullah oldu. Həm İnayat Ullah, həm də Turan Bayramov birinci görüşlərində qalib gəlmişdi. Bu görüşdə qalib gələn güləşçi, turnirin final görüşünə vəsiqə qazanacağdı. Görüşün əvvəlindən üstün tərəf olan Turan Bayramov, rəqibinə 8:0 hesabı ilə qalib gəldi və Buenos-Ayres Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İran güləşçisi Məhəmməd Kərimi oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#turan-do nədir? #turan-do sözünün mənası #turan-do nə deməkdir? #turan-do sözünün izahı #turan-do sözünün yazılışı #turan-do necə yazılır? #turan-do sözünün düzgün yazılışı #turan-do leksik mənası #turan-do sözünün sinonimi #turan-do sözünün yaxın mənalı sözlər #turan-do sözünün əks mənası #turan-do sözünün etimologiyası #turan-do sözünün orfoqrafiyası #turan-do rusca #turan-do inglisça #turan-do fransızca #turan-do sözünün istifadəsi #sözlük