tuta sözü azərbaycan dilində

tuta

Yazılış

  • tuta • 99.5938%
  • Tuta • 0.3249%
  • TUTA • 0.0812%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akademik Validə Tutayuq (film, 2008)
Akademik Validə Tutayuq qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru Validə Tutayuq haqqındadır. == Məzmun == Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Tutayuqun həyat və fəaliyyətini əks etdirir.
Murad Tutayuq
Murad Tutayuq Хаspоlаd оğlu (2 may 1904, Şuşa – 23 mart 1970, Naxçıvan.) — Azərbaycan mааrif хаdimi. Nахçıvan MSSR (1955) və Аzərbaycan SSR (1966) Əməkdаr Müəllimi. == Həyatı == Şuşа Rеаl məktəbini (1920) və Аzərbaycan Аli Pеdаqоji İnstitutunun (indiki АPU) fizikа-riyаziyyаt fаkültəsini (1925) bitirmişdir. Nахçıvаn Pеdаqоji Tехnikumundа müəllim və tədris hissə müdiri (1925–1939), Nахçıvаn Müəllimlər Institutundа müəllim (1940–1948; 1950–1954) və tədris işləri üzrə dirеktоr müаvini (1940–1948), Nахçıvаn Еlmi Bаzаsının dirеktоru (1948–1950), 3 №-li Nахçıvаn şəhər оrtа məktəbində müəllim və tədris hissə müdiri (1954–1966), Nахçıvаn Pеdаqоji Məktəbində pеdаqоgikа və psiхоlоgiyа müəllimi (1966–1968) işləmişdir. Murad Tutayuq "Lеnin" оrdеni və "Qırmızı Əmək Bаyrаğı" оrdеni ilə təltif оlunmuşdur.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Tutanhamon
Tutanhamon (təq. e.ə. 1341 – təq. e.ə. 1323, Memfis, əl-Cizə mühafəzəsi[d]) — Misir fironu olmuşdur. Onun qəbri 1922-ci ildə tapılan zaman ətrafdakı insanlar naməlum səbəbdən ölməyə başlamışlar. Son araşdırmalar göstərir ki, ətrafdakı insanların çoxu qoca insanlar olublar. == Həyatı == Atası Exnaton Misir fironu olub. 9 yaşında hakimiyyətə gəlmişdir. Tutanhamon vəfat etdikdən sonra arvadı Anxesenamun hakimiyyətə gəlmişdir.
Tutanhamon türbəsi
Tutanxamon türbəsi, 1922-ci ildə ingilis həvəskar arxeoloqu Howard Carter tərəfindən Misirdə Krallar vadisində tapılmış KV62 nömrəli qədim bir qaya türbəsidir. Uşaq firon olaraq da bilinən On səkkizinci sülalənin hökmdarı olan Tutanxamonun adına inşa edilən məzar, içindəki əsərləri və xəzinə ovçuları tərəfindən dağıdılmamış strukturuna görə Misirşünaslığın ən vacib kəşflərindən biri hesab olunur.
Tutanxamon
Tutanhamon (təq. e.ə. 1341 – təq. e.ə. 1323, Memfis, əl-Cizə mühafəzəsi[d]) — Misir fironu olmuşdur. Onun qəbri 1922-ci ildə tapılan zaman ətrafdakı insanlar naməlum səbəbdən ölməyə başlamışlar. Son araşdırmalar göstərir ki, ətrafdakı insanların çoxu qoca insanlar olublar. == Həyatı == Atası Exnaton Misir fironu olub. 9 yaşında hakimiyyətə gəlmişdir. Tutanhamon vəfat etdikdən sonra arvadı Anxesenamun hakimiyyətə gəlmişdir.
Tutanxamon türbəsi
Tutanxamon türbəsi, 1922-ci ildə ingilis həvəskar arxeoloqu Howard Carter tərəfindən Misirdə Krallar vadisində tapılmış KV62 nömrəli qədim bir qaya türbəsidir. Uşaq firon olaraq da bilinən On səkkizinci sülalənin hökmdarı olan Tutanxamonun adına inşa edilən məzar, içindəki əsərləri və xəzinə ovçuları tərəfindən dağıdılmamış strukturuna görə Misirşünaslığın ən vacib kəşflərindən biri hesab olunur.
Tutaqas (Baltas)
Tutaqas (başq. Тутағас, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Sikeyaz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 10 km., kənd sovetliyindən (Aşağı Sikeyaz): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 55 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (95%) üstünlük təşkil edir.
Tutaxana (Bünab)
Tutaxana (fars. توته خانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 529 nəfər yaşayır (117 ailə).
Tutayev
Tutayev — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Tutayuqlar
Tutayuqlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Xaspolad Tutayuq Şuşanın məşhur və nüfuzlu şəxsiyyətlərindən biri olub. O, 1892-ci ildə Peterburq Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirmiş və bir müddət Rusiyanın müxtəlif şəhərlərində çalışmışdır. XX əsrin əvvəllərində isə Şuşaya qayıtmışdır. Onun anası məşhur Qacarlar və Mirzəyevlər nəslindən olub. Xaspolad bəy Rüstəm bəy Mirzəyevin qızı Sudabə xanımla ailə qurmuşdu. Qarabağda məşhur olan Tutayuqlar ailəsinin adı gələndə ilk olaraq görkəmli alim, biologiya elmləri doktoru Validə xanım Tutayuq xatırlanır. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan Validə xanım təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da tanınmış, nüfuzlu beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. Tutayuq ailəsinin ilk övladı olan Murad 1920-ci ildə Şuşa Realnı Məktəbini bitirmiş, sonra şəhərdəki ibtidai təhsil ocaqlarında hesab və rus dili müəllimi işləmişdir. Sonradan Azərbaycan Ali Pedaqoîji Institutunun fizika-riyaziyyat şöbəsində təhsil alan Murad Tutayuq təyinatla Naxçıvan Müəllimlər Seminariyasına göndərilmiş və uzun müddət Naxçıvan şəhərində müəllim işləmişdir.
