* Sözün müxtəlif mətnlərdə yazılışı.
I (Bakı, Basarkeçər, Borçalı, Daşkəsən, Göyçay, Qazax, Mingəçevir, Tərtər) ocaqdan isti qab və s. götürmək üçün xüsusi dəsmal, tutqac. – Tutağacnan isdi qazanı götürüllər ojaxdan (Borçalı); – Tutağacı ver, qazanı götürüm (Basarkeçər) II (Hamamlı) iki vedrəni birdən götürmək üçün çiyin ağacı. – Bajım tutağacı götürüf bula: getdi suyətirmə:
Azərbaycan dilinin dialektoloji lüğəti.