Twitter sözü azərbaycan dilində

Twitter

Yazılış

  • Twitter • 81.4304%
  • twitter • 18.5696%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Twitter
Twitter (azərb. Tvitter‎) və ya dəyişdirilmiş adı ilə X (azərb. İks‎) — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən sayt. Onun vasitəsilə istifadəçilər 140 işarəlik "tvit" adlandırılan mətn sms-ləri göndərə bilirlər. Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Qısa müddətdə sürətlə məşhurlaşan Twitterin, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olmuş və "İnternetin SMS-i" kimi tanınmışdır. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilirlər.Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır. 25 aprel 2022-ci ildə Twitter direktorlar şurası İlon Maskın 44 milyard dollara almasına razılaşdı.
Twitter-də bitcoin fırıldaqçılığı, 2020
15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur. Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir.Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.
Twitter-də bitcoin fırıldaqçılığı (2020)

İlon Maskın Twitter-i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. == Zəmin == İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 38.91 dəfə / 1 mln.
2009 0.96
2010 ••• 11.44
2011 •••• 17.42
2012 ••••• 21.77
2013 ••••••••••••••• 72.35
2014 •••••••••••••••••••• 92.67
2015 •••••••••••• 53.59
2016 •••••••••• 44.77
2017 ••••••••••••••• 71.38
2018 ••••••••••••••••• 77.76
2019 ••••••••••••••• 71.21
2020 •••••••••••••••••••• 96.67

Oxşar sözlər

#twitter nədir? #twitter sözünün mənası #twitter nə deməkdir? #twitter sözünün izahı #twitter sözünün yazılışı #twitter necə yazılır? #twitter sözünün düzgün yazılışı #twitter leksik mənası #twitter sözünün sinonimi #twitter sözünün yaxın mənalı sözlər #twitter sözünün əks mənası #twitter sözünün etimologiyası #twitter sözünün orfoqrafiyası #twitter rusca #twitter inglisça #twitter fransızca #twitter sözünün istifadəsi #sözlük