Turxan sözü azərbaycan dilində

Turxan

Yazılış

  • Turxan • 97.9866%
  • turxan • 2.0134%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Turxan Allahverdiyev
Turxan Rəsul oğlu Allahverdiyev (5 aprel 1996, Gədəbəy rayonu – 12 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turxan Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2002-ci ildə Gədəbəy rayonunun Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib. == Hərbi xidməti == Turxan 2014-cü ilin Aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. Turxan 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçusu kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanır.
Turxan Gənceyi
Turxan Gənceyi – filoloq alim, filologiya elmləri doktoru, professor. 1925-ci ildə Təbrizdə doğulmuşdur. Orta təhsilini Təbrizdə, ali təhsili İstanbul universitetinin ədəbiyyat fakültəsində almışdır. Əmək fəaliyyətinə Neapol universitetinin şərqşünaslıq fakültəsində dərs deməklə başlamışdır. Eyni zamanda Frankfurt na Mayne və Hamburq universitetlərinin şərqşünaslıq universitetlərində dərs demişdir. 1959-cu ildən London universitetində tələbələrə türk xalqlarının ədəbiyyatı və "Dədə Qorqud" eposu haqqında mühazirələr oxumuşdur. Kembric universitetinə dəvət alıb, burada, 1984-cü ildə Turxan üçün məxsusi olaraq fars və türk ədəbiyyatı kafedrası açılır. Turxan Gənceyi, Xətai, M. F. Axundov, C. Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və bir sıra başqaları haqqında ədəbiyyatşünaslıq məqalələrinin müəllifidir. Azərbaycanın şair və yazıçılarının əsərlərini ingilis dilinə çevirmişdir. Turxan Gənceyi böyük Azərbaycanın şairi Xətai haqqında (I Şah İsmayıl) monoqrafiya yazarkən Britaniya muzeyində saxlanılan əlyazmalardan istifadə etmişdir.
Turxan Gəncəyi
Turxan Zeynal oğlu Gəncəyi (20 mart 1925-2005) — ədəbiyyatşünas. == Həyatı == Turxan Zeynal oğlu Gəncəyi 1925-ci il mart ayının 20-də Təbrizdə dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək oradakı Universitetin türk və fars dilləri bölümünü bitirmişdir. Alim pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvətilə İtaliyanın Neapol Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. T.Gəncəyi bir sıra ölkələrdə – İtaliyada (1949- 1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956- 1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969- 1970-ci illərdə bir neçə aylığa İrana qayıtmış, sonradan yenə İngiltərəyə getmiş, ömrünün sonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərmişdir. Alim 16 aprel 2005-ci ildə Londonda vəfat etmişdir. Turxan Gəncəyi gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olmuşdur. O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Mübaliğəsiz deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş genişmiqyaslı bir alim kimi Vətənimizin başını uca etmişdir.
Turxan Məmmədov
Turxan Rizvan oğlu Məmmədov (9 avqust 1998; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turxan Məmmədov 1998-ci il avqustun 9-da Gəncə şəhərində anadan olub. 2005-2009-cu illərdə Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdə, 2015-2016-cı illərdə isə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Turxan Məmmədov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Turxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Turxan Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı Gamışdağ istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Turxan Süleyman
Turxan Süleymanov
Turxan İdris oğlu Süleymanov (20 sentyabr 2002; Quşçu, Daşkəsən rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Turxan Süleymanov 20 sentyabr 2002-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə S. İsgəndərov adına Daşkəsən rayon Quşçu qəsəbə tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Turxan Süleymanov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir.
Əbu Turxan
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. == Ailəsi == Evlidir, oğlu və 2 qızı var. == Elmi-pedaqoji fəaliyyəti == 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
