turizmin sözü azərbaycan dilində

turizmin

Yazılış

  • turizmin • 92.3454%
  • Turizmin • 7.6328%
  • TURİZMİN • 0.0218%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Turizmin növləri
Turizmin növləri - Əlamətlərinə görə turizm aktiv və passiv növlərinə ayrılır. Xarici turistlərin ölkəyə gəlişi və ya ölkə vətəndaşları tu­ristlərin həmin regiona gəlişi aktiv turizmdir. Aktiv turizm - ölkə­yə və ya regiona pul (valyuta) gətirməsi ilə müəyyən edilir. Bir öl­kə vətəndaşının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri passiv turizmdir. Passiv turizm ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir. Rekreasiya turizmi - istirahət və müalicə məqsədi ilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada geniş yayılmışdır. == Məqsədinə görə turizm == Məqsədinə görə turizmin aşağıdakı növləri var: Ekskursiya - dərketmə məqsədi ilə həyata keçirilən səyahətdir. Müalicə məqsədli səfərlər - turizmin digər növlərindən xüsusile fərqlənir. İlk növbədə bu olduqca fərdi səyahət növüdür.
Turizmin əhəmiyyəti
Turizm cəmiyyətin iqtisadi problemlərinin həliinə xeyli təsir göstərir. Turizmdən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir. Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır. == Turizmin iqtisadi əhəmiyyəti və sahələri == Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əmək haqqı və ödəmələrin digər növlərini, aksionerlərə-gəlir, dövlətə - vergi və rüsumlar ödəyir. İstehlak sahəsi - turizm-istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır. Gəlir sahəsi - turist axını sayəsində turizmin aşağıda qeyd olunan bir çox yerli müəssisələrinin gəliri artır - mədəni və əyləncə müəssisələrinin gəlirləri artır və bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir. Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm "görünməyən ixrac" adlanır, çünki istehlakçı ixrac məhsulun ardınca onu istehsal edən ölkəyə gedir. == Turizmin sosial əhəmiyyəti == İşsizlik, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı olması, psixoloji təzyiq, stress və onunla bağlı böhranlı hadisələrin yaranması, asudə vaxtlarda gənclərin neqativ fəaliyyətinin artması, təbiətdə ekoloji tarazlığın pozulması-müasir cəmiyyətin bu və ya digər problemləri bizim ölkədə də mövcuddur. İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır;Əhalinin maariflənməsinə müsbət təsir göstərir; Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır; == Turizmin humanitar əhəmiyyəti == Turizmin mühüm funkasiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanları yaradılmasıdır.
Turizmin maddi-texniki bazası
Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətim da­imi etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdır. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir.Turizmin maddi-texniki bazasına turizm tikililəri, onun texniki təhcizatı, nəqliyyat vasitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşşəkkil turizmin inkişafının əsasını təşkil edir. Belə ki, turistlər tam kompleks xidmət göstərilməsi (yerləşdirilmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şərait yaradır. == Turizmin maddi-texniki bazasının tərkibi == Turizmin maddi-texniki bazasının tərkibinə - turist firmaları (turopedratorlar və turagentlər), mehmanxanalar, turist bazaları, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığın kirayə məntəqələri, turist yollayırın (putyovka) satış büroları, nə­zarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 31.48 dəfə / 1 mln.
2002 ••••••••• 20.56
2003 •••••••••• 22.44
2004 •••••••••••••••••••• 47.50
2005 •••••••••••••••••••• 48.58
2006 ••••••••••••••• 34.24
2007 •••••••••••••• 33.83
2008 •••••••••••• 27.77
2009 •••••••• 17.92
2010 •••••••••• 23.60
2011 •••••••••••••••••••• 48.64
2012 ••••••••••••• 29.26
2013 •••••• 13.13
2014 •••••••• 18.71
2015 ••••••••••• 26.71
2016 ••••••••••••••••••• 45.64
2017 •••••••••••••••••••• 46.50
2018 ••••••••••••••••• 40.60
2019 ••••••••••• 25.87
2020 •••••••••••• 28.38

Oxşar sözlər

#turizmin nədir? #turizmin sözünün mənası #turizmin nə deməkdir? #turizmin sözünün izahı #turizmin sözünün yazılışı #turizmin necə yazılır? #turizmin sözünün düzgün yazılışı #turizmin leksik mənası #turizmin sözünün sinonimi #turizmin sözünün yaxın mənalı sözlər #turizmin sözünün əks mənası #turizmin sözünün etimologiyası #turizmin sözünün orfoqrafiyası #turizmin rusca #turizmin inglisça #turizmin fransızca #turizmin sözünün istifadəsi #sözlük