Validə Tutayuq
Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968). == Həyatı == 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir. === Təhsili === 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur. 1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır . == Fəaliyyəti == 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. 1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir.
Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir. == İdeologiya == 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi. Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı. 2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca.
Ənvər Tutayuq
Ənvər Xaspolad qızı Tutayuq — repressiya qurbanı. Şuşanın Tutayuqlar nəslindəndir. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib.
Tutağacı
Tutağacı (Mahnişan)
Tutağacı (Mahnişan)
Tutağacı (fars. توت اغاجي‎) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Qarabağda vəzifə tutan separatçıların həbsi
== Siyahı == == Proses == === Ruben Vardanyanın həbsi === Sentyabrın 27-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DTX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycanın Ermənistan istiqamətində gələn zaman saxlanıldı. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularının müşayiəti ilə Bakı şəhərinə gətirildi. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verildi.Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Ruben Vardanyan xarici dövlət vətəndaşı olduğu halda terror-təxribat əməlləri törədilməsi məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədinə qanunsuz daxil olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin qurulmasında, habelə idarələrə və ayrı-ayrı şəxslərə insanların öldürülməsinə və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi nəqliyyat vasitəsi və əsgəri ləvazimatla təchiz edilməsində rol alıb. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin qurulmasına maliyyələşdirib. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildi.Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edildi və Ruben Vardanyan barəsində 4 aylıq həbs tədbiri seçildi. === Davit Manukyanın həbsi === Sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanın Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edildiyini bildirdi. DTX məlumatında əldə olunmuş sübutlar əsasında, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1-ci maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edildiyini bildirdi. İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistanda anadan olmuş və orada qeydiyyatda olan, həmin dövlətin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycanın Qarabağ ərazisində cinayət əməllərini davam etdirdi, qondarma “Dağlıq Qarabağın Müdafiə Ordusu Komandanının birinci müavini” adı altında Azərbaycanın ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qurulmasında və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində rol alıb.Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Prosesdə təqdimat təmin edildi və Davit Manukyan barəsində 4 aylıq həbs tədbiri seçildi.
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.99 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••••••••••••••• 11.81
2004 •••••••••••••••••••• 15.16
2005 •••••••••••••••••• 13.50
2006 •••••••••••• 8.78
2007 ••••••••• 6.34
2008 •••••••••• 7.31
2009 •••••••••••••••• 12.00
2010 ••••••••••••• 9.71
2011 ••••••••••••• 9.61
2012 ••••••••••••• 9.81
2013 •••••••••••••••••••• 14.44
2014 ••••••••••••••• 10.98
2015 •••••••• 5.95
2016 •••••• 4.34
2017 •••••••••• 7.32
2018 •••••••• 5.84
2019 ••••••••• 6.40
2020 ••••••••••• 7.96

"tuta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tuta nədir? #tuta sözünün mənası #tuta nə deməkdir? #tuta sözünün izahı #tuta sözünün yazılışı #tuta necə yazılır? #tuta sözünün düzgün yazılışı #tuta leksik mənası #tuta sözünün sinonimi #tuta sözünün yaxın mənalı sözlər #tuta sözünün əks mənası #tuta sözünün etimologiyası #tuta sözünün orfoqrafiyası #tuta rusca #tuta inglisça #tuta fransızca #tuta sözünün istifadəsi #sözlük