Məhməd Cahid Turxan
Mehmet Cahid Turxan (türk. Mehmet Cahit Turhan; 29 aprel 1960, Trabzon) — Türk bürokrat və siyasətçi. Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri (9 iyul 2018-ci ildən). == Həyatı == Mehmet Cahid Turxan 29 aprel 1960-cı ildə Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir. == Təhsili == 1981-ci ildə Qaradəniz Texniki Universitetinin İnşaat memarlıq fakültəsinin İnşaat bölümündən məzun olmuşdur. 1986-cı ildə Qaradəniz Texniki Universitetinin Fənn Elmləri İnstitutunda magistraturanı bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 1985–2005-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005–2015-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsinin direktoru vəzifəsində işləmişdir. 2016-cı ildə Türkiyə Respublikasının Prezident Aparatında baş müşavir olaraq çalışmışdır.
Turxan Xədicə Sultan
Turxan Xədicə Sultan (1627 – 4 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi və 19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı. == Həyatı == Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi.
Mehmet Cahid Turxan
Mehmet Cahid Turxan (türk. Mehmet Cahit Turhan; 29 aprel 1960, Trabzon) — Türk bürokrat və siyasətçi. Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri (9 iyul 2018-ci ildən). == Həyatı == Mehmet Cahid Turxan 29 aprel 1960-cı ildə Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir. == Təhsili == 1981-ci ildə Qaradəniz Texniki Universitetinin İnşaat memarlıq fakültəsinin İnşaat bölümündən məzun olmuşdur. 1986-cı ildə Qaradəniz Texniki Universitetinin Fənn Elmləri İnstitutunda magistraturanı bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 1985–2005-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005–2015-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsinin direktoru vəzifəsində işləmişdir. 2016-cı ildə Türkiyə Respublikasının Prezident Aparatında baş müşavir olaraq çalışmışdır.
Validə Turxan Sultan türbəsi
Validə Turxan Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Yeni Məscid külliyəsinə aid türbə. == Haqqında == Türbə 1663-cü ildə memar Mustafa ağa tərəfindən inşa olunmuşdur. Osmanlı sultanlarından beşi bu türbədə dəfn olunmuşdur. Safiyə Sultanın 1598-ci ildə inşasına başladığı Yeni Məscid külliyəsi Xədicə Turxan Sultan tərəfindən tamamlanmışdı. Külliyənin cənub cəbhəsində yerləşən türbə memarlıq xüsusiyyətləri baxımından Sultan Əhməd türbəsinə bənzəyir. Kvadrat planlı olan türbənin daxili interyeri çini və xəttatlıq işləmələriylə bəzədilmişdir. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Validə Turxan Xədicə Sultan IV Mehmed II Mustafa III Əhməd I Mahmud III Osman Sultan Əhmədin oğlu Şahzadə Mehmed (d. 1 mart 1697 — ö. iyun 1703) Sultan Mehmedin qızı Fatma Sultan (d. 1680 — ö.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2006 •••••••• 0.45
2008 ••••••••• 0.49
2010 •••••••• 0.45
2011 ••• 0.17
2012 •••••••••••• 0.69
2013 •••••••• 0.44
2014 ••••••••••••••• 0.86
2015 •••••••••••••••••••• 1.19
2016 ••• 0.17
2017 •••••• 0.33
2018 ••••••••••• 0.60
2019 •••••••••••• 0.70
2020 ••• 0.13

turxan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

turlar türklər ölkəsinin xanı; Tur dağının xanı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

xandan törəyənlər, xan nəslindən olanlar ("tar" "törəmək, yaradılış" sözləri ilə əlaqədardır), qədim türklərdə xüsusi imtiyaza malik olan titul sahibi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#turxan nədir? #turxan sözünün mənası #turxan nə deməkdir? #turxan sözünün izahı #turxan sözünün yazılışı #turxan necə yazılır? #turxan sözünün düzgün yazılışı #turxan leksik mənası #turxan sözünün sinonimi #turxan sözünün yaxın mənalı sözlər #turxan sözünün əks mənası #turxan sözünün etimologiyası #turxan sözünün orfoqrafiyası #turxan rusca #turxan inglisça #turxan fransızca #turxan sözünün istifadəsi #sözlük