turşusunun sözü azərbaycan dilində

turşusunun

Yazılış

  • turşusunun • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ditiofosfat turşusunun efirləri
Ditiofosfat turşusunun efirləri (ДТФ)- qeyri-üzvi birləşmədir. Belə birləşmələri almaq üçün bu turşunun Na duzundan istifadə edilir. DTF həm efirləri, həm də metal duzları sürtkü yağlarına aşqar kimi geniş tətbiq olunur. == Ditiofocfat turşusu == ДТФ kristalhidrat əmələ gətirir, Na3PO2S2•17H2O etanolda həll olmur. Onun kristalları 45-460C-də əriyir. ДТФ turşusunun metal duzları, o cümlədən Zn duzu (ДФ-11) oksidləşmə, korroziya, siyrilmə və yeyilməyə qarşı yüksək keyfiyyətə malikdir. Onun mürəkkəb üzvi efirləri isə transmissiya yağlarının siyrilmə və yeyilməyə qarşı xassələrini yüksək dərəcədə yaxşılaşdırır. ДТФ turşusunun aromatik həlqəvi 1 radikallı birləşmələri isə yüksək oksidləşməyə qarşı xassəyə malikdir. Tritiofosfat turşusunun efirlərinin karbohidrogen radikallarının yeyilmə və korroziyaya qarşı xassələrinin effektliyinin təsirini öyrənmək üçün onların bəzi alkil və allil radikallı efirləri sintez edilib tədqiq edilmişdir. Bəzi tədqiqatlar göstərmişdir ki, yeyilməyə qarşı təsir xassəsi bu birləşmədə olan karbohidrogen radikallarının quruluşundan asılıdır, yəni zəncir böyüdükcə birləşmələrin effektliyi azalır, S- allil efiri daha yüksək effekt verir.
Ditiokarbamin turşusunun efirləri
=Ditiokarbamin turşusunun efirləri= Tərkibində azot və kükürd saxlayan birləşmələr sürtkü yağlarına əsasən siyrilmə, korroziya və oksidləşməyə qarşı aşqar kimi tətbiq olunur. Bu birləşmələr içərisində son illər dialkilditiokarbamin turşusunun efirləri daha geniş yayılmışdır. Sürtkü yağlarının oksidləşmə və korroziyaya qarşı xassələrinin yaxşılaşdırmaq məqsədilə alkilditiokarbamatlar təklif olunmuşdur. == Dialkiditiokarbamat turşusu (DTK) efirlərinin alınması və xassələri == Dialkiditiokarbamin turşusu (DTK) efirləri əsasında uzun müddət ərzində aparılan məqsədyönlu tədqiqatlar yüksək yağlayıcılıq effektinə malik olan azot və kükürdlü aşqarların optimal quruluşunu müəyyən etməyə imkan vermiş və nəticədə yeyilmə və siyrilməyə qarşı kifayət qədər təsirli olan bir sıra aşqarlar qrupu – ИХП-14A, ИХП-14M, ИХП-14M-MH aşqarları yaradılmışdır. Dialkiditiokarbamin turşusu (DTK) efirləri üzvi birləşmələrin halogenli törəmələrinə DTK turşusunun qələvi metal duzları ilə təsiri nəticəsində sintez olunmuşdur. Bunlardan DTK turşusunun alkil (ИХП-14), allil (ИХП-14А) və metallil (ИХП-14M) efirlərini göstərmək olar Bundan başqa transmissiya yağlarına siyrilmə və yeyilməyə qarşı daha yüksək effektli kükürd və azot saxlayan birləşmələrdən – DTK turşusunun alkiltiometil efiri sintez edilmişdir. Son zamanlar transmissiya yağlarına daha güclü aşqarlar kimi müxtəlif üzvi turşuların xlorefirləri ilə DTK turşusunun Na duzunun qarşılıqlı təsirindən bir sıra maddələr sintez edilmişdir ki, bunlar da öz tətbiq sahəsinə görə geniş yer tutmuşlar. Bunlardan asiloksimetil – DTK və sinnamil-DTK birləşmələrini göstərmək olar. == Dialkilditiokarbamin turşusu efirlərinin tətbiq sahələri == Dialkilditiokarbamin turşusu efirləriləri əsasında alınan aşqarlar geniş istehsal və tətbiq sahəsinə malikdir. Belə ki, bu aşqarların ekoloji təhlükəsiz alınma texnologiyası işlənilmişdir.
Silisium turşusunun efirləri
Silisium turşusunun efirləri - sürtkü yağları və mayelər kimi işlədilən silisium üzvi birləşmələr içərisində o-silisium turşusu efirlərinin böyük əhəmiyyəti vardır. Bu birləşmələr silisium turşusu ilə müxtəlif spirtlərin təsirindən alınınr: Efir molekulunda bir və bir neçə alkoksiqrup üzvi radikallarla əvəz oluna bilər. Bu zaman silisium turşusunun R-mono-, R-Si-(ORı)3, di-R2-Si-(OR)2 və üçalkil törəməli R3-Si-ORı efirləri əmələ gəlir. == Fiziki - kimyəvi xassələri == Silisium turşusunun efirləri də polisiloksanlar kimi yaxşı temperatur - özlülük xassələri, aşağı donma temperaturu, zəif uçuculuq, oksidləşməyə qarşı yüksək davamlığı(2000C-yə qədər) ilə fərqlənir. Bu efirlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də alışmağa qarşı davamlı olmalarıdır. o-silisium turşusunun efirləri metalların əksəriyyətini korroziyadan qoruyur və orta yağlama xassəsinə malikdir. Yağlama xassəsini yaxşılaşdırmaq üçün onlara xlor, kükürd və fosfor aşqarları qatmaq lazımdır. == Nöqsanlar == Silisium turşusunun efirləri və onların əsasında alınmış yağlar suyun təsirinə qarşı o qədər də davamlı deyildir. == Tətbiqi == Ortasilisium turşusunun efirləri geniş temperatur hədlərində işləyən yüksək konsistent yağların hazırlanmasında, hidrosistemlərdə yüksək temperaturlu mayelər və istilikdaşıyıcılar kimi tətbiq oluna bilər. == Mənbə == Yağlar, sürtkülər və texniki mayelər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.84 dəfə / 1 mln.
2004 ••••••••••• 1.01
2005 ••••••• 0.67
2006 ••••• 0.45
2007 ••••••• 0.63
2008 ••• 0.24
2009 ••••• 0.48
2010 •••••••••••• 1.09
2011 •••••••••• 0.94
2012 •••••••••••••••••••• 1.98
2013 ••••• 0.44
2014 •••••• 0.51
2015 ••••••• 0.68
2016 •••••• 0.52
2017 ••••••• 0.65
2018 ••••••• 0.60
2019 ••••••••• 0.83
2020 ••••••••••••• 1.19

Oxşar sözlər

#turşusunun nədir? #turşusunun sözünün mənası #turşusunun nə deməkdir? #turşusunun sözünün izahı #turşusunun sözünün yazılışı #turşusunun necə yazılır? #turşusunun sözünün düzgün yazılışı #turşusunun leksik mənası #turşusunun sözünün sinonimi #turşusunun sözünün yaxın mənalı sözlər #turşusunun sözünün əks mənası #turşusunun sözünün etimologiyası #turşusunun sözünün orfoqrafiyası #turşusunun rusca #turşusunun inglisça #turşusunun fransızca #turşusunun sözünün istifadəsi #sözlük