Tutunamayanlar
Tutunamayanlar — Oğuz Atayın ilk əsəridir. 1970-ci ildə TRT Roman mükafatını almışdır.
Əksər yazıçı və oxucuya görə çağdaş Türkiyə ədəbiyatının ən önəmli əsərlərindən biridir. Bu əsər yazıçının istifadə etdiyi dil və üslub etibarilə ədəbiyyatda inqilab hesab olunur. Kiçik burjua həyatını tənqid hədəfinə çevirən bu əsər Türkiyə ədəbiyyatında postmodernizm cərəyanının ilk örnəklərindən biri sayılır.
Səlim İşığın intihar etdiyini öyrənən yaxın dostu Turqut Özmən, dostu ilə yetəri qədər maraqlanmadığını anlayaraq onun keçmişi ilə səyahətə çıxar, Səlimin tanıdığı insanlar vasitəsilə onu tanımağa çalışar. Hər insana fərqli bir yönünü göstərən Səlimin görüntüsü, Turqutun bu insanlarla tanışması nəticəsində tamlıq qazanacaqdır. Səlim İşıq "düşünən və sorğulayan" insanın simvoludur və buna görə də o "tutunamayanlar"dandır.